Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

86
İmam Əbu Hənifə
  
rinin rəvayət etdiyi fərd mütləq
160
 hədisə tərcih edilər.  Ey-
ni lə  Səhiheynin  rəvayət  etmədikləri  hədis  Malik-Nafi-İbn 
Ömər vasitəsilə ən səhih olduğu ifadə edilən sənədlərdən 
biri ilə gəlsə, bu rəvayət Səhiheyndən hər hansı birində ke-
çən hadisdən üstündür.”
Buna görə, Malikin Nafi-İbn Ömər vasitəsilə rəvayət et-
di yi hədis, ən səhih isnadlardan biri ilə gəlməyən Səhiheyn 
rəvayətindən üstündür. Eynilə Əbu Hənifənin Nafi-İbn Ömər 
vasitəsilə və ya Əbu Hənifənin Ata ibn Əbi Rəbah-İbn Ab bas 
vasitəsilə və yaxud yenə Əbu Hənifənin  müəllimi Ham mad-
İbrahim-Əlqamə-İbn Məsud vasitəsilə rəvayət etdiyi hədis də 
belədir. (Bu rəvayət Səhiheyn rəvayətindən üstündür).
Mühəddislərin  Əbu  Hənifənin  tərcümeyi-halından 
cərh ifadələrini
 
çıxarması haqqında
Altı əsas hədis kitabının
161
 ricalını toplayan və bunlardakı 
raviləri  tanıdan  mühəddislər,  Əbu  Hənifənin  fəziləti  və 
böyüklüyü  mövzusunda  həmrəydirlər.  Onların  heç  biri 
Əbu Hənifəni “Onun hafizəsi zəifdir və ya elmsizdir” kimi 
əsassız  ittihamlarla  tənqid  etməmiş,  əksinə  hafizəsinin 
qüvvətli və elmdə yüksək mövqedə olduğunu bildirmişdir. 
Yəni, onun haqqındakı rəyləri çox müsbətdir. Bu da onların, 
kimliyindən asılı olmayaraq Əbu Hənifəyə tənə edənlərin 
sözlərinə etibar etmədiklərini göstərir.
Mizzinin fikirləri:
Dəməşq bölgəsinin hafizi, imam Cəmaləddin Əbul-Həc-
160. Fərd mütləq: yalnız bir sənədlə rəvayət edilmiş olan (hər təbəqədə ravi 
sayı birdən çox olmayan hədis). Bax: aydınlı, Hədis terminləri lüğəti, s. 57-ci 
(Mütərcimin qeydi).
161. kutubi-Sittə: ən mötəbər hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba 
verilmiş ümumi ad. Həmin kitablar: Səhihi-BuxariSəhihi-MüslimSünəni-Nə-
sai,  Sünəni-Tirmizi,  Sünəni-Əbu Davud,  Sünəni-İbn Macədir. 


87
İslam alimlərinin gözü ilə hədis elmində
cac Yusif ibn Zəki Əbdürrəhman əl-Mizzi əd-Dəməşqi əş-
Şafei  “Təhzibul-kəməl”  adlı  əsərində  İmam  Əbu  Hənifənin 
tərcümeyi-halından  və  bioqrafiyasından  ətraflı  bəhs  et-
miş dir.  Hafiz  Suyutinin,  “Təbyidus-səhifə”  əsərində  Xatibə 
istinadən  verdiyi  bütün  məlumatlar  Mizzinin  “Təhzibul-
kəməl” əsərindən götürülmüşdür.
Mizzinin bu əsərində cərh və tədil imamlarından nəql edi-
lənlərin böyük əksəriyyəti, İbn Əbi Xatimin “Kitəbul-cərh vət-
tədilin”, İbn Adiyyin “Kəmil” və İbn Asakirin “Tarixi Dəməşq” 
əsərində nəql edilən məlumatlardır.
İmam Mizzi “Təhzibul-kəməl” əsərində İmam Əbu Hənifəni 
tərifləmiş və ona aid olmayan heç bir xüsusdan bəhs etməmişdir. 
Zəhəbi “Təzkirətul-hüffaz” əsərində Mizzi haqqında: “Mizzi rical 
elmində bayraqdardır. Bu elmin yükünü çiyinlərində daşıyan 
nadir  şəxsiyyətlərdəndir.  O,  həmin  elmdə  elə  bir  mövqeyə 
sahibdir ki, insanlar onun kimisini görməmişdir”, − demişdir.
162
İmam  Zəhəbi  yenə  “Təzhib”  əsərində  Əbu  Hənifənin 
tərcümeyi-halını  yazarkən  Hafiz  Mizzinin  bu  üslubunu 
təqdir etmiş və onun haqqında belə demişdir: “Ustadımız 
Əbul-Həccac öz əsərində Əbu Hənifə haqqında heç bir tən-
qidi fikrə yer verməmiş və bununla çox doğru iş görmüşdür”.
Üstəlik,  Mizzi  “Təhzibul-kəməl”  əsərində  rical  elminin 
ustadı Yəhya ibn Məindən bunları nəql edir: “Əbu Hənifə 
siqa ravi idi. Sadəcə, əzbərlədiyi hədisləri nəql edərdi. Bil-
mə diklərini nəql etməzdi. Əbu Hənifə hədis nəqlində eti-
barlı ravi idi. Yalançılıqda ittiham edilməmişdir”.
İbn Məinin İmam Əbu Hənifəni siqa hesab etməsinə dair 
rəvayətlər səhihdir.
Zəhəbinin fikirləri:
İmam,  hafiz  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ibn 
162. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ıV, 1498.


88
İmam Əbu Hənifə
  
Osman əz-Zəhəbi də, “Təzhibu təhzibil-kəməl” adlı əsərində Mizzi 
ilə həmfikir olmuş və bunları yazmışdır:
“İmam  Əbu  Hənifə  Numan  ibn  Sabit  ibn  Zuta  əl-Kufi. 
İraqın  fəqihi,  rəy  məktəbinin  imamıdır.  Fars  olduğu  nəql 
edil ir. Teym ibn Saləbə oğullarının himayəsində olmuşdur. 
Ənəs ibn Maliki görmüşdür. O, aşağıdakı şəxslərdən hədis 
rəvayət etmişdir:
1.  Ata ibn Əbi Rəbah
2.  Nafi
3.  Adiyy ibn Sabit
4.  Əbdürrəhman ibn Hürmüz əl-Arəc
5.  İkrimə
6.  Muharib ibn Disar
7.  Əlqamə ibn Mərsəd
8.  Sələmə ibn Quheyl
9.  Hammad ibn Əbi Süleyman
10.  Hakim ibn Uteybə
11.  Əbu Cəfər əl-Baqir
12.  Qətadə
13.  Amr ibn Dinar və digərləri.
Bunlardan  əlavə  bu  şəxslərdən  də  rəvayət  etdiyi 
bildirilmişdir:
14.  Şabi
15.  Tavus
Özündən rəvayət edənlərə gəldikdə isə:
1. Oğlu Hammad
2.  Həmzə əz-Zəyyat


89
İslam alimlərinin gözü ilə hədis elmində
3.  Davud ət-Tai
4.  Züfər ibn Huzeyl
5.  Nuh ibn Əbi Məryəm
6.  Qazı Əbu Yusif
7.  Muhəmməd ibn Həsən
8.  İbnul-Mübarək
9.  Əbu Yəhya əl-Himməni
10.  Vəki
11.  Hafs ibn Əbdürrəhman əl-Bəlxi
12.  Sad ibn əs-Salt
13.  Əbu Nuaym
14.  Əbu Əbdürrəhman əl-Mukri
15.  Həsən ibn Ziyad əl-Lului
16.  Əbu Asim ən-Nəbil
17.  Əbdürrəzzaq
18. Ubeydullah ibn Musa və s.
Əhməd  əl-İcli  belə  demişdir:  “Əbu  Hənifə,  Həmzə  əz-
Zəyyatın  əşirətinə  mənsubdur.  İpək  ticarəti  ilə  məşğul 
olurdu.  Dükanı  Amr  ibn  Hureys  məhəlləsində  yerləşirdi. 
Nəvəsi Ömər ibn Hammad ibn Əbu Hənifə deyir ki, (Əbu 
Hənifənin  babası)  Zuta  Qabillidir.  Sabit  (Əbu  Hənifənin 
atası) müsəlman ailədə dünyaya gəlmişdir. Əbu Hənifənin 
əslən Nəsalı və ya Tirmizli olduğu da bildirilir.
Nəvəsi  İsmayıl  ibn  Hammad  ibn  Əbu  Hənifə  belə 
demişdir:  “Mən  İsmayıl  ibn  Hammad  ibn  Numan  ibn 
Sabit ibn Numan ibn Mərzuban. Farslardanıq. Vallahi, biz 
heç  vaxt  kölə  olmamışıq.  Dədəm  hicri  80-ci  ildə  anadan 
olmuşdur. Atası Sabit azyaşlı olanda Hz. Əlini görmüş, Hz. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə