Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

146
İmam Əbu Hənifə
  
Hibban da Əbu Hənifənin hədisçiliyi ilə bağlı bütün mənfi 
rəvayətləri “Kitəbul-məcruhin” əsərində bir yerə toplamışdır.
226
 
Kitabı  təhqiq  edənin  ifadəsinə  görə,  əsərdəki  ən  uzun 
tərcümeyi-hal  Əbu  Hənifənin  tərcümeyi-halıdır.  Üstəlik, 
İbn Hibban, Əbu Hənifəni cərh edən rəvayətləri yazarkən 
zəif və uydurma xəbərləri də əsərinə daxil etmişdir. 
Şafei məzhəbindən olan İbn Hibbanın mənqibələrdə və 
digər  kitablardakı  Əbu  Hənifənin  lehindəki  rəvayətləri, 
ona isnad edilən fikirləri ayırd etmək üçün on cildlik iki ki-
tab  yazdığı  da  bildirilir.  Bu  səbəbdən,  “Kitəbul-məcruhin” 
kitabının  şərhçisi,  onun  Əbu  Hənifəyə  düşmənçiliyinin 
şəxsi təəsübkeşlikdən qaynaqlandığını bildirmişdir.
Şafei hədis alimi İbn Adiyy əl-Curcani də Əbu Hənifəni 
cərh  etməkdə  İbn  Hibbandan  geri  qalmamış,  “əl-Kəmil  fi 
duafəir-rical” adlı irihəcmli əsərində Əbu Hənifəyə iftira atı-
lan bütün rəvayətləri yazmışdır.
227
Zahid Kövsərinin qeyd etdiyi kimi, İbn Adiyyin bu ifa-
dəsi  Əbu  Hənifəyə  qarşı  məzhəb  təəssübkeşliyi  ilə  ya-
naşdığını  göstərir.  İbn  Adiyy,  Şafeinin  müəllimi  İbrahim 
ibn Muhəmməd ibn Yəhya əl-Əsləmi haqqında belə deyir: 
«Onun  hədislərinin  çoxunu  nəzərdən  keçirdim  və  onlar 
arasında münkər hədisə rast gəlmədim”.
228
 Halbuki, Köv- 
sərinin  ifadəsinə  görə,  Əhməd  ibn  Hənbəl,  İbn  Hibban 
və  digər  rical  tənqidçilərinin  bu  şəxs  əleyhində  fikirləri 
mövcuddur. İcli, İbrahim əl-Əsləmi haqqında, “O, mədinəli, 
rafizi, cəhmi
229
 və qədəriyyəçidir. Ondan hədis nəql etmək 
226.  İbn  Hibban,  “kitəbul-məcruhin  minəl-muhəddisin  vəd-duafəi  vəl-
mətruqin” ııı, 61 -73. (ı-ııı, Məkkə, t.y).
227. İbn adiyy əl-Curcani, “əl-kəmil fi duafəi-ricəl”, Vıı, 2472-2479 (ı-Vıı, 
2-ci nəşr. Beyrut 1985).
228.  əz-Zeyləi, “nəsbur-rayə li əhədisil-hidayə” (kövsərinin müqəddiməsi), 
1, 57. (ı-ıV. 2-ci nəşr. Beyrut 1973).
229. İslam dünyasında ilk ortaya çıxan məzhəblərdən biridir. Bu məzhəbin 
banisi Cəhm ibn Saffandır. Cəbriyyə məzhəbi mötəzilənin tam ziddidir. İnsanda 


147
İslam alimlərinin gözü ilə hədis elmində
olmaz”,  −  demişdir.  Hədis  tənqidçilərinin  əksəriyyəti  isə, 
onu yalançı adlandırmışlar. 
Əbu  Hənifənin  hədis  yönündən  zəif  olduğunu  iddia 
edən mühəddislərdən biri də Darəqutni olmuşdur.  O, da 
təəssübkeş Şafei idi.
230
Məşhur “Xilyətül-Övliya” əsərinin müəllifi Əbu Nuaym 
əl-İsbəhani  “Kitəbud-duafə”  əsərində,  Əbu  Hənifənin  çox 
xəta və yanlış edən şəxs olduğunu bildirir.
231
 Əbu Hənifəni 
qəbul  etməyən  birinin  “Xityətul-Övliya”  əsərində  ondan 
bəhs etməməsi təbiidir. Halbuki, eyni əsərdə dərəcə etibarilə 
Əbu  Hənifə  və  əshabələrindən  daha  aşağı  olanlardan 
bəhs  edilmişdir.  Burada  da  məzhəb  təəssübkeşliyi  ön 
plandadır.  Şafei  məzhəbindən  olan  Əbu  Nuayma  görə
“Qüreyşə  söyməyin,  çünki,  ondan  çıxan  alim  yer  üzünü  elmlə 
dolduracaqdır”, − hədisindəki alim imam Şafeidir.
232
Qüreyşlə  bağlı  yuxarıdakı  hədisi  kitabında  yazandan 
son ra, “Qüreyşdən, Şafeidən başqa dünyanı elmi ilə heyran 
qoyan  şəxs  tanımıram”,
233
  −  deyən  məşhur  mühəddis 
Beyhəqi  də  təəssübkeş  Şafei  tərəfdarı  olaraq  Əbu  Hənifə 
haqqında  müsbət  fikirdə  olmamışdır.  Onun  fikrincə,  Əbu 
Hənifə  bəzən  qiyas  edərək  zəif  hədislə  əməl  edir,  bəzən 
müstəqil  iradənin  varlığını  inkar  edərək,  insanın  külək  qarşısındakı  quru  bir 
yarpağa  bənzədiyini,  etdiyi  işləri  məcburi  olaraq  icra  etdiyini  qəbul  edirlər. 
Bu gün də iradə, qədər və qəza məsələlərini yaxşı dərk etməyən bir çox insan 
bilərək  və  ya  bilməyərək  bu  məzhəbin  görüşünü  mənimsəmişdir.  Cəbriyyə, 
cənnət və cəhənnəmin dünya kimi müvəqqəti olduğuna, axirətdə allahın gözlə 
görülməyəcəyinə, allahın kəlamının sonradan olduğuna inanır.
230.  ləknəvi,  “ər-rafu  vət-təkmil  fil-cərhi  vət-tədil”  (əbdul-Fəttah  əbu 
Ğüddənin qeydi), -70ci (-3cü nəşr, Beyrut 1987.
231. əbu nuaym əl-İsbəhani “kitəbud-duafə”, 154 (1-ci nəşr, Məğrib 1984).
232. əbu nuaym, “Xityətul-övliya və təbəqatul-asfiyə”, Vı, 295 (ı-X, Misir 
1974-79).
233. əl-Beyhəqi, əbu Bəkr ibn əhməd, kitəbu Bəyanil-Xətai Mən axtəa 
aləş-şafei, 26 (1-ci nəşr, ər-riyad 1980).


148
İmam Əbu Hənifə
  
səhih və məfu hədisi qiyasla tərk edir, bəzən də qiyası tərk 
edərək  zəif  hədislə  əməl  edir,  məchul  ravinin  xəbərini  və 
munqəti
234
 hədisi dəlil kimi qəbul edirdi».
235
Beyhəqinin  hənəfilərə  qarşı  məzhəb  təəssübkeşliyi  ilə 
hərəkət  etdiyi  Hənəfi  üləmasına  da  məlumdur.  Belə  ki, 
“Uqudul-cəvahiril-munifə”  əsərinin  müəllifi  Mürtəza  əz-
Zəbidi “Mübadilədə tərəflərin seçmək haqqı” mövzusunda 
Əbu Hənifəyə isnad edilən bir rəvayəti “Sünən”ində yazan 
Beyhəqini  tənqid  edərkən  bunları  yazır,  “Beyhəqinin 
təəssübkeş olduğunu həmişə müəllimlərimdən eşidərdim. 
Ancaq, kitabına Əbu Hənifəyə yaraşmayan çirkin hekayəni 
daxil  etdiyini  görənə  qədər  buna  inanmır  və  haqqında 
hüsnü-zənn edirdim.
236
Əbu  Hənifənin  lehinə  və  əleyhinə  olan  rəvayətlərin 
demək  olar  ki,  hamısını,  məşhur  əsəri  «Tarixi-Bağdad» 
əsərində yazan Xatib Bağdadi də Şafei məzhəbinə mənsub 
alim olaraq Əbu Hənifə və əshabələrinə qarşı müsbət fikirdə 
olmayanlar  arasındadır.  Xatib  Bağdadi  Əbu  Hənifəyə 
qarşı gələn hədisçilərdən fərqli olaraq, yalnız Əbu Hənifə 
və  tərəfdarlarının  əleyhinə  olan  rəvayətləri  yazmaqla 
kifayətlənməmiş,  Əbu  Hənifəni  tədil  edən  alimlərin 
fikirlərinə  də  geniş  yer  vermişdir.  O,  tarixçi  olduğuna 
görə belə etmişdir ki, bu da digər hədisçilərin mövqeyinə 
234.  lüğətdə  kəsilmiş,  qopmuş,  natamam  deməkdir.  termin  olaraq  isə, 
sənədin ortasında bir və ya ardıcıl olmamaq şərtilə bir neçə ravisi göstərilmədən 
rəvayət edilən hədisə deyilir. Eyni zamanda ətbau-tabein nəslindən olan bir ra-
vinin tabeini keçərək səhabədən rəvayət etdiyi hədisə də münqəti hədis deyilir. 
Münqəti hədisdə inqita iki çür meydana gəlir: a. açıq inqita. Bu cür inqita, 
ravilərdən birinin özündən əvvəl yaşamış və buna görə də görüşməsi mümkün 
olmayan şeyxdən hədis rəvayət etməsi ilə meydana gəlir. b. Gizli inqita. Bu 
cür  inqita  da,  ravilərdən  birinin  əsrdaşı  olduğu  halda  görüşmədiyi  və  yaxud 
görüşüb hədis dinləmədiyi bir şeyxdən hədis rəvayət etməsilə meydana gəlir.
235. İmam Beyhəqi, “Mənəqibuş-şafei”, 166-167. (1-ci nəşr, Qahirə 1971).
236. Muhəmməd Mürtəza əz-Zəbidi, “uqudul-cəvəhiril-munifə fi ədilləti 
məzhəbil-İmam əbi Hənifə”, ıı, 9-10, (ı-ıı, 2-ci nəşr, İstanbul 1309 h).


149
İslam alimlərinin gözü ilə hədis elmində
nisbətən təqdir ediləcək bir davranışdır.
Məzhəb  təəssübkeşliyinə  ən  böyük  nümunələrdən  biri, 
İma  mul-Harameyn  ləqəbli  Əbdülməlik  əl-Cuveyninin 
“Muğisul-xalq  fi  tərcihil-qavlil-haqq”  adlı  əsəridir.  Cuveyni 
bu kitabında, Əbu Hənifə və Şafei, Hənəfi məzhəbi və Şafei 
məzhəbi arasında bir sıra müqayisələr edərək öz imamını 
tərifləməyə, Əbu Hənifəni isə alçaltmağa çalışmışdır. Ərəb 
və üstəlik Qureyşli olması səbəbilə Şafeinin anadangəlmə 
üstün olduğunu bildirən Cuveyni, Əbu Hənifənin ərəb yox, 
İraqlı  olduğunu,  buna  görə  də,  “İmamlar  Qüreyşdəndir”
“Qüreyşi önə keçirin, siz onların qabağına keçməyin”, − hədis lə-
ri
237
 əsasında Şafeinin məzhəbinin digərlərindən daha üstün 
olduğunu qeyd edir.
238
 Cuveyni, Əbu Hənifənin hədisçiliyi 
haqqında  bunları  deyir:  “Əbu  Hənifənin  hədis  elmindən 
məlumatı çox az idi. Hədis əhlinin onu məzəmmət etməsi 
buna  dəlildir”.  Məzhəb  təəssübkeşliyinə  nümunə  olaraq 
Cuveyninin  adı  çəkilən  kitabındakı  uydurma  hekayəni 
burada nəql etmək yerinə düşər:
“Qəznəvi Sultanı Mahmud ibn Səbuktəkin Əbu Hənifə-
nin məz həbindən idi. Eyni zamanda hədis elminə də marağı 
vardı.  Hədis  şeyxlərindən  hədislər  dinləyər,  bu  barədə 
araşdırmalar aparardı. Hədislərin çoxunun Şafei məzhəbinə 
uyğun olduğunu gördü. Bu vaxt dərisinə qaşınma xəstəliyi 
düşdü. Hər iki məzhəbə mənsub alimləri Mərvdə topladı 
və  iki  məzhəbdən  birinin  digərinə  üstünlüyü  barədə  on-
ların  fikirlərini  soruşdu.  Fəqiflər  sultanın  hüzurunda  hər 
iki  məzhəbə  görə  iki  rükət  namaz  qılmağı  təklif  etdilər. 
Beləcə sultan görüb, düşünüb münasib məzhəbi seçəcəkdi. 
Əvvəl şafeilərdən Ğaffəl əl-Mərvəzi, bütün əzaların haqqını 
verərək gözəlcə dəstəmaz aldı. Sətri-övrət, qibləyə dönmək 
237.  Hədislərin  tənqidi  üçün  bax:  M.  Səid  Xatiboğlu,  “İslamda  ilk  siyasi 
qövmiyyətçilik,  xilafətin  qureyşliliyi”,  ank.  univ.  İlahiyyat  Fak.  Dərgisi, 
XXHı/121-213 (ankara 1978).
238. əbdülməlik əl-Cuveyni, “Muğisul-xalq fi tərcihil-qavlil-haqq”,  25, (1-
ci nəşr, Misir 1934).


150
İmam Əbu Hənifə
  
kimi  bütün  şərtləri  yerinə  yetirdi.  Tədili-ərkana,  fərzlərə, 
sünnələrə  və  ədəblərə  riayət  edərək  namaz  qıldı.  Çünki, 
imam  Şafei  bunun  xaricində  qılınan  bir  namaza  icazə 
verməzdi.
Sonra Əbu Hənifənin caiz gördüyü şəkildə iki rükət na-
maz  qıldı.  Aşılanmış  it  dərisi  geyindi.  Bədəninin  dörddə 
birinə  nəcasət  bulaşdırdı.  Xurma  suyu  ilə  dəstəmaz 
aldı.  Bu  hadisə  yay  vaxtı  və  səhrada  cərəyan  etdiyi 
üçün  üzərinə  milçək  və  ağcaqanadlar  yığışdı.  Dəstəmaz 
üzvlərini  yuyarkən  sıranı  pozdu.  (Tərtibə  riayət  etmədi). 
Sonra  qibləyə  yönəldi.  Niyyətsiz  namaza  başladı.  İftitah 
təkbirini  farsca  gətirdi.  “Mudhəm-mətən”
239
  ayəsini,  “dü 
bərgəki səbz” (iki yaşıl kiçik yarpaq) şəklində farsca oxudu. 
Sonra  xoruzun  dən  yeməsi  kimi  fasiləsiz  iki  dəfə  səcdə 
etdi.  Təşəhhüdə  oturdu.  Nəhayət,  salam  vermədən,  qaz 
buraxaraq namazı tamamladı və “Ey Sultan! Məhz bu, Əbu 
Hənifənin namazıdır», − dedi. Bunu görən sultan: «Əgər bu, 
onun (Əbu Hənifənin) namazı olmasaydı səni öldürərdim. 
Çünki, belə bir namazı heç bir dindar qəbul etməz».
Hənəfilər bu namazın Əbu Hənifəyə aid olduğunu inkar 
etdilər.  Ğaffəl  hər  iki  məzhəbin  kitablarının  gətirilməsini 
təklif  etdi.  Sultan  xristian  bir  katibə  hər  iki  məzhəbin  bu 
haqdakı fikirlərini oxutdu. Ğaffəlin qıldığı namazın Hənəfi 
məzhəbindəki kimi olduğu məlum oldu. Bunu görən sultan, 
Hənəfi məzhəbindən ayrılaraq Şafei məzhəbinə tabe oldu.
240
 
Cuveyni  bu  hekayəni  nəql  etdikdən  sonra  belə  deyir: 
“Əgər Əbu Hənifənin caiz gördüyü bu namaz xalqdan birinə 
ərz edilsə bunu heç kim qəbul etməz. Namaz barəsindəki 
fasid etiqadı, məzhəbinin batil olduğunu göstərmək üçün 
kifayətdir”.
241
239. ər-rəhman surəsi, 55/64.
240. əl-Cuveyni, “Muğisul-xalq fi tərcihil-qavlil-haqq”, s. 57-59.
241. əl-Cuveyni, “Muğisul-xalq fi tərcihil-qavlil-haqq”, s. 59.


151
İslam alimlərinin gözü ilə hədis elmində
Nəql etdiyimiz bu hekayə, məzhəb təəssübkeşliyinin bir 
İslam alimini nələrə vadar etdiyinin kədərli nümunəsidir.
242
Müəllimi Cuveyninin təsirində qalaraq Əbu Hənifəni tən-                                                                                                                               
qid  edən  məşhur  alimlərdən  Qəzali  də,  Şafei  məzhəbin- 
dəndir. “əl-Mənhul” adlı əsərində Əbu Hənifənin müctəhid 
olmadığını,  hədis  biliyi  az  olduğu  üçün,  zəif  hədisləri 
qəbul, səhihləri inkar edəcək dərəcədə cəsarətli olduğunu 
deyir.
243
 Qəzali, kitabının sonunda Şafei məzhəbi və digər 
məzhəblər, xüsusən də Hənəfi məzhəbi arasında müqayisə 
apararaq öz məzhəbinin hər məsələdə tərcih edilməyə daha 
layiq olduğunu isbat etməyə çalışır.
244
Qəzalinin bu kitabı gəncliyində yazdığı, sonradan Əbu 
Hənifə  haqqındakı  düşüncələrinin  dəyişdiyi  bildirilir.
245
 
Çünki, “İhyayi ulumid-din” adlı əsərində məzhəb imamlarını 
və Əbu Hənifəni mədh etmişdir.
246
Şafei  məzhəbindən  olan  məşhur  alim  Fəxrəddin  Razi                                                                                                                      
də məzhəb təəssübkeşliyi ilə Əbu Hənifəni tənqid edənlər-
dəndir. Şafei üçün qələmə aldığı “Mənəqib” əsərində, Əbu 
Hənifənin öz bölgəsindən olduğu müddətcə, zəif də olsa, 
məchul ravilərin rəvayətini, məqtu
247
 və mürsəl
248
 xəbərləri 
242. Hekayənin uydurma olduğu haqqında bax: M. Zahid kövsəri, “İhqaqul-
haqq bi ibtəil-bətil fi muğisi-xalq”, 39-43. (1-ci nəşr, Misir 1360 h).
243. əbu Həmid əl-Qəzali, “əl-Mənhul min təliqatil-usul”, s, 471 (2-ci nəşr, 
Dəməşq 1980).
244. əbu Həmid əl-Qəzali, “əl-Mənhul min təliqatil-usul”, s,  488-504.
245. İbn Həcər əl-Heytəmi, “əl-Xayratul-hisən fi mənəqibil-İməmil əzəm 
əbi Hanifətin-numan”, 26 (1-ci nəşr, Beyrut 1983).
246. İmam Qəzali, “İhyayi ulumid-din”, ı, 25-26. (ı-ıV, 1-ci nəşr. Misir 1289 h).
247.  Məqtu  lüğətdə  bir  şeyi  kəsmək,  kəsib  qoparmaq,  yarmaq,  ayırmaq 
mənasındadır. termin olaraq isə, hər hansı bir tabeuna nisbət edilən söz, fel və 
təqrirlərə məqtu hədis deyilir. ətbaut-tabeun da tabeun kimi qəbul edilir. yəni 
onların da söz, fel və təqrirləri məqtu hədis növünə daxildir.
248. Mürsəl kəlməsi lüğətdə “azad etmək, sərbəst buraxmaq” mənalarındadır. 
termin mənası isə, tabeunun, isnadda səhabəni qeyd etmədən bilavasitə Hz. 


152
İmam Əbu Hənifə
  
qəbul etdiyini, bundan dolayı qiyası tərk etdiyini, səhih olsa 
belə digər bölgələrdən olanların rəvayətlərini rədd edərək, 
istehsan və qiyasa müraciət etdiyini bildirir.
249
Əbu  Hənifənin  hədis  biliyinə  yönələn  ittihamlar,  hic-                                                                                            
ri  VIII  əsrdən  etibarən  azalmağa  başladı.  Belə  ki,  bu 
dövrdə yetişmiş önəmli Şafei alimlərindən Zəhəbi, Suyuti, 
Muhəmməd Yusif əs-Salehi və İbn Həcər əl-Heytəmi Əbu 
Hənifə  haqqında  mənqibə  kitabları  yazdılar.  Həmçinin 
Şafei  alimi  olan  Əbdülvəhhab  əş-Şərani  də  “əl-Mizan” 
adlı əsərində, Əbu Hənifəni irəli sürülən ittihamlara qarşı 
müdafiə etmişdir.
250
Yuxarıdakı  nümunələrdən  də  göründüyü  kimi,  Əbu 
Hənifəyə xüsusilə hədisçiliyi yönündən edilən ittihamların 
əksəriyyəti məzhəb təəssübkeşliyinə əsaslanır. Bu təəssüb-                                                                                                                                
keşlikdən  uzaq  qalan  alimlər  insaflı  davranıblar.  Bu nu  
deyərkən, Əbu Hənifənin Hədis və Sünnəyə aid bü  tün mə-
lumatları bildiyini və eşitdikləri hədisləri dəyər lən dirərkən 
yüz faiz uğur qazandığını da iddia etmi rəm. Çünki, bu heç 
bir  imam  və  müctəhidə  nəsib  olmamışdır.  Ancaq  insafla 
əlaqəsi olmayan ittihamları qəbul etmək də mümkün deyil.
Bəs görəsən, Əbu Hənifənin hədisə qarşı mövqeyi necə 
idi? Bunu öz dilindən qeyd etməkdə fayda var: “Rəsulullahın 
(s.ə.s) dediklərinin − biz eşitsək də, eşitməsək də başım üstə 
yeri var. Buna iman edir və Allah Rəsulunun (s.ə.s) dediyinə 
olduğu kimi şəhadət edirəm”.
251
Osman  əl-Bəttiyə  yazdığı  risalədə  isə,  “Bilmiş  ol  ki, 
öyrəndiyin və insanların faydalandığı şeylərin ən fəzilətlisi 
peyğəmbərdən eşitmiş kimi rəvayət etdikləri hədislərə mürsəl hədis deyilir.
249. Fəxrəddin ər-razi, “Mənəqibu-şafei”, 142. (nəşr yeri yoxdur 1279 h).
250. əbdülvəhhab əş-şərani, “əl-Mizan”, ı/60 (ı-ıı, Misir 1321 h).
251. əbu Hənifə, ən-numan b. Sabit, “əl-alim vəl-mutəallim”, s. 27. (İmam 
əzəmin Beş əsəri içində, Çev: Mustafa Öz, İstanbul 1981.


153
İslam alimlərinin gözü ilə hədis elmində
Sünnədir”, − deməkdədir.
252
Əbu Hənifə dəlil olaraq əvvəlcə Allahın Kitabına, sonra 
Rəsulunun (s.ə.s) Sünnəsinə müraciət edər, sonra da səhabə 
görüşlərindən istədiyini tərcih edərdi.
253
Bir rəvayətə görə, hədisə müxalifət ittihamını şəxsən özü 
rədd etmişdir. Bir məsələdə, özünə, hədisə müxalifət etdiyi 
bildiriləndə, əsaslandığı hədisi bildirmiş sonra da, “Allah, 
Rəsuluna  müxalifət  edənə  lənət  eləsin.  Allah  bizi  Onun 
vasitəsilə xilas etdi”, − demişdir.
Əbu  Hənifə,  haqqında  hədis  olan  mövzuda  qiyası  tərk 
etmişdir. Məsələn, dəstəmazda və qüslda ağıza və buruna 
su  almağı  unudan  və  sonra  bu  şəkildə  namaz  qılan  şəxs 
haqqındakı fikrini soruşan İmam Muhəmmədə Əbu Hənifə 
belə cavab vermişdir: «Dəstəmaz alıb ağzına və burnuna su 
almağı unudan şəxsin namazı tamdır. Cənabət və ya heyzə 
görə qüsl alıb mazmaza və istinşaqı unudan şəxs, ağzına və 
burnuna su almalı və namazını yenidən əda etməlidir». İmam 
Muhəmməd, aralarındakı fərqin nə olduğunu soruşduqda 
Əbu  Hənifə,  «Qiyas  baxımından  ikisi  də  eynidir.  Amma 
İbn Abbasdan  gələn  bir  rəvayətə  görə  burada  qiyası  tərk 
etməliyik”,  −  demişdir.
254
  Əbu  Hənifənin  hədisə  istinadən 
qiyası tərk etdiyi bir çox məsələ Hənəfi fiqh mənbələrində 
mövcuddur.
255
Bu qısa məlumatdan aydın olduğu kimi, Əbu Hənifənin, 
Hz.  Peyğəmbərin  hədis  və  Sünnəsinə  müxalifətindən 
söhbət gedə bilməz. Onun hədis və Sünnəyə tabe olmaqda 
və əsas mənbə kimi qəbul etməkdə digər məzhəb imamları 
252.  əbu  Hənifə,  “risələ  ilə  osman  əl-Bətti”,  (İmam  əzəmin  beş  əsəri, 
tərc: Mustafa Öz, İstanbul 1981.
253. İbn əbdilbərrr, “əl-İntiqu fi fədailis-sələsətil-əimmətil-fuqaha”, 142. 
(Beyrut, t.y).
254. Muhəmməd b. Həsən əş-şeybəni, “əl-asl”, 41-43 (ı-V, karaçi, t.y).
255. əbu Zeyd əd-Dəbbusi, “təsisun-nəzər”, s. 48-49 (Misir, 1355 h).


154
İmam Əbu Hənifə
  
və müctəhidlərdən heç bir fərqi yoxdur. Sadəcə bunu fiqh 
sahəsində tətbiq edərkən müəyyən fərqlər ortaya çıxmışdır. 
Yəni,  Əbu  Hənifənin  hədisi  tərcihi  və  təfsiri  təbii  olaraq 
digər  imamlardan  fərqlidir.  Yəqin  ki,  elə  buna  görə  də 
bütün  diqqətləri  öz  üzərinə  çəkmişdir.  Çünki,  o  hədisləri 
dəyərləndirərkən  ağıla  digərlərindən  daha  çox  əhəmiyyət 
vermişdir.  Bununla  yanaşı  bəzi  hədis  mətnlərini  Quranla 
ölçməsi, bəzilərini dəyişən şərtləri nəzərə alaraq şərh etməsi 
də onun özünəxas xüsusiyyətlərindəndir.
Əbu  Hənifənin  hədisə  müxalifətindən  söhbət  gedə  bil- 
məz. Hənəfi məzhəbinin əsas mənbələri araşdırılarkən hədis 
mövzusundakı  biliyinin  kifayət  qədər  olduğunu  nəzərə 
alsaq, bir çox məşhur hədis aliminin Əbu Hənifəni hədisə 
müxalifətlə və bu sahədəki elmsizliklə ittiham etmələrinin 
səbəbi nədir?
Əbu Hənifəyə qarşı yönəldilən cərhlərin çoxu əsassız və 
mübhəmdir. İttiham edənlərin demək olar ki, hamısı başqa 
məzhəb mənsublarıdır. İttihamlarda məzhəb təəssüb keş li-
yi nin əhəmiyyətli rol oynadığını da unutmamaq lazımdır. 
Bu səbəblə Əbu Hənifəyə yönəldilən ittihamları, əksəriyyət 
etibarilə  subyektiv  qənaətlər  olaraq  qəbul  edirəm.  Bu  itti-
ham ları  nəzərə  alsaq,  bundan  heç  bir  məzhəb  imamı  və 
müc təhid xilas ola bilməz. Çünki, fəqiflərin əsas göstərdiyi 
müx təlif  rəvayətləri  hədisə  müxalif  olaraq  qiymətləndir-
mək doğru deyil.
Əbu Hənifəni hədis elmi yönündən cərh edənlər və onu, 
səhih hədisə müxalifət və zəif hədislə əməl etməsi səbəbilə 
tənqid  edənlər,  adətən  özündən  çox-çox  sonralar  yaşamış 
hədisçilərdir.  İstinadları  da  Əbu  Hənifədən  ən  azı  bir  əsr 
sonra  yaşamış  hədisçilərin  təsbit  etdikləridir.  Əbu  Hənifə 
kimi İslam aliminin, nisbətən erkən dövrdə hökm vermək 
üçün  tərcih  etdiyi  hədislərin,  daha  sonra  təsbit  edilmiş 
meyarlara uyğun gəlmədiyi və bu səbəblə də zəif sayılması, 
qəbul  edilə  biləcək  xüsus  deyil.  Fikrimcə  hədislərin  səh-


155
İslam alimlərinin gözü ilə hədis elmində
hətinin  təsbitində,  Həzrət  Peyğəmbərin  (s.ə.s)  dövrünə 
yaxınlıq  mühüm  amildir  və  bu  aspektdən  baxılanda  Əbu 
Hənifə,  özündən  sonra  gəlmiş  bir  çox  hədisçidən  daha 
şanslıdır.  Bundan  başqa,  hədislərin  təshih  və  təzifində 
(səhih  və  zəif  qəbul  edilməsində)  hədisçilərin  meyarları 
ilə  yanaşı,  fəqiflərin  tərcih  və  dəyərləndirmələrini  nəzərə 
almaq da son dərəcə vacib və önəmlidir.
İsmayıl Haqqı Ünal


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə