Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

76
İmam Əbu Hənifə
  
“Bir adam Əbu Hənifəyə:
−  Sufyan əs-Sevridən hədis nəql etmək olarmı? − deyə 
soruşdu. O da bu cavabı verdi:
−   Ondan  eşitdiyin  hədisləri  yaza  bilərsən.  Çünki  o 
siqa ravidir. Ancaq, İbn İshaqın Harisdən nəql etdikləri 
və Cabir əl-Cufinin nəql etdiyi hədisləri yazma”.
Əbdülhəmid əl-Himməni Əbu Hənifədən nəql edir:
“Cabirdən daha yalançı birini görmədim”.
131
İbn Əbdilbərrin fikirləri:
Hafiz Əbu Ömər Yusif ibn Əbdilbərr əl-Qurtubi “Cəmiu 
bəyənil-ilm və fadlih” adlı əsərində bunları yazır:
“Əbu Hənifə Hammadla ən çox görüşən şəxslərdəndir. 
Ancaq o, Atanın Hammaddan daha elmli olduğunu deyirdi”. 
Habelə  o,  “Ata  ibn  Əbi  Rəbahdan  daha  fəzilətli,  Cabir  əl-
Cufidən daha yalançı birini görmədim”, − demişdir”.
132
Beyhəqinin fikirləri:
Beyhəqi “Kitəbul-qiraə xalfəl-iməm” əsərində bunları yazır: 
“Cufini Əbu Hənifədən başqa cərh edən olmasaydı, bu 
onu  yalançı  olaraq  tanımaq  üçün  kifayət  edərdi.  Çünki, 
Əbu Hənifə onu görmüş, yalan danışdığına şahid olmuş və 
gördüklərini digər mühəddislərə xəbər vermişdir”.
Əbu  Yəhya  əl-Himməni  də  Əbu  Hənifədən  bunu  nəql 
etmişdir:
131. əl-Curcani, “əl-kəmil fid-duafə”, ııı, 537. pakistan/əl-Məktəbətul-əsəriyyə 
nəşri.
132. İbn əbdilbərr, “Cəmiu bəyənil-ilm və Fadlih”, ıı, 153. Misir-İdarətut-
tibəatil-Muniriyyə nəşri.


77
İslam alimlərinin gözü ilə hədis elmində
“Qarşılaşdığım insanlar içində Atadan daha fəzilətli, Ca-
bir əl-Cufidən daha yalançı birini görmədim. Öz rəyimə əsa-                                                                                                                         
sən  fitva  verdiyim  hər  mövzuda  mənə  bir  hədis  dedi. 
Həmçinin iddiasına görə, yanında hələ nəql etmədiyi min 
hədis varmış.”
Əbu Sad əs-Sağani nəql edir:
“Bir adam Əbu Hənifəyə:
−  Sufyan əs-Sevridən hədis nəql etmək olarmı? − deyə 
soruşdu. O da bu cavabı verdi:
−   Ondan  eşitdiyin  hədisləri  yaza  bilərsən.  Çünki  o 
siqa ravidir. Ancaq, İbn İshaqın Harisdən nəql etdikləri 
və Cabir əl-Cufinin nəql etdiyi hədisləri yazma”.
Əbdülhəmid əl-Himməni Əbu Hənifədən nəql edir:
“Cabirdən daha yalançı birini görmədim”.
133
İbn Hazmın fikirləri:
İmam, alim, hafiz, Əbu Muhəmməd Əli ibn Əhməd ibn 
Səid  ibn  Hazm  əz-Zahiri  “əl-Muhəlla  fi  şərhil-mucəlla  bil-
hucəci vəl-əsər” adlı əsərində bunları yazır:
“Cabir əl-Cufi yalançıdır. Onun yalançılığını ilk açıqlayan 
şəxs Əbu Hənifədir».
134
“Mucalid zəif ravidir. Onun zəif olduğu qənaətinə gələn 
ilk şəxs Əbu Hənifədir “.
135
Hakimin fikirləri:
Hakim “Tarixi Neysabur” əsərində Hafiz Əhməd ibn Ab-
133. Beyhəqi, “kitəbul-qiraə xalfəl-iməm”, s. 108-9, Dehli 1915.
134. İbn Hazm, “əl-Muhəlla”, ı, 378. Beyrut nəşri.
135. İbn Hazm, “əl-Muhəlla”, V, 243.


78
İmam Əbu Hənifə
  
bas ibn Həmzənin tərcümeyi-halında Əbu Hənifənin belə 
dediyini nəql edir: «Kişilərdən ilk müsəlman olan Hz. Əbu 
Bəkr, qadınlardan Hz. Xədicə, uşaqlardan isə Hz. Əlidir”.
136
Zəhəbinin digər fikirləri:
Hafiz  Zəhəbi  “Təzkirətul-hüffaz”  əsərində  Ata  ibn  Əbi 
Rəbahın  tərcümeyi-halında  Əbu  Hənifənin  belə  dediyini 
yazır: “Atadan daha fəzilətli birini görmədim”.
137
Zəhəbi Mədinənin fəqihi Əbuz-Zinadın tərcümeyi-halın- 
da  isə,  Əbu  Hənifənin  belə  dediyini  bildirir:  “Rəbia  və 
Əbuz-Zinadı gördüm. Ən fəqihləri Əbuz-Zinad idi”.
138
Zəhəbi, Cəfər əs-Sadiqin tərcümeyi-halında Əbu Hənifə- 
dən belə nəql edir: “Cəfər ibn Muhamməddən daha fəqih 
birini görmədim”.
139
Əbu Həyyanın təsbiti:
Böyük mühəddis, mütərcim, ədib Əbu Həyyan Muhəm- 
məd ibn Yusif əl-Əndəlusi əl-Ğarnati əz-Zahiri “əl-Bəhrul-
muhit” adlı təfsirində belə yazır:
“Sufyan əs-Sevri, Əbu Hənifə və Yəhya ibn Adəm belə de- 
mişlər:“Həmzə,  Quran  və  fəraiz
140
  elmində  digərlərindən 
136. əs-Səxavi, “Fəthul-muğis bi şərhi əlfiyyətil hədis”, səh. 388.
137. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 98.
138. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 135.
139. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 166.
140.  Fərz  sözündən  götürülmüş  fərizə  kəlməsinin  cəmidir.  İslam  miras 
hüququna fəraiz deyilir. nəsslərdə varislər üçün təyin edilən miras hissələridir. 
Qurani-kərim bunu belə bəyan edir:  “...Bu (bölgü) allah tərəfindən müəyyən 
edilmişdir.  Həqiqətən,  allah  (hər  şeyi)  biləndir,  hikmət  sahibidir!”  (nisa, 
4/11). Səhabələrdən fəraiz elmini ən yaxşı bilən Zeyd ibn Sabit olmuşdur. Hz. 
peyğəmbər (s. ə. s): “Fəraiz elmini öyrənməyə çalışın. Bu elm dinin yarısıdır. 
Ümmətimin  hər  şeydən  əvvəl  unudacağı  və  tərk  edəcəyi  bu  elm  olacaq”,  − 


79
İslam alimlərinin gözü ilə hədis elmində
üstündür”.
141
Nəticə:
Xülasə, ustadımız İmam Əzəm Əbu Hənifə ən-Numan, 
öz  dövründəki  cərh  və  tədil  imamlarının  böyüklərindən 
idi. Onun hədis elmindəki fikirləri çoxları tərəfindən qəbul 
olunurdu. Bir ravinin zəif və ya etibarlı olduğunu dedikdə 
ona inanardılar. Şöbə və Malik kimi yalnız siqa ravilərdən 
səhih qəbul etdiyi hədisləri rəvayət etmişdir. Yalnız əzbər bil-                                                                                                                        
diyi hədisləri nəql edərdi. 
İbn  Kəsirin  “əl-Bidəyə  vən-nihayə”  əsərində  bildirildiyi 
kimi, böyük mühəddis, cərh və tədil imamı Yəhya ibn Məin 
belə  demişdir:  “Dörd  nəfər  alim  var:  Sevri,  Əbu  Hənifə, 
Malik və Əvzai”.
142
Bunlar elmdə bir-birinə tay insanlardır. Əbu Hənifə və 
Malik rical tənqidində Sevri və Əvzaidən üstündür. Hər ikisi 
də hafizdirlər. Əbu Hənifənin “Kitəbul-əsər”də və ya Malikin 
“əl-Muvatta”da  hədis  rəvayət  etdiyi  ravilər  məqbuldur. 
Qənaətlər fərqli olduqda isə, ravi araşdırılmalıdır. Zeyd ibn 
Əyyəş belə ravilərdəndir.
Səhih isnad və Əbu Hənifənin mövqeyi
Əbu  Hənifənin  hədis  elmindəki  böyüklüyünə,  zəbtinə, 
rəvayətləri tədqiq etmədəki dəqiqliyinə, nəql etdiyi hədis-
lərin səhih olduğuna dəlil sayılan xüsuslardan biri də budur:
Buxarinin hədis sənədlərində ən səhih isnad belədir: Ma-
buyurmuşdur. (tirmizi, Fəraiz, 2) Müsəlman kafirə, kafir müsəlmana varis ola 
bilməz. (Müslim, Fəraiz. 1). Eyni zamanda miras buraxanı öldürən varis, miras-
dan məhrum olar. (tirmizi. Fəraiz, 17).
141. əbu Həyyan, “əl-Bəhrul-muhit”, ııı, 159. Beyrut 1403. 2-ci nəşr.
142. İbn kəsir, “əl-Bidayə vən-nihayə”, X, 116.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə