Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

49
İslam alimlərinin gözü ilə hədis elmində
da  hər  kəsin  zəkalarını  və  doğruluqlarını  təqdir  etdiyi 
şəxsiyyətlərin  olduğunu  görürük.  Səid  ibn  Musəyyəb, 
Həsən Bəsri, Ata ibn Əbi Rəbah, İbrahim ən-Nəxai, Əlqamə, 
Əsvəd, Abidə əs-Səlməni, Tavus, Mücahid, Səid ibn Cübeyr, 
Əbuş-Şəsa Cabir ibn Zeyd, Əli ibn Zeyd, Əli ibn Hüseyn, 
Ubeydullah ibn Abdullah ibn Utbə, Urvə ibn Zubeyr, Qasım 
ibn Muhəmməd ibn Əbu Bəkr, Əbu Bəkr ibn Əbdürrəhman 
ibn Həris ibn Hişam, Mutarrif ibn Şihhir, Muhəmməd ibn 
Vəsi,  Həbib  əl-Əcəmi,  Malik  ibn  Dinar,  Məkhul,  Hakim 
ibn Uteybə, Yezid ibn Əbi Həbib və saylarını ancaq Allahın 
biləcəyi digərləri belə şəxsiyyətlərdəndir.
Bunlardan sonra yaşamış Əyyub əs-Səhtiyani, Abdullah 
ibn Avn, Yunus ibn Ubeyd, Cəfər ibn Muhəmməd, Zöhri, 
Amr  ibn  Dinar,  Yəhya  ibn  Səid  əl-Ənsari,  Rəbia  ibn  Əbu 
Əbdürrəhman, Əbuz-Zinad, Yəhya ibn Əbi Kəsir, Qətadə, 
Mansur ibn Mutəmir, Aməş, Hammad ibn Əbi Süleyman, 
Hişam əd-Dəstuvai, Səid ibn Əbi Arubə və s.
Həmçinin Malik ibn Ənəs, Hammad ibn Zeyd, Hammad 
ibn Sələmə, Leys ibn Sad, Əvzai, Əbu Hənifə, İbn Əbi Leyla, 
Şərik, İbn Əbi Zib, İbnul-Məcişun və s.
Onlarla yanaşı Yəhya ibn Səid əl-Kəttan, Əbdürrəhman 
ibn  Mehdi,  Vəki  ibn  əl-Cərrah,  Əbdürrəhman  ibn  Qasım, 
Əşhəb ibn Əbdüləziz, Əbu Yusif, Muhəmməd ibn Həsən, 
Şafei, Əhməd ibn Hənbəl, İshaq ibn Rahuyə, Əbu Ubeyd, 
Əbu  Sevr  kimi  məqam  və  var-dövlət  qazanmaq  kimi 
məqsədləri  olmayan,  elmi  tədqiq  baxımından  insanların 
ən  öndərlərindən  olan  və  saylarını  ancaq Allahın  biləcəyi      
şəxslər”.
83
İbn Teymiyyə “Minhəcus-sünnə” adlı əsərinin başqa ye-
rin  də isə belə yazır:
“Hədis, təfsir, təsəvvüf, fiqh imamları eynilə dörd məz- 
83. İbn teymiyyə, “Minhəcus-sünnə”, ı/167-8.


50
İmam Əbu Hənifə
  
həb imamları və onlara tabe olanlar kimidirlər”.
84
“Malik, Sevri, Əvzai, Leys ibn Sad, Şafei, Əhməd, İshaq, 
Əbu  Hənifə,  Əbu  Yusif  kimi  dində  imamlıqla  tanınmış 
İslam alimləri”.
85
“Bu,  Malik  ibn  Ənəs,  Sevri,  Leys  ibn  Sad,  Əvzai,  Əbu 
Hənifə, Şafei, Əhməd ibn Hənbəl, İshaq, Davud, Muhəmməd 
ibn Huzeymə, Muhəmməd ibn Nəsr əl-Mərvəzi, Əbu Bəkr 
ibn Munzir, Muhəmməd ibn Cərir ət-Təbəri kimi özlərinə 
tabe olunan imamların və tələbələrinin fikridir”.
86
Nəticə:
Bu böyük alimlərin, dəyərli elm xadimlərinin tərcümeyi-
hallarını  rical  və  tarix  kitablarında  oxuyanlar,  onların 
böyüklüyünü  və  imamlıqlarını  özləri  təsdiq  edəcəklər. 
Necə  ki,  Hafiz  İbn  Teymiyyə  də  İmam  Əbu  Hənifə  və 
iki  tələbəsini  böyük  alimlərdən  saymışdır.  Bəzən  onları 
“tabe olunan imamlar”, bəzən “dində imamlıqla tanınmış 
İslam  alimləri”  kimi  vəsf  etməkdə,  bəzən  “hədis,  təfsir, 
təsəvvüf,  fiqh  ustadları”  olaraq  tanıtmaqda,  yerinə  görə 
“elmi  tədqiq  baxımından  insanların  ən  öndərlərindən” 
olduğunu  vurğulamaqda,  bəzən  də  “hər  kəsin  zəkalarını 
və doğruluqlarını təqdir edib təsdiq etdiyi kimsələr” kimi 
qiymətləndirməkdə,  bir  yerdə  də  “gecə-gündüz  elmi 
araşdırma aparan insanlar” kimi xarakterizə etməkdədir. 
Bu  mümtaz  sifətlərə  malik  şəxslərin  hədisdə  imam, 
rəvayətlərdə  siqa,  Quran  və  Sünnədə  öndər  olmaları 
xüsusunda  əsla  şübhəniz  olmasın.  Çünki,  onlar  elmdə  ən 
84. İbn teymiyyə, “Minhəcus-sünnə”, ı/172-3.
85. İbn teymiyyə, “Minhəcus-sünnə”, ı/215-6.
86. İbn teymiyyə, “Minhəcus-sünnə”, ı/173.


51
İslam alimlərinin gözü ilə hədis elmində
yük  sək zirvələri fəth eləmiş insanlardır. Rical
87
 və Təbəqat
88
 
kitabları  onların  fəzilətləri  və  mənqibələri  ilə  doludur. 
Allah, digər alimlər kimi onlara da yaxşı ifadə qabiliyyəti 
bəxş  etmiş,  fitvalar  onların  rəylərinə  görə  şəkillənmiş, 
ümmət onlara tabe olmuşdur. Bu səbəblə, onlara böhtan və 
iftira atanların sözləri qəbuledilməzdir. Şübhəsiz ki, Allah, 
doğrunu söyləyən və doğru yola yönəldəndir.
89
Əbu Hənifənin ədaləti ilə məşhur imamlardan biri 
olması haqqında
Ədaləti  ilə
90
  məşhur  olan  imamlar  haqqında  ustad, 
müctəhid,  şeyxülislam  Əbu  İshaq  əş-Şirazi  əş-Şafei  “əl-
Luma fi usulil-fiqh” adlı əsərində “Bəbul-qavli fi cərh vət-tədil” 
bölümündə belə yazır:
“Ravi aşağıdakı xüsusiyyətlərdən biri ilə xarakterizə edilir:
87.  rical  fəaliyyətləri  əsasən  ıı  əsrdə  başlamış,  ııı  əsrdə  isə,  bu  sahədə 
klassik əsərlər ərsəyə gəlmişdir. Sonrakı dövrlərdə bu fəaliyyətlət genişləndi-
rilərək müxtəlif növlərə ayrılmışıdır: 1. Siqa və zəif raviləri ehtiva edən kitab-
lar, 2. Sadəcə siqa raviləri haqqında kitablar, 3. Sadəcə zəif raviləri haqqında 
kitablar, 4. yalançılıq və hədis uydurmaqla tanınan raviləri haqqında kitablar, 
5. Səhabələr haqqında müstəqil kitablar, 6. tabeun haqqında müstəqil kitablar, 
7. Bəzi kitabların raviləri üçün kitablar. 
88.  Müxtəlif  şəxslərin,  alimlərin,  ravilərin,  şairlərin  və  s.  təbəqələrinə 
əsasən sıralanaraq haqqında bilgilərin verildiyi əsərlərdir. İbn Sadın “təbəqa-
tul-kübra”  və  əhməd  ibn  ruh  əl-Bərdicinin  “kitəbul-əsməil-müfrədə”  adlı 
əsərlərini misal göstərmək olar.
89.  Muhəmməd  əbdürrəşid  ən-numani,  “İmam  əzəm  əbu  Hənifənin 
Hədis Elmindəki yeri”, rəğbət yayınları, s. 41-40.
90. ravinin ədaləti, onun din işlərində haqdan ayrılmaması, günahlardan 
uzaq durması və şəxsiyyətini alçaldan yalan, xəyanət, zarafata düşkünlük kimi 
naqis hərəkətlərdən uzaq оlmаsı deməkdir. Dini əmrlərini yerinə yetirən, qa-
dağalardan da uzaq duran, davranışlarında haqqı, ədaləti və doğruluğu təmsil 
edən, dinini və şəxsiyyətini zədələyən sözləri dilinə gətirməyən şəxsə adil de-
yi lir və bu adamın doğru sözlü olduğu qəbul edilir. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə