Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

113
İslam alimlərinin gözü ilə hədis elmində
görmüşdür”.
Mizzidən sonra Zəhəbi, İbn Kəsir, Hüseyni, Burhan əl-
Hələbi  və  İbn  Həcər  kimi  Şafei  məzhəbinin  böyüyü  olan 
alimlər  də  eyni  yolu  izləmişlər.  Onların  metodu  bu  günə 
qədər  davam  etmişdir.  Ancaq,  günümüzdə  ustad  Nasir 
əl-Albani  bu  metoddan  kənara  çıxmış  və  İmamı  ittiham 
etməyə  çalışmışdır.  İmamın  hafizəsi  və  elmi  səviyyəsini 
tənqid etmiş, onu yaddaş zəifliyi ilə ittiham etmiş, zəbt və 
əzbər qabiliyyətinin olmadığını iddia etmişdir.
Albani, imam, hafiz, şeyxülislam Əbu Bistam Şöbə ibn əl-
Həccac əl-Əzdi. İmam, ustad, mühəddis Əbu Səid Yəhya ibn 
Səid əl-Kəttan, İmam, hafiz, cərh və tədil alimlərinin usta -
dı Əbul-Həsən Əli ibn əl-Mədini, İmam, ustad, Yəhya ibn 
Məin, İmam, hafiz Əbu Davud Süleyman ibn Əşas əs-Sicista-
ni kimi bu sahənin ustadı olan digər alimlərin Əbu Hənifə-
nin etibarlı olduğunu bildirən sözlərini görməzlikdən gəlib, 
“Silsilətul-əhədisid-daifə” adlı əsərində “Ulduz doğulduqda hər 
bölgə xalqından fəlakətlər uzaqlaşdırılar”, − hədisinin şərhində 
bunları yazmışdır:
“Bu hədis zəifdir. İmam Muhəmməd ibn Həsən “Kitəbul-
əsər” əsərində bunu Əbu Hənifə vasitəsilə Əbu Hüreyrədən 
mərfu  olaraq,  Səqafi  “Fəvaid”,  Təbərani  isə  “əl-Mucəmus-
sağir”  və  “əl-Mucəmul-əvsat”  əsərlərində  Əbu  Hənifədən 
rəvayət  etmişlər.  Əbu  Nuaym  “Əxbəru  əsbəhən”  əsərində 
Əbu Hənifədən rəvayət etmiş və “Hədisdəki nəcm (ulduz) 
Sürəyya ulduzudur”,  demişdir.
Bu isnadın ricalı siqadır. Lakin Əbu Hənifənin fiqhdə çox 
yüksək bir mövqedə olmasına baxmayaraq Buxari, Müslim, 
Nəsai, İbn Adiyy və digər hədis imamları onu hafizəsinin 
zəifliyindən dolayı zəif qəbul etmişlər. Bu səbəblə İbn Həcər 
“Təqrib” əsərində onun tərcümeyi-halında sadəcə “Məşhur 
bir fəqifdir”,  demişdir”.
188
 
188. albani, “Silsilətul-əhədisid-daifə”, ı, ıV, 77-8, əl-Məktəbul-İsləmi nəşri.


114
İmam Əbu Hənifə
  
İndi  mən  Albaniyə  soruşmaq  istəyirəm:  Bəs  niyə  İbn 
Həcər onun zəif olduğunu dilə gətirmədi sadəcə “Məşhur 
bir  fəqifdir”,    deməklə  kifayətləndi?  Halbuki  “Təqrib” 
əsərinin  müqəddiməsində  yazır:  “Mən  bu  kitabımda  hər 
bir şəxs üçün, haqlarında deyilən ən doğru və ən ədalətli 
fikirləri yazacam”.
Albani hər hansı bir üsul kitabında “Məşhur bir fəqihdir” 
sözünün  “Zəif  ravidir”  mənasında  işlədildiyini  göstərən 
açıq  ifadəyə  rast  gəlibsə  bunu  bizə  də  göstərsin.  Ravinin 
fəqiflik  və  məşhur  olaraq  təqdim  edilməsi,  görəsən  onun 
zəifliyinə  dəlalət  edir?  Yoxsa,  tanınmaq  və  şöhrət  onun 
elmini və əzəmətini göstərmir? Halbuki, Hz Peyğəmbər (s. 
ə. s) bir hədisində belə buyurmuşdur: “Allah bir qulu üçün 
xeyir  murad  edərsə  onu  dində  fəqif  edər”.
189
  Fiqh  faydalı  elm 
deyilmi?  Bundan  əlavə  sələf  alimləri  fəqif  sözünü  sadəcə 
müctəhidlər  üçün  istifadə  edirdilər.  Albani  niyə  bunu 
görməzlikdən  gəlir  və  imamı  tərifləmək  əvəzinə  tənqid 
edir? Şübhəsiz  ki, Allah bunun hesabını soruşacaqdır.
Albaninin “İbn Həcərin “Təqrib” əsərində onun tərcümeyi-
halını yazarkən “Məşhur bir fəqifdir” sözündən başqa bir 
şey deməmişdir”, − sözünə gəlincə, bu tamamilə böhtan və 
yalandır. Əbu Hənifə haqqında söylənən digər sözləri rədd 
etməkdir  ki,  bu  doğru  da  deyil.  Hafiz  İbn  Həcər  əsərinin 
iki  yerində  Əbu  Hənifənin  imam  olduğunu  bildirmişdir. 
“Təqrib” əsərinin künyələr qismində, «Əbu Hənifə Numan 
ibn Sabit. Məşhur imam”, “Nun” hərfində isə, “Numan ibn 
Sabit əl-Kufi. Əbu Hənifə. İmam. Əslən fars olduğu deyilir. 
O  cümlədən  Teym  oğullarının  himayəsində  olduğu  da 
bildirilmişdir. Məşhur fəqifdir. Səhih olan görüşə görə, 150-
ci ildə 70 yaşında ikən vəfat etmişdir”, − yazmışdır.
Cərh  və  tədil  kitablarında  bir  insan  haqqında  imam 
ifadəsi  işlədilibsə,  bu,  o  deməkdir  ki,  imam,  bir  ravinin 
etibarlı olduğunu ifadə etmək üçün istifadə edilən ifadələrin 
189. İbn Macə, “Müqəddim”ə, 17; İbn Hibban, “Səhih”, ıı, 8.


115
İslam alimlərinin gözü ilə hədis elmində
ən üstünüdür. Siqa, səbt,
190
 kimi etibarlı olduğunu bildirən 
sözlərdən daha geniş mənanı ehtiva edir. 
Yuxarıdakı  izahlardan  da  aydın  olduğu  kimi  hafiz  ibn 
Həcər insanların Əbu Hənifəni zəif hədisçi kimi tanımağını 
qətiyyən  qəbul  etməmişdir.  İstifadə  etdiyi  fəqif  və  imam 
ifadələrində  onun  rəvayətlərini  fəqif,  o  cümlədən  imam 
olmayan digər ravilərin rəvayətlərinə tərcih etdiyinə işarə 
vardır.  Mən  onun  bildiyi  halda  bunu  gizlədiyini  iddia 
etmirəm. Lakin, Albani bunu tam anlamamış və buna görə 
də  onun  haqqında  ittihamlar  irəli  sürmüş,  “Məşhur  bir 
fəqifdir”  sözünü  ravinin  zəifliyinə  dəlalət  etdiyini  iddia 
etmişdir. 
İmam Yusif ibn Həccac əl-Mizzi “Təhzibul-kəməl” əsərinin 
müqəddiməsində belə yazır:
“Əbu Bəkr ibn Xuzeymə, Abdullah ibn Haşim ət-Tusidən 
belə dediyini nəql etmişdir: Bizlər Vəkinin yanındaydıq. Bi-
zə soruşdu:
−  Bu iki isnaddan hansı − Aməş-Əbu Vail-Abdullah, 
yoxsa  Sufyan-Mənsur-İbrahim-Əlqamə-Abdullah  sizcə 
daha yaxşıdır? Biz:
−  Aməşin  Əbu  Vaildən  nəql  etdiyi  isnad.  Çünki,  bu 
isnad digərinə görə daha qısadır, − dedik. O isə:
−   Aməş  və  Əbu  Vail  mühəddisdir.  Süfyan-Mənsur-
İbrahim-Əlqamə-Abdullah  isnadı  isə  fəqiflərin  bir-
birindən  rəvayət  etdiyi  isnaddır,  −  dedi”.  Başqası  da 
onun belə dediyini bildirir: “Fəqiflərin bir-birindən nəql 
etdiyi bir hədis, mühəddislərin bir-birindən nəql etdiyi 
bir hədisdən əlbəttə, daha üstündür”.
191
Albaninin  istəyinə  uyğun  olmasa  da,  Hafiz  ibn  Həcər 
190. Doğru sözlü, zəbti tam, höccət sayılan ravi. Bax: aydınlı, Hədis ter-
min ləri lüğəti, s. 136. (Mütərcimin qeydi).
191. əl-Mizzi, “təhzibul-kəməl”, ı, 5.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə