Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

129
İslam alimlərinin gözü ilə hədis elmində
“Bir  şəxsin  müctəhid  olduğunu  göstərən  dəlillərdən 
biri  fitva  verməsi,  insanların  onun  fitvasına  müraciət  et-
məsi,  alimlərin  də  bunu  qəbul  etməsidir”.  Alimlərin  bu 
mövzudakı fikirləri üsul kitablarında qeyd edilmişdir. Hə-
min  kitablarda,  bir  alimin  müctəhid  olduğunu  və  təqlid 
edi lə  biləcəyini  anlamaq  üçün  bu  dəlilin  yetərli  olacağı 
bildirilir. “Safvət” kitabında bunu qeyd edən Əbul-Hüseyn 
əl-Bəsri bu xüsusu izah edən imamlardandır.
Digər alimlərin, fitva verən insan haqqında fikir bildir-
məməyi onun müctəhidliyinə bir xələl gətirmir. Ta- beundan 
olan görkəmli din alimləri də onun haqqında hər hansı fikir 
bildirməmişdir.
 
Halbuki,  Əbu  Hənifənin  özü  də  tabeun 
dövründə yaşamışdır.
Hər iki qrup da, yəni həm Əhli-sünnə, həm də Mötəzilə 
məzhəbi Əbu Hənifəni böyük alim olaraq qəbul etməkdədir.
Əhli-sünnənin  onun  haqqındakı  mövqeyi  məlumdur. 
Mötəziləyə gəldikdə isə, bu məzhəbə mənsub bir çox insan 
Əbu Hənifənin müqəllidi olduğunu bildirərək bunu özləri 
üçün  bir  şərəf  saymışlar.  Mötəzilənin  mütəqəddimun 
alimlərindən  Əbu  Əli,  oğlu  Əbu  Haşim,  mütəaxxirundan 
Əbul  Həsən  əl-Bəsri  və  Zəməxşəri  bunlardandır.  Onların 
təqliddən  uzaqlaşmağı  elm  təhsilindən  xeyli  sonra  baş                                                                                                                         
vermişdir.  Əhli-sünnədən  ayrılandan  sonra  belə  Əbu 
Hənifəni  (Hənəfi  məzhəbini)  qəbul  etməkdən,  əməli 
məsələlərdə  onun  üsuluna  tabe  olmaqdan  imtina 
etməmişlər.
Mötəzilə  alimlərindən  Zəməxşəri  bir  sözündə  belə  de-
yir:  “Allah  Hənəfi  məzhəbini  Əbu  Hənifənin  elmi  ilə 
möhkəmləndirdiyi  kimi,  dini  də  böyük  alimlərlə,  Hənəfi 
imam ları ilə gücləndirdi. Comərdlik və həlimliyi Xatimdən 
və Ahnəfdən öyrənmək lazımdır”.
Hakim Əbu Səid “Səfinətul-ulum” adlı əsərində Əbu Hə-
nifənin fəzilət və elminin dərinliyindən bəhs etmişdir. 


130
İmam Əbu Hənifə
  
Tarix  alimləri  də  Əbu  Hənifənin  böyük  alim  olduğunu 
yekdilliklə  qəbul  edilər.  Tarixçilərdən  biri  Əbu  Hənifənin 
həyatına  dair  “Şəqaiqun-Numan  fi  mənaqibin-Numan”  adlı 
müstəqil bir əsər yazmışdır.
İmam Əbu Hənifə cahil, elmsiz insan olmuş olsaydı,Hə-
nəfi  məzhəbinə  mənsub  olan  və  elm  dəryaları  sayılan                                              
Əbu Yusif, Muhəmməd ibn Həsən əş-Şeybani, Təhavi, Əbul 
- Həsən əl-Kərhi kimi alimlər və bunlar kimi bir çox insan 
Əbu Hənifənin ictihadları ilə məşğul olmazdı.
Hənəfi  alimləri  hicri  150-ci  ildən  etibarən  günümüzə 
qədər − 600 il müddətində (red: kitabın yazıldığı vaxt nəzərdə 
tutulur),  − Hindistan, Şam, Misir, Yəmən, Mesopotamiya, 
Məkkə, Mədinə, Bəsrə, Kufə kimi şəhərlər olmaqla hələ də 
artmaqda davam edir. Sayı minlərlə olan bu alimlərin adını 
tək-tək qeyd etmək, elm, fitva, vəra və təqva əhlindən olan 
bu böyük zümrəni bir-bir saymaq mümkün deyil.
İmam Əbu Hənifənin ərəb dilini bilməməklə günah lan-
dır masına gəlincə, şübhəsiz, bu, doğru yoldan azan zalım və 
insafsız insanın fikirləridir. Halbuki, Əbu Hənifə əski dili və 
lüğəti çox yaxşı bilirdi. O, çox səlis danışar, dil qaydalarını 
əsla  pozmazdı.  Dilin  pozulmadığı  Cərir  və  Fərəzdəq  ilə 
eyni  dövrdə  yaşamış,  Rəsulullahın  (s.ə.s)  xidmətçisi  Ənəs 
ibn  Maliklə  iki  dəfə  görüşmüşdür.  Ənəs  hicri  93-cü  ildə 
vəfat  etmişdir.  Yəni  Əbu  Hənifə  Ənəsi  beşikdə  ikən  yox, 
yetkinlik  yaşlarında
 
görmüşdür.  Ənəslə  görüşməyi  Əbu 
Hənifənin uzun ömürlü olduğunu da göstərir. Çünki, 150-ci 
ildə 90 il yaşadıqdan sonra vəfat etmişdir.
207
Bu məlumatlar, 
onun  Ənəslə  görüşdüyü  vaxtlar  həddi-buluğ  çağında 
olduğunu  və  Hz.  Peyğəmbərin  vəfatından  təxminən  80 
il  sonra  yaşadığını  göstərir.  Çünki,  Hz.  Peyğəmbər  (s.ə.s) 
hicrətdən on il sonra vəfat etmişdir. Bu da Əbu Hənifənin 
207.  Bu  qənaət  əbu  Hənifənin  doğumunun  hicri  61-ci  il  olduğunu  söy-
ləyənlərə görədir. Doğru olan 80-ci ildə anadan olduğudur. Bu İbnul-Vəzirin 
təsbitinə zərər vermir. Hər iki halda da qənaəti doğrudur. 


131
İslam alimlərinin gözü ilə hədis elmində
olduqca  erkən  (ərəblərin  hələ  başqa  irqlərlə  qarışmadığı) 
dövrdə  yaşadığından  xəbər  verir.  O,  dövrünün  məzhəb 
imamlarının  ən  təcrübəlisi  və  ən  yaşlısıdır.  Belə  ki,  imam 
Malik əvvəl yaşamış alimlərdən biri olmasına baxmayaraq, 
təxminən Əbu Hənifədən 30 il sonra vəfat etmişdir.
Şübhəsiz ki, bu dövrdə Ərəb dili çox az dəyişikliyə mə-
ruz  qalmışdı.  Həmçinin  bu  dövrdə,  özlərinə  tabe  olunan 
imamlardan  heç  biri  −  o  vaxtlar  belə  bir  şeyə  ehtiyac 
olmadığından  dolayı  −  filologiya  ilə  məşğul  olmamışdır. 
Əbus-Səadət İbnul-Əsir “ən-Nihayə” adlı kitabının müqəd-
diməsində bu xüsusu qeyd edir. Tarix elmi ilə maraqlananlar 
bunun niyə belə olduğunu çox yaxşı bilirlər. 
Əgər  biz  bu  dövrdə  bir  müctəhidin  filologiya  elmi  ilə 
məşğul olmasını şərt qoşsaq, bunu yalnız Əbu Hənifədən 
tələb  etməməliyik.  Üstəlik  filoloqların  (Əbu  Hənifənin 
müasiri)  Cərir  və  Fərəzdəqdən  dəlil  gətirdiyi  şeirlərə  də 
etibar edilməməlidir. Halbuki, kimsə bunu iddia etməmişdir. 
Ancaq  bu  bir  həqiqətdir  ki,  həmin  əsrdən  sonra  bəzi 
insanların dili böyük dəyişikliyə məruz qaldı. Şəhərlərdəki 
əcəm ilə (ərəb olmayanlarla) qaynayıb-qarışmayan əsl ərəb-
lər dillərini qoruyub saxladılar. Zəməxşəri çöldə yaşayan bu 
cür insanların çoxu ilə görüşmüşdür. O, altıncı əsrdə yaşa-
mış və hicri 538-ci ildə vəfat etmişdir.
Alim Əmr Hüseyn ibn Muhəmmədin “Şifəul-uvam” adlı 
kitabında qeyd etdiyinə görə, İmam Yəhya ibn Hüseyn təhsil 
almadığı halda ərəbcəni hicaz ləhcəsi ilə danışa bilirdi. Şiə 
məzhəbi alimlərindən Əli ibn Abdullah ibn Əbil-Xayr isə, 
imam Yəhyanın 40 günə Ərəb dilini öyrəndiyini bildirmiş- 
dir. İmam Yəhyanın vəfatı hicri 300-cü ilin əvvəlləridir.
Həqiqəti  yanlışlardan  ayırd  edən  insanlardan  heç  biri, 
hicri 80-ci ildə yaşayan alimlərin Ərəb dilində təhsil almadan 
Allah  kəlamının  mənalarına  vaqif  ola  bilmədiklərinə 
inanmaz.  Əgər  belə  olsaydı,  bu  mütləq  onlardan  nəql 
edilər və tabeuna Ərəb ədəbiyyatını öyrədən müəllimlərin 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə