Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

 
119 
 
Sual:  181.  İmamların  fəzilət  və  kəramət  səbəbi  onların  kamil 
düşüncəsi idimi? 
Cavab:  Materialist  düşüncəli  insanlar  hər  hansı  möcüzə  ilə 
rastlaşdıqda  onu  maddi  baxımdan  yozmağa  çalışırlar.  Onlar  insanın 
bütün  keyfiyyətlərini  onun  üçün  təbii  sayır  və  bütün  qeybi  əlaqələri 
inkar edirlər. Amma bu sayaq dünya görüşünə malik insanların bir sıra 
nöqsanları var:  
1.Materialist düşüncəli insanlar istənilən bir qeybi məlumatı inkar 
edirlər.  
2.  İmamların  uşaq  yaşındakı  kəramət  və  möcüzələrindən  biri 
onların  qeybi  xəbərlər  verməsidir.  Kiminsə  imamlıq  iddiası  ilə  uşaq 
yaşında  sırf  düşüncəsinə  əsaslanaraq  qeybi  xəbər  verməsi  müşahidə 
olunmamışdır.  İnsanın  düşüncəsi  nə  qədər  kamilləşsə  də  o  qeybdən 
xəbər verə bilməz.  
3.  Әgər  qeybi  xəbərlər  düşüncədən  qaynaqlanırdısa,  nə  üçün 
peyğəmbərlər və imamlar bu xəbərlərin vəhy olduğunu bildirirdi?!  
4.  Әgər  imamların  uşaq  yaşındakı  kəramətləri  onların  kamil 
düşüncəsindən  qaynaqlanırdısa,  nə  üçün  başqaları  bu  sahədə  öz 
acizliklərini etiraf edirdi?! 
 
Sual: 182. Әhli-beyt (ə) azyaşlı məsumların imaməti üçün zəmin 
hazırlamışdırmı? 
Cavab: Rəvayətlərə müraciət etdikdə görürük ki, bu sahədə Әhli-
beyt 
(ə) 
əlindən  gələni  etmişdir.  Onların  əsas  fəaliyyət 
istiqamətlərindən  biri  uşaq  yaşında  imamətin  mümkünlüyünü  sübuta 
yetirmək olmuşdur.  
Müqəddəsi  Şafei  “Әqdud-durər”  kitabında  imam  Baqirdən  (ə) 
belə  nəql  edir:  “Aramızda  ən  az  yaşı  olanlar  imamət  və  xilafət 
məqamına seçilər.”
1
  
 
Sual: 183.  İmam Әsgəri (ə) öz övladının imamətini sübut etmək 
üçün hansı tədbirləri gördü? 
Cavab: Həzrət bu istiqamətdə bir sıra işləri həyata keçirdi: 
1. Təlimat və bəyanat – Musa ibn Cəfər ibn Vəhəb Bаğdadi deyir: 
“İmam  Әsgəridən  (ə)  belə  eşitdim:  “Sanki  canişinimlə  bağlı  ixtilaf 
edəcəyinizi  görürəm.  Agah  olun!  Hər  kəs  peyğəmbərdən  sonrakı 
                                                 
1
 “Әqdud-durər”,s. 188; “Әl ğeybət”, Nemani, s. 184, “Bihar”, c. 51, s. 38. 


 
120 
imamları qəbul edib mənim övladımı inkar etsə, bütün peyğəmbərləri 
qəbul edib həzrət Məhəmmədi (s) inkar etmiş kimidir...”
1
  
Әhməd ibn İshaq deyir: “İmam Həsən Әsgəridən (ə) belə eşitdim: 
“Həmd olsun mən dünyadan köçməmiş canişinimi tanıtdıran Allaha!”
2
  
Mövludundan üç gün sonra atası imam Әsgəri (ə) həzrət Mehdini 
(ə)  səhabələrinə  təqdim  edib  buyurdu:  “Bu  övladım  məndən  sonra 
sizin  imamınız  və  mənim  xəlifəmdir.  Xalq  bu  qaimin  intizarını 
çəkəcək...”
3
  
2. Yaxın adamlara həzrət Mehdinin (ə) göstərilməsi – Әhməd ibn 
İshaq  ibn  Səd  Әşəri  deyir:  “Canişini  haqqında  soruşmaq  üçün  imam 
Әsgərinin (ə)  yanına getdim. Həzrət öncə belə buyurdu:  “Ey Әhməd 
ibn  İshaq!  Allah  Adəmdən  başlamış  qiyamət  gününədək  yer  üzünü 
heç  vaxt  höccətsiz  qoymaz.  Höccət  vasitəsi  ilə  yer  üzündən  bəla 
götürülər, onun vasitəsi ilə yağış yağar, yer bərəkətə çatar.” Әrz etdim: 
“Ey peyğəmbər övladı! Sizdən sonra imam və xəlifə kimdir?” Həzrət 
dərhal  qalxdı  və  o  biri  otağa  daxil  oldu.  Çox  keçməmiş  çiynində  ay 
parçası  tək  işıq  saçan,  təqribən  üç  yaşlı  bir  körpə  bayıra  çıxdı  və 
buyurdu:  Ey  Әhməd  ibn  İshaq!  Әgər  Allah  və  Onun  höccəti  yanında 
kəramətin olmasaydı, bu övladı sənə göstərməzdim...”
4
  
Şeyx  Səduq  Әbu-Ğanim-Xadimdən  belə  nəql  edir:  Allah  imam 
Әsgəriyə  (ə)  bir  övlad  əta  etdi  və  buyurdu  ki,  onun  adı  Məhəmməd 
qoyulsun.  İmam  mövluddan  üç  gün  sonra  onu  səhabələrinə  göstərib 
buyurdu:  “Bu,  sizin  sahibiniz  və  imamınız,  məndən  sonra 
xəlifənizdir...”
5
 
Müaviyə  ibn  Həkim,  Məhəmməd  ibn  Әyyub  ibn  Nuh, 
Məhəmməd ibn Osman Әmri deyirlər: “Biz qırx nəfərlə birlikdə imam 
Әsgərinin  (ə)  mənzilində  idik.  Həzrət  öz  övladını  bizə  göstərib 
buyurdu: “Bu, məndən sonra sizin imamınız və xəlifənizdir. Ona itaət 
edin  və  məndən  sonra  parçalanmayın,  yoxsa  həlak  olacaqsınız.  Bilin 
ki, bundan sonra onu görməyəcəksiniz...”
6
 
Yəqub  ibn  Mənquş  deyir:  İmam  Әsgərinin  (ə)  yanında  olduğum 
vaxt  qapısından  pərdə  asılmış  otağı  görüb  soruşdum:  “Ey  mənim 
ağam!  Sizdən  sonra  imam  kimdir?”  Buyurdu:  “Pərdəni  kənara  çək.” 
                                                 
1
 “Bihar”, h. 51, s. 160. 
2
 “Kəmalud-din”, s. 408; “Bihar”, c. 51, s. 161. 
3
 “Kəmalud-din”,s.431. 
4
 “Kəmalud-din”,s.431. 
5
 “Kəmalud-din”,s.431. 
6
 “Kəmalud-din”,s.435. 


 
121 
Pərdəni kənara çəkdim və xüsusi səciyyələrə malik bir körpə gördüm. 
O  yaxınlaşıb  imam  Әsgərinin  (ə)  qucağında  oturdu.  Həzrət  buyurdu: 
“Bu, məndən sonra sizin sahibiniz, imamınızdır...”
1
  
 
Sual:  184.  Həzrət  Mehdi  (ə)  körpə  ikən  öz  imamətinin  sübutu 
üçün nə etdi? 
Cavab:  Həzrət  Mehdi  (ə)  öz  imamətinin  şiə  cəmiyyətinə  sübutu 
üçün bir sıra işlər gördü:  
1.  Möcüzələr  və  kəramətlər  –  öncə  Әbül-Әdyandan  nəql 
etdiyimiz  əhvalatda  deyilirdi:  “İmam  Әsgəri  (ə)  vəfat  edən  vaxt  bir 
uşaq  qabağa  çıxıb  imamın  cənazəsinə  namaz  qıldı.  Sonra  imam  atası 
ilə  yanaşı  dəfn  olundu.  Bu  körpə  (həzrət  Mehdi  (ə))  mənə  buyurdu: 
“Ey Bəsri! Yanındakı məktubu mənə ver.  Məktubları həzrətə təqdim 
etdim. Gördüyüm bu iki nişanə uşaqdakı imamət nişanələridir...”  
Әbül-Әdyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar 
var,  xurcunlarınızda  1010  dirhəm  var.”  Oradakılar  məktubları  və 
dinarları  ona  verib  dedilər:  “Səni  bu  işçün  göndərən  həqiqətən 
imamdır...”
2
 
2.  Məsələlərin  cavablandırılması  –  həzrət  Mehdi  (ə)  öz 
nümayəndələri  vasitəsi  ilə  xalqın  suallarına  cavab  verirdi.  Onun 
verdiyi  cavablar  imamətinin  digər  bir  sübutu  idi.  Mənbələrdə  Həzrət 
Әhməd  ibn  İshaq  Әşəriyə,  İshaq  ibn  Yəquba,  Həmiriyə,  Məhəmməd 
ibn İbrahim Məhzyara, Әbul-Hüseyn ibn Məhəmməd Әsədiyə verdiyi 
cavablar nəql olunur.  
İmam Mehdinin (ə) vilayəti 
Sual: 185. Vilayət nə deməkdir? 
Cavab:  “Vilayət”  sözünün  lüğət  mənası  yaxınlıqdır.  Fəyyumi 
deyir: “Vəliyy” “fələs” sözü kimi yaxınlıq mənasını bildirir.
3
  
“Әqrəbul-Məvariddə”  deyilir:  “Vəliyy”  dedikdə  bir  fərd  və  ya 
şeyi ikinci fərd və ya şeyin yanında yerləşdirmək nəzərdə tutulur.
4
 
Rağib  İsfəhani  deyir:  “Və  la”  və  “təvaliy”  dedikdə  iki  şeyin 
arasında  məsafə  qoymadan  onları  yanaşı  yerləşdirmək  nəzərdə 
tutulur.”
5
  
                                                 
1
 Həmin mənbə, s. 436, 437. 
2
 “Kəmalud-din”,c. 2, s. 502, 503» 
3
 “Misbahul-Munir”. 
4
 “Әqrəbul-Məvarid”. 
5
 “Mufrədate-Rağib”, s. 523» 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə