Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

122
İmam Əbu Hənifə
  
b) İcma
c) Başqa bir hökmlə nəsx edilməsi.
d) Hədisin sənədində cərh edilən ravinin olması
Tarix  boyu  Əbu  Hənifə  qədər  əsassız  iftiralarla  ittiham 
edi lən başqa alim yoxdur. Onu qısqananlar da çox idi. Üs-                                                                                                                   
təlik  heç  əlaqəsi  olmadığı  şeylər  şəxsinə  nisbət  edilir  və 
haqqında  əsassız  şayiələr  uydurulurdu.  Bunlara  bax-
mayaraq, alimlərdən bir qrup onu tərifləmişdir. Çoxdandır 
ki, rəvayət imamları ilə bağlı bir kitab yazmaq istəyirdim. 
İnşallah, əlimə fürsət düşən kimi Əbu Hənifə, Malik, Sevri, 
Şafei  və  Əvzainin  fəzilətini  ehtiva  edən  bir  kitab  yazmaq 
arzusundayam.
198
Yəhya ibn Məin belə demişdir:
“Dostlarımız  Əbu  Hənifə  və  tələbələri  haqqında  doğru 
düşünmürlər”. Ona:
−   Əbu Hənifə yalançı idi? − deyə soruşulanda,
−   O, belə şeylərdən uzaq, şərəfli bir insan idi, − cavabını 
vermişdir”.
Hafiz  Muhəmməd  ibn  Hüseyn  əl-Əzdi  də  “Duafə”  ki-
tabının sonunda zikr etdiyi rəvayətlər arasında, Yəhya ibn 
Məindən bunu nəql edir:
“Vəkidən daha üstün insan görməmişəm. Əbu Hənifənin 
rəyinə  əsasən  fitva  verirdi.  Əbu  Hənifənin  rəvayət  etdiyi 
hədislərin  hamısını  bilirdi.  Ondan  çox  sayda  hədis  din lə-  
m iş di».
Əli ibn əl-Mədini də belə demişdir: “Sevri, İbnul-Mü ba-
rək, Hammad ibn Zeyd, Huşeym, Vəki ibn əl-Cərrah, Abbad 
ibn Avvam,  Cəfər  ibn Avn,  Əbu  Hənifədən  hədis  rəvayət 
etmişlər. O etibarlı insandır. Yəhya ibn Səid də, “Bəzən Əbu 
198. İbn əbdilbərr daha sonra “əl-İntiqa fi fədailis-sələsətil-fuqaha: Malik, 
şafei və əbi Hənifə” adlı əsərini yazmışdır.


123
İslam alimlərinin gözü ilə hədis elmində
Hənifənin bəzi fikirlərinə müraciət edirik”, − demişdir. Əzdi 
də Əbu Hənifənin adını qeyd etmiş və Əli ibn əl-Mədininin 
yuxarıdakı sözlərini eynilə yazmışdır”.
Əbu  Hənifədən  hədis  rəvayət  edənlər,  etibarlı  olduğunu 
bil  dirənlər və tərifləyənlər, onu ittiham edənlərdən daha çox -
dur.
Hədisçilərdən onu ittiham edənlər isə, onu rəyə və qi ya-                                                                                                                       
sa çox müraciət etməklə, irca inancını mənimsəməklə gü-
nah  landırmışlar.
Qədimdən belə deyilirdi: “İnsanların keçmişdə yaşayan 
şəxs  haqqında  fərqli  fikirlər  bildirməyi  həmin  insanın 
böyüklüyünə işarədir”. Bu baxımdan:
“Əli ibn Əbi Talib. Onun uğrunda iki qrup həlak oldu. Bir 
tərəf sevgidə, digər tərəf kin və nifrətdə əndazəni gözləyə 
bilmədi.  Bir  hədisi-şərifdə  belə  buyurulur:  “Onun  səbəbi 
ilə iki şəxs (qrup) həlak olacaqdır: Hədsiz sevən və hədsiz nifrət 
edənlər”.
199
  Məşhur  şəxsiyyətlərin  əksəriyyəti  belə  hallarla 
qarşılaşmışdır”.
200
İbn  Əbdilbərr  “Bəbu  hukmi  qavlil-uləməi  badihim  fi  bəd” 
(Alimlərin bir-biriləri haqqında söylədikləri sözlərin dəyəri) 
fəslində belə deyir:
“Çoxları bu məsələdə yanılmış, belə hallarla qarşılaşanda 
nə edəcəklərini bilməmiş, cahil və elmsiz insanlar kimi haqq 
yoldan  azmışlar.  Bu  xüsusda  mövqeyimiz  belə  olmalıdır: 
Adil, hədis sahəsində etibarlı, hədis elmi ilə məşğul olduğu 
təsbit  edilmiş  bir  insan  haqqında  hər  hansı  şəxsin  dediyi 
sözə inanmaq olmaz. 
İmamlığı  sabit  olmamış,  hifzində  problem  olan  şəxsin 
nəql etdikləri rəvayətlərin səhih hesab edilməməsi məsələsi-
nə  gəlincə;  Rəvayətlərinin  elm  əhlinin  ittifaq  etdiyi  hədis 
199. Hakim, ııı, 123; Heysəmi, ıX, 181; Bəlazuri, ıı, 363.
200. İbn əbdilbərr, “Cəmiu bəyənil-ilm”, ıı, 148-150. əl-Muniriyyə nəşri.


124
İmam Əbu Hənifə
  
olub-olmadığına  baxmaq  lazımdır.  Tədqiqin  nəticəsinə 
görə qərar verilməlidir. 
Müsəlmanların əksəriyyətinin dində imam qəbul etdiyi 
bir şəxs haqqında ittihamedici ifadələrdən istifadə edənlərin 
qəbuledilməzliyinin dəlili:
a) Sələf alimləri bəzən bir-biriləri əleyhinə tənqidlər yö-
nəlt  mişlər. 
Bu sözlərin bəzisi − İbn Abbas, Malik ibn Dinar və Əbu 
Xazimin bildirdiyi kimi − həsəddən qaynaqlanır.
201
b) Bəziləri də etdikləri şərhlərə görə ittiham olunmuşlar. 
Bu cür ittihamlarda açıq dəlil, inandırıcı bir sübut olmadan 
inanmaq lazım deyil. Mən bu fəsildə, böyük imamların bir-
birinə yönəltdiyi təndiqlərdən bəhs edəcəm. (İbn Əbdilbərr 
bundan  sonra  alimlərin  bir-biri  haqqında  dediklərinə  bir 
çox nümunələr göstərmişdir). Ardından da belə demişdir:
Səhabələr və alimlər arasında qəzəb anında deyilən söz-
lər bundan daha çoxdur. Lakin, anlayışlı, elm əhli, nəyin nə 
zamanda deyildiyini ayırd edən insanlar belə sözlərə qulaq 
asmırlar. Çünki, bilirlər ki, onlar da insandır. Bəzən sevinə, 
bəzən də qəzəblənə də bilərlər. 
Şair nə gözəl demişdir: 
“Həlimlik ancaq qəzəb anında ortaya çıxar”.
Tarix qədimdən bu yana yanlış fikirlər və qısqanclıqlara 
şahid  olmuşdur.  Görmürsünüzmü  Kufəlini,  Sad  ibn  Əbi 
201.  İbn  abbas:  “alimlərin  elmindən  istifadə  edin.  lakin,  bir-biriləri 
haqda dediklərini təsdiq etməyin. allaha and olsun ki, alimlər keçilərdən daha 
qısqan cdırlar” − demişdir. Malik ibn Dinar: “alimlər və qurraların sözlərinə 
etibar etmək olar. Bir-biriləri haqda söylədikləri sözlər müstəsna. Çünki, on-
lar keçilərdən daha çox bir-birilərinə həsəd apararlar”, − demişdir. əbu Xa-
zim isə: “keçmişdə bir alim özündən daha bilgili biri ilə qarşılaşdığı zaman 
bunu qənimət bilər, özü kimi biri ilə qarşılaşanda onunla müzakirə aparar, özü 
qədər bilgili olmayan biri ilə qarşılaşanda isə, özünü ondan üstün görməzdi”, 
− demişdir.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə