Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

41
İslam alimlərinin gözü ilə hədis elmində
Hənifənin, Buxara və Səmərqənddə yaşayan şəxs üçün isə 
Əhməd ibn Hənbəlin məzhəbinə tabe olmaq çox çətindir. 
Buxarada  Hənbəli,  Mərakeşdə  Hənəfi,  Hindistanda  da 
Maliki  məzhəbi  mənsubuna  rast  gəlmək  demək  olar  ki, 
mümkün deyil”.
67
Zəhəbi, Yəhya ibn Adəmin tərcümeyi-halında Mahmud 
ibn Ğaylandan bunu nəql edir: 
“Əbu Usamədən dinlədim: Hz. Ömər öz dövründə mü-           
səlmanların  lideri  idi.  Bir  çox  elmlərdən  xəbərdardı.  İbn 
Abbas, Şabi, Sevri, Yəhya ibn Adəm kimi simalar da yaşa-
dıqları dövrdə elmdə zirvəni fəth etmişdilər”.
Zəhəbi daha sonra belə deyir:
“Mən də əlavə olaraq bunu demək istəyirəm ki, Yəhya ibn 
Adəm  də  ictihad  sahəsində  imamların  böyüklərindəndir. 
Öz dövrlərində elmə öndərlik edən insanlar:
1. Hz. Ömər.
2. Hz. Əli, İbn Məsud, Muaz və Əbud-Dərda.
3. Zeyd ibn Sabit, Hz. Aişə, Əbu Musa və Əbu Hüreyrə.
4. İbn Abbas və İbn Ömər.
5. Əlqamə, Məsruq, Əbu İdris, İbnul-Musəyyəb.
6. Urvə, Şabi, Həsən, İbrahim ən-Nəxai, Mücahid, Tavus 
və başqaları.
7. Zöhri, Ömər ibn Əbdüləziz, Qətadə və Əyyub.
8. Aməş, İbn Avn, İbn Cureyc, Ubeydullah ibn Ömər.
9. Əvzai, Sufyan əs-Sevri, Məmər, Əbu Hənifə və Şöbə.
10. Malik, Leys, Hammad ibn Zeyd və İbn Uyeynə.
11. İbnul-Mübarək, Yəhya əl-Kəttan, Vəki, Əbdürrəhman 
və İbn Vəhb
67. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vııı, 91-2.


42
İmam Əbu Hənifə
  
12. Yəhya ibn Adəm, Affən, Şafei və digərləri.
13. Əhməd, İshaq, Əbu Ubeyd, Əli ibn əl-Mədini və İbn 
Məin.
14. Əbu Muhəmməd əd-Darimi, Muhəmməd ibn İsmayıl 
əl-Buxari ilə digər elm və ictihad imamları”.
68
Zəhəbi, İbn Hazmın tərcümeyi-halında, onun “Mən haq-            
qa tabe olur və ictihad edirəm. Özümü hər hansı bir məz- 
həbə mənsub etmirəm” - dediyini bildirdikdən sonra belə 
deyir:
“Fiqh elmini yeni öyrənməyə başlayan tələbə və ya sıravi 
insanın  Quranın  bir  hissəsini  əzbərlədikdən  sonra  ictihad 
etməyi  doğru  olmadığı  kimi,  ictihad  mərtəbəsinə  çatan 
alimin  də    başqasını  təqlid  etməyi  doğru  deyil.  Üstəlik  o 
necə ictihad edə və söylədiklərini əsaslandıra bilər? Yetərli 
elmi olmadığı halda bunu edə bilərmi?
İctihad  və  təqlid  baxımından  üçüncü  qrup  bunlardır: 
Fiqh  elmində  yüksək  səviyyəyə  çatmış,  bəsirətli,  fərasətli, 
hədisləri bilən, üsul qaydalarını əzbərləyən, nəhv elmindən 
xəbərdar, Quran hafizi və təfsirlə məşğul olan, mövzuları 
yaxşı müzakirə qabiliyyətinə malik, bütün bunlarla yanaşı 
digər faydalı elmlərlə də məşğul olmuş şəxslər.
Sadalanan xüsusiyyətlərə malik şəxs ictihad səviyyəsinə 
çatmış hesab edilir. Artıq həmin şəxsə hər hansı bir məsələ 
haqqındakı həqiqət əyan olmuş və Əbu Hənifə, Malik, Sevr, 
Əvzai,  Şafei,  Əbu  Ubeyd,  Əhməd  və  İshaq  kimi  böyük 
imamlardan  biri  də  həmin  həqiqətlə  əməl  edibsə  həmin 
şəxs onlara tabe olmalıdır. Rüxsətlərin ardınca qaçmamalı 
və Allahdan qorxmalıdır. Xülasə özü dəlillərin hamısından 
xəbərdar olduğu bir məsələdə ictihad etməli, təqlidə meyl 
etməməlidir.”
69
68. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, ıX, 525.
69. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, XVııı, 191.


43
İslam alimlərinin gözü ilə hədis elmində
Zəhəbi,  Əbu  Hənifənin  tərcümeyi-halını  yazarkən  Xatib 
əl-Bağdadinin “Tarixu-Bağdad” əsərində Əbu Yusif vasitəsilə 
Əbu Hənifədən nəql etdiyi hekayəni də əsərinə daxil etmişdir. 
Hekayədə Əbu Hənifənin elm öyrənməyə başlaması və fiqh 
elmini digər elmlərdən üstün tutmağına da yer verilmişdir. 
Zəhəbi həmin hekayənin uydurma olduğunu belə izah edir:
“Əbu Yusifdən nəql edilmişdir.
“Əbu Hənifə dedi ki: 
−  Elmə böyük marağım var idi. Lakin, hansı elmi öy-
rənmək lazımdır deyə qərar verə bilmirdim. Ətrafımdakı 
insanlardan hər hansı elmdə müəyyən səviyyəyə çatandan 
sonra nə edəcəyim haqqında soruş- urdum. Mənə
−  Quran öyrən, − dedilər. Mən də
−  Öyrənəndən sonra nə iş görəcəyəm? − deyə soruşdum.
−  Məsciddə otucaqsan. Uşaqlar və gənclər səndən Quran 
öyrənəcəklər. Çox keçmədən onlardan biri Quranı səndən 
daha  yaxşı  əzbərləyəcək  və  ya  səninlə  eyni  səviyyəyə 
çatacaq. Bir də baxacaqsan ki, sənin müəllimliyini əlindən 
alacaq, − dedilər.
Burada  onu  qeyd  edim:
70
  Elm  öyrənməyi  ancaq 
başqalarından fərqlənmək üçün istəyən şəxs belə düşünər. 
Halbuki, Hz. Peyğəmbər “Sizin ən xeyirliniz Quran öyrənən 
və öyrədənlərinizdir” – buyurmuşdur.
71
 Məsciddən daha fəzi- 
lətli yer var? Elm öyrədən şəxs Quran müəlliminin dərəcə- 
sinə  çata  bilər?  Xeyr,  bilməz!  Hələ  günaha  bulaşmamış 
uşaqlardan daha yaxşı tələbə olar? Bu hekayənin uydurma 
olduğu  qənaətindəyəm.  Həmçinin  sənədində  etibarsız  
ravilər var.
Hekayənin davamı belədir:
70. Bunu deyən İmam Zəhəbidir.
71. Buxari, Fədailul-Quran, 21.


44
İmam Əbu Hənifə
  
Soruşdum:
−  Hədisləri dinləyib yazmaq istəyirəm. Beləcə dünyada 
ən çox hədis bilən olsam necə olar? Belə cavab verdilər:
−   Qocalıb  əldən  düşəndə  rəvayət  etdiyin  hədislərdə 
xəta  etməkdən  xilas  ola  bilməyəcəksən.  Belə  olduğu 
təqdirdə  insanlar  səni  yalançılıqda  günahlandıracaqlar. 
Beləliklə,  ömrünün  sonuna  yaxın  adını  ləkələmiş 
olacaqsan. Bu cavab qarşısında:
−  Elə isə bu mənlik deyil, − dedim.
Bunu  demək  istəyirəm:
72
  Daha  əvvəldə  qeyd  etdiyim 
kimi, bu hekayə uydurmadır. 
Çünki İmam Əbu Hənifə hədis təhsili almışdır. Hicri 100-
cü  ildən  sonra  daha  çox  hədis  öyrənməyə  çalışmışdır.  O 
vaxtlar uşaqlar hədis elmi işə məşğul olmurdular. Uşaqların 
və  gənclərin  hədis  dinləyib  öyrənməsi  hicri  300-cü  ildən 
sonra başlamışdır. Əksinə hədisləri öyrənmək istəyən şəxslər 
o vaxtlar (Əbu Hənifənin dövründə) böyük alimlər idi. Hətta 
alimlərin Qurandan sonra, hədisdən başqa öyrənəcəkləri bir 
elm sahəsi yox idi. Fiqh kitabları isə, o vaxtlar  hələ tədvin 
edilməmişdi. 
Əbu Hənifə daha sonra belə deyir: Sonra nəhv öyrənmək 
fikrinə düşdüm.
−  Nəhvi və Ərəb dilini öyrəndikdən sonra nə işlə məşğul 
olacam? − deyə soruşdum. Mənə:
−   Müəllim kimi bir küncdə oturacaqsan. Ən çox iki-üç 
dinar qazanacaqsan, – dedilər. Mən də 
 −    Bunun da axırı yoxdur,
 
− dedim.
−   Bəs  şerlə  məşğul  olsam  və  böyük  şair  olsam  necə 
olar? − deyə soruşdum.
−   Birini  tərifləsən  səni  mükafatlandırar.  Bir  şey 
72. Bunu deyən İmam Zəhəbidir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə