Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

34
İmam Əbu Hənifə
  
Hafiz  Əbu  Bəkr  Əhməd  ibn  Əli  əl-Xatib  əl-Bağdadi 
Tarixu Bağdad” əsərində bunları yazır:
“Abdullah ibn Davud əl-Xuraybi dedi ki: “Müsəlmanlar 
namazda Əbu Hənifəyə dua etməlidirlər”. Bunu dedikdən 
sonra  məclisindəkilərə  Əbu  Hənifənin  hədis  və  fiqh 
elmindən danışdı”.
49
Xuraybi məşhur hədis hafizlərindəndir.  Zəhəbi, “Təzkirə-
tul-hüffaz”  əsərində  ondan  bəhs  edərək  onu  hafiz,  imam, 
öndər  ifadələri  ilə  tərifləmişdir.  Vəki  də  “Abdullah  ibn 
Davudun üzünə baxmaq ibadətdir”, − demişdir.
Əsərində  həmçinin  bunları  yazır:  “Xuraybiyə  “Əbu 
Hənifə bir çox məsələdə əvvəlki fikirlərindən daşınmışdır” 
− deyə irad tutdular. O, belə cavab verdi: “Elmdə dərinləşən 
hər fəqih əvvəlki fitvasından dönər”.
50
İmam, hafiz Xuraybi, Əbu Hənifəni böyük elm sahibi və 
sünnəni mühafizə edən bir insan olaraq tanıdır.
Xatib isə, bunları yazır: “Muhəmməd ibn Hafs nəql edir: 
Həsən  ibn  Süleyman,  “Elm  ortaya  çıxıb  yayılmazdan  əvvəl 
qiyamət  qopmaz”  -  hədisini  şərh  edərkən  belə  demişdir: 
“Burada  Əbu  Hənifənin  elmi  və  rəvayətləri  açıqlaması 
nəzərdə tutulmuşdur”.
Bu  şərhi  yazan  Həsən  ibn  Süleyman  hədis  hafizlərin-
dəndir. Belə ki, Zəhəbi “Təzkirətul-hüffaz”
51
 və “Siyəru aləmin-
nubəla”  əsərlərində
52
  onun  tərcümeyi-halını  yazmışdır. 
“Siyər”ində  onun  haqqında  bunları  yazır:  “Qubbeyta,
53
 
hafiz,  etdiyi  işi  təmiz  görən  İmam  Əbu  Əli  Həsən  ibn 
Süleyman  əl-Bəsri.  Misirdə  yaşamışdır.  İbn  Yunus  hədis 
49. Xatib Bağdadi, “tarixu Bağdad”, Xııı, 344.
50. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 338.
51. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ıı, 572.
52. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Xıı, 508.
53. Xoşhallı insan deməkdir.


35
İslam alimlərinin gözü ilə hədis elmində
hafizi olduğunu söyləmişdir”.
Məhz  belə  bir  imam  Əbu  Hənifəni  tərifləyir,  elmini, 
hədisləri və digər rəvayətləri haqqı ilə şərh etdiyini bildirir. 
Xatib  “Tarixu  Bağdad”  əsərində  bunları  da  qeyd  edir: 
“Muhəmməd  ibn  Sələmə,  Xələf  ibn  Əyyubun  belə  nəql 
etdiyini bildirir: Elm Allahdan Həzrət Muhəmmədə (s.ə.s), 
sonra səhabələrinə, sonra tabeuna, onların ardından da Əbu 
Hənifə  və  əshabına  keçmişdir.  İstəyən  bunu  qəbul  etsin, 
istəyən də qəbul etməsin”.
54
Burada  bunu  da  qeyd  etmək  yerinə  düşər:  Xələf  ibn 
Əyyubun  bu  sözü  İbn  Hazmın  Muhəmməd  ibn  Nəsr  əl-
Mərvəzi  haqqında  dediyi  sözə  bənzəyir.  Belə  ki,  Zəhəbi, 
Siyəru aləmin- nübəla” adlı əsərində İbn Nəsr əl-Mərvəzinin 
tərcümeyi-halında bunları yazır:
“Əbu  Muhəmməd  ibn  Hazm  bir  əsərində  belə  yazır: 
“İnsanların ən elmlisi, sünnələri bir yerə toplamağa çalışan, 
bunları  yaxşı  əzbərləyən,  mənalarını  öyrənən,  hədislərin 
doğruluğunu, həmçinin, alimlərin icma və ixtilaf etdiklərini 
ən yaxşı bilən şəxsdir”.
İbn  Hazm  fikirlərinə  belə  davam  edir:  “Səhabələrdən 
sonra  bu  sifətləri  Muhəmməd  ibn  Nəsr  əl-Mərvəzi  qədər 
timsalında görəcəyimiz başqa şəxs yoxdur. Bir şəxs Həzrət 
Peyğəmbər  və  səhablərinə  aid  bütün  hədislərin  hamısını 
Muhəmməd ibn Nəsrin bildiyini iddia etsə, həqiqəti demiş 
olar”.
Mən də deyirəm ki:
55
 İbn Hazm İbn Nəsr haqqındakı bu 
qənaətə  onun  əsərlərini  araşdırıb  tədqiq  etdikdən  sonra 
gəlmişdir. Onun bu iddiasını Əhməd ibn Hənbəl və digər 
alimlərə də şamil etmək mümkündür.
56
54. Xatib Bağdadi, “tarixu Bağdad”, Xııı, 336.
55. Bunu deyən İmam Zəhəbidir.
56. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, XıV, 40.


36
İmam Əbu Hənifə
  
Mən bunu da əlavə etmək istəyirəm ki, İbn Hazma görə 
Muhəmməd  ibn  Nəsr,  Zəhəbiyə  görə  Əhməd  ibn  Hənbəl 
necədirsə (yəni hansı mövqedədirsə), mənim fikrimcə İmam 
Əzəm  Əbu  Hənifə  həmin  mövqeyə  daha  layiqdir.  Çünki 
o,  özünə  tabe  olunan  müctəhidlərin  öndəri,  alimi  və  ən 
təcrübəlisidir. Əhməd ibn Hənbəl və İbn Məinin müəllimi 
olan Xələf ibn Əyyubun onun haqqındakı fikrinə gəldikdə 
isə, o Əbu Hənifə haqqında araşdırma apardıqdan sonra bu 
qənaətə gəlmişdir. Bu, böyük ustad tərəfindən edilmiş d oğ-
ru  şahidlikdir.  Necə  doğru  olmaya  bilər?  İbnun-Nədimin 
ifadə etdiyi kimi o, bir çox elm sahələrindən xəbərdar idi.
Nəqli  və  əqli  elmlərdə  ustad,  sünnəni  dərindən  bilən, 
məşhur Mişqat şarihi Molla Əli əl-Qari, “Sənədul-ənam fi şərhi 
musnədil-iməm”  adlı  əsərində  bunları  yazır:  “Əbu  Hənifə 
haqqındakı ən gözəl hüsnü-zənn belə olmalıdır: O, səhih və 
zəif rəvayətləri yaxşı bilirdi”.
57
İmamların öndərlərindən sayılan Müvəffəq ibn Əhməd 
əl-Məkki “Mənəqibul-iməm əl-əzəm” adlı əsərində bəhs edilən 
Xələf haqqında bunları yazır: 
“Xələf ibn Əyyub Bəlxli idi. Əbu Yusifdən hədis rəvayət 
etmişdir.  Öz  dövründəki  insanların  ən  zahidi  və  ibadətə 
düşkünü  idi.  Abdullah  ibn  Mübarəyi  ziyarət  etmiş,  o  da 
onu qucaqlamış və hədiyyələr vermişdir. Gedəndən sonra 
onun haqqında “Siması necə də cənnət əhlinin üzünə bənzəyir” 
−  demişdir.  Xələf  Hammad  ibn  Sələmədən  də  hədis 
öyrənmişdir. Hammad onun haqqında belə demişdir:
“Bu  şəxsin  siması  kimi  əxlaqı  da  necə  gözəldir.  Bizim 
yanımıza Xorasandan onun kimi yaxşı insan gəlməmişdir”. 
Xələf hicri 205-ci ildə vəfat etmişdir. Bəlx valisi Nuh ibn 
57. Molla əli əl-Qari, “Sənədul-ənam”, s. 52 Dehli 1330. Muctəbəi nəşri. 
kitabı nəşrə hazırlayan əbdul-Fəttah əbu Ğuddənin qeydi: “əli əl-Qarinin bu 
sözü və İbn Hazmın daha əvvəl keçən Muhəmməd ibn nəsrlə bağlı qənaəti, 
hədislərin əksəriyyəti mənasında başa düşülməlidir. yoxsa bütün hədisləri və 
sünnələri ümmətdən yalnız bir insanın bilməyi mümkün deyil.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə