Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

98
İmam Əbu Hənifə
  
İbnul-Əcəminin fikirləri:
Hələb bölgəsinin ustadı, imam, alim Bürhanəddin Ə bul- -
Vəfa  İbrahim  ibn  Muhəmməd ibn  Xəlil  ət-Tarablusi  Sum-
məl-Hələbi əş-Şafei “Nihəyətus-sul fi ricəlis-sittətil-usul” adlı 
əsərində
172
 bunları yazır:
“Numan ibn Sabit ibn Zuta. İmam, müctəhid Əbu Hənifə 
əl-Kufi. İraqın fəqifi. Rəy məktəbinin ustadı. Əslən fars idi. 
Teym ibn Saləbə oğullarının himayəsində olmuşdur. Zutaya 
gəlincə,  Qabillidir.  Sabit  (Əbu  Hənifənin  atası)  müsəlman 
bir ailədə dünyaya gəlmişdir. Zuta, Teymullah ibn Saləbə 
oğullarının  köləsi  idi.  Azad  edilmiş  və  bu  qəbilənin 
himayəsində  böyümüşdür.  Nəvəsi  İsmayıl  ibn  Hammad 
ibn Əbu Hənifə belə demişdir: “Mən İsmayıl ibn Hammad 
ibn Numan ibn Sabit ibn Numan ibn Mərzuban. Vallahi, biz 
heç vaxt kölə olmamışıq”.
Əbu Hənifə ipəkçiliklə məşğul olurdu. Dükanı Amr ibn 
Hu reys məhəlləsində idi.
Əbu  Nuaym  Fadl  ibn  Dukeyn  Əbu  Hənifənin  əsli 
Qabildən olduğunu deyir. Əbu Əbdürrəhman əl-Mukri isə, 
əslinin Babildən olduğunu söyləmişdir. Yəhya ibn Nəsr əl-
Qureyşi Əbu Hənifənin atasının Nəsalı, Haris ibn İdris də, 
Tirmizli olduğunu demişdir. İshaq ibn Buhlulun atası isə, 
Əbu Hənifənin atası Sabitin Ənbarlı olduğunu bildirmişdir.
Əbu Hənifə Ənəs ibn Maliki görmüşdür. Əbu İshaq əl-
Firuzabadi deyir ki, Əbu Hənifənin dövründə dörd səhabə 
həyatda idi: Ənəs ibn Malik, Abdullah ibn Əbi Əvfa, Səhl 
ibn Sad və Əbut-Tufeyl. Əbu Hənifə bunların heç birindən 
hədis  nəql  etməmişdir.  Lakin  Şabi  və  Tavusdan  hədis 
172.  “ləhzul-əlhəz  bi  zeyli  təzkirətil-huffaz”  adlı  əsərdə  kitabın  adı 
“Ğayətus-Sul”  olaraq  keçir.  Bu  kitabın  mikrofilmi  Mədinədəki  əl-Cəmiatul 
-İsləmiyyə  kitabxanasındadır.  ustad  Məsud  əhməd  əs-Seyyid,  imamın  bu 
əsərdəki  tərcümeyi-halının  mikrofilmini  bizə  göndərmişdir.  ancaq,  oxumaq 
son dərəcə çətindir. Bəzi sətirlər mikrofilmdə yaxşı düşmədiyi üçün demək olar 
ki, oxunmur.


99
İslam alimlərinin gözü ilə hədis elmində
rəvayət etdiyi bildirilmişdir”.
Cəmaləddin Mahmud ibn Əhməd ibn Sirac, «Əbu  Həni-
fə səhabələrindən yeddi nəfərdən hədis rəvayət etmişdir”, 
−  deyərək,  bunların  adını  iki  beytdə  çəkmişdir.  Əbu 
Hənifədən rəvayət edilən bu hədisləri bir kitabda toplamış, 
“Mə  ravəhu  Əbu  Hənifə  anis-səhabə”  (Əbu  Hənifənin 
səhabələrdən rəvayət etdiyi hədislər) adlandırmışdır. Mən 
Hənəfi məzhəbinə mənsub bir şəxsdə Molla Yaqub isnadı ilə 
gələn “Mə ravəhu Əbu Hənifə anis-səhabə” risaləsini gördüm.
Xatib Bağdadi “Tarix” əsərində bunları yazır:
“O, Ənəs ibn Maliki görmüşdür. Ata ibn Əbi Rəbah, Əbu 
İshaq  əs-Səbi,  Muharib  ibn  Disar,  Heysəm  ibn  Həbib  əs-
Savvaf, Qays ibn Müslim, Muhəmməd ibn Munqədir, İbn 
Ömərin köləlikdən azad etdiyi Nafi, Hişam ibn Urvə, Yezid 
əl-Fəqir,  Simaq  ibn  Hərb,  Əlqamə  ibn  Mərsəd, Atiyyə  əl-
Avfi, Əbdüləziz ibn Rufəy və Əbu Umeyyə Əbdülkərimdən 
hədis dinləmişdir.
Ondan  isə  Əbu  Yəhya  əl-Himməni,  Huşeym  ibn  Bəşir, 
Abbad  ibn  Avvam,  Abdullah  ibn  Mübarək,  Vəki  ibn 
Cərrah,  Yezid  ibn  Harun,  Əli  ibn  Asim,  Yəhya  ibn  Nəsr, 
Qazı  Əbu  Yusif,  Muhəmməd  ibn  Həsən  əş-Şeybani, 
Amr  ibn  Muhamməd  əl-Ənqazi,  Həvzə  ibn  Xəlifə,  Əbu 
Əbdürrəhman  əl-Mukri,  Əbdürrəzzaq  ibn  Həmmam  və 
başqaları hədis rəvayət etmişdir.
Kufəlidir. Xəlifə Əbu Cəfər Mənsur onu Bağdada sürgün 
etmişdir. Ustad Əbu İshaq “Təbəqat” əsərində belə demişdir: 
“Hicri 70-ci ildə anadan olmuş, 150-ci ildə 80 yaşında ikən 
Bağdadda vəfat etmişdir”.
Əbu Hənifə fiqhi Hammad ibn Əbi Süleymandan öyrən-
mişdir. Mənqibələri çoxdur və kitablarda qeyd edilmişdir. 
Ha mı onu zahid, ibadət əhli kimi tanıyardı. Mənqibələri ba-
rə sində müstəqil kitablar yazılmışdır.
Həbsdə vəfat etmişdir. Əbu Cəfər Mənsur ondan qazı ol-


100
İmam Əbu Hənifə
  
ma ğı istəmiş, qəbul etmədiyinə görə də həbs etmişdir”.
173
İbn Həcərin fikirləri:
Hafiz, Şihabəddin, şeyxülislam, dövründəki hafizlərin ima-
mı,  İbn  Həcər  əl-Əsqalani  adı  ilə  tanınan  Əbul-Fadl  Əhməd 
ibn  Əli  əl-Əsqalani  əş-Şafei  də  Mizzi,  Zəhəbi,  Hüseyni  və 
Burhan əl-Hələbi kimi “Təhzibut-təhzib” əsərində İmam Əbu 
Hənifənin tərcümeyi-halını yazarkən onun elm yönündən 
zəifliyindən bəhs etməmişdir. 
İmam  Hafiz  Cəlaləddin  Suyuti  “Zəylu  təbəqatil-hüffaz” 
ad lı əsərində Mizzi, Zəhəbi, İraqi, İbn Həcər kimi imamlar 
haqqında belə deyir: “Mən deyirəm ki, mühəddislər rical və 
digər hədis elmlərində bu dörd şəxsə möhtacdırlar: Mizzi, 
Zəhəbi, İraqi, İbn Həcər».
174
 
 
          İbn Kəsirin fikirləri:
İmam,  mühəddis,  hafiz,  ustad  İmaduddin  Əbul-Fida 
İsmayıl  ibn  Ömər  ibn  Kəsir  əd-Dəməşqi  əş-Şafei  (İbn  Kə-
sir), “əl-Bidayə vən-nihayə” əsərində də Əbu Hənifənin tərcü-
meyi-halını yazmış və onun adını 150-ci ildə vəfat edən lər 
ara sında qeyd etmişdir. O, bunları yazmışdır:
“Əbu Hənifə də həmin il vəfat etmişdir. Adı Numan ibn 
Sabit  ət-Teymi  əl-Kufi.  İraqın  fəqifi,  İslam  alimlərindən, 
təqlid edilən dörd məzhəb imamından biridir. Dörd imam-
dan ən tez vəfat edən odur. Səhabə dövrünə yaxın dövrdə 
yaşamış və Ənəs ibn Maliki görmüşdür. Başqa səhabələri 
gördüyü də nəql edilir. Bəzi elm adamları onun yeddi səha-
bəni gördüyünü deyirlər.
173.  İbnul-əcəmi  əl-Burhan  əl-Hələbi  əş-şafeidən  gətirilən  sitat  burada 
sona çatır.
174. əs-Suyuti, “Zəylu təbəqatil-huffaz”, s. 348. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə