158
göstərdi. Onlar imamın övladında bir sıra möcüzələr müşahidə etdilər.
Orada olanlardan biri də Әhməd ibn İshaq Әşəri idi.
1
Sual: 250. İmam Mehdi (ə) kiçik qeyb dövründə öz
mövcudluğunu sübut etmək üçün hansı tədbirlər gördü?
Cavab: Həzrət Mehdi (ə) əvvəlki imamların Məhdəviyyət
məsələsi ilə bağlı hazırlıq görməsinə baxmayaraq, özü də müxtəlif
yollarla mövlud və imamətini sübuta yetirirdi.
Həzrətin bu sahədəki bəzi tədbirləri ilə tanış olaq:
1. Həzrət şiə böyüklərinin onunla görüşə bilməsi üçün müəyyən
tədbirlər görürdü.
2. Zəruri məqamlarda həzrət kəramət və möcüzə göstərirdi.
Bəzən bu möcüzələr səfirlər, bəzən də onun öz vasitəsi ilə həyata
keçirdi.
2
3. Həzrət xalqın Məhdəviyyət məsələsinə inamını artırmaq üçün
bəzi sualları özü cavablandırırdı.
4. Həzrətin xüsusi xətti onun imamətini sübuta yetirən dəlillərdən
sayıla bilər. Xalq imam Әsgərinin (ə) vaxtında bu məsələ ilə tanış
olmağa başlamışdı. Müqəddəs nahiyə (nümayəndəlik) tərəfindən
verilən bəyanatlar imamın varlığı ilə bağlı yəqinlik yaradırdı.
Sual: 251. Həzrət Mehdi (ə) düşmənlərdən məxfi qalmaq üçün
hansı tədbirlər gördü?
Cavab: İmam Әsgərinin (ə) şəhadətindən sonra zalım hakimlər
həzrəti öldürmək qəsdində olduqlarından, o, məxfi qalmaq üçün bir
sıra tədbirlər gördü. Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək:
1. Həzrət özünü yalnız fədakar şiələrə göstərirdi.
2. Həzrət onunla görüşmüş şəxsə tapşırırdı ki, bu görüş gizli
qalsın.
3. Həzrət Mehdinin (ə) adının (“Məhəmməd”) çəkilməsi haram
edilmişdi. Bu səbəbdən də həmin dövrdə imam “Qaim”, “Qərim”,
“Höccət”, “”Nahiyə”, “Sahibəz-zaman” və başqa adlarla yada
salınırdı.
3
4. Həzrət xilafət və onun valilərindən məxfi yaşayırdı.
1
“Kəmalud-din”,s.384; “Bihar”, c. 52, s. 23, 24.
2
“Bihar”, c. 51, s. 325.
3
“Әl-ğeybət”, Tusi, s. 364; “Bihar”, c. 51, s. 351.
159
5. Həzrət tez-tez yerini dəyişir, kimsənin diqqətini cəlb etmirdi.
Həzrətin yeri ilə bağlı verilən məlumatların ziddiyyətli olması bu
səbəbdəndir.
6. Vəkillər və ya səfirlər imamla elə bir şəraitdə görüşürdü ki,
kimsə bundan xəbər tutmurdu.
7. Həzrət öz vəkillik və nümayəndəliyini ən xalis və fədakar
insanlara tapşırırdı. Onlar həzrətin məkanı və xüsusiyyətləri ilə bağlı
kimsəyə məlumat vermirdilər. Әbu-Səhl Növbəxtiyə belə bir sual
verirlər: “Nə üçün imam nümayəndəliyə sizi yox, Hüseyn ibn Ruhu
seçdi?” O belə cavab verir: “Hüseyn ibn Ruh elə bir şəxsdir ki, imam
onun əbası altında olsa, tikə-tikə doğransa da, səsini çıxarmaz.”
1
Səfirlər
Sual: 252. Həzrət Mehdinin (ə) ilk səfiri kim olub?
Cavab: İmam Mehdinin (ə) ilk səfiri Әbu-Әmr Osman ibn Səid
Әmri olmuşdur. Bu şəxs tanınmamaq üçün yağ satmaqla məşğul
olurdu. Tarixi mənbələrdə onun doğum və ölüm tarixləri göstərilmir.
Әbu-Әmr yalnız imam Hadinin (ə) xüsusi vəkili olaraq tanıtdırılır.
Bu şəxs imam Hadinin (ə) şəhadətindən sonra imam Әsgərinin (ə)
vəkili olmuşdur. İmam Әsgəri (ə) Әbu-Әmri müxtəlif münasibətlərlə
tərif etmişdir. Həzrət onun haqqında buyurur: “Әbu-Әmr etibarlı
şəxsdir, həm keçmişdəkilərin, həm də mənim inamımı qazanmışdır.
Məndən sonra da belədir. Nə desə, məndəndir, nə çatdırsa, mənim
tərəfimdəndir.”
2
Әbu-Әmr imam Әsgərinin (ə) digər 40 şiəsi ilə birlikdə onun
yanında olduqda həzrət oğlu Mehdini (ə) onlara göstərmiş, övladının
imamət və qeybi haqqında məlumat vermişdir. Әbu-Әmrin vəkilliyi
haqqında həzrət buyurur: “Osman nə desə, qəbul edin...”
3
Hicri 260-cı ildə imam Әsgərinin (ə) şəhadəti zamanı Osman
onun qüsl ayinində iştirak etmiş, bütün işləri öz üzərinə götürmüşdür.
4
İmam Әsgərinin (ə) qüsl mərasimini Osmanın icra etməsi zalım
hakimlərin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki imamın
qüslü və kəfənlənməsi o biri imamın öhdəsinədir. Osman ibn Səid
imam Әsgərinin (ə) şəhadətindən sonra onun öncədən təsdiqi və
həzrət Mehdinin (ə) razılığı ilə Qumlular Samirraya daxil olarkən
1
“Әl-ğeybət”, Tusi, s. 391; “Bihar”, c. 51, s. 358.
2
Tusi, Әl-Ğeybət”, s. 354; “Bihar”, c. 51, s. 344.
3
“Bihar”, c. 51, s. 346.
4
Tusi, Әl-Ğeybət”, s. 356.
160
həzrətin birinci səfiri təyin olundu. Həmin vaxtdan öz səfirlik
vəzifəsini icra etdi. Dünyasını dəyişdiyi vaxt oğlu Әbu-Cəfər
Məhəmməd ibn Osman onu dəfnə hazırlayıb Bağdadın qərbində
torpağa tapşırdı.
1
Osman ibn Səidin vəfatından sonra müqəddəs nahiyə tərəfindən
yazılmış məktubda imam Mehdi (ə) Osmanın vəfatı ilə bağlı oğlu
Məhəmmədə başsağlığı verdi və onu öz səfiri təyin etdi.
2
Sual: 253. Osman ibn Səidin səfirliyini təsdiqləyən rəvayətlərin
sənədi zəifdirmi?
Cavab: Әhməd Katib deyir: Osman ibn Səidin imam Mehdi (ə)
üçün səfirliyinin imam Әsgəri (ə) tərəfindən elan olunmasını bildirən
rəvayətin sənədi zəifdir. Çünki bu rəvayətlər Nəccaşi və İbn Әl-
Ğəzairi tərəfindən rədd olunmuş Cəfər ibn Məhəmməd ibn Malik
Fərazi tərəfindən nəql edilmişdir. Bəs həqiqətdə necədir?
1. Cəfər ibn Məhəmməd ibn Malik Şeyx Tusi tərəfindən
təsdiqlənmiş şəxsdir. Onu etibarsız sayan ibn Әl-Ğəzairinin kitabı
imamiyyə alimləri tərəfindən təsdiqlənməmişdir.
2. Şeyx Tusi “Әl-Ğeybət” kitabında Әhməd ibn İshaq Qummiyə
istinadən ikinci naib və onun atasının vəkilliyini nəql etmişdir.
3
3. Şiə əqidəsində imamət və səfirlik məsələlərinə ciddi yanaşılır.
Bir şəxsin özünü səfir hesab etməsi yetərli sayılmır. Yalançı səfirlərlə
çox ciddi mübarizə aparılmışdır.
Sual: 254. İmam Mehdinin (ə) qeyb mövzusunun Osman ibn
Səid tərəfindən uydurulması düzdürmü?
Cavab: Bəziləri deyirlər ki, qeyb mövzusu səhabələr, xüsusi ilə
Osman ibn Səid tərəfindən uydurulmuşdur.
Hansı ki, imamın qeyb mövzusuna ilkin toxunan həzrət
Peyğəmbər (s) olmuşdur. Sonra həzrət Әli (ə) və digər imamlar bu
mövzunu təsdiqləmişlər. Onlar qeyb hadisəsi haqqında öncədən xəbər
vermiş, xalqa bu barədə xəbərdarlıq etmişlər.
Həzrət Peyğəmbər (s) buyurur: “And olsun bizi müjdə üçün
seçmiş Allaha! Mənim övladlarımın qaimi bağlanmış əhdə görə qeybə
çəkilər. İnsanların çoxu deyər ki, Allahın Ali-Məhəmmədə
1
“Bihar”, c. 51, s. 350.
2
“Tusi, Әl-Ğeybət”, s. 361; “Kəmalud-din”,s.510; “Bihar”, c. 51, s. 348.
3
“Tusi, Әl-Ğeybət”, s. 359, 360.
Dostları ilə paylaş: |