Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   ...   42

Mizzinin fikirləri............................................................................................86
Zəhəbinin  fikirli............................................................................................87
Hüseyninin fikirləri.......................................................................................96
 İbnul-Əcəminin fikirləri...............................................................................98
 İbn Həcərin fikirləri....................................................................................100
 İbn Kəsirin fikirləri.....................................................................................100
 Təbrizinin fikirləri.......................................................................................101
 Nəvəvinin fikirləri......................................................................................102
 İbn Əsirin fikirləri.......................................................................................102
 İbn Allanın fikirləri.....................................................................................106
 Şəraninin fikirləri........................................................................................109
 Albaninin İmam Əbu Hənifə haqqındakı fikirləri ...............................111
 İbn Əbdilbərrin Əbu Hənifəyə iftira atanlara verdiyi                                  
cavabdan Albani ibrət almalıdır!..............................................................120              
 Hafiz İbnut-Türkməninin imamın cərh                                            
edilməsinə cavabı........................................................................................127
 Əbu Hənifənin hədis və ərəbcə biliyindən şübhə                                         
edənlərə İbnul-Vəzir əl-Yəmaninin cavabı..............................................127
Nəticə.............................................................................................................141
Əlavə..............................................................................................................143
Cərh və Tədildə məzhəb təəssübkeşliyi                                                            
Əbu Hənifənin timsalında.........................................................................143



Ön söz
Müttəqi və saleh bəndələrin hamisi olan Uca Allaha həmd 
olsun. Aləmlərə rəhmət olaraq göndərilən hidayət pey ğəmbəri 
Həzrət  Muhəmmədə  (s.ə.s),  onun  ailəsinə,  səhabələrinə  və 
qiyamətə qədər ona tabe olanlara salətu-salam olsun.
Müəllimim,  böyük  mühəddis,  fiqh  və  üsul  alimi  Əbul- 
Məhəsin Seyyid Muhəmməd Yusif əl-Huseyni əl-Bənnurinin 
banisi olduğu Pakistan/Karaçi İslami Elmlər Universitetinin 
keçmiş  hədis  müəllimlərindən  olan  alim,  mühəqqiq,
1
 
mühəddis,
2
 münəqqid,
3
 ustad Muhəmməd Əbdürrəşid ən-
Numaninin əlinizdəki “İmam Əzəm Əbu Hənifənin Hədis 
Elmindəki Yeri” adlı bu əsəri çox dəyərli və faydalı əsərdir.
Əlinizdəki  kitabı  əvvəlki  Hindistan  və  Pakistan  nəşr lər in-                                                                                                                   
dən  fərqləndirən  əsas  xüsusiyyət  bu  nüsxənin  müəllif  tə-
rəfindən yenidən gözdən keçirilməsidir. Oxu- narkən müəl lif 
bəzi ifadələri dəyişdirmiş və son dərəcə əhəmiyyətli mü əy yən 
əlavələr etmişdir. Ustad hələ də kitaba əlavələr et       məkdə davam 
edir.
Qiymətli əsər ərsəyə gətirmək böyük səbir və əziyyət təl-
əb edir. Müəllif kitabdakı məlumatları toplamaq üçün bö-
yük əmək sərf etmiş, xeyli əziyyət çəkmiş, səbrlə qarşılaşdığı 
çətinliklərə sinə gərmişdir. 
Hənəfi  məzhəbindən  olmayan  bir  çox  mühəddis  və  ta- 
rixçi alim Əbu Hənifəyə atılan böhtan və iftiralara rədiyyə 
1. təhqiq edən, həqiqəti araşdıran.
2.  Hədis  sahəsində  mütəxəssis.  Çox  hədis  toplayıb,  sənəd  və  mətnlərilə 
əzbərləyən, ravilərin cərh və tədil baxımından vəziyyətlərini bilən, bu sahədə 
kitablar yazan alim.
3. tənqidçi deməkdir.


10
İmam Əbu Hənifə
  
mahiyyətində  müstəqil  əsərlər  qələmə  almışlar.  Fəqih,
4
 
mühəddis, Məğrib hafizi Əbu Ömər İbn Əbdilbərr əl-Maliki, 
imam,  hafiz,  mühəddis  Şəmsəddin  əz-Zəhəbi  əş-Şafei, 
İbnul-Mibrəd adı ilə tanınan imam, fəqih, mühəddis Yusif 
ibn  Həsən  ibn  Əbdülhədi  Hənbəli  əd-Dəməşqi  əs-Salehi, 
imam,  mühəddis,  hafiz  əs-Süyuti  əş-Şafei,  imam,  hafiz, 
mühəddis Muhamməd ibn Yusif əs-Salehi əş-Şafei, böyük 
Şafei alimi, imam və fəqih İbn Həcər əl-Heytəmi əl-Məkki 
və digərləri bu böyük alimlərdən bəziləridir.
Bundan  əlavə  bir  çox  alim  Əbu  Hənifənin  fəzilətləri, 
mənqibələri  və  onun  böyük  din  alimlərindən  olduğu 
haqqında əsərlər yazmışlar. Qələmə aldıqları həmin əsərlərlə 
Əbu  Hənifəni  müxtəlif  məzhəblərdən  olan  təəssübkeş 
insanların iftiralarından qorumuşlar. 
Əlinizdəki  bu  kitab  İmam  Əbu  Hənifənin  hədis  elmin- 
dəki yerini göstərmək baxımından olduqca əhəmiyyətlidir 
və bu sahədə yazılan digər kitablardan fərqlənir.
Bu  əsər  Hindistan  və  Pakistanda  dəfələrlə  nəşr  edil- 
mişdir.  Lakin  mən  kitabın  Ərəb  ölkələrində  də  nəşrinin 
lüzumlu olduğu qənaətinə gəldim. Ona görə ki, bu ölkələrin 
bəzilərində,  İmam  Əbu  Hənifəyə  hədis  baxımından  xor 
baxan  düşüncə  hakimdir.
5
  İmam  Əbu  Hənifəyə  atılan 
4. Fiqh alimi. Dinin ibadət və müamilə sahəsində mütəxəssis alim. İslam 
Hüquqçusu.  Quran  və  Sünnədə  olmayan  və  ya  açıq-aydın  başa  düşülməyən 
hökmləri  ictihad  səlahiyyətinə  əsasən  var  gücünü  sərf  edib  şəri  dəlillərdən 
əməli hökmləri çıxaran (istinbat edən) müctəhid. Səhabə və tabeundan fəqif 
olanların sayı  çox  olsa  da,  ictihadları ilə məzhəb əmələ gələn fəqiflər azdır. 
Bunlar əbu Hənifə, İmam Malik, İmam şafei, İmam əhməd ibn Hənbəl və s. 
Hal-hazırda müsəlmanların əksəriyyəti bu məzhəblərdən birini təqlid edir. El-
min inkişafı ilə məişətdə təzahür edən məsələləri dövrün şərt və ehtiyaclarını da 
nəzərə alaraq Quran və Sünnə çərçivəsində həll etmək üçün adı keçən məzhəb 
daxilində belə, fəqif dərəcəsinə çatmış bir çox alim yetişmişdir. Bu fəqiflər, 
müctəhid  dərəcəsində  olsa  da,  fitva  və  ictihadları  ilə  tabe  olduğu  məzhəbin 
metodlarından kənara çıxmamışlar.
5.  Digər  ölkələrdə  olduğu  kimi  ölkəmizdə  də  İmam  Əbu  Hənifə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə