Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

125
İslam alimlərinin gözü ilə hədis elmində
Vaqqas  haqqında  nə  deyir:  “O,  insanlar  arasında  ədalətli 
davranmır. Səriyyələrlə savaşa qatılmır. Qənimət mallarını 
ədalətli  şəkildə  bölmür”.  Halbuki,  Sad  Bədr  döyüşündə 
iştirak  etmişdir.  Cənnətlə  müjdələnən  10  məşhur  səha bə- 
dən, Hz. Ömərin şurada vəzifələndirdiyi 6 şəxsdən biridir. 
Eləcə  də  Hz.  Ömərin  “Hz.  Peyğəmbər  ondan  razı  olaraq 
vəfat etmişdir”, − dediyi şəxsdir.
Rəvayət edildiyinə görə, Musa peyğəmbər belə dua et-
miş dir:
“Allahım! Məni İsrail oğullarının dillərindən qoru!” Allah 
da ona belə vəhy etmişdir:
“Ey  Musa!  Mən  Özümü  bundan  qorumadığım  halda, 
səni necə qoruya bilərəm?”
İnsanlar qeybət və tənqiddə o qədər həddi aşdılar ki, alim    -
lər yerinə cahillərin qeybətini etməklə belə kifayətlənmədilər. 
Bu tamamilə cəhalət və qısqanclıqdan irəli gəlir. 
İnsan bundan çəkinər və bu cür xəbərlərə etibar etməzsə, 
Allah  da  ona  hidayət  nəsib  edər  və  heç  vaxt  belə  şeylərə 
qulaq  asmaz.  Ədalətli,  hədis  elmi  ilə  məşğul  olan,  böyük 
günahlardan uzaq duran imam haqqındakı bu cür xəbərləri 
qəbul etməmək lazımdır. Bu, dəlili olmayan heç bir şəxsin 
sözünün  qəbul  edilməyəcəyi  bir  mövzu,  əksi  mümkün 
olmayan həqiqətdir. 
Səid  ibn  əl-Müsəyyəbi,  tabeun  və  digər  imamları 
tərifləyənlərin  sayı  sayılmayacaq  qədər  çoxdur.  Bəzi 
insanlar onların fəziləti ilə əlaqəli nəqlləri bir yerə toplayaraq 
kitablar yazmışlar. Kim səhabə və tabeundan sonra Malikin, 
Şafeinin,  Əbu  Hənifənin  fəzilətlərini  oxuyar,  bunlara 
əhəmiyyət verər və İslamı gözəl şəkildə yaşamalarını örnək 
alarsa,  bu  onun  üçün  gözəl  bir  əməl sayılar. Allah  onlara 
olan sevgimizə görə bizi mükafatlandırsın. 
Sevri  belə  demişdir:  “Səhabələr  anıldıqda  rəhmət  enər. 
Amma  hər  kim  onların  fəzilətlərinə  əhəmiyyət  verməz, 


126
İmam Əbu Hənifə
  
gözəl xəbərlərini görməz, sadəcə qısqanclıq və təəssübkeşlik 
səbəbiylə  bir-biriləri  haqda  dediklərini  yadda  saxlamağa 
çalışarsa müvəffəq ola bilməz. Etdiyi isə qeybət olar və yol-
dan azar. Uca Allah sizi və bizi eşitdiyi sözlərin ən gözəlinə 
tabe olan qullarından eləsin.
Bu mövzuya Hz. Peyğəmbərin, “Sizdən əvvəlki ümmətlərin 
xəstəliyi olan qısqanclıq və nifrət sizə də sirayət etdi»
202
 hədisi 
ilə başlamışdım. Bu, məqsədi izah etməyə kafidir. Arifə bir 
işarə bəsdir. Mənim nailiyyətim də, əlbəttə, Allahdandır. O, 
nə gözəl vəkildir.
Əbu  Davud  Süleyman  ibn  Əşas  belə  demişdir:  “Allah, 
Ma  likə rəhmət eləsin. O, imamdır. Allah Şafeiyə rəhmət elə-
sin. O da imamdır. Allah Əbu Hənifəyə rəhmət eləsin. O da 
imam dır”.
203
İbn Əbdilbərr “Cəmiu bəyənil-ilm” əsərində bunları yazır:
“Əbu Racə nəql edir: Yuxumda Muhəmməd ibn Həsəni 
gör düm.
Nə ilə qarşılaşdın? − deyə soruşdum. 
−   Bağışlandım. Sonra mənə deyildi ki: Sənə bu elmi 
səni bağışlamaq istəməyimizə görə lütf etmişdik, − cava-
bını verdi. 
−  Əbu Yusif nə edir? − deyə soruşdum.
−  Bizdən bir dərəcə yuxarı qalxdı, − dedi.
−  Bəs Əbu Hənifə? − dedim.
−  O, ən yüksək məqamdadır, − cavabını verdi”.
204
202. tirmizi, ıV, 2628.
203. İbn əbdilbərr, “Cəmiu bəyənil-ilm”, ıı, 152-163. 
204. İbn əbdilbərr, “Cəmiu bəyənil-ilm”, ı, 47-213.


127
İslam alimlərinin gözü ilə hədis elmində
Hafiz İbnut-Türkməninin imamın cərh                  
edilməsinə cavabı
İbnut-Türkməni adı ilə tanınan baş qazı, imam, hafiz, us-
tad Ələddin Əli ibn Osman əl-Mərdini “əl-Cəvhərun-nəqi fir-
rəd aləl-beyhəqi” adlı əsərində İbn Abbasın “Din dəyişdirən 
qadınları  öldürmək  olmaz”,  −  sözünü  şərh  edərkən  belə 
deyir:
“Bəziləri bəyənməsə də, bir çox alim Əbu Hənifənin eti-
bar  lı  oldu ğunu  söyləmişdir.  İbn  Hibban  onun  rəvayətini 
“Səhih” əsərində nəql etmiş
205
 Hakim də “Müstədrək” əsərin-
də dəlil olaraq göstərmişdir”. 
Əbu  Hənifə  kimi  şəxsiyyətlərin  etibarı  atılan  iftiralarla 
zə dələnməz.  Bir  çox  sələf  alimi  də  imamın  düşməni  çox 
olduğunu bildirmişdir. Əbu Ömər ibn Əbdilbərr “əl-İntiqa 
fi fədailis-sələsətil-fuqaha” adlı əsərində Xatim ibn Davuddan 
bunu  nəql  etmişdir:  “Fadl  ibn  Musaya,  Əbu  Hənifə 
haqqında  danışanlar  barədə  nə  fikirləşirsiniz?”  −  deyə 
soruşdum. Mənə dedi: “Elmdə Əbu Hənifənin səviyyəsinə 
çata bilmədiklərinə görə ona həsəd aparırlar””.
206
Əbu Hənifənin hədis və ərəbcə biliyindən şübhə 
edənlərə İbnul-Vəzir əl-Yəmaninin cavabı
İmam, hafiz, alim Əbu Abdullah Muhəmməd ibn İbra- 
him  ibn  əl-Vəzir  əl-Yəmani  “ər-Ravdul-bəsim  fiz-zəbbi  an 
sünnəti Əbil-Qasim» adlı əsərində Əbu Hənifənin hədis və 
205.  Üstəlik, İbn Hibban, “kitəbus-Siqat” əsərində (Vııı, 467) hədislərinə 
etibar edilə biləcəyini qeyd etdiyi əli ibn Mabəd ibn şəddad əl-abdi əl-Mis-
rinin  tərcümeyi-halında  bunları  yazır:  aməş,  əbu  Hənifəyə:  −    “Bu  məsələ 
haqqında nə deyirsən?” − deyə soruşdu. o da buna cavab verdi. aməş, “Bunu 
nəyə əsasən deyirsən?” − deyincə, − “axı sən bizə filankəsdən belə bir hədis 
nəql etmisən”, − cavabını verdi. Bunu eşidən aməş: “Ey fəqiflər! Sizlər həkim, 
biz isə əczaçıyıq”, − dedi. 
206. osman əl-Mərdini, “əl-Cəvhərun-nəqi fir-rəd aləl-Beyhəqi”, Vııı, 203.


128
İmam Əbu Hənifə
  
ərəbcə  biliyindən  şübhələnən  Seyid  Cəmaləddin  Əli  ibn 
Muhəmməd ibn Əbil-Qasıma verdiyi cavabda yazır:
“Bu tənqidçi, İmamın bu sahənin mütəxəssisi olaraq fitva 
verdiyini, sələf və xələf alimlərinin onun ictihadlarını nəql 
etdiklərini ya inkar, ya da qəbul etməlidir. Əgər inkar etsə 
həqiqəti inkar etmiş olar ki, bu təqdirdə onunla münazirə 
etməyin  mənası  yoxdur.  Əgər  qəbul  edərsə,  bu  da  Əbu 
Hənifənin  ictihad  etdiyini  (müctəhidliyini)  sübut  edir. 
Mən burada, onun müctəhid olduğunu qaydalar şəklində 
yazacam:
Birinci qayda: Əbu Hənifənin fəziləti, dürüstlüyü, təqva 
və  əmin  şəxs  olması  təvatürlə  sabitdir.  Əgər  Əbu  Hənifə 
bilmədən  fitva  vermiş  olsaydı,  etibarını  itirər,  özünə  olan 
inama  xələl  gələr,  əqlində  və  şəxsiyyətində  nöqsanlar 
olduğu  ortaya  çıxardı.  Çünki,  haqqını  verə  bilmədiyi  bir 
işlə məşğul olmaq, bilmədiyi halda anladığını iddia etmək 
səfeh  insanlara  məxsusdur.  Əbu  Hənifəyə  gəlincə,  onun 
həyatı bu cür nöqsanlardan tamamilə uzaqdır.
İkinci qayda: Alimlərin Əbu Hənifənin fikirlərinə müra-
ciət  etməsi,  kitablarda,  İslami  əsərlərdə  onun  fitvalarının 
yazılması  onun  müctəhidliyinin  qəbul  edildiyinə  dəlildir. 
Çünki, bir insanın elmi səviyyəsini təsbit etmədən fikirlərini 
nəql etməzlər. 
Üçüncü qayda: Bəziləri qəbul etməsə də, Əbu Hənifənin 
müctəhidliyi  icma  ilə  sabitdir.  Bu,  vəfatından  sonra  da 
davam  etmişdir.  Əsasım  budur:  Tabeun  dövründən,  yəni 
hicri 150-ci ildən etibarən bu günə − hicri doqquzuncu əsrin 
əvvəllərinə qədər, onun ictihadlarına görkəmli İslam alimləri 
tərəfindən  müraciət  edilməkdə,  İslam  coğrafiyasında 
bunlarla əməl edilməkdədir. Müsəlmanların bir qismi onun 
ictihadları ilə əməl edir, etməyənlər isə onu təqlid edənləri 
tənqid etmir. Əksər mövzulardakı icma iddiası da məhz bu 
yolla sübuta yetirilir.
Dördüncü qayda: Çoxsaylı imam və alim belə demişdir: 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə