Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

 
149 
2.  Şiə  səhabələri  və  hədisçiləri  bu  hədisləri  yekdilliklə  qəbul 
edirlər. Bu özü də uyğun rəvayətlərin düzlüyünü təsdiq edən dəlildir.  
Şəhid  Sədr  buyurur:  “Bu  rəvayətlər  imamlar  tərəfindən  çox 
ehtiyatla  nəql  olunsa  da,  onların  düzlüyünü  yalnız  çoxluq  yox,  başqa 
əlamətlər  də  təsdiqləyir.  İmam  Cavad  (ə),  Hadi  (ə)  və  Әsgərinin  (ə) 
müasiri olmuş Buxari bu hədisi nəql etmişdir. Bu çox mühüm nöqtədir. 
Uyğun  hədis  gerçəkləşməmiş,  12  imam  düşüncəsi  formalaşmamış  bu 
həqiqət peyğəmbər tərəfindən təsbit olunmuşdur.”
1
  
3.  Uyğun  mövzu  ilə  bağlı  rəvayətləri  araşdırdıqda    səhih  sənədə 
malik  çoxsaylı  hədislərlə  rastlaşırıq.  Bu  hədislər  mütəvatir  həddə 
olmasa  belə,  istifadə  olunacaq  səviyyədədir.  Xüsusi  ilə  Kuleyni 
rəvayətlərə  xüsusi  bir  üslubda  yanaşmışdır.  O  yalnız  məsumlar 
tərəfindən nəql olunması əminlik yaradan hədisləri seçmişdir. Kuleyni 
və digər qədim alimlər daxili və xarici dəlillərlə təsdiqlənmiş hədisləri 
səhih  sayırdı.  Әsas  dəlillərdən  biri  də  həmin  hədisin  imamların  öz 
dövründə  nəql  olunmuş  hədislər  arasında  olmasıdır.  Digər  bir  dəlil 
hədisin  böyük  səhabələr  tərəfindən  təsdiqlənmiş  kitablarda  nəql 
olunmasıdır.  
Xarici  dəlillərdən  biri  həmin  hədislərin  imamlar  tərəfindən 
təsdiqlənmiş kitablarda nəqlidir. Məsələn, “Kitabi-səlim” imam Sadiq 
(ə) tərəfindən təsdiqlənmişdir.  
Düzgünlük dəlillərindən biri də araşdırılan hədisin qədim alimlər 
tərəfindən  etibarlı  sayılmasıdır.  Şeyx  Kuleyni  yalnız  hədisi  nəql 
edənlərin  düzlüyünə  yox,  yuxarıda  qeyd  olunan  meyara  da  müraciət 
etmişdir.  
4.  Katib  bəzi  rəvayətləri  İbn  əl-Ğəzairinin  mövqeyinə  istinadən 
zəif saymışdır. Hansı ki, onun kitabının düzlüyü sübuta yetməmişdir.  
 
Sual:  230.  “12  xəlifə”  hədisləri  imamın  mövcudluğunu  necə 
sübuta yetirir? 
Cavab:  Bu  hədislər  vasitəsi  ilə  imamın  mövcudluğunu  sübut 
etmək olar:  
Әvvəla,  əksər  rəvayətlərdə  işlədilmiş  “bədi”  sözü  İslam 
peyğəmbərindən  sonra  ardıcıl  şəkildə  12  imamın  canişinliyini  bəyan 
edir.  
İkincisi, “Səhihi-Müslim” və digər mənbələrdəki hədislərə əsasən, 
dinin  davamlılığı  bu  12  nəfərdən  asılıdır.  Bu  səbəbdən  də  İslam 
                                                 
1
 “Üsule-Kafi”. 


 
150 
onların  vücudu  ilə  əziz  olur.  Әgər  din  bərqərardırsa  və  əzizdirsə,  12 
imam  silsiləsi  də  mövcuddur.  Onlardan  biri  qalıb  din  və  şəriəti  hifz 
edir.  
 
Sual:  231.  Xilafətin  30  il  davam  edəcəyini  bildirən  hədis  12 
xəlifə hədislərinə zidd deyilmi? 
Cavab:  Әhməd  ibn  Hənbəl  “Müsnəd”  kitabında  həzrət 
Peyğəmbərdən  (s)  belə  bir  rəvayət  nəql  edir:  “Xilafət  30  il  çəkəcək. 
Ondan sonra sultanlıq və padşahlıqdır.”
1
  
Bəzi  sünni  alimləri  bu  hədisi  12  xəlifə  hədislərinə  zidd  sayırlar. 
Çünki 12 xəlifənin xilafəti 30 il çəkməmişdir.  
Sualı cavablandıraq:  
1.  Bu  iki  rəvayət  arasında  fərq  var.  12  xəlifə  haqqında  məlumat 
verən hədislərdə 12 məsum imam haqqında danışılır. Nəzərdə tutulan 
hədisdə  isə  peyğəmbərdən  sonrakı  xəlifələrdən  söhbət  açılır.  Bu 
xəlifələr məsum olmaya da bilər.  
2. Qeyd olunan hədis mötəbər və məşhur deyil. İbn Tеymiyyə bu 
hədisi zəif saymışdır.
2
 Uyğun hədisi nəql edən Səid ibn Cəmhan rical 
elmində zəif sayılmışdır.
3
  
 
Sual:  232.  13  imam  haqqında  danışan  hədislər  necə  izah  oluna 
bilər? 
Cavab:  Bəzi  rəvayətlərdə  həzrət  Peyğəmbərdən  (s)  sonra  13 
xəlifənin olacağından danışılır. Bu rəvayətləri araşdıraq:  
1.  Həzrət  Peyğəmbərdən  (s)  sonra  imamların  13  nəfər  olacağını 
Hibtullah  ibn  Әhməd  Müfid  Әmridən  savay  heç  bir  şiə  alimi 
təsdiqləməmişdir. Nəccaşi bu barədə deyir: “Bu şəxs Әbül-Hüseyn ibn 
Әbu-Şeybə Әləvi Zeydinin həmsöhbəti olmuş, onun üçün kitab tərtib 
etmişdir. O, imamların 13 nəfər olacağını bildirir. Onun Zeyd ibn Әli 
ibn  Hüseyni  12  imama    əlavə  etməsinin  səbəbi  Әbu-Şeybə  Zeydiyə 
xoş gəlmək istəyi olmuşdur.  
2.  Bəziləri  rəvayətlərin  mətnini  düzgün  anlamamışlar.  Səlimin 
rəvayətində  bildirilir  ki,  Peyğəmbər  (s)  Әliyə  (ə)  buyurdu:  “Sən  və 
övladlarından 12-si imam olacaqsınız.” Şübhəsiz ki, bu təbirdə həzrət 
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 5, s. 220. 
2
 “Minhacus-Sunnə”, c. 2, s. 223. 
3
 “Təhzibul-təhzib”, c. 4, s 13. 


 
151 
Әli (ə) özü də 12 nəfərə daxildir. İmamların 12 nəfər olacağını xəbər 
verən hədislər mütəvatirdirsə, başqa ehtimala yer yoxdur.  
3.  Səlim  ibn  Qeysin  kitabında  peyğəmbərdən  sonra  12  imamın 
gələcəyini 20-dən çox hədis xəbər verir.  
4.  Kuleyni  və  Səlim  ibn  Qeys  öz  kitablarında  bildirirlər  ki, 
imamlar  12  nəfərdir.  Yenə  də  günah  mütəvatir  hədisi  düzgün 
anlamayanların üzərinə düşür.  
5.  13  imamın  gələcəyini  xəbər  verən  bütün  hədislərin  sənədi, 
qaynağı zəifdir.  
Kiçik qeyb (Qеybəti suğrа) 
Sual: 233. Kiçik qeyb dövrü nə vaxtdan başlamışdır? 
Cavab: Uyğun məsələ ilə bağlı iki baxış mövcuddur:  
Birinci  baxışa  əsasən,  kiçik  qeyb  dövrü  həzrət  Mehdinin  (ə) 
mövlud  günündən  başlamışdır.  Çünki  bu  mövlud  gizli  şəkildə  baş 
vermişdir.  Amma  bu  baxış  ziddiyyətlidir.  Çünki  qeyb  imama  aiddir, 
həzrət Mehdi  (ə)  dünyaya  gələn  zaman imam  məqamına  çatmamışdı. 
Bundan  əlavə,  bir  çoxları  imam  Әsgərinin  (ə)  şəhadətindən  öncə  5  il 
həzrəti müşahidə etmişdir.  
İkinci baxışa əsasən, imamın qeyb dövrü atası imam Әsgərinin (ə) 
şəhadət  vaxtından  başlayır.  Daha  dəqiq  desək,  həzrət  atası  üçün 
cənazə  namazı  qıldıqdan  sonra,  Әbül-Әdyanın  nəql  etdiyi  qəziyyəyə 
uyğun olaraq qeybə çəkilmişdir.
1
  
 
Sual:  234.  Böyük  qeyb  dövründən  öncə  kiçik  qeyb  dövrünün 
olması nə üçündür? 
Cavab: Kiçik qeyb həzrət Mehdinin (ə) imamətinin ilkin dövrünü 
əhatə  edir.  İmamın  bir  müddət  xalqdan  məxfi  şəkildə  yaşayıb  öz 
səfirləri vasitəsi ilə onların işlərini idarə etməsi Allahın təqdiridir.  
Kiçik qeyb dövrünün böyük qeyb dövründən öndə gəlməsinin də 
səbəbləri var. Şiələr imamət cərəyanı boyu adət etmişdilər ki, imamın 
xidmətində olub onun hüzurundan istifadə etsinlər. Onlar qeyb adlı bir 
məfhumla tanış deyildilər. İnsanları qeybə alışdırmaq üçün öncə kiçik 
qeyb  dövrü  müəyyənləşdi.  Beləcə,  ilk  əvvəllər  məsələyə  şübhə  ilə 
yanaşanlar zaman ötdükcə həzrət Mehdinin (ə) varlığına əmin oldular. 
Çox keçməmiş böyük qeyb dövrü başladı.  
 
                                                 
1
 “Kəmalud-din”, s. 474-476; “Biharul-Әnvar”, c. 30, s. 332. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə