Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

 
140 
buyurdu:“Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu 
bütün yer üzü üçün qorxudan olmayıbmı?!”
1
 
Әli  ibn  İbrahimin  təfsirində  oxuyuruq:  “Hər  bir  zaman  üçün 
imam olmuşdur.”
2
  
 
Sual:213.  “Hidayət”  ayəsi  imamın  mövcudluğunu  necə  təsdiq 
edir?  
Cavab: Allah-təala buyurur: “Xəlq etdiyimiz kəslərdən bir firqəsi 
hidayət olub haqqa dönər.” 
Fəxr  Razi  ayənin  təfsiri  ilə  bağlı  deyir:  “Ayədən  məlum  olur  ki, 
heç  bir  zaman  dönəmi  qiyam  qaldırıb  xalqı  hidayət  edən  şəxssiz 
olmamışdır.”
3
  
Mirzə  Məhəmməd  Məşhədi  “Kənzul-dəqaiq”  təfsirində  deyir: 
“Ayə  hər  bir  dövrdə  məsum  şəxsin  varlığını  təsdiqləyir.  Ayədə 
bildirilir  ki,  hidayətçilər  xalqın  bir  hissəsidir  və  hər  kəs  məsum 
deyil.”
4
 
Әbdullah  ibn  Sənan  deyir:  İmam  Sadiqdən  (ə)  bu  ayə  haqqında 
soruşdum. Həzrət buyurdu: “Ayədə imamlar nəzərdə tutulmuşdur.”
5
 
 
Sual:  214.  “Sadiqin”  təbiri  imamın  mövcudluğunu  necə  təsdiq 
edir? 
Cavab:  Allah-təala buyurur:  “Ey  möminlər!  Təqva  yolunu tutub 
daim sadiqlərlə olun.”
6
  
Ayədə “sadiqlər” dedikdə bütün möminlər yox, onların bir qrupu 
nəzərdə tutulmuşdur. Bəs bu firqənin hansı xüsusiyyətləri olmalıdır? 
Ayənin özündən məlum olur ki, sadiqlər xalqı xoşbəxtlik  yoluna 
hidayət  edənlərdir.  Vəhy  gətirənlər,  peyğəmbərin  xəlifələri  sadiqlər 
zümrəsindəndir. Allah bu zümrədən çirkinliyi uzaqlaşdırmışdır. Onlar 
hər  bir  nöqsandan  pakdır.  Onların  birincisi  Әmirəl-möminin  Әli  ibn 
Әbi-Talib (ə), sonuncusu həzrət Mehdidir (ə). 
Fəxr  Razi  yuxarıdakı  ayədən  istifadə  edərək  deyir:  “Hər  bir 
dövrdə məsum sadiqlər olmalıdır...”
7
 
                                                 
1
 “Kafi”, c. 1, s. 249. 
2
 “Təfsire Әli ibn İbrahim Qummi. 
3
 “Təfsire-Fəxr-Razi”, c.15, s. 72. 
4
 “Təfsire-Kənzul-dəqaiq”, c. 3, s. 637. 
5
 “Kafi”, c. 1, s. 414. 
6
 “Tövbə”, 119. 
7
 “Təfsire-Fəxr-Razi”, c.16, s. 220. 


 
141 
Kuleyni Bürəyd ibn Müaviyədən belə nəql edir: “İmam Baqirdən 
(ə)  bu  ayə  haqqında  soruşdum.  Həzrət  buyurdu:“Nəzərdə  tutulan 
bizik.”
1
 
Uyğun  ayə  ilə  bağlı  imam  Sadiq  (ə)  buyurur:  “Sadiqlər  həmin 
imamlardır...”
2
  
Hakim Həsəkani Hənəfi Әbdüllah ibn Ömərə istinadən bildirir ki, 
ayədə həzrət Məhəmməd və onun Әhli-beyti (ə) nəzərdə tutulmuşdur.
3
  
 
Sual:  215.  “Ulil-Әmr”  ayəsi  imamın  mövcudluğunu  necə 
təsdiqləyir? 
Cavab: Allah-təala buyurur: “Allaha, rəsula, özünüzdən olan əmr 
sahiblərinə itaət edin.”
4
  
“Ulil-əmr” “əmr sahibləri” deməkdir.  
Yuxarıdakı  ayədən  aydın  olur  ki,  hər  bir  dövrdə  məsum  imam 
olmalıdır. İnsanlar Allaha itaət etdikləri kimi bu imama itaət etməlidir.  
“Ulul-əmr”  dedikdə  xalqın  itaət  etməli  olduğu  məsum  əmr 
sahibləri nəzərdə tutulur. Ayədə qeyd-şərtsiz itaət qeyd olunduğundan 
bu  təbirin  məsum  imamlara  aid  olduğu  aydınlaşır.  Әgər  əmr  sahibi 
məsum  olmazsa,  onun  nöqsanları  olar  və  belə  bir  şəxsə  mütləq  itaət 
əmr  edilməz.  Demək,  “ulil-əmr”  bütün  dövrlərdə  mövcudluğu  labüd 
olan məsumlardır. Hazırkı dövrdə həzrət Mehdidən (ə) savay belə bir 
şəxs yoxdur.  
Bu həqiqəti rəvayətlər də təsdiqləyir.  
“Səqələyn”  adı  ilə  tanınmış  hədis  misal  göstərilə  bilər.  Bu 
hədisdə  həzrət  Peyğəmbər  (s)  məsum  Әhli-beytə  (ə)  itaəti  göstəriş 
verir.  
“Rəd”  surəsinin  7-ci  ayəsi  və  “12  xəlifə”  hədisi  də  yuxarıdakı 
ayədən uyğun nəticəni çıxarmağa əsas verir. Sünnə əhlindən olan bəzi 
alimlər də  yuxarıdakı ayənin əhli-beyti nəzərdə tutduğunu qəbul edir. 
İbn  Həyyan  Әndəlоsi,  Nişapuri,  Məhəmməd  Saleh  Kəşfi  Termizi, 
Qunduzi  Hənəfi,  Həməvini  Şafei,  Hakim  Həsəkani  bu  qəbil 
alimlərdəndir.  
Hakim Həsəkani Mücahidə istinadən ayənin təfsirində bildirir ki, 
ayədə  Әmirəl-möminin  nəzərdə  tutulmuşdur.  Həmin  vaxt  həzrət 
Peyğəmbər (s) Mədinədə Әlini özünə canişin təyin etmişdi.  
                                                 
1
 “Kafi”, c. 1, s. 208. 
2
 Həmin mənbə. 
3
 “Təzkirətul-xəvvas”, s. 16. 
4
 “Nisa”, 59. 


 
142 
İmam Mehdi (ə) haqqında şiə rəvayətləri 
Sual:  216.  Şiə  rəvayətləri  imam  Mehdinin  (ə)  varlığını  necə 
sübuta yetirir? 
Cavab:  həzrət  Mehdinin  (ə)  varlığını,  o  cümlədən  mövludunu 
müxtəlif  yollarla  sübuta  yetirmək  olar.  Bu  yollardan  biri  mütəvatir 
(yetərli həddə çatmış) hədislərdir. Qısa bir müqəddimə ilə həmin yolu 
aydınlaşdıraq: 
1-ci  müqəddimə:  Әrəstun  məntiqinə  əsasən  mütəvatir  xəbər 
dedikdə  yanlışlığı  mümkünsüz  olan  çoxsaylı  cəmiyyətin  xəbəri 
nəzərdə tutulur. Tərifdən aydın olur ki, mütəvatir xəbərin iki əsası var:  
Çoxsaylı  cəmiyyətin  xəbəri;  cəmiyyət  elə  bir  sayda  olmalıdır  ki, 
onların yalan danışmaq üçün bir-biri ilə razılaşması mümkünsüz olsun. 
İmam Mehdinin (ə) mövcudluğunu təsdiqləyən hədislərin birinci əsası 
hiss  və  vicdan  prinsipləri  üzərində  qurulmuşdur.  Nəql  edən  tərəfin 
eşitdiyi  və  gözü  ilə  gördüyü  çoxsaylı  xəbərlər  həzrət  Mehdinin  (ə) 
vücudunu təsdiqləyir. 
İkinci  əsasın  “bədahət”  (aşkar)  olduğu  bildirilir.  Әrəstun 
məntiqinə  əsasən  mütəvatir  xəbər  altı  “bədihi”  (aşkar)  mühakimədən 
biridir.  
Mərhum  şəhid  Sədr  bu  əqidədədir  ki,  yəqinliyi  yaradan 
Әrəstunun dediyi kimi mütəvatirliyin bədahət olması yox, ehtimalların 
hesabıdır.  Nəql  olunan  hər  bir  xəbər  məsələnin  həqiqət  olması 
ehtimalını  artırır. Nəhayət,  bu  xəbərlər  elə bir  həddə  çatır  ki,  insanda 
yəqinlik yaranır.  
İkinci müqəddimə: Mütəvatir xəbərdə hər bir xəbər verənin  adil 
olması  zəruri  deyil.  Sadəcə,  sübut  olunmalıdır  ki,  həmin  xəbərlər 
yalan deyil.  
3-cü müqəddimə: Təvatir xəbər üç qisimdir:  
1.  Söz  təvatiri:  Bu  təvatirdə  müştərək  mehvər  bütün  xəbərlərdə 
eyni ifadələrin işlədilməsidir.  
2. Məna təvatiri: Burada müştərək mehvər xəbərlərdəki məna və 
məhdudiyyətdir.  
3.  İcmali  təvatir:  Burada  müştərək  mehvər  hər  hansı  qəziyyədir. 
Məsələn,  müxtəlif  xəbərlərdə  təkrarlandığından  həzrət  Әlinin  (ə) 
şücaətinə  əmin  olduğumuz  kimi,  eyni  yolla  həzrət  Mehdinin  (ə) 
mövcudluğuna  və  mövluduna  da  əmin  ola  bilərik.    Bu  mövzuda 
rəvayətləri  sənəd  baxımından  araşdırmağa  ehtiyac  yoxdur.  Çünki 
mövzu  ilə  bağlı  müxtəlif  xəbərlərdən  yəqinlik  hasil  olur.  İmam 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə