191
3. İnsanlar arasında soyuqluq – Həzrət Peyğəmbər (s) bu barədə
buyurur: “Həmin dövrdə böyüklər tabeçiliklərində olanlara və
kiçiklərə rəhm etməz. Güclü zəifə rəhm göstərməz. Allah həmin vaxt
ona (Mehdiyə) qiyam izni verər.”
1
4. Әxlaqi pozğunluqların çoxalması – Həzrət Peyğəmbər (s)
buyurur: “Nə qədər ki, qadın günün günorta çağı aşkar şəkildə yolun
ortasında təcavüzə məruz qalmır və həmin işə görə məzəmmət edən
var, qiyamət qopmaz.”
Məhəmməd ibn Müslim deyir: “İmam Baqirə (ə) ərz etdim: “Ey
Allah rəsulunun övladı! Sizin qaim nə vaxt zühur edəcək?” İmam
buyurdu: “Kişilər özünü qadına, qadınlar özünü kişiyə oxşatdığı vaxt.
O vaxt ki, kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənər.”
2
5. Az övlad istəyi - İslam peyğəmbəri buyurur: “Beş övladı olan
dörd övlad arzusuna düşməyincə qiyamət qopmaz. Həmin vaxt dörd
övladı olan “kaş üç övladım olaydı”, üç övladı olan “kaş iki övladım
olaydı”, iki övladı olan “kaş bir övladım olaydı”, bir övladı olan, “kaş
övladım olmayaydı” deyər.
3
6. Qəfil ölümlər –Həzrət Peyğəmbər (s) buyurur: “Ağ ölüm, yəni
qəfil ölüm zahir olmayınca qiyamət bərpa olmaz.”
4
7. Müharibə və qırğınlar – İmam Riza (ə) buyurur: “Həzrət
Mehdinin (ə) zühurundan öncə ardıcıl və aramsız qırğınlar baş
verəcək.”
5
Sual: 304. Necə ola bilər ki, imam aramızda olsun, amma biz onu
tanımayaq?
Cavab: Həzrət Mehdinin (ə) böyük qeyb dövründəki məxfiliyi
barədə iki nəzəriyyə var:
Nəzəriyyələrdən birinə əsasən həzrət Mehdi (ə) şəxsən məxfidir.
Yəni o bizdən uzaqdadır, kimsənin əli çatmayan yerdə yaşayır.
İkinci nəzəriyyəyə əsasən, həzrət Mehdi (ə) şəxs olaraq məxfi
deyil. O bizim aramızdadır, amma biz onu tanımırıq. İkinci nəzəriyyə
bir növ ünvanın məxfiliyindən ibarətdir.
1
Həmin mənbə, c. 52, s. 380.
2
“Kəmalud-din”, c. 1, s.331.
3
“Firdovsul-əxbar”, c. 5, s. 227.
4
“Әl-faiq”, c.1, s. 141.
5
Nemani, “Әl-Ğeybət”, s. 271.
192
Sual: 305. Həzrət Mehdinin (ə) varlığına imanı necə
gücləndirmək olar?
Cavab: Bu istiqamətdə imanı gücləndirmək üçün bir neçə yol
var:
1. Әqli dəlilləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna
imanı gücləndirmək olar.
2. Quran ayələrini və rəvayətləri araşdırmaqla həzrət Mehdinin (ə)
mövcudluğuna dərin iman əldə etmək olar.
3. Həzrət Mehdinin (ə) hüzurunda olmuş, onunla görüşmüş
insanların haqqında mütaliə etməklə insan uyğun istiqamətdə imanını
gücləndirə bilər.
4. Həzrətə xitabən tərtib olunmuş bu duaları oxumaqla onun
mövcudluğuna iman güclənə bilər.
Sual: 306. Sahibəzzaman qeyb dövründə xalqı necə hidayət edir?
Cavab: 1. Təşrii hidayət (şəriət yolu ilə tərbiyə): Xalq üçün şəri
hökmlərin və ilahi maarifin bəyanı. Bu növ hidayət adətən imamın
iştirakı ilə təmin olunur.
2. Batini hidayət: Belə bir hidayət insana daxili yardımlarla
müşayiət olunur. Bu hidayət təkvini hidayət növüdür və onun
gerçəkləşməsi üçün imamın hüzuruna, xalqla görüşünə ehtiyac yoxdur.
İmam qeybdə ola-ola batini hidayət gerçəkləşə bilər. Daxilində
təlatüm qopmuş insanlar Allahın iradəsi ilə Sahibəzzaman
nahiyəsindən qəlbən hidayət olur.
3. Şiələr həzrət Mehdinin (ə) bir çox başqa hidayətlərindən də
bəhrələnir. Yol azanlara bələdçilik, xəstələrə şəfa bu qəbildəndir.
Sual: 307. Milad bayramlarının hansı təsirləri var?
Cavab: Həzrət Mehdinin (ə) mövlud mərasimlərinin bir sıra
müsbət təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Şiələr hər il xüsusi bir gündə həzrət Mehdini (ə) yad edərək bir
yerə toplaşır. Həzrətə məhəbbətlərini bildirməklə qəlblərində onun
xatirəsini canlandırırlar.
2. Bu sayaq bayramlar insanın ruhuna müsbət təsir göstərir,
zühura olan etiqadı möhkəmləndirir.
3. Bu bayramlarda həzrətin kamillik və fəzilətləri yada salınır,
nəticədə xalq həzrətə təvəssül edərək Allaha yaxınlaşır.
4. Bu mərasimlərdə ehsanlarla, şirni paylamaqla xalqın könlü
açılır, zəiflər təbəqəsi maddi baxımdan bəhrələnir.
193
5. Belə bir mərasim xalqı Allaha doğru dəvət üçün münasib
fürsətdir.
Sual: 308. Saleh insanların imamla görüşünü necə sübut etmək
olar?
Cavab: Yuxarıdakı sual əslində iki hissədən təşkil olunmuşdur:
1. Bəzilərinin həzrətlə görüş iddiasını necə sübut etmək olar?
2. Necə bilmək olar ki, bu görüşdə onlar şəxsən həzrəti görmüşlər?
İlkin olaraq deyə bilərik ki, biz hər görüş iddiasında olanın
sözünü qəbul etmirik. Belə bir görüşün həqiqiliyi yalnız dəlillər
əsasında qəbul edilir.
Bu şəxs doğru danışan olmalı, kimsə ondan yalan, xilaf əməl,
ədalətsizlik görüb-eşitməməlidir.
Digər bir nöqtə budur ki, həzrətlə görüş iddiasında olan şəxsin
dedikləri həqiqətə uyğun olmalı, qeybi xəbərlərlə münasib gəlməlidir.
İkinci sualın cavabında deyə bilərik ki, həzrətlə görüş iddiasında
olanlar özləri müəyyən dəlillər gətirmiş, hər biri həzrətin varlığını
sübut edən möcüzələr və qeybi xəbərlərə şahid olmuşlar.
Onlar bu yolla məhz həzrətlə görüşdüklərinə əmin olmuş və bu
xəbəri bizə nəql etmişlər.
Sual: 309. Sahibəzzaman məhəbbətini qəlblərdə necə diriltmək
olar?
Cavab: İnsanların, xüsusi ilə gənclərin qəlbində Sahibəzzaman
məhəbbətini diriltməyin müəyyən yolları var. Onlardan bəzilərini
nəzərdən keçirək:
1. Qəlbini Allah vəlisinin eşqi ilə doldurmaq istəyənlər öncə bu
qəlbi
paka
çıxarmalıdır.
Həm
də
nəfs
çirkin
sifətlərdən
təmizlənməlidir.
Bu səbəbdən də əxlaq ustadları haqq yol yolçusu (salik) üçün
ilkin mərhələdə nəfsin təmizlənməsini zəruri saymışlar. Demək, öncə
nəfs
çirkinlikdən
təmizlənməli,
sonra
əxlaqi gözəlliklərlə
zinətlənməlidir.
2. Gücümüz çatan və qarşı tərəfin qəbul edəcəyi həddə imamın
məqam və kamilliklərini bəyan edək. Həzrətin xalqın halından
xəbərdarlığını, ilahi rəhmaniyyət məzhəri olduğu, daim şiələr
haqqında düşündüyü nəql edilməlidir.
İnsan zatən və fitrətən kamillik aşiqidir. Digər bir tərəfdən,
insanda kiməsə qarşı belə bir eşq yarandıqda ona müti olur.
Dostları ilə paylaş: |