Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

135
İslam alimlərinin gözü ilə hədis elmində
Ravilərin  zəif  sayılması  adətən  hədisləri  əzbərləmək 
qabiliyyətindəki qüsurlardan qaynaqlanır. Üsul alimlərinə 
görə  səhvləri  doğru  rəvayətlərindən  çox  və  ya  ikisi  də 
bərabər  olmadığı  müddətcə,  bunun  raviyə  heç  bir  zərəri 
yoxdur.  Xətaları  və  doğruları  bərabər  olduqda  nə  etmək 
lazım  olduğu  ixtilaflıdır.  Bu  mövzu  haqqında  ətraflı 
məlumat hədis və fiqh üsulu əsərlərində mövcuddur.
Əbu  Hənifənin  bəzi  zəif  ravilərdən  rəvayəti  məlumat- 
sızlığından yox, öz tərcihi və ixtiyari seçimi ilə olmuşdur. 
İkincisi, Əbu Hənifənin rəvayət etdiyi ravilərin zəifliyi, 
bu  haqda  ixtilaflı  sayılan  xüsuslardan  ola  bilər.  Ola  bilər 
ki,  Əbu  Hənifə  belə  ravilərin  rəvayətlərinin  qəbul  etsin, 
onları zəif kimi göstərən bu cür qənaətləri qəbul etməsin. 
Ravinin hansı səbəbdən cərh edildiyinin ifadə edilməməsi 
və ya məzhəbi səbəbilə cərh edilməsi və s. buna misaldır. 
Hətta Səhiheyn müəlliflərində də bu cür hallara rast gəlmək 
mümkündür.
Digər  hədis  alimləri  də  eyni  mövqeyi  nümayiş  et dir-
miş dir.  Məsələn,  İmam  Şafei.  İbrahim  ibn  Əbu  Yəhya  əl-
Əsləmidən  bir  çox  hədis  rəvayət  etmiş  və  onun  etibarlı 
olduğunu söyləmişdir. Halbuki əksəriyyət bu məsələdə ona 
qarşı çıxmışdır. İbn Əbdilbərr bu haqda “Təmhid” əsərində 
bunları yazır: “Şafeidən başqa digər alimlər İbn Əbi Yəhyanı 
cərh etməkdə həmrəydir”.
213
 
Zəhəbi də “Təzkirə” əsərində belə yazır: “İbn Əbi Yəhya 
hədis  uyduran  şəxslərdən  deyil”.  Hədisçilərin  əksəriyyəti 
onu  zəif  ravi  olaraq  qəbul  edir.  Məsələn:  Şafeilərdən 
Nəvəvi,  Zəhəbi,  İbn  Kəsir,  (Hafiz  İbn  Həcərin  müəllimi 
İbnul-Mulaqqin yəni) İbnun-Nəhvi və s.
213. (Burada qeyd edim ki: şafeidən başqa hər kəsin onu cərh etmək fikrində 
həmrəy olması doğru deyil. Çünki hədis hafizlərinin böyüklərindən dördü şafei 
ilə həmfikirdir və onu etibarlı olaraq qəbul edirlər: İbn Cureyc, Həmdan ibn 
Muhəmməd əl-əsbəhəni, İbn adiyy, İbn uqdə).


136
İmam Əbu Hənifə
  
Şafei, İbn Xalid əz-Zinci əl-Məkkidən də hədis rəvayət et-
mişdir. Onun etibarlı olub olmadığı isə şübhəlidir.
Eyni vəziyyət imam Əhməd ibn Hənbəldə də var. O, da 
haq larında ixtilaf edilən ravilərdən hədis rəvayət etmişdir.
Qasım ibn İbrahim ilə Yəhya ibn Hüseyn də, haqqında ix-
tilaf edilmiş olan İbn Əbi Uveysdən hədis rəvayət etmişlər.
Rical elmi ilə məşğul olan alimlər, haqlarında ixtilaf edi-
lən  ravilər  və  belə  ixtilaflı  vəziyyətlərdə  nə  etmək  lazım 
gəldiyi haqqında öz əsərlərində geniş məlumat vermişlər. 
Üçüncüsü: Əbu Hənifə bu zəif ravilərdən “köməkçi va-
sitə” kimi rəvayət etmiş ola bilər. Məsələni əsaslandırdığı 
isnad onların rəvayət etdiyi hədis yox, əsəslandırdığı ayənin 
ümumi mənası, başqalarının rəvayət etdiyi bir hədis, qiyas 
və ya istidlal ola bilər. Belə ki, İmam Malik, Əbdülkərim ibn 
Əbil-Muhəriq əl-Bəsridən rəvayət edərkən elə etmişdir. İbn 
Əbdilbərr bu barədə “Təmhid” əsərində yazır: “Bu ravinin 
cərhi  haqqında  icma  edilmişdir.  Ondan  yalnız  Malik  bir 
hədis
214
  rəvayət  etmişdir.  Həmin  hədis  Malik  tərəfindən 
başqa isnadla da rəvayət edilmişdir. Malik bunu “Muvatta” 
əsərində səhih sənədlə tabeunun böyüklərindən Əbu Həzm 
və səhabə Səhl ibn Sad yolu ilə rəvayət etmişdir”.
Eyni vəziyyəti Qasım ibn İbrahim ilə Zeydiyyənin imam-                                                                                                                          
larından  olan  nəvəsi  Yəhya  ibn  Hüseyndə  də  görürmək 
mümkündür.  Bunlar  İbn  Əbi  Damradan  əhkam  məsə-
lələrində  bir  çox  hədis  rəvayət  etmişlər.  Halbuki  rəvayət 
alimləri bu ravinin cərhi və rəvayətlərinin zəif qəbul edil-
məsində həmfikirdirlər.
O  cümlədən  hədisdəki  mövqeyinə,  hədislərin  nəqlində 
çox  dəqiq  olmasına,  hətta  Şueyb  ibn  Cəririn  rəvayətinə 
görə, “Susayanda eşşək sidiyini içərək susuzluğumu aradan 
qaldırmağı  Əban  ibn  Əbi  Əyyaş  bizə  bu  hədisi  rəvayət 
etdi”,  −  deməkdən  üstün  tuturam  deməyinə,  o  cümlədən 
214. Həmin hədis namazda sağ əli sol əlin üzərində tutmaq hədisidir. 


137
İslam alimlərinin gözü ilə hədis elmində
İbn  İdris  və  başqaları  onun,  “bir  şəxsin  Əbandan  rəvayət 
etməkdənsə  zina  etməyi  daha  yaxşıdır”,  −  dediyini  nəql 
etməsinə baxmayaraq, Şöbə, Əban ibn Əbi Əyyəşdən hədis 
rəvayət etmişdir.
Soruşa bilərsən ki, haram olduğuna inandığı halda ondan 
necə  hədis  rəvayət  edib?  Buna  belə  cavab  verə  bilərəm: 
O,  bu  cür  insanlardan  rəvayət  etməyin  haram  olduğunu 
deyərkən, haqla batili ayırd edə bilməyən şəxsin və ravilərin 
vəziyyətini bilənlərin qəbul edilməyən ravilərdən rəvayətini 
nəzərdə tutmuşdur. Sevri bəzi qəbul edilməyən ravilərdən 
rəvayəti qadağan etdiyi üçün ona, “Halbuki, sən onlardan 
rəvayət edirsən”, − demişlər, o, da bu cavabı vermişdir:
−  “Mən bildiyim şeyləri rəvayət edirəm. Bu, hədis el-
min in incəliklərindəndir”.
Müslimin də sənədi ali olduğu üçün yalnız zəif isnadlı 
hədisi rəvayət etdiyini, nazil
215
 olduğu üçün və hədis əhli 
onu bildiyinə görə, səhih isnadı əsərində yazmadığını görə 
bilərsiniz.  İmam  Nəvəvi  bu  metodu  şəxsən  Müslimdən 
rəvayət etmişdir. Buradan da aydın olur ki, bir alimin zəif 
ravinin rəvayətini nəql etməsi rəvayətin zəif olduğunu bil-
mə diyi mənasına gəlmir.
Buxari də “Səhih” kitabında hədis rəvayət etdiyi bəzi şəxs-
ləri zəif qəbul etmişdir. Zəhəbi həmin ravilərin adını “Mizan” 
əsərində qeyd etmişdir. Bu da, eyni mövzu ilə bağlı digər 
səhih  hədislər  olmasaydı,  Buxarinin  zəif  qəbul  etdiyi 
ravilərin nəql etdiklərini əsərinə yazmayacağını göstərir.  
215. Sənədində ravi sayı çox olan isnaddır. ravi sayı artdıqca yanılma e h-       
ti malı  da  artır.  Buna  görə,  bu  növ  isnadların  ali  isnadla  müqayisədə  dəyəri 
aşağıdır. Sənəddə, eyni dövrdə yaşamış birdən çox ravinin olması həmin isnadı 
ali olmaqdan çıxarır. Məsələn, sənəddəki bir tabeun, hədisi bir səhabədən nəql 
etməli olduğu halda öz müasiri başqa bir tabeundan nəql etmişsə, eyni nəsildən 
iki dənə ravi olduğu üçün bu isnad, nazil isnad sayılır. Bir hədis eyni səhabədən 
müxtəlif isnadlarla rəvayət edilmiş ola bilər. Bеlə оlduğu halda ravi sayı az olan 
isnad, digərinə görə ali isnaddır.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə