Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   ...   42

24
İmam Əbu Hənifə
  
öndəri,  hədis  elminin  ustadı  Əbu  Davud  əs-Sicistani  üç 
alimin  imam  olduğunu  bildirir.  İmam,  alim,  Xorasanın 
ustadı  Əbu  Bəkr  Əhməd  ibn  Hüseyn  əl-Beyhəqinin 
“Dəlailun-nübüvvə  və  mərifəti  əhvəli  sahibiş-şəria”  kitabının 
girişində  imamlıq  qavramının  ətraflı  açıqlamasını  görə 
bilərsiniz. Beyhəqi burada aşağıdakıları deməkdədir:
Beyhəqinin qənaəti:
“Bu məsələdə mütləq bilinməsi vacib olan məqamlardan 
biri  də  budur:  Uca Allah  elçisi  Həzrət  Muhəmmədi  haqq 
din ilə bəşəriyyətə göndərmişdir. Son ilahi kitab olaraq da 
Quranı  nazil  etmiş  və  onu  qiyamətə  qədər  qoruduğunu 
bildirmişdir:
Şübhəsiz  ki,  Quranı  Biz  nazil  etdik  və  sözsüz  ki,  Biz 
də  onu  (hər  cür  təhrif  və  təbdildən;  artırıb-əskiltmədən) 
qoruyub saxlayacağıq!”.
28
Allah-Təala öz Rəsulunu dinini təbliğ, kitabını izah edən 
şəxs olaraq göndərmişdir. Bu xüsus ayədə belə bildirilir:
Sənə  də  Quranı  nazil  etdik  ki,  insanlara  onlara 
göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, 
onlar da düşünüb dərk edələr!”.
29
Uca  Allah,  Nəbisinə  göndərdiyi  kitabı  insanlara  tam 
açıqlayana  qədər  ömür  vermişdir.  Həzrət  Peyğəmbər 
də  ümmətinə  doğru  yolu  göstərmişdir.  Müsəlmanların 
qarşılaşdığı  hər  hansı  problemin  izahı  istər  açıq  bəyanla, 
istərsə də dəlalət yolu ilə Quranda və Rəsulullahın (s. ə. s) 
sünnəsində mövcuddur. Bununla yanaşı Uca Allah ümmətə 
hər  əsrdə  dinin  hökmlərini  açıqlayan,  etiqadı  qoruyan  və 
dini bidətlərdən təmizləyən imamlar lütf etmişdir.
İbrahim  ibn  Əbdürrəhman  əl-Uzri  bu  barədə  Hz. 
28. Hicr surəsi, 15/9.
29. nəhl surəsi, 16/44.


25
İslam alimlərinin gözü ilə hədis elmində
Peyğəmbərdən bunları nəql edir:
Hər nəsildən ədalətli olanlar bu elmdən nəsibini alar. Həmin 
elmdən nəsibini alanlar onu həddi aşanların təhrifi və cahillərin 
yanlış təsəvvürlərindən qoruyarlar”.
Deyilən  bu  xəbərin  doğruluğu  ta  səhabə  dövründən 
bu  yana  bütün  əsrlərdə  öz  təsdiqini  tapmışdır.  Hər  əsrdə 
hədis ravilərini tanımaq üçün araşdırma aparanlar, cərh və 
tədil elmini dərindən öyrənənlər olmuşdur. Araşdırdıqları 
məlumatları  istəyənlərin  asanlıqla  anlaya  və  istifadə  edə 
biləcəyi şəkildə kitablarında bir yerə toplamağa çalışmışlar. 
Cərh və tədil elmi ilə sadəcə hədis alimləri yox, böyük elm 
mərkəzi sayılan şəhərlərdəki fəqihlər də məşğul olmuş və 
bu mövzuda fikirlər bəyan etmişlər.
Əbdülhəmid  əl-Himməni  Əbu  Hənifənin  belə  dediyini 
nəql edir: “Cabir əl-Cufidən daha yalançı, Atadan da daha 
fəzilətli birini görmədim”.
Himməni nəqlinə belə davam edir:  
“Əbu Səid əs-Səğani Əbu Hənifənin yanına gəlib,
 − Sufyan əs-Sevridən hədis nəql etmək haqqında fikrin 
nədir? − deyə soruşdu. O da belə cavab verdi:
 − Ondan öyrəndiyin hədisləri yaz. Çünki o siqa ravidir. 
Ancaq,  İbn  İshaqın  Harisdən  nəql  etdiklərini  və  Cabir  əl-
Cufinin rəvayətlərini yazma”.
Hərmələ  də  İmam  Şafeidən  belə  dediyini  nəql  edir: 
“Haram ibn Osmandan (hədis) rəvayət etmək haramdır”.
Yəhya  ibn  Səid  əl-Kəttan  isə  belə  demişdir:  “Nəql 
etdiyi  hədislər  səbəbilə  ittiham  edilən  və  rəvayətlərini 
yaxşı  əzbərləməyən  şəxslər  haqqında  Şöbə,  Süfyan  əs-
Sevri, Malik ibn Ənəs və Süfyan ibn Üyeynəyə soruşdum. 
Hamısıdan,  “(Onların)  vəziyyətindən  insanları  xəbərdar 
et (yəni insanlar onların nəql etdikləri hədislərə tam etibar 
etməsinlər. Red.)” −  cavabını aldım”.


26
İmam Əbu Hənifə
  
Əbu  Bəkr  ibn  Xallad  nəql  edir  ki,  Yəhya  ibn    Səid  əl-
Kəttandan: “Hədislərini nəql etmədiyin insanların qiyamət 
günü  Allahın  hüzurunda  sənə  düşmən  olmağından 
qorxmursan? − deyə soruşduqda:
−  “Bu  insanların  Allah  qatında  mənə  düşmən  olması, 
Rəsulullahın “Yalan olduğu açıqca məlum olan bir hədisi niyə 
mənim  adımdan  söylədin?”  −  deyərək  düşmən  olmasından 
daha yaxşıdır”, − deyə cavab vermişdir.
Hərmələ ibn Yəhya nəql edir: 
İmam  Şafeinin  belə  dediyini  eşitdim,  “Şöbə  olmasaydı 
İraqda hədis haqqında heç nə bilməzdilər. Yanına hədis əhli 
olmayan şəxs gəlsə ona “Hədis rəvayət etmə. Əgər rəvayət 
etdiyini  eşitsəm  səni  xəlifəyə  şikayət  edəcəm”,  −  deyə 
tənbehləyərdi. 
Bu nümunələrdən də aydın olduğu kimi, onlar Rəsulul-   
lahın (s.ə.s) sünnəsini qorumaq üçün əllərindən gələ ni edir -
dilər. Misalların sayını artırmaq da olar. Lakin, qeyd etdiklərim 
kifayətdir və mövzunu uzatmağa ehtiyac yoxdur”.
30
Tirmizinin qənaəti:
İmam,  hafiz  Əbu  İsa  Muhəmməd  ibn  İsa  ət-Tirmizi  də 
“Camei” əsərinin “Kitəbul-iləl” fəslində bunları yazır:
“Bu  mövzunu  anlamaqda  çətinlik  çəkən  bəzi  şəxslər, 
ravilər  haqqında  fikir  bildirən  hədisçiləri  məzəmmət 
etmişlər.  Halbuki,  tabeundan  olan  bir  çox  imamın  ravilər 
haqqında  müxtəlif  fikirlər  söylədiyinə  şahid  oluruq. 
Məsələn, Həsən Bəsri və Tavus Mabəd əl-Cuhəni haqqında 
fikir  bəyan  etmiş,  o  cümlədən,  Səid  ibn  Cübeyr  Talq  ibn 
Həbib haqqında, İbrahim ən-Nəxai və Əmr əş-Şabi də Haris 
əl-Avər haqqında öz qənaətlərini bildirmişlər.
Əyyub  əs-Səhtiyani,  Abdullah  ibn  Avn,  Süleyman  ət-
30. İmam Beyhəqi, “Dələilun-nübüvvə”, ı, 43-6. Beyrut, 1405, 1-ci nəşr.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə