Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

62
İmam Əbu Hənifə
  
azad  etdiyi  Nafi,  Hişam  ibn  Urvə  və  Simaq  ibn  Hərbdən 
hədis dinləmişdir.
Ondan isə Huşeym ibn Bəşir, Abbad ibn Avvam, Abdul-
lah ibn Mübarək, Vəki ibn Cərrah, Yezid ibn Harun, Qazı 
Əbu  Yusif,  Muhəmməd  ibn  Həsən  əş-Şeybani,  Amr  ibn 
Muhəmməd  əl-Ənqazi,  Həvzə  ibn  Xəlifə,  Əbu  Əbdür-
rəhman əl-Mukri, Əbdürrəhman ibn Həmmam və başqaları 
hə dis rəvayət etmişlər.
Əbu Hənifə Kufəlidir və Teym qəbiləsindəndir. Həmzə 
ibn  Həbib  əz-Zəyyatın  obasındandır.  Kufədə  anadan 
olmuşdur. Xəlifə Əbu Cəfər əl-Mənsur onu Bağdada sürgün 
etmişdir. Vəfat edənə qədər burada yaşamışdır. Atası Sabit 
ibn  Numan  ibn  Mərzubanın  fars  olduğu  söylənilir.  Atası 
Sabit kiçik yaşlarında olarkən Hz. Əlini görmüşdür. Hz. Əli 
onun və nəsli üçün xeyir dualar etmişdir. 
Bir  gün  İbn  Hubeyra  Əbu  Hənifəyə  qazılıq  təklif  etdi. 
Ancaq  Əbu  Hənifə  bunu  qəbul  etmədi.  O  da  hər  gün  10 
dənə vurulmaqla 110 qırmanc cəzası verdi. İmam isə cəzaya 
razı  olur.  Lakin  təklifi  qəbul  etmir.  İbn  Hubeyra,  imamın 
əzmini qıra bilmədiyini görüncə onu azad etdi.
O, daim elm öyrənməklə məşğul olmuş və elmdə yüksək 
zirvəyə çatmışdır.
Bir  gün  Xəlifə  Mənsurun  qəbuluna  getdiyi,  xəlifənin 
yanında olan İsa ibn Musanın onun üçün: “Bu şəxs, bu gün 
dünyadakı ən böyük alimdir”,  − dediyi nəql olunur.
Əbu Hənifə bir gün yuxusunda özünü Hz. Peyğəmbərin 
(s. ə. s) qəbrini qazarkən görmüşdür. Həmin yuxunu eşidən 
Muhəmməd ibn Sirin belə demişdir:
“Bu  yuxunu  görən  şəxs  özündən  əvvəlkilərə  nəsib 
olmayan üslubla elm yayacaqdır”.
Misar  ibn  Kidəm  belə  deyərdi:  “Kufədə  iki  şəxsə  qibtə 
edirəm:  Fiqh  elmində  Əbu  Hənifəyə.  Zöhddə  Həsən  ibn 


63
İslam alimlərinin gözü ilə hədis elmində
Salehə. Kim Əbu Hənifənin fiqhi hökmlərini oxuyub həyatına 
tətbiq edərsə, həmin şəxs öz aqibətindən qorxmamalıdır.”
Fudayl  ibn  İyad  nəql  edir:  “Əbu  Hənifə  fiqhdə  alim, 
təqvası  və  comərdliyi  ilə  məşhur  idi.  Gecə-gündüz  elm 
öyrətməyə  çalışar,  dini  əmrləri  gözəl  bilər  və  tətbiq  edər, 
çox vaxt susar, ancaq haram və halal məsələləri ilə əlaqəli 
sual soruşulduqda danışardı. Həqiqətləri çox gözəl üslubla 
izah  edərdi.  Sultanın  göndərdiyi  hədiyyə  və  bəxşişləri 
qəbul  etməzdi.  Özündən  soruşulan  mövzular  haqqında 
səhih hədis varsa əvvəlcə onu deyər, fikrini həmin hədisə 
əsaslandırardı. Sonra səhabə və tabeundan nəql edilən bilgi 
varsa  həmin  məlumatı  əsas  götürərdi.  Əgər  mövzu  haq- 
qında bunlar da olmasa qiyas metoduna müraciət edərdi.
Hicri  80-ci  ildə  anadan  olmuş,  150-ci  ilin  Rəcəb  ayın-
da  vəfat  etmişdir.  Bağdadda  Babut-Taqda  Hayzuran  qə-
biristanlığında  dəfn  edilmişdir.  Dəfn  mərasimindəki  iz-
d iham  səbəbiylə  cənazə  namazı  altı  dəfə  qılınmışdır.  Ən 
son namazını qılan şəxs oğlu Hammad olmuşdur. Mən də 
qəbrini bir neçə dəfə ziyarət etmişəm”.
112
Zəhəbi və İbn Nəsiruddin “Təbəqatul-hüffaz” kitablarında 
Əbu Hənifədən bəhs etmişlər”.
113
Mən Bədaxşinin kitabının əlyazma nüsxələrindən birini 
Hindistanda  Alimlər  Cəmiyyətinin  mərkəzindəki  kitab- 
xanada gördüm.
Salehinin qənaəti:
“əs-Sirətuş-şəmiyyə” əsərinin müəllifi ustad, böyük alim, 
hafiz,  şeyxülislam  Şəmsəddin  Muhəmməd  ibn  Yusif  əs-
Salehi  əd-Dəməşqi  əş-Şafeinin  “Uqudul-cuman  fi  mənəqibil-
İməmil-Əzəm Əbi Hənifə ən-Numan” adlı əsərinin 23-cü fəsli 
112. Səmənidən gətirilən nəql burada sona çatır.
113. Bədaxşinin qeyd etdikləri burada sona çatır.


64
İmam Əbu Hənifə
  
«Əbu Hənifənin hədislərinin çoxluğu, mühəddis hafizlərin 
öndərlərindən biri olması” haqqındadır. Əsərində bunları 
yazır:
“Onu bil ki, İmam Əbu Hənifə böyük hədis hafiz lərin -
dəndir.  Hafiz  münəqqid  Əbu  Abdullah  əz-Zəhəbi,  “əl-
Mumti”  “Təbəqatul-hüffazil-muhəddisin” kitablarında onun 
adını qeyd etmiş və bunu etməklə çox yaxşı iş görmüşdür. 
Əgər  hədisləri  yaxşı  bilməsəydi  fiqhi  məsələlərdə  hökm 
çıxara bilməzdi”.
114
Əcluninin qənaəti:
Alim, mühəddis İsmayıl ibn Muhəmməd Cərrah əş-Şa  fei 
əl-Əcluni, “İqdul-cəvhəris-səmin fi ərbəinə hədisən min əhədisi 
seyyidil-mursəlin” adlı risaləsində belə yazır: “Əlavə olaraq 
İmam  Əbu  Hənifənin  “Müsnəd”  əsərində  olanları  da  (öz 
əsərimə)  əlavə  etdim.  Bunu  da  onun  bu  elmin  (hədisin) 
alimlərindən olduğunu göstərmək üçün elədim”.
Əcluni daha sonra “İmam Əbu Hənifə Numan” ifadəsinin 
haşiyəsində  bunları  yazmışdır:  “İmamların  imamı, 
ümmətin öndəri Əbu Hənifə Numan ibn Sabit əl-Kufi. Hicri 
80-ci ildə anadan olmuşdur. 150-ci ildə Allahın rəhmətinə 
qovuşmuşdur.
Tabeundan  sayılan   Əbu Hənifə böyük  müctəhidlərdən- 
dir.  Alimlər  ictihad  qapısını  ilk  açan  şəxsin  Əbu  Hənifə 
olması  fikrində  həmrəydirlər.  Onun  fiqhi  məsələlərdəki 
elmindən  xəbərdar  olanlar  böyük  alim  və  fəqih  olmasını 
qəbul edirlər.
Əbu Hənifədən hədis nəql edən üsul və hədis alimləri, 
onun səhih hədisi qiyasdan üstün tutduğu haqqında həm-
fikirdirlər.  Bəli,  o  digər  imamlar  kimi  çox  hədis  rəvayət 
114.  əs-Salehi,  “uqudul-cuman”,  s.  319.  Hindistan/Heydərabad/Dəkkan 
1394. ləcnətu İhyəil-Məarifin-numaniyyə nəşri.


65
İslam alimlərinin gözü ilə hədis elmində
etməmişdir.  İmam  və  müctəhid  olmağın  şərtləri  arasında 
çox hədis rəvayət etmək şərti yoxdur. Bundan başqa, ictihad 
etmək, sünnələri bilmək və onlar haqqında məlumat sahibi 
olmaqla mümkündür, onu başqalarına nəql etməklə yox.
Məsələn, səhabələrin imamı, onların alimlərindən və ən 
çox hədis bilənlərindən biri Əbu Bəkr əs-Siddiqdir. Onun 
rəvayət elədiyi hədislərin sayı çox azdır. Heç bir müsəlman 
“Niyə  o  çox  hədis  rəvayət  etməyib?”  −  deyə  düşünmür.  
Hədis bilmək başqa, rəvayət etmək başqadır. O cümlədən, 
müctəhidlərin  imamı,  Mədinənin  ustadı  İmam  Malik  də 
onun kimidir. İmam Malikə görə yalnız “Kitəbul-Muvatta” 
əsərində olan hədislər səhihdir.
115
 Bəs ona nəsə deyən var?
Bununla  yanaşı  bəzi  sünnələrin  İmam  Əbu  Hənifəyə 
gə lib  çatmadığını  və  ya  çatdığı  halda  səhihliyini  təsbit 
edə  bilmədiyini  də  inkar  etmirəm.  Lakin,  bu  bir  insanın 
müctəhidliyinə  xələl  gətirmir.  Necə  ki,  Hz.  Ömər  bir 
məsələdə ictihadına əsasən hökm verər, daha sonra sünnədə 
varid  olmuş  xəbəri  eşidəndə  verdiyi  fitvanı  dəyişərdi. 
Halbuki  Hz.  Ömər,  rəvayət  alimləri  tərəfindən  də  qəbul 
edildiyi kimi, Hz. Əbu Bəkrdən sonra səhabələrin ən fəqihi 
idi.
Əbu Hənifəyə düşmən olanlar, bilmədikləri məsələlər də 
onun imam və öndər olduğunu təsdiq etməklə yanaşı onu 
rəy əhli olmaqda günahlandırırlar. Halbuki sələf alimləri-
miz nəzərində rəy, şəri nəsslərin mənalarına, Allahın qoydu-
ğu  hökmlərin  doğru  hikmətlərinə  vaqif  olmaq  qabiliy yə-                       
ti  d eməkdir. 
Əbu  Hənifə  isə  hafiz  və  fəqih  bir  insan  idi.  Çox  hədis 
rəvayət  etməmişdir.  Çünki,  onun  ravilərlə,  hədisin  və 
rəvayətlərin qəbulu ilə bağlı qoyduğu şərtlər ağır idi”.
116
115. kitabı nəşrə hazırlayan əbu Ğuddənin qeydi: yəni, sadəcə Muvattada 
topladığı hədisləri nəzərə alacaq olsaq vəziyyət belədir.
116. əcluni, “ər-risalətul-əcluniyyə”, s. 4-6, Misir, 322.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə