Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   ...   42

11
İslam alimlərinin gözü ilə hədis elmində
iftiralara  cavab  mahiyyətində,  həmçinin  onun  şəxsini, 
elmini, fiqhi bilgisini və böyük imam olduğunu ehtiva edən 
belə  bir  əsərə  çox  ehtiyac  var.  Bu  əsər  doğrunu  tapmaq 
istəyənlər üçün bir fənər, təəssübkeşlik libasına bürünənlərə 
isə  nəsihət  mahiyyətindədir.  Şübhəsiz  ki,  doğru  yola 
yönəldəcək yalnız Allah-Təaladır.
Allah  Peyğəmbərimiz  Muhəmməd  Mustafaya  salətu-
salam etsin. Aləmlərin Rəbbi olan Uca Allaha həmd olsun.
Abdulfəttah Əbu Ğuddə 
1
 
Zilqədə 1415
Ər-Riyad
haqqındakı  yanlış  düşüncələr  formalaşmağa  başlamışdır.  Ümidvarıq 
ki, bu kitab vəsiləsilə onun haqqındakı yanlış düşüncələr ortadan qal-
xacaq. 



Müqəddimə
Aləmlərin  Rəbbi  olan  Uca  Allaha  həmd  olsun.  Gözəl 
aqibət müttəqilərindir. Salətu-salam nəbilərin və rəsulların 
rəhbəri,  peyğəmbərlərin  sonuncusu  Həzrət  Muhəmməd 
Mustafaya, onun pak ailəsinə, səhabələrinə, din alimlərinə, 
müctəhidlərə və mühəddis hafizlərə, xüsusilə də imamımız 
və ilk müctəhidlərdən olan İmam Əzəm Əbu Hənifə Numan 
ibn Sabitin üzərinə olsun.
Başda  İmam  Əzəm  Əbu  Hənifə  olmaqla,  özlərinə  tabe 
olunan imamların doğru yolda olduqları, elmdə onların tayı-
bərabərinin olmadığı xüsusunda müsəlmanlar həmrəydir. 
Onların elmdəki fəzilətləri, çatdıqları elmi səviyyə, Allaha, 
Rəsuluna  və  Kitabına  qarşı  sayğıları  müsəlmanlara 
məlumdur.  Allah  onları  göydəki  ulduzlar  kimi  fərqli 
yaratmışdır.  Həqiqəti  axtaran  bir  çox  müsəlman  onların 
vasitəsilə doğru yolu tapmışdır. Allaha qulluq edən, ibadət 
əhli  kimsələr  onlara  tabe  olmağı  özlərinə  borc  bilmişlər. 
Onlar  sevilməyə  və  təriflənməyə  layiq  şəxsiyyətlərdir. 
Onların üzərimizdəki haqqları danılmazdır.
Sələf alimləri və onlardan sonra gələn tarix, hədis, fiqh 
və ictihad sahəsindəki alimlər sadəcə xeyirlə yad edilmişlər. 
Onlar  haqqında  doğru  düşünməyənlər  isə,  haqq  yoldan 
uzaqlaşanlar olmuşdur.
Lakin, son dövrlər yeni bir ideologiya ortaya çıxmışdır. Bu 
ideologiya mənsubları imamlara tamamilə uzaq olduqları 
şeyləri isnad etməyə, onları nüfuzdan salmağa, özlərini isə 
onların səviyyəsində və ya daha üstün tutmağa başladılar. 
Xüsusilə İmam Əbu Hənifəyə çox ağır iftiralar atdılar. 
Əbu Hənifə haqqında yanlış qənaətdə olan bu insanlar, 
imanı,  dini  və  fiqhi  bilgisi  haqqında  əsassız  ittihamlarla 


14
İmam Əbu Hənifə
  
onun  adını  ləkələməyə  çalışdılar.  Mütəqaddimun  və 
mütəaxxirun alimlərin bir çoxu deyilənlərin əsassız iftiralar 
olduğunu sübut etmişdir. 
Ancaq,  bəzi  kəslər  hələ  də  bu  sübutları  qəbul  etmək 
istəmir, bəziləri də 
cərh
6
 və tədil
7
 kitablarındakı bir neçə fikri 
əsas götürdü. Halbuki deyilənlər müxtəlif illətlər
8
 səbəbilə 
elmi yöndən qəbuledilməz idi. Bu səbəblə həmin bilgilərə 
isnad edilən cərhə etibar etmək olmaz. Amma, həmin şəxslər 
bu fikirləri əsas gətirərək İmam Əbu Hənifənin hafizəsini və 
zəbti
ni
9
 tənqid etməyə başladılar. Mütəqaddimun mühəddis 
6. Bir ravinin, günahkarlıq, yalançılıq və s. qüsurularına görə hədis mütə-
хəs sisləri tərəfindən rəvayətinin rədd edilməsinə cərh deyilir.
7.  tədil  isə  ravinin,  rəvayətinin  qəbul  edilməsinə  dair  оnu  tаnıdаn  sifət-
lərinin  qeyd  edilməsiylə  təzkiyə  edilməsi  (ədalətli  və  etibarlı  olduğunun 
göstərilməsi)  deməkdir.  Bir  hədisin  sənədindəki  raviləri,  lazım  olan  şərtləri 
daşıyıb-daşımadıqları və hər cəhətdən etibarlı olub-olmadıqları bахımındаn qi-
ymətləndirmək və tənqid etmək isə cərh və tədil adlanır. Cərh və tədil elmi, 
İslamın  ikinci  əsas  mənbəyi  olan  Sünnəni  qorumaq  üçün  gərəklidir.  İslami 
hökm lərə mənbə təşkil edən hədislərin səhhəti, hər şeydən əvvəl onları rəvayət 
edən ravilərin ədalət və zəbt yönündən dürüst və etibarlı olmalarına bağlıdır. 
Bu  səbəblə  bu  sahənin  alimləri ravilərin  şəxsiyyətlərini,  rəvayət  qaydalarına 
bağlılıqlarını, nəqldəki diqqət və etinalarını, nəhayət dinin əmr və qadağaları-
na riayət dərəcələrini tənqid etmişlər. Hədis elminin bu sahəsi, ən inkişaf et-
miş sahələrdən biridir. Bəzi səhabələr və bir çox hədis alimi bu sahədə bir çox 
əsərlər yazmışlar. Səhabələrdən Hz. aişə, İbn abbas və ənəs ibn Malik, tabeun-
dan şabi, İbn Sirin, aməş, şöbə və Malik ibn ənəs, abdullah ibn Mübarək, 
yəhya ibn Məin və əhməd ibn Hənbəl və s. alimləri buna misal göstərmək 
olar. ravilərin Cərh və tədili haqqında yazılmış əsas əsərlərdən bəziləri bun-
lardır: əl-İcli (vəfatı 361/972), İbn əbi Xatim ər-razi (vəfatı 327/939) və İbn 
Hibban əl-Bustinin (vəfatı 354/965) eyni adla təlif etdikləri “kitabul-cərh vət-
tədil”, əbul Fərəc İbn Cövzi (vəfatı 597/1201) “kitəbud-duəfə”, Zəhəbi (vəfatı 
748/1347) “Mizanul-İtidal fi nəqdir-rical”.
8. İllət kəlməsi lüğətdə «xəstəlik, üzr, bəhanə, səbəb, qüsur, mənşə» kimi 
mənalara gəlir.  
9. ravinin, rəvayət etdiyi hədisi tam və doğru olaraq eşitməsi, başa düşməsi, 
əzbərləməsi, hədisi eşitdiyi andan rəvayət etdiyi vaxta qədər bu vəziy yəti qo-


15
İslam alimlərinin gözü ilə hədis elmində
imamların onun şəxsi, elmi və zəkası haqqındakı təriflərini 
isə  görməzlikdən  gəldilər.  Halbuki,  bu  imamlar  cərh  və 
tədil elminin qurucularıdır. 
Mən də yazdığım bu əsərlə İmam Əbu Hənifəyə atılan 
iftiralara  cavab  vermək,  iftiraçıların  toruna  düşənləri 
həqiqətlərdən xəbərdar etmək, həmçinin mütəqaddimun və 
mütəaxxirun alimlərin böyük imam haqqındakı fikirlərini 
bir  yerə  toplamaq  qərarına  gəldim.  Ümidvaram  ki,  Əbu 
Hənifə  haqqında  yanlış  düşünən  insanlar  yazdığım  bu 
əsər  vasitəsilə  haqq  və  həqiqətlərdən  xəbərdar  olar,  onun 
haqqındakı yanlış düşüncələrini dəyişərlər. 
Bu  böyük  imamın  fəzilət  və  mənqibələri  saymaqla 
qurtara bilməyəcək qədər çoxdur. Bir çox mütəqaddimun 
və  mütəaxxirun  alim  bu  mövzuda  müstəqil  risalələr  və 
kitablar  yazmış,  tarix,  bioqrafiya  kitablarında  ondan  bəhs 
etmişlər.  Amma  yazılanların  əksəriyyəti  oxucu  kütləsinin 
asanlıqla  başa  düşəcəyi  əsərlər  deyil.  Əlinizdəki  kitabda 
müxtəlif  əsərlərdəki  məlumatları  bir  yerə  toplamağa, 
həmin  kitablardakı  bilgilərdən  oxucuların  asanlıqla 
faydalanmalarını təmin etməyə çalışdım.
Allah-Təaladan  arzum  budur  ki,  bu  əsəri  Özünün  xoş-
ruması  və  lazım  olduqda  hədisin  eynilə  nəql  edə  bilməsidir.  Zəbt  sahibi  bir 
ravi:  1)  Hədisi  əzbərindən  nəql  edirsə,  tam  olaraq  əzbərləmiş  olmalıdır.  2) 
rəvayət etmədiyi hədis təqdim ediləndə həmin hədisi özünün nəql etmədiy-
ini bilməlidir. 3) ravi hədisi kitabından nəql edirsə, kitabını yaxşı mühafizə 
etməlidir. 4) Hədisi məna ilə rəvayət edirsə, mənanı pozan amilləri bilməlidir. 
Hədisi yaxşı öyrənən ravinin zəbt sahibi olduğunu başa düşmək üçün, rəvayət 
etdiyi hədis, sağlam, möhkəm və siqa ravilərin hədisləri ilə qarşılaşdırılır. əgər 
rəvayəti  onların  rəvayətləri  ilə  uyğun  gəlirsə  o  ravi  zəbt  sahibi  qəbul  edilir. 
əksinə ravi, siqa ravilərə tez-tez müxalifət edir və rəvayət etdiyi hədislər siqa 
ravilərin  rəvayətinə  ümumiyyətlə  uyğun  gəlmirsə,  o  ravi  zəbt  sifətini  itirdi-
yinə görə nəql etdiyi hədislər dəlil olaraq istifadə edilə bilməz. ədalət və zəbt 
sifətlərini özündə cəm edən raviyə siqa ravi deyilir. Siqa ravinin rəvayət etdiyi 
hədislərlə əməl etmək olar. raviləri ədalət və zəbt sifətlərinə görə araşdıran 
elmə Cərh və tədil elmi deyilir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə