204
onu tutub kisəyə salacağıq». Lakin tülkü də buna yol verməmək üçün çox hiyləgər
idi. Vaşinqton sakitcə bütün qüvvələrini düşmənin arxasına keçirdi və gündüz
Prinstona tərəf irəlilədi. Ordu şəhərə yaxınlaşanda britaniyalılarla qarşılaşdı.
Amerikan qrupunu təqib edən ingilislər bu vaxt Vaşinqtonun başçılıq etdiyi əsas
ordu ilə üz-üzə gəldilər. Vaşinqton atəş səsini eşidib bura tələsmişdi. Bu döyüş də
baş döyüşə çevrildi.
Pristonda da düşmən tezliklə qaçmağa üz qoydu və döyüş başa çatdı.
Kornvallis yenə də məəttəl qalmışdı ki, ovu necə də bir daha onun əlindən qaça
bilmişdir. Üç həftə ərzində Vaşinqton azadlıq üçün möcüzəli bir iş görmüşdü.
Prussiya kralı Böyük Fridrix əldə edilənləri hərb tarixində ən parlaq nailiyyət
adlandırmışdı.
Cəsarət və düha bir andaca ümidsizliyi ümidə çevirdi. Amerikalılar
ordularının bu qəfil zəfərini xeyli vaxt unutmadılar. Trentonda və Prinstonda
gözlənilməyən və qəfil hücumlər əsgərlərin gözündə müharibənin bütün cəhətlərini
dəyişdirdi. Əslində Trenton və Prinston vuruşlarının özlüyündə elə bir nəticəsi
olmadı. Lakin bu vuruşlar müharibəni bütün mənalarda eksperimentlər
səhnəsindən xeyli uzağa apardı. Müharibə hələ dörd il də davam edəcəkdi, lakin
ölkənin ingilis ağalığından xilas edilməsinin ilk işartıları görünməyə başladı və bu
vaxt soyuq qış iqlimi də amerikalıların baş komandanı Vaşinqtonun müttəfiqi
olduğunu göstərmişdi.
Napoleon
Napoleonun sərkərdəlik dühasına hətta onun düşmənləri də şübhə etmirdilər.
Onun Austerlits, İena, Vaqram qələbələri hərb tarixini bəzəyir. Lakin Napoleon
böyük qələbələri müqabilində həm də ağır məğlubiyyətlərlə üzləşmişdir. Təbiətin
də onunla acı zarafatı dahi sərkərdənin məğlubiyyətlərinə yol açmışdı. Bəzən isə o,
fövqəl qabiliyyətinə güvənərək, düşmənin imkanlarını əyri güzgüdə görməklə
səhvə yol verir, buun xoşa gəlməyən nəticələri ilə qarşılaşmalı olurdu.
Napoleonun Rusiyaya müdaxiləsi də imperatorun böyük illüziyalara
qapılmasına baxmayaraq, ona elə bir uğur vəd etmirdi. Rusiyanın Böyük Britaniya
barədəki siyasətinə hiddətləndiyindən o, bu addımı atmışdı. Bu vaxt elə bil ki,
səhrada azmış adam kimi ilğım onu öz arxasınca aparırdı. 1812-ci il mayın üçüncü
ongünlüündə qoşunlarını iki istiqamətdə Neman çayından keçirib, Rusiya ərazisinə
qədəm basdı. Çar I Aleksandr bu vaxt yaxınlıqdakı Vilnyusda idi və bu xəbəri
eşitdikdə, döyüşə girmədən geri çəkilmək əmrini verdi. Napoleona isə bildirmək
istəyirdi ki, əgər müqəddəs Rusiya torpağını tərk etsə, hələ də onunla sülh
müqaviləsi bağlamaq imkanı qalır.
Napoleon bu vaxt Moskvadan 900 km aralı idi və Vilnyusa daxil olanda
ümid edirdi ki, polyaklar və litvalılar onu xilaskar kimi qarşılayacaqlar. Bunun
əksinə o, fransız əsgərlərinin qarətçiliyindən qəzəblənən bir əhalini gördü. Yürüş
səhnəsi davam edən leysan yağış altında olmaqla, ona iki həftə vaxt lazım gəldi ki,
ordusunu yenidən təşkil etsin. Bu vaxt Napoleona digər ordulardan da gözləmədiyi