185
5. XIII əsrdə yersiz sözlər danışmaq geniş rəvac tapmışdı və
avam xalq bunu alimlik kimi qəbul edirdi. Çox ola bilər ki, Şeyx
Әhməd Ehsayi və Seyyid Kazim Rüşti avam xalqa xoş gəlmək üçün
bu sayaq sözlərdən istifadə etmişlər.
Şeyx Әhmədin sözləri nəticəsində azğın Babilik və Bəhailik kimi
təriqətlər meydana çıxmış, pak ayin adı altında dinsizlik rəvac
tapmışdır.
Sual: 293. Həzrət Zəhranın (ə) (Fatimənin) həzrət Mehdinin (ə)
nümunəsi, idealı olması nə deməkdir?
Cavab: Həzrət Mehdi (ə) bir məktubda öz mübarək xətti ilə
şiələrə duadan sonra bir neçə məsələyə toxunur: “Həzrət peyğəmbərin
qızı Fatimə mənim üçün ideal və yaxşı nümunədir.”
1
Bəs həzrət Mehdi (ə) həzrət Fatimənin (ə) hansı söz və rəftarını
nümunə saymışdır? Bəyan olunmuş ehtimallardan üçünü nəzərdən
keçirək:
1. Həzrət Fatimə (s) ömrünün sonunadək heç bir zalım hakimə
beyət etməmişdir. Həzrət Mehdi (ə) də heç bir zalım hakimin
qarşısında öhdəçilik götürməmişdir.
2. Şiələrdən bəziləri həzrətin imamətini qəbul etmirdilər. Həzrət
onlara cavab olaraq buyurur: “Әgər icazəm olsaydı, elə edərdim ki,
haqq söz aşkarlanardı və heç bir şübhə qalmazdı. Amma mən həzrət
Zəhranın yolunu gedirəm. O xanım hakimiyyət haqsız yerə Әlidən
alınsa da, heç vaxt qeyri-adi vasitələrdən istifadə etmədi. Mən də onun
yolunu gedirəm. Öz haqqımı almaq üçün qeyri-adi yollardan
faydalanmıram.”
3. Həzrət buyurur: “Әgər sizin hidayətiniz şövqündə olmasaydıq,
gördüyümüz zülmlər səbəbindən sizdən üz döndərərdik.” Həzrət
xanım Zəhraya (s) işarə ilə buyurur ki, düşmənlər həzrət Zəhraya (s)
nə qədər əziyyət versələr də, müsəlmanlar bu zülm qarşısında sussalar
da, xanım heç vaxt müsəlmanlara duadan əl çəkmədi, hətta başqalarını
özündən üstün tutdu. Mən də bu zülmlərə dözürəm və sizə
canıyananlığı, duanı, göstərişi əsirgəmirəm.
1
“Әl-Ğeybət”, s. 286.
186
Sual: 294. Zühurun (fərəcin) tezləşməsi üçün edilən duaların
hansı təsirləri var?
Cavab: Sahibəzzaman (Mehdi) İshaq ibn Yəquba cavabında
yazır: “Həqiqi və kamil qurtuluşun tezləşməsi üçün çox dua edin.
Həqiqətən, sizin qurtuluşunuz bundadır.”
1
Bilirik ki, şiələrin qurtuluşu həzrət Mehdinin (ə) zühuru
sayəsində mümkün olasıdır. Nə qədər ki, həzrət qeybdədir, şiələr
sıxıntı və təzyiqə məruz qalasıdır.
Hədisdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru dövrü həm
tezləşə, həm də yubana bilər. (“Bəda.”) Həzrətin zühurunun tezləşmə
amillərindən biri duadır. Bilirik ki, qəlb istəyi və zəmin olmadan
edilən dua təsirsizdir. İnsan həm dili və qəlbi ilə istəməli, həm də
əməli olaraq öz istəyinə zəmin yaratmalıdır.
Sual: 295. İmamın mövcudluğunun bəlalara hansı təsiri var?
Cavab: Sahibəzzaman Şeyx Müfidə ilk məktubunda buyurur:
“Biz sizə yardım və himayədə yubanmırıq və sizi yaddan çıxarmırıq.
Әgər belə olsaydı (yaddan çıxarsaydıq) bəlalar üstünüzə yağar,
düşmənlər sizi məhv edərdi.”
2
Şiələr haqq-ədalətə üz tutduqlarından
daim zalım hakimlərin təzyiqlərinə məruz qalmışdır. Bu səbəbdən də
onların qurtuluş üçün yardımçıya ehtiyacı var. Həzrət bu məktubunda
şiələrə müjdə verir ki, qeybdə olsam da, sizi himayə edirəm və imkan
vermirəm ki, düşmənlərin sizə qarşı yönəlmiş planları gerçəkləşsin,
şiə məzhəbi aradan getsin.
Digər bir hədisdə həzrət buyurur: “Mən vəsilərin (canişinlərin)
sonuncusuyam. Allah mənim vasitəmlə şiələrin üzərindən bəlanı
götürər.”
3
Sual: 296. Dövrün imamını inkar edənlərin hökmü nədir?
Cavab: Sahibəzzaman İshaq ibn Yaquba cavablarından birində
buyurur: Allah-təala ilə kimsə arasında heç bir qohumluq yoxdur.
Məni inkar edən məndən deyil. Bu şəxs Nuhun övladının yolunu
tutmuşdur.”
4
1
“Kəmalud-din”, s.485.
2
“Ehticac”, c. 2, s. 323.
3
“Kəmalud-din”, c. 2, s.441.
4
“Kəmalud-din”, s.484.
187
Bu hədisi şiə və sünnilərin nəql etdiyi rəvayətlər təsdiqləyir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim Әhli-beytim (ə) Nuhun
gəmisi kimidir. Ona süvar olan nicat tapar, ondan üz çevirən qərq
olar.”
1
Sual: 297.
İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz
nədir?
Cavab: Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər
biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli,
bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.”
2
Aydın məsələdir ki, Әhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir
məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Әhli-beyt
məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə
etdikdə xoşhal olurlar.
Әgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu
narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq
ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.
Sual: 298. Bulud arxasındakı günəşlə qeybdə olan imamın hansı
oxşarlığı var?
Cavab: Sahibəzzamanın İshaq ibn Yaquba cavabında buyurulur:
“Qeyb dövründə mənim vasitəmlə fayda əldə etmək bulud arxasında
günəşdən faydalanmaq kimidir.”
3
Bulud arxasındakı günəşlə qeybdəki imam arasında müqayisə
aparılması bəzi nöqtələri üzə çıxarır:
1. İnsanlar daim günəşin bulud arxasından çıxmasını gözlədiyi
kimi, qeyb dövründə imamın zühuru intizarında olurlar.
2. Qeyb dövründə imamın varlığını inkar etmək bulud
arxasındakı günəşi inkar etmək kimidir.
3. Bulud günəşi tam örtmədiyi kimi, qeyb də imama tam mane
ola bilmir. Xalq qeyb dövründə həzrəti görməsə də, onun vücudundan
bəhrələnir. İmamdan faydalanma yollarından biri təvəssüldür.
4. Günəş buludlar arasından bəzən göründüyü kimi, imam da
arabir bəzi ləyaqətli insanlarla görüşür və bu yolla onun mövcudluğu
xalqa sübut olunur.
1
“Mustədrəke-Hakim”, c. 3, s. 151.
2
“Ehticac”, c. 2.
3
“Bihar”, c. 53, s. 180.
Dostları ilə paylaş: |