Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   51   52   53   54   55   56   57   58   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
164 
qeyb  dövrünün  başa  çatması  ilə  bağlı  məlumat  alır.  İmam  Səməriyə 
özündən sonra səfir təyin etməsini qadağan edir.
1
 
Rəvayətçi deyir: Bu namədən altı gün sonra Әli ibn Məhəmmədin 
yanında  olduq.  Həyatının  son  anlarını  yaşayan  səfirdən  növbəti  səfir 
haqqında  soruşduq.  O,  növbəti  səfirin  olmayacağını  bildirib,  dünya 
həyatı ilə vidalaşdı.  
 
Sual:  258.  Həzrətin  dörd  səfirinin  nümayəndəliyi  necə  sübut 
olunur? 
Cavab:  1.  Osman  ibn  Səid  haqqında  deyirik:  Onu  imam  Әsgəri 
etibarlı saymış və imam Mehdi (ə) mənsəbini təsdiqləmişdir.  
Onun  övladı  Məhəmməd  ibn  Osman  haqqında  deyirik:  O  atası 
tərəfindən  təyin  olunmuş,  bundan  əlavə  imam  Әsgəri  (ə)  və  imam 
Mehdi (ə) tərəfindən etibarlı sayılmışdır.  
Hüseyn  ibn  Ruh  da  öz  növbəsində  Məhəmməd  ibn  Osman 
tərəfindən  bu  məqama  təyin  olunmuşdur.  O  isə  özündən  sonra  üçün 
Әli ibn Məhəmməd Səməriyə uyğun vəzifəni tapşırmışdır.  
2.  Bu  dörd  şəxsin  səfirliyini  sübuta  yetirmək  üçün  ikinci  yol 
onların  bütün  xalqı  imamət  məsələsi  ilə  tanış  etməsidir.  Hələ  imam 
Әsgərinin (ə) dövründə şiələr imam Mehdinin (ə) xətti ilə tanış idilər.  
3.  Bu  böyük  insanlardan  görünən  kəramətlər  onların  səfirliyinin 
sübutu  üçün  növbəti  dəlil  ola  bilər.  Bu  kəramətlər  bəzən  səfirlərin 
özlərindən,  bəzən  isə  həzrət  Mehdidən  (ə)  görünürdü.  Həzrətin 
kəramətlərini səfirlər şiələrə çatdırırdılar. Belə qəziyyələrdən məşhuru 
Әbu-Әli Bağdadi tərəfindən nəql olunmuşdur.
2
 
Seyyid 
Әbdüllah 
Şwbbər 
deyir: 
Şiələr 
imamın 
nümayəndələrindən  imama  aid  kəramət  görməmiş  onların  sözünü 
qəbul  etməzdi.  Bu  kəramətlər  onların  verdiyi  göstərişlərin  və 
nümayəndəliklərinin dəlili idi.”
3
  
 
Sual: 259. Dörd nümayəndə şiələrlə hansı yolla rabitə saxlayırdı? 
Cavab: Şiələr nümayəndələrlə iki yolla əlaqə saxlayırdı: 
1.  Vasitəli  rabitə  -  Vasitəli  rabitə  səfirlik  qurumunda  prinsipial 
məsələlərdən  idi.  Çünki  bu  qurum  Abbasilərin  zülmü  səbəbindən 
                                                 
1
 “Kəmalud-din”, s. 516; “Elamul-vəri”, s. 445. 
2
 “Kəmalud-din”,s.502-518. 
3
 “Həccül-Yəqin”, s. 242. 


 
165 
aşkar  fəaliyyət  göstərə  bilmirdi.  Onlar  xalqla  rabitə  üçün  gizli 
yollardan istifadə etməli olurdular.  
2.  Birbaşa  rabitə  -  Dörd  nümayəndənin  fəaliyyəti  dövründə  ilk 
əvvəllər birbaşa rabitə yox idi. Kiçik qeyb dövründə nümayəndələrin 
xalqla  birbaşa  rabitə  saxlaması  çox  çətin  idi.  Zalım  hakimlərin 
təzyiqləri  səbəbindən  rabitələr  gizli  şəkildə  qurulurdu.  Şiələr  zaman 
ötdükcə gizli şəkildə səfir və vəkilin adını və nişanələrini öyrənirdilər. 
Bu yolla müstəqil rabitə qurmaq mümkün olurdu. Bu iş əsasən ikinci 
səfirin  dövründə  həyata  keçməyə  başladı.  Şeyx  Tusi  bu  növ  rabitə 
haqqında  yazır:  “Etibarlı  şəxslərdən  bir  qrupu  imam  Mehdinin  (ə) 
səfirinin  yanına  gedirdi.  Onlar öz  məktublarını  və  istəklərini səfirlərə 
çatdırmaqla onlar vasitəsi ilə müqəddəs nahiyədən cavab alırdılar.”
1
  
 
Sual: 260. Dörd nümayəndə hansı vəzifələri yerinə yetirmişdir? 
Cavab: Dörd nümayəndənin vəzifələri və fəaliyyətlərinin ümumi 
mehvəri bu şəkildədir:  
1.  İmam  Mehdinin  (ə)  varlığı  ilə  bağlı  şəkk-şübhəni  aradan 
qaldırmaq;  nümayəndələrin,  xüsusi  ilə  ilk  səfir  Osman  ibn  Səid 
Әmrinin  ən  mühüm  vəzifəsi  imam  Mehdinin  (ə)  varlığını  sübuta 
yetirmək  olmuşdur.  Onlar  isbat  etməli  idilər  ki,  imam  Әsgərinin  (ə) 
övladı var, o hazırda imamdır və nümayəndəsi fəaliyyət göstərir.  
2.  Həzrət  Mehdinin  (ə) adını  və məkanını gizli  saxlamaqla onun 
hifz  olunması  –  İmam  Mehdi  (ə)  bir  bəyanatında  Məhəmməd  ibn 
Osman  ibn  Səid  Әmriyə  bildirirdi  ki,  həzrətin  adı  və  nişanələri 
bilindirilməsin və bu sahədə fəaliyyət göstərilsin.
2
 Әbu-Səhl Növbəxti 
“nə  üçün  sən  səfir  olmadın”  sualına  belə  cavab  verir:  “Mən  Hüseyn 
ibn Ruh kimi sirr saxlamağı bacarmıram.”
3
  
3. Vəkalət qurumunun nizama salınması və ona rəhbərlik – Şiələr 
öz  suallarını  məhz  bu  qurum  vasitəsi  ilə  vəkillərə  çatdırırdılar.  Eləcə 
də,  vəkalət  qurumu  həzrətin  cavabını  şiələrə  ötürürdü.  Şəri  ödənclər 
vəkillərə  çatdırılır  və  onlar  vasitəsi  ilə  qurumun  məsullarına  təhvil 
verilirdi.  
4.  Fiqh  və  əqidə  ilə  bağlı  sualların  cavablandırılması  – 
Nümayəndələr  xalqın  fiqhi  suallarını  imam  Mehdi  (ə)  çatdırır  və 
cavab alıb xalqa bəyan edirdilər.
4
  
                                                 
1
 “Әl-Ğeybət”, s. 257. 
2
 Həmin mənbə, s. 222. 
3
 Həmin mənbə, s. 240. 
4
 “Elamul-vəri”, s. 452. 


 
166 
5. İmam Mehdiyə (ə) aid mülkün alınması və paylanması – İmam 
Mehdi  (ə)  atasının  dəfnindən  sonra  Qumdan  gəlmiş  heyətə  göstəriş 
verdi  ki,  bundan  sonra  ona  aid  olan  mülkü  Bağdaddakı  vəkilə  təhvil 
versinlər.
1
 
6. Yalan səfirlik iddiası ilə mübarizə - Səfirlik dönəmində Həllac, 
Şələmğani və bir çox başqaları nəfsə uyaraq özünü səfir elan etmişdi. 
İmamın nümayəndələrinin mühüm vəzifələrindən biri bu sayaq yalan 
iddialarla  bağlı  müqəddəs  nahiyə  tərəfindən  bəyanatlar  verilirdi. 
Həqiqətin  bu  sayaq  aşkarlanması  imamiyyə  şiələrini  bir  çox 
azğınlıqlardan qoruyur, dörd nümayəndəyə etibarı artırırdı.  
7. Xain vəkillərlə mübarizə - Bəzən vəkil təyin olunanlar arasında 
yolunu  azanlar  tapılırdı.  Belələri  qurumun  məxfi  fəaliyyəti  üçün  bir 
sıra  problemlər  yaradırdı.  Onlar  bəzən  şəri  ödəncləri  quruma  təhvil 
vermir, özbaşınalıq göstərirdi. Bu sayaq mənfi fəaliyyətlərə qarşı dörd 
nümayəndə mübarizə aparır, xain vəkillər işdən uzaqlaşdırılırdı.  
8.  Xalqın  böyük  qeyb  dövrünə  hazırlanması  –  Bu  istiqamətdə 
daha  çox  Әbül-Həsən  Әli  ibn  Məhəmməd  Səməri  fəaliyyət 
göstərmişdir.  Bu  şəxs  həzrət  Mehdinin  (ə)  son  səfiridir.  Həzrət 
möcüzə  vasitəsi  ilə  ona  kömək  etmiş,  ölümündən  altı  gün  əvvəl  bu 
barədə ona məlumat vermişdir. Bununla da, höccət tamamlanmış, xalq 
qeyb dövrünə hazırlanmışdır.  
 
Sual: 261. Dörd nümayəndə hansı meyarlar əsasında seçilmişdir? 
Cavab: Məsum imamlar daim hikmət əsasında hərəkət etmiş, öz 
nümayəndələrini konkret meyarlar əsasında seçmişlər: 
1. Әn üstün səviyyədə təqiyyə və sirr saxlama – Həzrət Mehdinin 
(ə)  birinci  səfiri  Osman  ibn  Səid  özünü  Abbasi  rejimindən  qorumaq 
üçün  maksimum  səviyyədə  təqiyyə  edirdi.  O,  bu  məqsədlə  heç  bir 
məzhəbi və siyasi söhbətdə aşkar mübahisəyə girişmirdi.
2
  
Hüseyn  ibn  Ruh  da  öz  növbəsində  təqiyyəyə  əməl  edir,  əsl 
mövqeyini  məxfi  saxlayırdı.  Hətta  xidmətçilərindən  biri  Müaviyəni 
aşkar lənətlədiyi üçün onu işdən uzaqlaşdırmışdı.
3
  
2.  Böyük  səbr  və  sabitqədəmlik  –  Bir  qrup  şəxs  Әbu-Səhl 
Növbəxtidən soruşdu: “Nə üçün sən imamın xüsusi naibi olmadın?” O 
belə  cavab  verdi:  “Onlar  (imamlar)  daha  yaxşı  bilirlər  ki,  kim  bu 
                                                 
1
 “Kəmalud-din”, s.478. 
2
 “Tarixe-Siyasiye-Ğeybəte-imame dəvazdəhum”, Doktor Casim Hüseyn, s. 149. 
3
 “Әl-Ğeybət”, s. 237. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə