Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

73
İslam alimlərinin gözü ilə hədis elmində
ibn Safvan və Muqatil ibn Süleymanı qəhr etsin. Biri nəfydə 
(Allahın  sifətlərini  qəbul  etməməkdə),  digəri  də  təşbehdə 
(Allahı məxluqata bənzətmədə) həddi aşmışdır”.
126
Hafiz  Əbdülqadir  əl-Qurəşi  “əl-Cəvahirul-mudiyyə  fi 
təbəqatil-hənəfiyyə” əsərində bunları yazır:
“Əbu Yusif Əbu Hənifədən nəql edir: «Mühəddisə lazım 
olan əsas şey, eşitdiyi gündən nəql edəcəyi günə qədər hə-
di si yaxşıca yadda saxlamaqdır”.
Bunu nəql edən Təhavi deyir ki: “Müəllimim, alim, höccət 
Zeynuddin ibn əl-Kinanin Mənsuriyyə Mədrəsəsindəki hə-
dis dərsində ondan eşitdim: “Rəsulullahın yalnız bu sözünü 
rəvayət etməyim halaldır:
“Şübhəsiz ki, mən peyğəmbərəm,
Əbdulmüttəlibin nəvəsiyəm».
127
Mən bu hədisi eşitdiyim gündən bu günə qədər yadımda 
saxladım”.
Əbu Asim də Əbu Hənifədən eşitdiyi bu sözü nəql edir: 
“Hədisi müəllimə qiraət (ərz)
128
 etmək caizdir”. Əbu Asim 
əqidəni qarşıdakı şəxsə isbat edərək onu islah etmək və onu təhlükəli yoldan 
xilas etmək məqsədilə deyil, ancaq onları məğlub etmək və onların zəlalətini 
isbat edərək qəzəblərini sakitləşdirmək üçün istifadə edirdilər. Bu isə allaha, 
onun dininə xidmət üçün deyil, sırf nəfsi tətmin etmək üçün çalışmaq deməkdir 
ki, elmi bu məqsədlə istifadə etmək qətiyyən caiz deyildir.
126. əbdülqadir əl-Qurəşi, “əl-Cəvahirul-mudiyyə”, ı, 30-1. Hindistan nəşri.
127.    peyğəmbərliyim,  əbdülmüttəlibin  nəvəsi  olmağım  kimi  qətidir. 
(Mütərcimin qeydi).
128.    kəlmənin  mənasından  da  göründüyü  kimi,  tələbənin  əldə  etdiyi 
hədislərini  şeyxə  oxumasına  qiraət  deyilir.  Bu  oxuma  əzbərdən  və  ya  yazılı 
mətndən  ibarət  ola  bilər.  Hansı  halda  olursa  olsun,  oxunan  hədislərə  şeyxin 
tamamən hakim olmağı, lazım gəlsə öz kitabından izləməysi şərtdir. tələbənin 
əvvəlcədən əldə etdiyi hədisləri şeyxə oxumaq surətiylə ərz etdiyinə görə bu 
metoda ərz, ərzus-səma və ərzulqiraət də deyilir. Bu üsulda şeyx, tələbəsinin 
təqdim etdiyi hədisləri dinləyərək xətaları varsa düzəldi. Beləliklə tələbə hədis-


74
İmam Əbu Hənifə
  
İbn  Cureycdən  nəql  edir  ki,  “Bu  (yəni  kitabı  müəllimə 
qiraətlə ərz etmək) caizdir”.
Əbu Asim nəql edir: “Malik ibn Ənəs və Süfyandan eşit-
dim, o cümlədən Əbu Hənifədən də soruşdum:
“Ravi  hədisi  müəlliminə  oxuyanda  əxbəranə  (bizə 
filankəs xəbər verdi) və ya bənzəri ifadələrdən istifadə edə 
bilərmi?” Üçü də bunda bir qəbahət olmadığını bildirdilər”.
Yenə Əbu Asim İbn Cureyc, İbn Əbi Zib, Əbu Hənifə, Ma-   
lik ibn Ənəs, Əvzai və Sevrinin belə dediklərini eşitdiyini  
bildirir:  “Alimə  oxuduğun  hədisi  rəvayət  edərkən  “əxbə-
ranə” demək olar”.
Əbu  Qatan  nəql  edir:  “Əbu  Hənifə  mənə  belə  dedi: 
«Hədisi mənə oxu və rəvayət edərkən də həddəsəni (mənə 
rəvayət etdi) de”. Malik də mənə bunu dedi: “Hədisi mənə 
oxu, rəvayət edərkən də həddəsəni de””.
İbn  Bukeyr  belə  demişdir:  “Muvatta”nı  oxuyub  qurta- 
randa, bir nəfər Malikin yanına gəlib dedi ki:
−  Əbu Abdullah! Bunu rəvayət edərkən nə deyəcəyik? 
O da dedi:
−  İstəsən həddəsəni, de. İstəsən əxbərani,de. İstəsən də 
əxbəranə (bizə rəvayət etdi), deyə bilərsən”. Yanılmıramsa 
bunu da dedi:
“Arzu etsən də səmitu (hədisi ondan eşitdim), de”.
Bunu nəql edən Təhavi Əbu Hənifə, Əbu Yusif və Mu- 
həm mədin də eyni şeyi dediyini bildirir. 
ləri müəllimindən öyrənmiş olur. Bu isə o deməkdir ki, həmin hədisləri artıq 
başqasına da rəvayət edə bilər. Səma və qiraət metodlarından hansının daha 
güclü olduğu ixtilaflıdır. amma ikisinin də eyni olduğunu qəbul edənlər daha 
çoxdur. Hz. peyğəmbərin dövründə səma metodu ilə yanaşı qiraət metodundan 
da istifadə edilmişdir. Məsələn, Bəra ibn azib Hz. peyğəmbərdən öyrəndiyi, 
yatarkən oxunan duanı təkrar rəsulullaha ərz etmiş, Hz. peyğəmbər də onu 
dinləmiş və oxuyanda etdiyi xətaları düzəltmişdir. 


75
İslam alimlərinin gözü ilə hədis elmində
İbn Hibbanın fikirləri:
İbn Hibban, “Səhih” adlı əsərində Əbu Hənifədən bunları 
nəql edir:
“Qarşılaşdığım  insanlar  içində  Atadan  daha  fəzilətli, 
Cabir əl-Cufidən daha yalançı birini görmədim. Öz rəyimə 
əsasən  fitva  verdiyim  hər  mövzuda  mənə  bir  hədis  dedi. 
Həmçinin iddiasına görə, yanında hələ nəql etmədiyi min 
hədis varmış. Elə bu səbəbdən Əbu Hənifə Cabir əl-Cufini 
cərh edir və yalançı olduğunu deyirdi”.
129
İbn  Hibban  «Kitəbus-siqat”  əsərində  Əbu  Muhəmməd 
Musa ibn əs-Sindinin tərcümeyi-halında bunları yazır:
“Muamməl ibn İsmayıl Əbu Hənifədən nəql edir: “Saqqalı 
uzun olanın ağlı az olar deyirlər. Amma mənim gördüyüm 
Əlqamə ibn Mərsəd saqqalı uzun olmasına baxmayaraq son 
dərəcə ağıllı idi”.
130
İbn Adiyyin fikirləri:
Hafiz  Əbu  Əhməd  Abdullah  ibn  Adiyy  əl-Curcani  də 
əl-Kəmil  fid-duafə”  kitabında  Cabir  ibn  Yezid  əl-Cufinin 
tərcümeyi-halında bunları yazmışdır:
“Əbu Yəhya əl-Himməni Əbu Hənifədən bunları dinlə- 
diyini nəql edir:
“Qarşılaşdığım  insanlar  içində  Atadan  daha  fəzilətli, 
Cabir əl-Cufidən daha yalançı birini görmədim. Öz rəyimə 
əsasən  fitva  verdiyim  hər  mövzuda  mənə  bir  hədis  dedi. 
Həmçinin iddiasına görə, yanında hələ nəql etmədiyi min 
hədis varmış.”
Əbu Sad əs-Sağani nəql edir:
129. İbn Hibban, “əl-İhsan bi tərtibi səhihi ibn Hibban”, ııı, 273, Darul-
kutubil-İlmiyyə, Beyrut.
130. İbn Hibban, “kitəbus-siqat”, ıX, 162.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə