Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

66
İmam Əbu Hənifə
  
Əbu Hənifənin, bu işin ustadı, böyük elm mərkəzlərindəki 
imamlardan  o  cümlədən  hədis  hafizlərinin  öndərlərindən 
biri olduğu məlum həqiqətdir. Hədis elmi ilə məşğul olan 
hər  kəs  mütləq  Əbu  Hənifəni  tanıyır.  O  nəbəvi    elmin 
təbliğçilərindən və alimlər tərəfindən ədalətli qəbul edilmiş 
görkəmli şəxsiyyətlərdəndir. O həmçinin ravilərin etibarlı 
və zəif, hədislərin səhih və zəif olaraq təsnifində fikirlərinə 
müraciət edilən alimlərdəndir. O Kitab və Sünnəni ən yaxşı 
bilənlərdəndir.


CƏRH VƏ TƏDİL İMAMI OLARAQ ƏBU HƏNİFƏ
İbn Teymiyyənin fikirləri:
İbn  Teymiyyə  adı  ilə  məşhur  Əbul-Abbas  Əhməd  ibn 
Əbdülhəlim  “ər-Rədd  aləl  məzəhibil-bəkri”  adı  ilə  tanınan 
“Təl           hisu  kitəbil-istiğasə”  əsərində  belə  yazır:  “Yəhya  ibn 
Məin,  Buxari,  Müslim,  Əbu  Xatim,  Əbu  Zura,  Nəsai, 
Əbu  Əhməd  ibn Adiyy,  Darəqutni  və s.  alimlərin  ravilər, 
səhih  və  zəif  hədislər  haqqındakı  qənaətləri  Malik,  Sevri, 
Əvzai, Şafei və bənzər alimlərin əhkam, halal və haramın 
tanınması  haqqında  verdikləri  hökmlər  kimidir.  Bununla 
yanaşı bəzi imamlar var ki, onları hər iki qrupa da aid etmək 
olar. Malik, Şafei, Əhməd, İshaq ibn Rahuyə, Əbu Ubeyd 
o cümlədən Əvzai, Sevri, Leys kimi alimlər həm hədisdə, 
həmdə fiqhdə öndər imamlardır. Əbu Hənifənin  tələbəsi  
Əbu Yusif ilə  Əbu Hənifənin özü də belələrindəndir. An- 
caq  bu  imamlardan  bəziləri  hər  iki  elmdə  digərlərindən 
üstündür. Bəziləri də bu elm sahələrinin birində digərlərinə 
görə üstündür. Allah bütün elm və iman əhli insanlardan 
razı olsun”.
117
Zəhəbinin fikirləri:
Hafiz, münəqqid Şəmsəddin Zəhəbi, “Zikri mən yutə mə-     
du qavluhu fil-cərh vət-tədil” adlı əsərində bunları yazır:
“Səhabə  dövründən  sonra  doğru  raviləri  təzkiyə
118
  və 
cərh edən ilk alimlər bunlardır:
1. Şabi
2. İbn Sirin və başqaları. Bəzi ravilərin etibarlı, bəzilərinin 
də zəif olduğu bunlar vasitəsilə öyrənilmişdir.
117. İbn teymiyyə, “ər-rədd aləl-bəkri”, s. 13-4, Misir nəşri.
118. ədalətli və etibarlı olduğunun göstərilməsi deməkdir.


68
İmam Əbu Hənifə
  
 Bu dövrdə zəif ravilərin az olmağının səbəbinə gəlincə 
onu  demək  olar  ki,  özlərindən  hədis  nəql  edilən  zəif 
ravilər  az  idi.  Hədislərin  çoxu  səhabələrdən  nəql  edilirdi. 
Səhabələrin  xaricindəkilərin  əksəriyyəti  isə  siqa
119
  ravi 
119.  ədalət  və  zəbt  sifətlərini  özündə  cəm  edən  raviyə  siqa  ravi  deyilir. 
Cərh və tədil elmi nöqteyi-nəzərdən ravilər, mətaini-əşərə adlanan on xüsusda 
müxtəlif adlarla adlandırılır. Buna hədis elmində tan nöqtələri də deyilir. Bu on 
xüsusdan beşi ravinin ədalət, beşi də zəbtinə aiddir. 1. ravinin ədaləti ilə əlaqə-
li olan tan nöqtələri: a. kizbur-ravi: ravinin, hədis rəvayətində yalançılığı, yəni 
Hz. peyğəmbərin söyləmədiklərini və etmədiklərini deməyi. Bu ən böyük qə-
bahətdir. Ömründə bir dəfə də olsa hədisdə yalan söylədiyi sübut olunan ravi-
nin, istər yalan söylədiyi zamandan əvvəl, istərsə də sonra rəvayət etdiyi hədis-
lərin heç biri qəbul edilmir. Çünki, nəql etdiyi digər hədislərin də yalan olma 
ehtimalı var. yalançılığı açığa çıxan raviyə kəzzab (yalançı) və ya vədda (hədis 
uyduran), rəvayət etdiyi hədisə də mövzu (saxta) deyilir. b. İttihamur-ravi bil-
kizb: ravinin yalançılıqla ittiham edilməsinə deyilir. Hədisdə yalançılığı sübuta 
yetirilmədiyi halda gündəlik həyatda yalançılığı ilə tanınan ravinin, rəvayətdə 
yalan söyləmək ehtimalı nəzərə alınaraq onun nəql etdiyinə etibar etmək olmaz. 
Belə ravinin rəvayət etdiyi hədisə mətruk deyilir. c. Fisqur-ravi: Fisq ravinin 
sözlə və əməllə allaha üsyan halında olmasıdır. İslamın əmr və qadağaların-
dan hər hansı birinə diqqət etməyən və tabe olmayan şəxsə fasiq (günahkar) 
deyilir. Bu ravinin rəvayət etdiyi hədisə münkər, özünə də ləyyinul-hədis de-
yilir  d.  Bidətur-ravi:  ravinin,  inkar  və  inad  niyyəti  olmadan,  İslam  etiqadı-
na zidd əqidəyə sahib bidət əhli olmasıdır. Belə ravinin rəvayət etdiyi hədisə 
mərdud deyilir. e. Cəhalətur-ravi: Hədisin sənədindəki ravinin bilinməməsinə 
deyilir. Bu ravinin, isnadında yer aldığı hədisə mübhəm hədis deyilir. 2. Zəbtlə 
əlaqəli tənqid nöqtələri: a. kəsrətül-qələt: ravinin hədisi öyrənərkən və nəql 
edərkən çox yanılmasına deyilir. yanılması əlli faizdən çox olan ravinin rə-
vayətləri  qəbul  edilmir.  Hənim  ravinin  rəvayət  etdiyi  hədis  münkər  adlanır. 
b.  Fərtul-qəflə:  Bir  ravinin,  əzbərlədiyi  hədislərdə  və  ya  digər  işlərində  çox 
diqqətsiz və dalğın olması deməkdir. Belə ravi hədisi öyrənərkən xəta və yanlış 
edəcəyindən, onun hədisinə etibar edilmir və həmin hədisə münkər deyilir. c. 
Vəhmur-ravi: ravinin hədisin mətn və sənədlərini dəqiq bilməyib bir-birinə qa-
rışdırması və nə rəvayət etdiyini bilməməsidir. Belə ravinin nəql etdiyi hədisə 
mualləl deyilir. d. Muxaləfətus-siqat: ravinin tanınmış siqa raviyə müxalifəti 
və onun rəvayətlərinə zidd rəvayət etməsidir. Belə ravinin rəvayət etdiyi hədisə 
müzdərib, müdrəc və ya mühərrəf deyilir. e. Suil-hifz: ravinin hafizəsinin zəif 
olması, hədisi səhv və yarımçıq əzbərləməsi və tez unutmasıdır. Çox unutqan 


69
İslam alimlərinin gözü ilə hədis elmində
idi. Bunlar tabeunun böyükləri sayılır və rəvayət etdikləri 
hədisləri  yaxşı  bilirdilər.  Onların  arasında  Haris  əl-Avər, 
Asim ibn Damra kimi cəmi bir neçə zəif ravi vardı.
Xəvaric, şiə və qədəriyyə kimi bidət əhlindən olduğu halda 
hədis rəvayət edən ravilər də vardı. (Ancaq bunlardan hədis 
nəql olunmurdu). Məsələn, Əbdürrəhman ibn Mülcəm, Muxtar 
ibn Əbu Ubeyd əl-Kəzzab, Mabəd əl-Cuhəni və s. 
Hicri ikinci əsrin əvvəllərində tabeunun orta yaşlı və gənc-
lərindən ibarət bir qrup zəif ravi peyda olmağa başladı. Bunlar 
da ya hafizələri, ya da bidətləri səbəbilə cərh edildi. Məsələn, 
Ətiyyə əl-Avfi, Fərqad əs-Səbahi, Cabir əl-Cufi, Əbu Harun əl-
Abdi və s.
Tabeunun əksəriyyətinin vəfat etdiyi dövrdə (təxminən 
hicri 150-ci il) mühəddislər raviləri təsnif etməyə başladılar:
3.  Əbu  Hənifə  “Cabir  əl-Cufidən  daha  yalançı  birini 
görmədim”, − demişdir.
4. Aməş bir qrup ravinin zəif, digər bir qrupun da etibarlı 
olduğunu bildirmişdir.
5. Şöbə bəzi raviləri tənqid etmişdir.
6. Malik də eyni şeyi etmişdir”.
120
Səxavinin fikirləri:
Hafiz İbn Həcərin tələbəsi Hafiz Əbul-Xayr Muhəmməd 
ibn Əbdürrəhman əs-Səxavi bunları yazır:
“Zəhəbinin  də  qeyd  etdiyi  kimi,  bəzi  səhabələr  rical 
tənqidi ilə məşğul olmuşdur. Səhabələrdən sonra tabeundan 
Şöbə, İbn Sirin kimi bəzi alimlər də rical tənqidi ilə məşğul 
ravilərin rəvayətləri əsla qəbul edilmir. 
120.    İmam  Zəhəbi,  “Zikri  mən  yutəmədu  qavluh”,  s.  159-162.  “Qaidə 
fil-Cərh  vət-tədil”  ilə  birlikdə,  əbu  Ğüddənin  təhqiqi  ilə  lahorda  əl-Mək-
təbətul-İlmiyyə tərəfindən 1402-ci ildə çap olunmuşdur.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə