182
8. İmamın qeybə çəkilmə amillərindən biri onun əsrin zalım
hakimlərinə beyətə məcbur edilməməsidir.
Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: “Qaim (Mehdi)
öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”
1
9. Hidayət bir neçə qisimdir:
a) Fitri hidayət: Bu, fitrət yolu ilə hidayətdir. Qurani-Kərimdə
oxuyuruq: Üzünü Rəbbinin xalis ayininə doğru tut. O, Allahın
insanları yaratdığı vaxt onlara verdiyi fitrətdir. İlahi yaranışda
nizamsızlıq yoxdur. Budur möhkəm ayin. Amma xalqın əksəri
bilməz.”
2
b) Təşrii (şəriət yolu ilə) hidayət: Bu, xalqın onlar arasındakı
imam vasitəsi ilə doğru yola yönəldilməsidir. Qurani-Kərimdə
oxuyuruq: “(Öncə) Xalq bir dəstə idi. (Onlar arasında ziddiyyət
yarandı, tədricən təbəqələr əmələ gəldi.) Allah xalqa müjdə vermək və
onu qorxutmaq üçün peyğəmbərlər seçdi. Xalq arasında ixtilaflı
məsələlərdə mühakimə üçün haqqa dəvət edən səmavi kitab nazil
oldu...”
3
v) Təkvini (təbiət qanunları vasitəsi ilə) hidayət: Bu, varlıq
nizamında tədbir tökməklə hidayətdir. Qurani-Kərimdə oxuyuruq:
“Kitabdan elmi olan kəs dedi: “Gözünü qırpmamışdan qabaq onu
sənin yanına gətirəcəyəm.” (Süleyman) Onu (taxtı) yanında dayanmış
gördü və dedi: “Bu mənim Rəbbimin fəzlindəndir. Məni imtahana
çəkir ki, görən şükür, yoxsa küfr edəcəyəm?!”
4
q) Batini hidayət: O, təkvini vilayətin bir şöbəsidir və istəyə
çatdırma mənasını bildirir. Qurani-Kərimdə oxuyuruq: Onları
insanlara rəhbər etdik ki, xalqı bizə doğru hidayət etsinlər. Hər yaxşı
işi, xüsusilə namazın bərpası və zəkat ödənməsini onlara vəhy etdik,
onlar da bizə ibadətə qatıldılar.”
5
Yuxarıdakı müqəddiməni nəzərdən keçirdikdə belə bir nəticə əldə
edirik ki, həzrət Mehdinin (ə) nazənin varlığı haqlı olaraq vəd
olunmuş günədək pərdə arxasında qalmalı, yalnız zəmin yarandıqdan
sonra Allah-təalanın izni ilə zühur etməlidir.
1
“Kəmalud-din”»
2
“Rum”, 30.
3
“Bəqərə”, 213»
4
“Nəml”, 40.
5
“Әnbiya”, 73.
183
Sual: 289. Həzrət Mehdi (ə) ilə bağlı şeyxiyyə firqəsi hansı
əqidədədir?
Cavab: Şeyx Әhməd Ehsainin rəyasəti ilə formalaşmış şeyxiyyə
əqidəsinə əsasən, xüsusi bir şəhərdə yerləşmiş xüsusi bir bədən
forması mövcuddur. O öz baxışına əsasən bu nəzəriyyə ilə üç mühüm
və dərin fəlsəfi məsələni təhlil etmişdir: Peyğəmbərin cismani merac
səfəri, cismani məad və imam Mehdinin (ə) 10 əsrdən çox çəkmiş
həyatı. Onun əqidəsincə, əsrin imamı qeyd olunmuş şəhərdə qeyri-
maddi, xüsusi bir bədənlə yaşayır.
Şeyx Әhməd Ehsai imam Mehdini (ə) diri və xüsusi bir aləmdə
mövcud bilir.
1
O deyir: “O xüsusi varlıq iki xüsusi şəhərdən ibarət son mülkdür.
Həzrət Qaim (Mehdi) dünyada misal aləmində deyil.” O sözünə belə
davam edir: “Әsrin imamı qeyb dövründə həmin xüsusi aləmdədir və
istədiyi vaxt bizim aləmin surətində buraya gəlir və kimsə onu
tanımır.”
Sual: 290. “Cabulqa” və “Cabursa” dedikdə hansı şəhərlər
nəzərdə tutulur?
Cavab: 289-cu sualda Şeyx Әhməd Ehsainin nəzərdə tutduğu
şəhərlər «Cabulqa» və «Cabursa» adlanırdı. Bu şəhərlər haqqında
Әbdül-Kərim Səfipur deyir: «Cabursa qərbdə bir şəhərdir və ondan
sonra insan yoxdur. Cabulqa isə şərqin Cabulsaya qardaş şəhəridir.»
Xələf Təbrizi deyir: “Misal aləmi haqqında deyirlər ki, Cabulqa
və Cabursa müsul aləmində iki şəhərdir. Bu məsələni araşdıran alimlər
bildirirlər ki, bu mənzil salikin (haqq yolçusunun) son mənzilidir.
Sonra bildirilir ki, Cabulqa salikin ilk mənzilidir.
2
Qütbüddin Şirazi Cabulqa və Cabursa şəhərləri haqqında deyir:
“Bu iki şəhər müsul ünsürləri aləminin şəhərlərindəndir.”
3
Şeyx Әhməd Ehsainin tanınmış şagirdlərindən olan Seyid Kazim
Rüşti deyir: “Cabulqa və Cabursa xalqdan haqqa doğru ilk səfərdə
qərar tutur. Bu səfərin müxtəlif məhəlləri var. Onun 19-cu məhəlli
“xəzirətul-qüds” adlanır və bu məhəldə misali quşlar qərar tutur.
Cabursa və Cabulqa bu şəhərin iki məhəllidir. Bu məhəllərdən hər
1
“İrşadul-əvam”, c. 2, s. 151.
2
“Burhani-qate”, c. 4, s. 552.
3
“Şərhe-hikmətul-işraq”, s. 517-556»
184
birinin 70000 qapısı var. Hər bir qapının ağzında 70000 ümmət
dayanır. Onlar bir-birləri ilə 70000 dildə danışır və heç bir dilin o biri
dilə oxşarlığı yoxdur.”
1
Sual: 291. “Hurqəlya bədən” dedikdə hansı bədən nəzərdə tutulur?
Cavab: Şeyxiyyə əqidəsinə əsasən, imam Mehdi (ə) “hurqəlya
bədəndə” yaşayır.
2
Şeyx Әhməd Ehsayi bildirir ki, “hurqəlyə” sabiin dilindən
götürülmüşdür və Suryani (Suriya) kökündəndir.
Qütbüddin Şirazi deyir: Cabulqa və Cabursa müsul ünsürlü
dəyərlərdəndir. Hürqəlya müsul əflakındandır. Demək, hurqəlya daha
üstündür.
3
Dediklərimizdən məlum olur ki, “hurqəlya aləm” dedikdə həmin
misal aləmi nəzərdə tutulur. Çünki misal aləmi iki qisimdir: Başlanğıc
və son aləmlər. Deyilir ki, bu aləmin iki şəhəri var: Cabulqa və
Cabursa. Misal aləmi maddi aləmlə ilahi aləm arasında qərar tuta bilər.
Bu fikir işraqilər tərəfindən qəbul edilir, məşşailər tərəfindən rədd
olunur.
İşraqilər misal aləmini iki mərhələyə malik bilirlər: Dünyadan
əvvəlki bərzəx və dünyadan sonrakı bərzəx.
Sual: 292. İmam Mehdinin (ə) varlığı ilə bağlı şeyxiyyə etiqadına
hansı iradlar tutulur?
Cavab: Bu əqidəyə qarşı bir çox iradlar var. Onlardan bəzilərini
nəzərdən keçirək:
1. İmamın hurqəlya bədəndə olmasını iddia etmək əslində onun
yer üzündə olduğunu inkar etməkdir. Həzrət Mehdi (ə) bərzəx
aləmində yaşayırsa, demək, yer üzü höccətsizdir. Bu isə mümkün
deyil.
2. İmam Mehdinin (ə) hurqəlya bədəndə olması onun yer üzündə
mövcudluğunu sübuta yetirən əqli dəlillərə ziddir.
3. Şeyx Әhməd Ehsayi Hurqəlya aləmi dünya aləmi ilə axirət
aləmi arasında təsəvvür edir. Hansı ki, misal aləmi də ilahi aləmdəndir.
4. Həzrət Mehdinin (ə) Hurqəlya bədəndə yaşamasının heç bir
dəlili yoxdur. Bu iddia heç bir əqli və nəqli dəlillə sübut olunmur.
1
“Şərhe-hikmətul-işraq”, s. 5.
2
“Burhani-qate”, c. 4, s. 2391.
3
“Şərhe-Hikmətul-işraq”, s. 517-556.
Dostları ilə paylaş: |