Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

45
İslam alimlərinin gözü ilə hədis elmində
verməsə, bu dəfə də həcv
73
 edərsən, − dedilər. Mən də:
−  Bundan da uzaq duracam − dedim.
−   Bəs  kəlam  elmi  ilə  məşğul  olsam,  sonra  nə  iş 
görəcəm? − deyə soruşdum.
−   Kəlamla  məşğul  olan  onun  fəsadlarından  qoruna 
bilməz.  Ya  mürtədliklə  ittiham  edilərək  öldürülər,  ya 
da öldürülməsə belə, ancaq pis bir şəxs kimi tanınar, −              
dedilər.
Bunu qeyd edim ki:
74
 Bunu uydurana Allah lənət etsin! O 
vaxtlar kəlam elmi vardı?
Əbu Hənifə nəql edir:
−  Bəs fiqh öyrənsəm necə olar? − deyə soruşdum.
−  İnsanlar sənə suallar soruşar, sən də fitva
75
 verərsən. 
Gənc  olsan  belə  sənə  qazılıq  təklif  edərlər,  −  cavabını 
verdilər. Bunu eşidəndə dedim ki:
−   Fiqhdən  daha  faydalı  elm  yoxdur.  Bundan  sonra   
fiqh  elmi  ilə  məşğul  olmağa  başladım  və  bu  elmi  öy- 
rəndim”.
76
Hafiz Zəhəbi “Təzkirətul-hüffaz” adlı əsərində Sufyan əs-
Sevrinin tərcümeyi-halını yazarkən, onun “(Ancaq rəvayət 
toplamaq  məqsədilə)  hədis  öyrənmək,  axirət  üçün  (savab 
qazanmağa) çalışmaq deyil. Əksinə insanın məşğul olduğu 
xəstəlikdir”,  − sözünün şərhində bunları yazır:
73. Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönə l dil-
miş istehzalı, kəskin, acı, kinayəli yazı.
74. Bunu İmam Zəhəbi deyir.
75. Hər hansı bir məsələnin şəri həlli və ya aydınlanması üçün verilən sualın              
cavabı.  Fiqhi  bir  məsələnin  hökmünü  açıqlamaq  üçün  səlahiyyətli  şəxs lər 
tərəfindən verilən cavab.  Fitva verən şəxsə müfti deyilir. Fitva ümumidir. ona 
görə də hər fitva ictihad deyil, ancaq hər ictihad fitvadır.
76. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vı, 395-7.


46
İmam Əbu Hənifə
  
“Vallahi  doğru  demişdir!  Çünki,  hədis(ləri  toplayıb) 
öyrənmək,  hədis  elmindən  tamamilə  ayrıdır.    Hədisləri 
əzbərləmək  hədisin  nə  demək  olduğunu  qavrayıb  dərk 
etməyin  xaricindəki  əlavə  fəaliyyətlərə  verilən  örfi  addır. 
Bu fəaliyyətlərin əksəriyyəti elmə olan həvəs və maraqdan 
qaynaqlanır. Bununla adətən aşağıdakı səbəblərdən dolayı 
məşğul olurlar: 
Gözəl  hədis  nüsxələrini  əldə  etmək,  hədis  nəql  elədiyi 
müəllimlərin sayını artırmaq, insanlar tərəfindən müxtəlif 
adlarla  xatırlanmaq,  təriflənmək,  daha  çox  hədis  rəvayət 
etmək istəyi, bəzi hədisləri sadəcə özünün rəvayət etməyinə 
çalışmaq və s. Əgər sənin də hədisə olan istəyin bu nəfsani 
məqsədlərə bağlıdırsa, nə vaxt bunlardan xilas olacaqsan? 
Halbuki, Süfyan əs-Sevridən nəql edildiyinə görə, Firyabi: 
“Niyyət doğru olduğu təqdirdə, hədis öyrənməkdən daha 
fəzilətli bir əməl yoxdur”, − demişdir”.
77
Zəhəbi, Əbu Hənifə, Malik, Əvzai və Süfyanı qeyd etdiyi 
beşinci təbəqənin sonunda da isə belə deyir: “Bu təbəqədəki 
insanların  dövründə  İslam  və  müsəlmanlar  ümmət 
halında  idilər.  Həmçinin  elmi  səviyyələri  də  çox  yüksək 
idi. Bu dövrdə Əbu Hənifə, Malik və Əvzai kimi fəqihlər 
yaşamışdır”.
78
Nəticə
Zəhəbidən nəql etdiklərimin xülasəsi:
1. Əbu Hənifə Quran, hədis, fiqh, nəhv və bənzəri elmlərlə 
məşğul olmuşdur.
2. İmam Əbu Hənifə hədis elmi ilə də məşğul olmuşdur. 
O dövrdə alimlərin Qurandan başqa məşğul olacağı başqa 
elm  sahəsi  demək  olar  ki,  yox  idi.  Əbu  Hənifə  də  bu 
77. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 204-5.
78. İmam Zəhəbi, “təzkirətul-hüffaz”, ı, 244.


47
İslam alimlərinin gözü ilə hədis elmində
məqsədlə hədis öyrənmək üçün səfərlər etmişdir. 
3. Əbu Hənifə Hz. Əli, İbn Məsud kimi Kufədə yaşamış 
səhabələrin sözlərini ən yaxşı bilənlərdəndir. 
4.  Əbu  Hənifə  öz  dövründə  elmin  dirəyi  sayılan  on 
imamdan biri idi. Quran və Sünnəyə İmam Malik, Əvzai, 
Sevri, Leys, İbn Uyeynə, Məmər, Şöbə, Hammad ibn Sələmə, 
Hammad ibn Zeyd qədər vaqif idi.
5.  Müctəhid  imamların  büyüklərindən  biri  idi.  Fiqhdə 
öndər şəxsiyyətdir. İnsanlar bu sahədə ona möhtacdırlar.
Məhz bunlar, İslam tarixçisi, hafiz, müdəqqiq
79
, münəq- 
qid
80
  Şəmsəddin  Zəhəbinin  İmam  Əzəm  Əbu  Hənifə 
haqqındakı fikirlərinin xülasəsidir.
İbn Teymiyyənin Əbu Hənifəni mədh etməsi
Zəhəbinin  müəllimi,  ravilər  və  hədislərdəki  illətlər 
xüsusunda  mütəxəssis,  imam,  hafiz,  münəqqid,  fəqih,        
şeyxülislam  Təqiyyuddin  Əbul-Abbas  Əbdülhəlim  əl-
Hərrani  (İbn  Teymiyyə)  “Minhacus-sunnətin-nəbəviyyə  fi 
nəqdi qavliş-şia vəl-qədəriyyə” adlı əsərində belə yazır:
“...Məhz  bunlar  gecə-gündüz  elmi  araşdırma  aparan 
insanlardır.  Araşdırdıqları  şəri  dəlillərə  əsasən  bəzən  bir 
səhabənin, bəzən də başqa bir səhabənin sözünə üstünlük 
verirlər.  Bunlara  Səid  ibn  əl-Musəyyəb,  Urvə  ibn  Zubeyr, 
Qasım  ibn  Muhəmməd,  Əli  ibn  Hüseyn,  Əbu  Bəkr  ibn 
Əbdürrəhman,  Ubeydullah  ibn  Abdullah  ibn  Utbə, 
Süleyman ibn Yəsar, Xaricə ibn Zeyd, Səlim ibn Abdullah 
ibn  Ömər  kimi  insanları  və  bunlardan  sonra  yaşamış  İbn 
Şihab əz-Zöhri, Yəhya ibn Səid, Əbuz-Zinad, Rəbia, Malik 
ibn Ənəs, İbn Əbi Zib, Əbdüləziz əl-Məcişun kimi mədinəli 
fəqihləri misal göstərmək olar.
79. Məsələləri incə şəkildə araşdıran şəxs deməkdir.
80. tənqidçi deməkdir.


48
İmam Əbu Hənifə
  
O  cümlədən  Tavus  əl-Yəməni,  Mücahid,  Ata,  Səid  ibn 
Cübeyr,  Ubeyd  ibn  Umeyr,  İbn Abbasın  azad  etdiyi  kölə 
İkrimə və onlardan sonra gələn Amr ibn Dinar, İbn Cüreyc, 
İbn Uyeynə və digər məkkəli alimlər də belələrindəndir.
Onlardan  başqa,  Həsən  Bəsri,  Muhəmməd  ibn  Sirin, 
Əbuş-Şəsa,  Cabir  ibn  Zeyd,  Mutarrif  ibn  Abdullah  ibn 
Şihhir,  qeyd  etdiklərimizdən  sonra  gələn  Əyyub  əs-
Səhtiyani, Abdullah ibn Avn, Süleyman ət-Teymi, Qətadə, 
Səid ibn Əbi Arubə, Hammad ibn Sələmə və Hammad ibn 
Zeyd də belə şəxsiyyətlərdəndir.
Əlqamə, Əsvəd, Qazı Şureyh və s. həmçinin, bunlardan 
sonra yaşamış İbrahim ən-Nəxai, Əmir əş-Şabi, Hakim ibn 
Uteybə, Mansur ibn Mutəmir, Sufyan əs-Sevri, Əbu Hənifə, 
İbn  Əbi  Leyla,  Şərikə,  Vəki  ibn  əl-Cərrah,  Əbu  Yusif, 
Muhəmməd ibn Həsən də belədir.
Bunlardan  sonra  yaşamış  Şafei,  Əhməd  ibn  Hənbəl, 
İshaq ibn Rahuyə, Əbu Ubeyd Qasım ibn Səllam, Abdullah 
ibn Zubeyr əl-Humeydi, Əbu Sevr, Muhəmməd ibn Nəsr əl-
Mərvəzi, Muhəmməd ibn Cərir ət-Təbəri və Əbu Bəkr ibn 
əl-Munzir də belələrindəndir”.
81
Göründüyü kimi, İbn Teymiyyə, Əbu Hənifə, Əbu Yusif 
və Muhəmməd ibn Həsəni gecə-gündüz elmi araşdırmalar 
aparan,  incələdikləri  şəri  dəlillərə  əsasən  bəzən  bir 
səhabənin, bəzən də başqa bir səhabənin sözünə üstünlük 
verən alimlər arasında qeyd etməkdədir.
İbn Teymiyyə eyni kitabın başqa yerində, Əbu Hənifə və 
tələbələrinin ümmətin doğru sözlü alimlərdən olduqlarını 
bildirmişdir.
82
O, “Minhəcus-sünnə” əsərinin başqa yerində isə belə yazır:
“Ümmətin  tarixinə  nəzər  salanda  bunlardan  sonra 
81. İbn teymiyyə, “Minhəcus-sünnə”, ııı, 142. Bulaq 1322.
82. İbn teymiyyə, “Minhəcus-sünnə”, ıV, 77.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə