52
İmam
Əbu Hənifə
a.
Ədaləti ilə
b.
Fasiqliyi ilə
c. Ya da ki, vəziyyətini təyin etmək çətin olur (məchulul-
hal). Əgər ravi, ədaləti məlum olan səhabə,
91
tabeunun ən də-
yər liləri sayılan Həsən, Ata, Şabi, Nəxai kimi alimlərdən və
ya Süfyan, Əbu Hənifə, Şafei, Əhməd, İshaq və onlar kimi
olan bö yük imamlardan biridirsə, nəql etdiyi xəbər qəbul
edilməlidir. Bu şəxslərin ədalətinin araşdırılmasına ehtiyac
yoxdur”.
92
İmam, hafiz, müfti, şeyxülislam Təqiyyuddin Əbu Amr
Osman ibn Səlahəddin Əbdürrəhman əş-Şəhrəzuri əş-Şafei
(İbnus-Salah) məşhur “
Ulumul-hədis” əsərində bunları yazır:
“Nəql alimləri nəzərində siqa və etibarlılıqları səbəbilə
mədh edilən şəxslərin ədalətini sübut üçün dəlil axtarmağa
ehtiyac yoxdur. Şafei məzhəbində doğru olan görüş budur.
Üsulu-fiqh elmində də bu şəkildə qəbul edilmişdir”.
Hədisşünaslardan məsələyə bu yöndə yanaşanlardan
biri də Hafiz Əbu Bəkr əl-Xatibdir. O, buna misal olaraq
Malik, Şöbə, Süfyan əs-Sevri, Süfyan ibn Uyeynə, Əvzai,
Leys, İbnul-Mübarək, Vəqf, Əhməd ibn Hənbəl, Yəhya ibn
Məin, Əli ibn əl-Mədin ilə ədalət və doğruluqda bunlar ki-
mi məşhur alimləri göstərmişdir. Belə insanların ədalətini
araş dır mağa ehtiyac yoxdur. Vəziyyəti elm əhlinə qaranlıq
qalan şəxsləri araşdırmaq lazımdır.
93
İmam, böyük alim, münəqqid, mühəddis, Hənəfi məz-
həbin dən olan Kamal ibn Humam “
Təhrirul-Usul” adlı əsə-
rində bunları yazır:
91. Səhabələrin etibarlılığı barədə bax: ənbiya yıldırım, “Hədis prob lem-
ləri”, s. 35- 62. (Mütərcimin qeydi).
92. əbu İshaq əş-şirazi əş-şafei, “əl-luma fi usulil-fiqh”, s. 41. Misir 1358,
Mustafa əl-Bəbi əl-Hələbi nəşri.
93. əbu Bəkr əl-Xatib, “ulumul-hədis” (Müqəddimətu İbnis-Salah), s. 115.
53
İslam alimlərinin gözü ilə hədis elmində
“Məlum olduğu kimi, bir insanın (elmdə) məşhur olması
onun ədalət və zəbtini göstərir. Məsələn, Malik, Süfyan əs-
Sevri, Süfyan ibn Uyeynə, Əvzai, Leys, İbnul-Mübarək və
s. Şübhəsiz ki, onlar haqqındakı ümmətin müsbət qənaəti,
onlara atılacaq iftiraları uzaqlaşdırmaq baxımından mühüm
əhəmiyyətə malikdir. Bu səbəblədir ki, Əhməd ibn Hənbəl
İshaqın vəziyyətini soruşanlara təəccüblə baxmış, İbn Məin
isə, Əbu Ubeydin necə şəxsiyyət olduğunu soruşanlara,
“İnsanların doğruluğu haqqında ondan soruşmaq
lazımdır”, – cavabını vermişdir.
94
Ustad, imam, böyük alim Əbdüləli ibn Nizaməddin əl-
Ənsari əs-Sihələvi əl-Ləknəvi də bu barədə belə demişdir:
“Ədalət müəyyən meyarlarla bilinir. Bunlardan biri
də şəxsin şöhrətinin hər tərəfə yayılması və haqqındakı
müsbət məlumatların təvatür dərəcəsinə çatmasıdır. İmam
Malik, Əvzai, Abdullah ibn Mübarək, imam, böyük ustad
Əbu Hənifə, onun iki tələbəsi və başqa (məşhur) tələbələri,
İmam Şafei, Əhməd ibn Hənbəl və başqa böyük imamlar
be lə şəxsiyyətlərdir. Oların ədaləti haqqında elm əhli fi-
kir bildirməsə belə, həyatları doğruluqlarına ən gözəl nü-
mu nədir. Buna görədir ki, Əhməd ibn Hənbəl, İshaq ibn
Rahuyə haqqında “Ədalətlidir, ya yox?” − deyə soruşan
şəxsin sualına təəccüblənmişdir. Eynilə, Yəhya ibn Məin
də Əbu Ubeydin vəziyyətini soruşana, “Sən onun necə
insan olduğunu məndən soruşursan, halbuki, insanların
doğruluğunu ondan soruşmaq lazımdır”, – cavabını
vermişdir. Yəni sənin məndən soruşduğun şəxs ədaləti ilə
məşhurdur. Sən isə onun haqqında məndən soruşursan”.
95
İmam, Misir bölgəsinin hafizi və fəqihi Əbu Cəfər Əhməd
ibn Muhəmməd ət-Təhavi əl-Hənəfi “
Bəyənu etiqadi əhlis-
94. kamal ibn Humam, “ət-təqrir vət-təhbir şərhut-təhrir”, ıı,247. Misir,
Bu laq 1316. 1-ci nəşr.
95. ləknəvi, “Fəvatihur-rahəmut şərhi musəlləmis-subut” (əl-Mustasfa ilə
birlikdə), ıı/148. Misir, Bulaq 1324, 1-ci nəşr.