Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

 
167 
məqama  layiqdir.  Mən  düşmənlərlə  get-gəli  olan  adamam.  Onlarla 
mübahisə  edirəm.  Әgər  Әbül-Qasim  Hüseyn  ibn  Ruhun  Mehdi  (ə) 
haqqında  bildiyini  mən  bilsəm,  olsun  ki,  mübahisələrdə  mövqeyimi 
sübuta  yetirmək  üçün  hansısa  bir  məsələni  açam  və  nəticədə  imamın 
yeri  məlum  olsun.  Әbül-Qasim  Hüseyn  ibn  Ruh  isə,  imam  əbasının 
altında  olsa  belə,  bədəni  tikə-tikə  doğransa,  imam  Mehdini  (ə) 
göstərməz.”
1
  
3.  Başqaları  ilə  müqayisədə  daha  düşüncəli  olmaq  –  Şeyx  Tusi 
“Әl-Ğeybət”  kitabında  imamın  naiblərinin  düşüncə  baxımından 
üstünlüyünü qeyd etmişdir.
2
 
4.  Hökumətin  həmin  şəxslərə  münasibətdə  həssas  olmaması  – 
İmam  Mehdi  (ə)  öz  nümayəndəsini  elə  şəxslər  arasından  seçirdi  ki, 
onlar  Abbasi  hökumətinin  diqqətini  cəlb  etməmiş  olsun.  Çünki 
nümayəndəlik xeyli məxfi bir iş idi. Nümayəndələrin hər biri hansısa 
peşə sahibi idi və nümayəndəlik fəaliyyəti ilə tanınmırdı.  
 
Sual:  262.  Bəzilərinin  özünü  əsassız  olaraq  imamın  səfiri  kimi 
tanıtdırmasının səbəbi nə idi? 
Cavab:  Səfirlik  fəaliyyətinin  başlamasından  çox  keçməmiş 
yalançı  səfirlər  məsələsi  ortaya  çıxdı.  Onlar  haqsız  olaraq  səfir 
olduqlarını  iddia  edir  və  əlbəttə  ki,  hansısa  məqsəd  izləyirdilər.  Bu 
məqsədlərlə tanış olaq: 
1.  Bu  şəxslərin  imanı  zəif  olduğundan  uyğun  iddia  ilə  xalq  və 
cəmiyyəti çaşdırırdılar. 
2.  Onlar  öz  səfirlik  iddiaları  ilə  imamın  qeybdə  olmasından 
istifadə edib var-dövlət ələ keçirmək istəyirdilər.  
3. Onlar ictimai mövqe qazanmaq istəyirdilər. İmamın səfiri kimi 
tanınmaq onlara şöhrət gətirirdi.  
 
Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir? 
Cavab:  Yalançı  səfir  iddiası  ikinci  səfir  Məhəmməd  ibn  Osman 
Әmrinin dövrünə təsadüf edir. Çünki onun atası Osman ibn Səid çox 
tanınmışdı və kimsə onun dövründə yalan iddiaya cürət etmirdi.  
Yalandan  səfirlik  iddiası  edən  ilk  şəxs  Әbu-Məhəmməd  Şərii 
olmuşdur.
3
 Məhəmməd  ibn  Nəsir  Nəmiri,  Әhməd  ibn  Hilal  Kərxi, 
                                                 
1
 “Әl-Ğeybət”, s. 240. 
2
 Həmin mənbə, s. 236. 
3
 “Bihar”, c. 51, s. 367. 


 
168 
Әbu-Tahir Məhəmməd ibn Әli ibn Bilal Bilali, Әbu-Bəkr Məhəmməd 
ibn Әhməd ibn Osman Bağdadi, İshaq Әhmər haqsız yerə özünü səfir 
kimi tanıtdırmaq istəyənlərdir.  
Onlardan bəziləri əvvəllər saleh insan olmuşdur.  
İkinci  səfir  uyğun  cəhdlərlə  ciddi  mübarizə  aparmışdır.  O 
cümlədən,  müqəddəs  nahiyə  tərəfindən  yalan  iddiaçılığa  qarşı 
bəyanatlar verilmiş, yolunu azanlar lənətlənmişdir.  
Üçüncü  səfir  Hüseyn  ibn  Ruhun  səfirliyi  dövründə  bu  sahədə 
vəziyyət  daha  da  gərginləşmişdir.  Həmin  dövrdə  Məhəmməd  ibn  Әli 
Şələmğani  Qəzafəri  adlı  bir  şəxsin  səfirlik  iddiasına  düşməsi 
cəmiyyətdə  böyük  çaşqınlıq  yaratmışdır.
1
 Şələmğani  öncə  mömin  bir 
şəxs  kimi  Hüseyn  ibn  Ruhun  vəkili  olsa  da,  sonra  yolunu  azmışdır. 
Haqsız olaraq səfirlik iddiasına düşmüş son şəxs Әbu-Delf Katibdir. O, 
dördüncü  səfir  Səməri  dünyasını  dəyişənədək  öz  iddiasından  əl 
çəkməmişdir.  
 
Sual:  264.  İmam  Mehdinin  (ə)  səfirlərdən  başqa  vəkili 
olmuşdurmu? 
Cavab:  Tarixi  mənbələri  araşdırdıqda  görürük  ki,  həzrət 
Mehdinin (ə) dörd tanınmış səfirindən əlavə, vəkilləri olmuşdur. Onlar 
müxtəlif  şəhərlərdə  və  əyalətlərdə  öz  vəzifələrini  yerinə  yetirmişlər. 
Amma səfirlər və vəkillər arasında iki mühüm fərq olmuşdur:  
1.  Səfirlər  həzrət  Mehdi  (ə)  ilə  bilavasitə  görüşmüş,  şəxsən 
tanımışlar.  Hansı  ki,  vəkillər  həzrət  Mehdi  (ə)  ilə  səfirlər  vasitəsi  ilə 
əlaqə saxlamışlar.  
2.  Səfirlər  bütün  şiələrə  münasibətdə  məsuliyyət  daşıyırsa, 
vəkillər məhdud bir məntəqədə öz vəzifəsini yerinə yetirirdi.  
 
Sual:  265.  Müqəddəs  nahiyə  vəkillərinin  təyinatının  hansı 
səbəbləri var? 
Cavab: Vəkillik məsuliyyətinin bir sıra faydalarını saymaq olar: 
1.  Vəkil  səfirin  öhdəsinə  düşən  geniş  məsuliyyətləri  onunla 
bölüşür. Xüsusi ilə şiələrin  həzrət  Mehdi  (ə)  ilə  bağlı  fəaliyyətlərinin 
gizli saxlanılması istiqamətində səy göstərilir.  
2.  Vəkillər  səfirin  ad  və  şəxsiyyətinin  gizli  saxlanılmasında 
mühüm rol oynayır.  
 
                                                 
1
 “Әl-Ğeybət”, s. 300. 


 
169 
Sual: 266. Vəkalət qurumunun hansı məsuliyyətləri var? 
Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, vəkalət qurumu 
bütün  fəaliyyəti  dövründə  aşağıdakı  işləri  həyata  keçirmişdir:  şəri 
ödənclərin  toplanması  və  paylanması;  şiələrin  tərbiyəsi  və 
müxaliflərlə  mübarizə;  vəkalət  qurumunda  siyasi  fəaliyyət;  vəkalət 
qurumunda  rabitələrin  təmini;  ehtiyaclılara  yardım  və  şiələrin 
problemlərinin həlli.  
Tоqiat  
(qeydlər, məktublar, fərmanlar) 
Sual: 267. “Tоqi” dedikdə nə nəzərdə tutulur? 
Cavab:  Rəvayət  dilində  “tоqi”  bu  sözün  gündəlikdə  işlənən 
mənasını  bildirir.  Tоqi  böyük  şəxsiyyətlərin  öz  məktublarında  qeyd 
etdiyi  və  suallara  cavab  olan  buyuruqlarıdır.  Həzrət  Mehdinin  (ə) 
tоqiatı  onun  məktublarda  öz  xətti  ilə  qeyd  etdiyi  cavablardır.  Bu 
cavablar səfirlər vasitəsi ilə məktub sahiblərinə çatdırılırdı.  
“Tоqi”  dedikdə,  adətən,  ünvanlanan  suallara  cavab  nəzərdə 
tutulsa da, bəzən sualsız bəyan olunmuş həqiqətlər də tоqi sayılmışdır.  
 
Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır? 
Cavab:  Uyğun  göstərişlər  (tоqiat)  həzrətin  qeydlərindən  ibarət 
olsa  da,  bu  işdə  səfirlərin  mühüm  rolu  var.  Hər  hansı  sualla 
ünvanlanmış  məktubu  imama  çatdıran,  qısa  bir  müddətdə  həzrətdən 
cavab alıb məktub sahibinə yetirən şəxs səfirdir. Səfiri bir növ bu işdə 
vasitə saymaq olar. İmamın bu sayaq səfiri olmasaydı, heç vaxt uyğun 
məktublar məqsədə çatmazdı.  
 
Sual:  269.  Uyğun  göstərişlər  hansı  müddətdə  həzrət  tərəfindən 
həyata keçirilirdi? 
Cavab:  Bəzi  rəvayətlərdən  məlum  olur  ki,  ünvanlanmış  suallara 
2-3  gün  ərzində  cavab  verilirdi.  Bəzi  rəvayətlərdə  deyilir:  “Bir  neçə 
gündən  sonra  ağam  dedi  ki,  Әbu-Cəfərin  yanına  gedib  cavabı 
soruşum.”
1
 Digər  rəvayətdə  isə  belə  qeyd  olunur:  “Səfir  3  gün  sonra 
həzrətin cavabını çatdırdı.”
2
 
                                                 
1
 “Bihar”, c. 51, s. 321. 
2
 “Әl-Ğeybət”, s. 320. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə