Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

52
İmam Əbu Hənifə
  
a. Ədaləti ilə 
b. Fasiqliyi ilə
c. Ya da ki, vəziyyətini təyin etmək çətin olur (məchulul-
hal). Əgər ravi, ədaləti məlum olan səhabə,
91
 tabeunun ən də-
yər liləri sayılan Həsən, Ata, Şabi, Nəxai kimi alimlərdən və 
ya Süfyan, Əbu Hənifə, Şafei, Əhməd, İshaq və onlar kimi 
olan  bö yük  imamlardan  biridirsə,  nəql  etdiyi  xəbər  qəbul 
edilməlidir. Bu şəxslərin ədalətinin araşdırılmasına ehtiyac 
yoxdur”.
92
İmam, hafiz, müfti, şeyxülislam Təqiyyuddin Əbu Amr 
Osman ibn Səlahəddin Əbdürrəhman əş-Şəhrəzuri əş-Şafei 
(İbnus-Salah) məşhur “Ulumul-hədis” əsərində bunları yazır:
“Nəql  alimləri  nəzərində  siqa  və  etibarlılıqları  səbəbilə 
mədh edilən şəxslərin ədalətini sübut üçün dəlil axtarmağa 
ehtiyac yoxdur. Şafei məzhəbində doğru olan görüş budur. 
Üsulu-fiqh elmində də bu şəkildə qəbul edilmişdir”.
Hədisşünaslardan  məsələyə  bu  yöndə  yanaşanlardan 
biri  də  Hafiz  Əbu  Bəkr  əl-Xatibdir.  O,  buna  misal  olaraq 
Malik,  Şöbə,  Süfyan  əs-Sevri,  Süfyan  ibn  Uyeynə,  Əvzai, 
Leys, İbnul-Mübarək, Vəqf, Əhməd ibn Hənbəl, Yəhya ibn 
Məin, Əli ibn əl-Mədin ilə ədalət və doğruluqda bunlar ki-
mi məşhur alimləri göstərmişdir. Belə insanların ədalətini 
araş dır   mağa ehtiyac yoxdur. Vəziyyəti elm əhlinə qaranlıq 
qalan şəxsləri araşdırmaq lazımdır.
93
İmam,  böyük  alim,  münəqqid,  mühəddis,  Hənəfi  məz-
həbin dən olan Kamal ibn Humam “Təhrirul-Usul” adlı əsə-
rində bunları yazır:
91. Səhabələrin etibarlılığı barədə bax: ənbiya yıldırım, “Hədis prob lem-
ləri”, s. 35- 62. (Mütərcimin qeydi).
92. əbu İshaq əş-şirazi əş-şafei, “əl-luma fi usulil-fiqh”, s. 41. Misir 1358, 
Mustafa əl-Bəbi əl-Hələbi nəşri.
93. əbu Bəkr əl-Xatib, “ulumul-hədis” (Müqəddimətu İbnis-Salah), s. 115. 


53
İslam alimlərinin gözü ilə hədis elmində
“Məlum olduğu kimi, bir insanın (elmdə) məşhur olması 
onun ədalət və zəbtini göstərir. Məsələn, Malik, Süfyan əs-
Sevri, Süfyan ibn Uyeynə, Əvzai, Leys, İbnul-Mübarək və 
s. Şübhəsiz ki, onlar haqqındakı ümmətin müsbət qənaəti, 
onlara atılacaq iftiraları uzaqlaşdırmaq baxımından mühüm 
əhəmiyyətə malikdir. Bu səbəblədir ki, Əhməd ibn Hənbəl 
İshaqın vəziyyətini soruşanlara təəccüblə baxmış, İbn Məin 
isə,  Əbu  Ubeydin  necə  şəxsiyyət  olduğunu  soruşanlara, 
“İnsanların  doğruluğu    haqqında  ondan  soruşmaq 
lazımdır”,  – cavabını vermişdir.
94
Ustad, imam, böyük alim Əbdüləli ibn Nizaməddin əl-
Ənsari əs-Sihələvi əl-Ləknəvi də bu barədə belə demişdir:
“Ədalət  müəyyən  meyarlarla  bilinir.  Bunlardan  biri 
də  şəxsin  şöhrətinin  hər  tərəfə  yayılması  və  haqqındakı 
müsbət məlumatların təvatür dərəcəsinə çatmasıdır. İmam 
Malik, Əvzai, Abdullah ibn Mübarək, imam, böyük ustad 
Əbu Hənifə, onun iki tələbəsi və başqa (məşhur) tələbələri, 
İmam  Şafei,  Əhməd  ibn  Hənbəl  və  başqa  böyük  imamlar 
be lə  şəxsiyyətlərdir.  Oların  ədaləti  haqqında  elm  əhli  fi-
kir bildirməsə belə, həyatları doğruluqlarına ən gözəl nü-
mu nədir.  Buna  görədir  ki,  Əhməd  ibn  Hənbəl,  İshaq  ibn 
Rahuyə  haqqında  “Ədalətlidir,  ya  yox?”  −  deyə  soruşan 
şəxsin  sualına  təəccüblənmişdir.  Eynilə,  Yəhya  ibn  Məin 
də  Əbu  Ubeydin  vəziyyətini  soruşana,  “Sən  onun  necə 
insan  olduğunu  məndən  soruşursan,  halbuki,  insanların 
doğruluğunu  ondan  soruşmaq  lazımdır”,  –  cavabını 
vermişdir. Yəni sənin məndən soruşduğun şəxs ədaləti ilə 
məşhurdur. Sən isə onun haqqında məndən soruşursan”.
95
İmam, Misir bölgəsinin hafizi və fəqihi Əbu Cəfər Əhməd 
ibn  Muhəmməd  ət-Təhavi  əl-Hənəfi  “Bəyənu  etiqadi  əhlis-
94. kamal ibn Humam, “ət-təqrir vət-təhbir şərhut-təhrir”, ıı,247. Misir, 
Bu laq 1316. 1-ci nəşr.
95. ləknəvi, “Fəvatihur-rahəmut şərhi musəlləmis-subut” (əl-Mustasfa ilə 
birlikdə), ıı/148. Misir, Bulaq 1324, 1-ci nəşr.


54
İmam Əbu Hənifə
  
sunnə vəl-cəməa əla məzhəbi fuqahail-millə: Əbi Hənifə Numan 
ibn Sabit əl-Kufi və Əbu Yusif Yaqub ibn İbrahim əl-Ənsari və 
Əbu Abdullah Muhəmməd ibn Həsən əş-Şeybani” adlı əsərində 
bunları yazır:
“Keçmiş sələf və xəbər, rəvayət, fiqhdə ustad tabeun alimləri-
ni ancaq xeyirlə anmaq lazımdır. Onlar haqqında nalayiq sözlər 
deyən şəxs yolunu azmışdır”.
 Məhz Zəhəbinin İmam Əzəm Əbu Hənifə, İmam Şafei 
və İmam Buxarinin adını “əl-Muğni ənid-duafə və “Mizan” 
adlı əsərlərində qeyd etməməyinin səbəbini “Mizanul-itidal” 
əsərinin müqəddiməsində belə açıqlayır:
“Əbu Hənifə, Şafei və Buxari kimi özlərinə tabe olunan 
imamlardan heç birinin adını bu kitabımda qeyd etmirəm. 
Çünki,  onlar  İslamda  çox  yüksək  məqama  sahibdirlər  və 
insanların könüllərində taxt qurublar”.
96
Əbu Hənifənin məzhəbinə tabe olanların çoxluğu, 
məzhəbinin dünyanın hər tərəfinə yayılması
İmam  Əbu  Hənifəni  digər  imamlardan  fərqləndirən 
əsas xüsusiyyətlərindən biri də, onun məzhəbinə mənsub 
olanların  sayının  çoxluğu  və  məzhəbinin  dünyanın  hər 
tərəfinə yayılmasıdır. Dünya müsəlmanlarının yarısı, hətta 
üçdə ikisi onun məzhəbinə tabedir. Həmçinin onun məzhəbi 
ilk tədvin edilən məzhəbdir.
Hafiz Zəhəbi “Siyəru-aləmin-nübəla” əsərində belə yazır:
“Əvzainin məzhəbi bir müddət məşhurlaşdı və yayıldı. 
Lakin, sonra mənsubları azaldı və demək olar ki, tamamilə 
96.  Daha  əvvəl  “əl-İməm  İbn  Macə  va  kitəbuhus-sunən”  kitabımda  (s. 
245)  qeyd  etdiyim  kimi,  Mizziyə  aid  bəzi  nüsxələrdə  İmam  əbu  Hənifənin 
tərcümeyi-halı  qeyd  edilmişdir.  Bu,  müəllifin  xəbəri  olmadan  kitaba  da-
xil edilmişdir. əbdul-Fəttah əbu Ğuddə ləknəvinin “ər-raf vət-təkmil” adlı 
əsərinə yazdığı haşiyədə bu xüsusu ətraflı izah edilmişdir. s. 121-6. 3-cü nəşr.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə