Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

55
İslam alimlərinin gözü ilə hədis elmində
unudulub getdi. Süfyan və adlarını qeyd etdiyimiz şəxslərin 
məzhəbləri də eyni aqibətə məruz qaldılar. Bu günə qədər 
yalnız dörd məzhəb varlığını davam etdirmişdir. Unudulan 
məzhəbləri haqqı ilə öyrənən və onlarla əməl edən insanlar 
sayca az idi. 300 il sonra Əbu Sevrin məzhəbinin də mənsubu 
qalmadı. Davudun məzhəbinə mənsub insanların sayı isə 
azaldı. İbn Cəririn məzhəbi isə 400 ildən çox varlığını davam 
etdirdi.  Davudun  məzhəbində  elə  bir  dəyişiklik  yoxdur. 
Məzhəbin  gözəl  fitvaları  var  və  məzhəbdə  nəsslərə  bağlı 
qalmaq əsas şərtdir. Bəzi alimlər də müəyyən məsələlərdə 
onunla  həmrəydirlər. Ancaq,  bəzi  məsələlərdəki  mövqeyi 
məzhəbin etibarını azaltmışdır.”
97
Zəhəbi “Təzkirətul-hüffaz” əsərində isə bu haqda bunları 
yazır:  “Şamlılar  və  əndəlüslülər  bir  müddət  Əvzainin 
məzhəbinə tabe oldular. Sonra bu məzhəbi bilənlər həyatdan 
köçüb  getdi.  Həmin  məzhəbdən  sadəcə  ixtilaflı  mövzular 
haqqındakı yazılanlar qalmışdır”.
98
Əbdülvəhhab Şərani “Mizan” kitabında belə yazır:
“Əbu  Hənifənin  məzhəbi  ilk  tədvin  edilən  məzhəbdir. 
Bəzi  kəşf  əhli  insanların  bildirdiyi  kimi,  onun  məzhəbi 
qiyamətə  qədər  davam  edəcəkdir.  Allah  Əbu  Hənifəni 
ümmət üçün imam seçmişdir. Hər əsrdə ona tabe olanlar 
artmaqdadır və bu qiyamətə qədər belə davam edəcəkdir. 
Əgər  bu  məzhəb  mənsublarından  biri  həbs  edilərək 
cəzalandırılsa və “bu məzhəbə tabe olmayacaqsan” deyilsə, 
yenə  də  bu  yoldan  dönməz.  Allah  ondan,  ona  və  digər 
imamlara hörmət edənlərdən razı olsun”.
99
“Allah-Təala  (məna  aləmində)  mənə  dinin  mənbəyini 
müşahidə etmək imkanı bəxş etdi. Orda bütün məzhəblərin 
97. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vııı, 92.
98. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, 1, 182.
99.  əbdülvəhhab  şərani,  “əl-Mizanul-kübra”,  ı,  59,  Misir  1344,  əzhər 
nəşri.


56
İmam Əbu Hənifə
  
bir  mənbəyə  bağlı  olduğunu  gördüm.  (Bu  mənbədən 
qidalanan) dörd imamın məzhəbinin hərəsinin bir su arxı 
kimi axdığını müşahidə etdim. Həmçinin unudulub getmiş, 
heç bir mənsubu qalmayan məzhəblər də gördüm. Arxları 
qurumuşdu. İmamlar içində arxı ən uzun olan Əbu Hənifə 
idi. Ondan sonra İmam Malik, İmam Şafei, İmam Əhməd 
ibn Hənbəlin arxı idi. Arxı ən qısa olan isə İmam Davudun 
məzhəbi  idi.  Bu  məzhəb  hicri  beşinci  əsrdə  unudulub 
getmişdir.  Arxların  uzunluğu  ilə  qısalığını,  imamların 
məzhəbləri ilə əməl edilməsi kimi yozdum. Kəşf əhli, “İmam 
Əbu Hənifənin məzhəbi ilk tədvin edilən məzhəb olduğu 
kimi ən son unudulacaq məzhəb olacaq” −  demişlər”.
100
Əbu Hənifənin etibarlı, höccət, öz dövründə hədisi ən 
yaxşı bilənlərdən olması haqqında
Şəmsul-əimmə İmam Əbu Bəkr Muhəmməd ibn Əhməd 
ibn Əbi Səhl əs-Səraxsi “Usuli-fiqh” əsərində bunları yazır:
“İmam  Əbu  Hənifə  öz  dövründə  hədisi  ən  yaxşı  bilən 
şəxs idi. Hədislərdə ravinin hədisi haqqı ilə zəbt etmə şərtini 
axtardığına görə az hədis nəql etmişdir.”
101
İmam Ələddin Əbu Bəkr Məsud əl-Kəsəni də “Bədaius-
sənəi fi tərtibiş-şərai” adlı əsərində belə yazır:
“Əbu  Hənifə  hədis  sərraflarındandır.  Əhəd  xəbəri
102
 
qiyasdan üstün tutardı. Ravinin adil olması və bu yönünün 
açıq-aşkar bilinməsini şərt qoşardı.”
103
100. əbdülvəhhab şərani, “əl-Mizanul-kübra”, ı, 27.
101. əs-Səraxsi, “Üsulul-fiqh», ı, 350. Darul-kutubil-ərəbi1372.
102. əhəd kəlməsi tək deməkdir. Xəbəri vahid isə tək ravinin rəvayət etdiyi 
xəbər deməkdir. Hədis üsulunda mütəvatir hədisin şərtlərini daşımayan hədis-
lərə əhəd hədis deyilir. Hədis kitablarının əksəriyyətini bu hədislər təşkil edir.  
əhəd xəbəri araşdırmaq lazımdır. Mütəvatir və əhəd hədislərin səhih hədislər 
kateqoriyasına daxildir. 
103. əl-kəsəni, “Bədəius-sənəi fi tərtibiş-şərai”, V, 188. Misir, 1328.


57
İslam alimlərinin gözü ilə hədis elmində
Kəsəni  həmin  əsərinin  başqa  yerində,  “Əbu  Hənifə  bir 
hədis  səhihdir  dedikdə,  heç  kim  həmin  hədisdə  tənqid 
olunacaq cəhət tapa bilməz” − demişdir.
104
 İmam Əbu Hənifənin hədis hafizlərindən olması 
haqqında
Hədis  hafizlərinin  təbəqələrinə  dair  əsərlər  yazan  gör- 
kəmli alimlər Əbu Hənifənin hədis hafizi olması xüsusunda 
həmfikirdirlər.  Məsələn,  İmam  Zəhəbi  «Təzkirətul-hüffaz” 
əsərində  onu  mədh  etmiş  və  kitabın  girişində  bunları 
yazmışdır:  “Bu  əsərdə  adı  çəkilənlər  nəbəvi  elmdən 
xəbərdar, ədaləti ilə tanınan, ravilərin etibarlı və ya zəif, o 
cümlədən rəvayətlərin səhih və ya zəif qəbul edilməsində 
fikirlərinə müraciət edilən şəxslərdir”.
İmam, mühəddis, hafiz, alim Şəmsəddin Muhəmməd ibn 
Əhməd ibn Əbdülhədi əl-Məqdisi Hənbəli də, “əl-Müxtəsər 
fi  təbəqatil  uləməil-hədis”  adlı  əsərində  Zəhəbi  kimi  Əbu 
Hənifəni mədh etmişdir.
  Həmin  əsər  indiyə  qədər  nəşr  edilməmişdir.
105
  Lakin, 
mən onun fikirlərini burada yazmaq istəyirəm:
Məqdisinin qənaəti:
Əbu  Hənifə,  Numan  ibn  Sabit  ibn  Zuta  ət-Teymi  əl-
Kufi. İmam, İraqın alimi. Hicri 80-cı ildə anadan olmuşdur. 
Kufəyə  gələndən  sonra  bir  neçə  dəfə  Ənəs  ibn  Maliklə 
104. əl-kəsəni, “Bədəius-sənəi fi tərtibiş-şərai”, ıı, 97.
105. kitabı nəşrə hazırlayan əbu Ğuddənin qeydi: kitabın
 
bir
 
nüsxəsi Mə-
di nədə  əl-Cəmiətul-İsləmiyyənin  kitabxanasındadır.  Bir  hissəsi  də  çap  olun-
muşdur. Müəllif yuxarıdakıları yazanda bu hissə hələ nəşr olunmamışdı. (Bu 
əsər, təbəqatu uləməil-hədis adı ilə, əkrəm əl-Buşi və İbrahim əz-Zeybəqin 
təhqiqi ilə 1996-cı ildə Beyrutda 4 cild halında nəşr edilmişdir). (Mütərcimin 
qeydi).


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə