Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

58
İmam Əbu Hənifə
  
görmüşdür. Bunu İbn Sad Seyf ibn Cabirdən nəql etmişdir. 
Seyf isə bunu şəxsən Əbu Hənifədən eşitdiyini deyir.
Əbu Hənifə, Ata, Nafi, Əbdürrəhman ibn Hürmüz əl-Arc, 
Adiyy ibn Sabit, Sələmə ibn Quheyl, Əbu Cəfər Muhəmməd 
ibn Əli, Qətadə, Amr ibn Dinar, Əbu İshaq və başqalarından 
hədis rəvayət etmişdir.
Zufər ibn Huzeyl, Davud ət-Tai, Əbu Yusif, Muhəmməd, 
Əsəd ibn Amr, Həsən ibn Ziyad əl-Lului, Nuh əl-Cəmi, Əbu 
Mutf əl-Bəlxi və başqaları fiqh elmini ondan öyrənmişlər. 
Özü isə Hammad ibn Əbi Süleyman və başqalarından fiqh 
elmini öyrənmişdir.
Ondan  hədis  rəvayət  edənlərə  gəldikdə  isə,  Vəki,  Ye-
zid  ibn  Harun,  Sad  ibn  Salt,  Əbu  Asim,  Əbdürrəzzaq, 
Ubeydullah ibn Musa, Əbu Nuaym, Əbu Əbdürrəhman əl-
Mukri və s.
Əbu  Hənifə  imam,  vəra
106
  sahibi,  alim,  ibadət  əhli,  çox 
dəyərli bir insan idi. Xəlifənin hədiyyələrini qəbul etməzdi. 
Ticarətlə məşğul olar və qazancını özü təmin edərdi.
Dirar ibn Surad nəql edir: Yezid ibn Harun:
− Hansı daha böyük fəqihdir, Sevri yoxsa, Əbu Hənifə?                   
− sualına bu cavabı vermişdir:
− Əbu Hənifə daha güclü fəqihdir. Süfyan isə hədisi daha 
yaxşı bilir.
İbnul-Mubarək isə belə demişdir: “Əbu Hənifə insanların 
ən fəqihi idi”. 
Şafei isə, «İnsanlar fiqhdə Əbu Hənifəyə möhtacdırlar” − 
demişdir. 
Yezid  “Əbu  Hənifədən  daha  vəra  sahibi  və  daha  ağıllı 
birini görmədim” − demişdir. 
106.  təqva,  qorxma,  çəkinmə,  allah  qorxusuyla  günahlardan  qorunmaq 
deməkdir. 


59
İslam alimlərinin gözü ilə hədis elmində
Əbu Davud isə, “Allah Əbu Hənifəyə rəhmət eləsin. O 
böyük imam idi” − demişdir. 
Əbu Hənifə gecələrini namaz, dua və niyazlarla keçirərdi. 
Mənqibələri  çoxdur.  Hicri  150-ci  ilin  Rəcəb  ayında  vəfat 
etmişdir. Allah rəhmət eləsin.
107
Məqdisi kitabının əvvəlində bunları yazır: “Bu müxtəsər 
risalə, səhabə, tabeun, təbəi-tabeundan hədis elmi ilə məşğul 
olan  şəxslərdən  mütləq  tanıması  lazım  olan  bəzi  hafizlər 
haqqındadır”.
Kitabın müxtəsər olmasına baxmayaraq Əbu Hənifənin 
adı qeyd olunmuş və mədh edilmişdir.  Bu da Əbu Hənifənin 
məşhur hafizlərdən biri olduğunu göstərir.
İbn Nasirin qənaəti:
Yuxarıda sadalananlarla yanaşı imam, alim, hafiz, Şamın 
tarixçi  və  hədisçisi,  İbn  Nasir  adı  ilə  tanınan  Şəmsəddin 
Əbu Abdullah Muhəmməd ibn Əbu Bəkr əş-Şafei, “Bədiətul-
bəyan  an  məvtil-ayan”  adlı  mənzum  əsərində  və  bu  əsərin 
şərhində Əbu Hənifəni hədis hafizi kimi təqdim etmişdir.  
Həmin əsərdə nəzm və nəsr şəklində hafizlərin dərəcələri 
qeyd olunmuşdur. Əsərin bir nüsxəsini 1387/1967-ci ildəki 
həcc ziyarətim zamanı Mədinədəki şeyxülislam Arif Hikmət 
kitabxanasında  görmüşəm.  Tarix  kitabları  arasında  48-ci 
nömrədədir. 
Seyf ibn Cabir Əbu Hənifənin özündən Kufəyə gələndən 
sonra  Ənəs  ibn  Maliklə  bir  neçə  dəfə  görüşdüyünü 
eşitmişdir.  Əbu  Hənifə,  Ata,  Nafi,  Amr  ibn  Dinar,  Arəc, 
Qətadə və digər çox görkəmli şəxslərdən hədis dinləmişdir.
İraqın  fəqihi  və  imamı  idi.  İbadət  əhli,  çox  dəyərli  bir 
insandır.  Ticarətlə  məşğul  olar,  xəlifənin  hədiyyələrini 
qəbul etməzdi.
107. əl-Muxtəsərdəki nəql burada sona çatır.


60
İmam Əbu Hənifə
  
Əbu Hənifə bir namazda Quranı xətm edərdi. 40 il yatsı 
namazının dəstəmazı ilə sübh namazını qılmışdır. Fəzilətləri 
çoxdur. Şafei onun haqqında belə demişdir: “İnsanlar fiqhdə 
Əbu Hənifəyə möhtacdırlar”
108
İbnul-Mibrədin qənaəti:
İbnul-Mibrəd adı ilə məşhur olan imam, mühəddis, Cə-
ma ləddin  Yusif  ibn  Həsən  ibn  Əhməd  ibn  Əbdülhədi  əs-
Salehi  əl-Hənbəli  də  “Təbəqatul-hüffaz”  adlı  əsərində  Əbu 
Hənifənin  adını  qeyd  etmişdir.  Ustad,  alim,  mühəddis 
Əbdüllətif ibn əl-Məhdum Muhəmməd Haşim əs-Sindi də 
bunu  ondan  “Zəbbu  zubəbətid-dirasət  anil-məzəhibil-ərbəatil-
mutənəsibət” adlı əsərində nəql etmişdir.
109
Suyutinin qənaəti:
İmam  Cəlaləddin  Suyuti  də  “Təbəqatul-hüffaz”  adlı  əsə- 
rində Əbu Hənifənin adını qeyd etmişdir. Hafiz Suyutinin 
Əbu  Hənifənin  tərcümeyi-halında  yazdıqlarını  “ət-Təliqat 
alə  zəbbi  zubəbətid-dirasət  anil-məzəhibil-ərbəatil-mutənəsibət” 
kitabımda  qeyd  etmişəm.  Ora  baxa  bilərsiniz.  Suyutinin 
Təbəqatul-hüffaz”  əsəri  Avropada  və  Beyrutda  nəşr 
edilmişdir. Suyuti kitabının əvvəlində belə yazır:
“Hədis hafizləri haqqında yazılan “Təbəqatul-hüffaz” adlı 
bu  əsər,  nəbəvi  elmə  sahib,  ədaləti  ilə  tanınan,  ravilərin 
etibarlı  və  ya  zəif,  eləcə  də  hədislərin  zəif  və  ya  səhih 
olmasında fikirlərinə müraciət edilən şəxslər haqqındadır. 
Bu əsəri Hafiz Əbu Əbdillah əz-Zəhəbinin “Təbəqat” əsəri 
əsasında  xülasə  elədim.  Ondan  sonra  yaşamış  şəxsləri  də 
əsərimə daxil etdim”.
108. ət-tibyandakı nəql burada sona çatır.
109.  əbdüllətif  ibn  əl-Məhdum  Muhəmməd  Haşim  əs-Sindi,  «Zəbbu 
zubəbətid-dirasət anil-məzəhibil-ərbəatil-mutənəsibət”, ı, 445.


61
İslam alimlərinin gözü ilə hədis elmində
Bədaxşinin qənaəti:
Suyutidən  sonra  hədis  və  rical  elminin  öndərlərindən 
biri  olan  ustad,  alim,  mühəddis  Muhəmməd  ibn  Rüstəm 
ibn  Qubad  əl-Harisi  əl-Bədaxşi,  “Təracimul-hüffaz”  adlı 
əsərində Əbu Hənifənin adını qeyd etmişdir. Bu əsər hədis 
hafizlərinin  tərcümeyi-halları  haqqındadır.  Kitab  imam, 
hafiz  Səməninin  “Kitəbul-ənsab”  əsərinin  xülasəsidir.  Bəzi 
şəxslərin  tərcümeyi-hallarını  qısa  yazmış,  bir  çoxuna  isə 
əlavələr  etmişdir.  Əsəri  Hindistanın  paytaxtı  Dehlidə 
1146/1733-cü ilin Rəbiul-əvvəl ayının 9-u cümə günü yazıb 
tamamlamışdır. O, kitabında bunları yazır:
“İmam  Əzəm  Əbu  Hənifə  Numan  ibn  Sabit  əl-Kufi. 
Özünə  tabe  olunan  dörd  imamdan  biridir.  Səməni  onun 
adını  kitabının  “İpək  taciri”  fəslində  qeyd  etmişdir.  Bəzi 
İraqlı  din  alimləri  də  ipək  satmaqla  məşğul  olmuşlar. 
Kufəlilərdən  Əbu  Hənifə  Numan  ibn  Sabit  əl-Kufi  də  bu 
peşə ilə məşğul olmuşdur. O, elmlə məşğul olmaqla yanaşı 
ipək satır, öz halal qazancı ilə güzəranını təmin edirdi. Onun 
gəncliyindən bəri bu peşə ilə məşğul olduğu nəql olunur. 
Hicri 70-ci
 
ildə doğulmuş, 150-ci ildə vəfat etmişdir. 
Səməni  həmçinin  “Rai”
110
  fəslində  də  Əbu  Hənifədən 
bəhs  etmişdir.  “Rai”  kəlməsinin  mənasını  Rəbia  ibn  Əbi 
Əbdirəhmanın  tərcümeyi-halında  açıqlamışdır.
111
  Səməni 
burada aşağıdakıları qeyd edir:
“Əbu Hənifə Numan ibn Sabit ibn Numan ibn Mərzu-
ban ət-Teymi əl-Kufi. Rəy məktəbinin ustadı və iraqlıların 
imamı. Səhabələrdən Ənəs ibn Maliki görmüşdür.
Ata ibn Əbi Rəbah, Əbu İshaq əs-Səbi, Muharib ibn Disar, 
Hammad ibn Əbi Süleyman, Heysəm ibn Həbib, Qays ibn 
Müslim, Muhəmməd ibn Munqədir, İbn Ömərin köləlikdən 
110. rəylə ictihad edən.
111. Müəllif “rai” sözünü açıqlamış və demişdir: rai deyilməsinin səbəbi 
rəy elmini bilməyidir. yəni Sünnəni bilən, rəy ilə də fikir bildirən deməkdir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə