Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

138
İmam Əbu Hənifə
  
Buna görə İmam Nəvəvi belə demişdir:
  “Bir şəxs “Müslimin şərtlərinə uyğundur, çünki ravisi 
Müslimin  ravisidir”,  −    deyərək  bir  hədisi  səhih  qəbul 
edərsə, bununla xəta etmiş olar».
Dördüncüsü:  İmam  Əbu  Hənifə  ona  gəlib  çatan  səhih 
və zəif hədisləri tədvin etmək məqsədilə rəvayət etmiş ola 
bilər. Bu Sünən və Müsnəd müəllifi bir çox alimin istifadə 
etdiyi metoddur. Onların bu cür hədisləri rəvayət etməkdə 
məqsədi, digər sənədlərinin və bənzərlərinin araşdırılması 
və  hədisləri ümmət üçün mühafizə etmək idi. Bu təqdirdə 
nəql  etdikləri  hədisin  digər  sənədlərinin  olub-olmadığına 
baxmaq  lazımdır.  Əgər  səhihdirsə  onunla  əməl  edilər, 
batil  olduğu  təsbit  edilsə  əməl  edilməzdi.  Əgər  rəvayət 
mübahisəlidirsə,  bu  halda  alimlər  öz  ictihadlarına  görə  o 
hədis haqqında qərar verirdilər.
Buxaridən  gələn  məşhur  rəvayətdə  onun  300.000  hədis 
bildiyi, bunların 200.000-nin zəif olduğu bildirilir.
İshaq ibn Rahuyə belə demişdir: “100.000 hədisin mətni-
ni  gözlərimlə  görürmüş  kimi  bilirəm.  70.000  hədis  də  əz-
bə rimdədir. 4.000 dənə də uydurma rəvayət bilirəm”. Uy-
durma  hədisləri  nə  üçün  əzbərlədiyi  soruşulduqda  bu 
cavabı vermişdir: “Səhih hədislərə qarışdığı təqdirdə onları 
ayırmaq üçün».
Beşincisi: İmam Əbu Hənifəyə nisbət edilən çoxsaylı zə if hədi-                                                                                                                                            
  sin  zəifliyi  Əbu  Hənifə  və  ya  müəllimlərin dən  yox,  ondan 
rəvayət  edən  ravilərdən  qaynaqlana  bilər.  Eyni  vəziyyət 
Cəfər  əs-Sadiqə  və  başqa  siqa  şəxslərə  nisbət  edilən 
hədislərə  də  aiddir.  Belə  ki,  Hafiz  Zəhəbi  “Mizan” 
əsərində  İbn  Hibbandan  bunu  nəql  etmişdir.  “Əban 
ibn  Cəfər,  Əbu  Hənifənin  adından  300-dən  çox  hədis 
uydurmuşdur.  Halbuki,  Əbu  Hənifə  bunların  birini  belə 
rəvayət etməmişdir”. Zəhəbi bu məlumatı Əban ibn Cəfərin 
tərcümeyi-halında qeyd etmişdir.


139
İslam alimlərinin gözü ilə hədis elmində
İbnul-Müsəyyəb,  Muhəmməd  ibn  Sirin  və  İbrahim  ən-
Nəxainin  rəvayətləri,  Ata,  Həsən  Bəsri  və  Əbu  Qilabənin 
rəvayətlərindən  daha  səhih  və  mötəbərdir.  Bunlardan 
İbnul-Müsəyyəb ən səhih rəvayəti olan şəxsdir. Əlbəttə ki, 
bu, özü kimi olmayan digərlərinin rəvayətlərinin necəliyinə 
xələl gətirmir.
Yuxarıdakı səbəbdən dolayı bəzi hafizlər İmam Əzəm Əbu 
Hənifəni tənqid etmişlər. Bəzi cahillər də bunun Əbu Hənifənin 
ictihadlarını  və  imamlığını  zədələdiyi  fikrinə  qapılmışdır. 
Lakin, vəziyyət heç də elə deyil. 
Nəticə  olaraq  onu  deyə  bilərəm  ki,  digər  alimlər  hədis 
əzbərləmə  baxımından  ondan  daha  güclü  idilər.  Bu, 
digərlərinin hər cəhətdən ondan daha üstün və elmli olduğu 
mənasına  gəlmir.  Səhabələrdən  ən  çox  hədis  əzbərləyən 
Əbu Hüreyrə onların ən biliklisi, ən fəqifi və ən fəzilətlisi 
deyildi. Səhabələr içərisində ən fəqifi Muaz, fəraizi ən yaxşı 
biləni Zeyd, işlərdə ən məqsədəuyğun qərar verən Əli, ən 
yaxşı  qiraət  bilgisi  olan  Ubey  idi.  Fəzilət  və  məziyyətlər 
Allahın istədiyi bəndələrinə xüsusi lütfləridir.
Zəhəbi İmam Əbu Hənifə haqqındakı tənqidləri əsərinə 
yaz dığına  görə  qınanmayacağını  ümid  etdiyini  bildirir. 
Mizan”ın  müqəddiməsində  bu  barədə  yazır:  “Fəri 
məsələlərdə  özlərinə  tabe  olunan  imamlardan  heç  birinin 
adını qeyd etmirəm. Çünki, bu insanlar İslam aləmində çox 
böyük nüfuza malikdirlər. Könüllərdə taxt qurublar. Sadəcə 
onların birindən insaf ölçülərindən kənara çıxmadan bəhs 
edəcəm.  Deyəcəklərim  nə  Allah  qatında,  nə  də  insanlar 
nəzərində  onun  mövqeyinə  zərər  verməz.  İnsana  zərər 
verəcək  şey,  yalan  və  xətada  israr  etmək,  batili  həqiqət 
kimi göstərməyə çalışmaqdır. Belə bir davranış xəyanət və 
cinayətdir. Müsəlmanam deyən şəxs əsla xəyanət etməz və 
yalan danışmaz”.
216

216.  əbu  Hənifənin  tərcümeyi-halı  “Mizan”  əsərinin  bəzi  əlyazma  nüs-
xələrində  mövcuddur.  Bu,  müəllifdən  xəbərsiz  başqası  tərəfindən  əsərə 
əlavə edilmişdir. Belə ki, daha əvvəl bu xüsusu “əl-İməm İbn Macə” və “ki-


140
İmam Əbu Hənifə
  
Əbu  Abdullah  əz-Zəhəbinin  əxlaqına  bax.  İslamda  öz-
lərinə tabe olunan imamların böyüklüyünü dilə gətirir, cərh 
və tədil kitablarında adlarının qeyd olunmasının Allah və 
insanlar nəzərindəki hörmətlərinə bir xələl gətirməyəcəyini 
bildirir. Bütün alimlər özündən daha üstün birindən beləcə 
ədəb, təvazökarlıq, hörmət və ehtiramla bəhs etməlidir. Allah 
bizləri imamların qədir-qiymətini dərk edən bəndələrindən 
eləsin. Ümmətin icmasına müxalif olmaqdan qorusun!
Beləliklə  müsəlmanların  və  görkəmli  din  alimlərinin 
dində  böyük  imam  olduğu  haqqında  həmrəy  olduğu  bir 
alimə  yönəldilən  iki  iftiranın  əsassız  olduğu  sübut  edildi. 
Yazdığım  bu  bir  neçə  sətirlə  Allah-Təalaya  yaxın  olmağı, 
imamın  qiymətli  xatirəsinə  xidmət  etmək  vasitəsilə  şə rəf-
lənməyi, dəyərli elmi irsini qorumağı ümid edirəm. Onun 
məqamı çox yüksək, şanı da ucadır. 
“Günəş  parlayan  işıqları  arasında  dayanaraq,  onu  vəsf 
edənin tərifinə ehtiyac duymur”.
217
 
 
 
 
tabuhus-sünən”  kitabımda  qeyd  etmişəm.  əllamə  əbdul-Fəttah  əbu  Ğud-
də  də,  ləknəvinin  ər-raf  vət-təkmilində  yazdığı  (s.  121-6.  Üçüncü  nəşr) 
haşiyədə  bunu  dəlilləri  və  şahidləri  ilə  birlikdə  açıqlamışdır.  əsərə  əlavə 
edilmiş  bu  tərcümeyi-hal  çox  insafsızca  yazılmışdır.  lakin  Zəhəbi  tabe  olu-
nan  imamların  tərcümeyi-hallarında  insaflı  davranacağını  bildirmişdir. 
oxu cu  buradakı  tərcümeyi-hal  ilə  Zəhəbinin  “təzkirətul-hüffaz”,  “Siyəru 
aləmin-nübəla”,  “təzhibut-təhzib”indəki  əbu  Hənifənin  tərcümeyi-hallarına 
baxdıqda aralarında dağlar qədər fərq olduğunu görəcəkdir. Belə ki, daha əvvəl 
“təzhibut-təhzib”dəki tərcümeyi-halını tamamilə nəql etmişdik. o cümlədən 
Siyəru  aləmin-nubələda  tərcümeyi-halının  başında  zikr  etdiyi  mədh  edici 
ifa dələri nəzərə çatdırmışdıq. təzhibdəki tərcümeyi-halı oxuyan, bəzi Mizan 
nüsxələrində  olan  tərcümeyi-halın  əsərə  əlavə  edildiyini  anlayar.  İbnul-Və-
zirin  burada  Zəhəbinin  adından  istifadəsi,  onun  Mizanin  səhih  nüsxələrini 
görməməyindən irəli gəlir. İbnul-Vəzir əl-avasim vəl-Qavasim adlı əsərində 
hədis kitablarının çox azına malik olmasından gileylənmişdir.
217. İbnul-Vəzir, “ər-ravdul-bəsim”, ı, 158-66.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə