Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

119
İslam alimlərinin gözü ilə hədis elmində
“Nəsai hədis imamlarından biridir. Dedikləri sadəcə öz 
qənaətidir. Hər kəsin hər dediyi mütləq qəbul edilməlidir 
deyə  bir  qayda  yoxdur.  Mühəddislərdən  bir  qrup  da  bu 
xüsusda Nəsai ilə həmfikir olmuşlar. Xatib Bağdadi “Tarixu 
Bağdad” əsərində onların fikirlərini nəql etmişdir. Bunların 
içərisində  doğru  fikirlər  olduğu  kimi,  qəbul  edilməsi 
mümkün olmayan yanlış fikirlər də var. Ancaq imam üçün 
deyilənlər bunlardır: Əbu Hənifə, sadəcə eşitdiyi vaxtdan 
nəql edənə qədər yadda saxladığı hədisləri rəvayət edirdi. 
Bu  səbəblə  ondan  az  hədis  rəvayət  edilmişdir.  Buna  görə 
də az hədis rəvayət etmişdir. Halbuki o, istəsəydi çox hədis 
rəvayət edə bilərdi”.
Açığı  belə  şeylərlə  məşğul  olmamaq  daha  yaxşıdır. 
İmam  və  bənzəri  alimlər  çoxdan  yaşayıb  dünyadan  köç-                                                                                                                           
müş  lər.  Bəzilərinin  onlar  haqqındakı  mənfi  fikirlə-  ri 
doğ    ru  deyil.  Çünki,  hələ  də  imamlara  tabe  olunmaqda,                                                                                                                                       
görüşləri ilə əməl edilməkdədir”.
194
Albani isə, iddia etdiklərinə görə Allahdan qorxmalıdır. 
İbn Həcər və başqalarına demədikləri fikri isnad etməkdən 
çəkinməlidir. 
Beləliklə, imamı cərh etmə xüsusunda Nəsai və onunla 
həmfikir olanlara cavab verdik. İbn Həcərin tələbələrindən 
ən  yaxşısı  imam  və  hafiz  Səxavi,  “əl-İlən  bit-təvbih  li  mən 
zəmmət-tarix”  adlı  əsərində,  Əbu  Hənifəni  cərh  edənlərin 
sözləri ilə yetinməyin doğru olmadığını bildirir:
“İmamlar, xüsusilə də bir-birinə müxalif olanlar arasında 
müzakirələrdə  baş  verənləri  yaxşı  yöndə  şərh  etməyə 
çalışmalıdırlar.  Hafiz  Əbuş-Şeyx  ibn  Həyyanın  “Kitəbus-
sünnə”, o cümlədən Əbu Əhməd ibn Adiyyin “Kəmil”, Ha-
194.  Cəvahirdəki  bu  bölümü  Muhəmməd  avvamə  “əsərul-hədisiş-şərif 
fi ixtiləfil-əimmə radiyəllahu anhum” adlı əsərində (s. 116-7) qeyd etmişdir. 
Darus-Səlam nəşri. 1407, 2-ci nəşr. (kitab ilk dəfə Xeyri kırbaşoğlu tərəfindən 
“İmamların Fiqhi İxtilaflarında Hədislərin rolu” adı ilə tərcümə edilmişdir. İs-
tanbul 1988. (Mütərcimin qeydi).


120
İmam Əbu Hənifə
  
fiz  Əbu  Bəkr  əl-Xatibin  “Tarixu  Bağdad”,  onlardan  əvvəl 
də  İbn  Əbi  Şeybənin  “Musannəf”  əsərində  nəql  etdikləri 
Buxarinin və Nəsainin özünə tabe olunan imamlardan biri 
haqqında dedikləri sözlər, yaxşı niyyətlə, həm də müctəhid 
imamlar  tərəfindən  söylənmiş  olmasına  baxmayaraq, 
mənim  nəql  etmədiklərimdir.  Belə  vəziyyətlərdə  onların 
arxasınca getməmək lazımdır. Müəllimim Hafiz ibn Həcər 
də,  Hərəvinin  “Kitəbi  zəmmil-həva”  adlı  əsərinin  özünə 
oxunmasından  sonra,  içində  bu  cür  məlumatları  ehtiva 
etməsi səbəbi ilə, “Bu kitabdan heç nə rəvayət etməyin», − 
dedi”.
195
İbn Əbdilbərrin Əbu Hənifəyə iftira atanlara verdiyi 
cavabdan Albani ibrət almalıdır!
İmam, şeyxülislam, hafiz Əbu Ömər Yusif ibn Əbdilbərr 
ən-Nəməri  əl-Qurtubi  “əl-İntiqa  fi  fədailis-sələsətil-əimmətil-
fuqaha”  və  “Cəmiu  bəyənil-ilm  və  fədlihi  və  mə  yənbəği  fi 
rivəyətihi  və  təhəmmulih”  adlı  əsərlərində  imamı  ittiham 
edənlərin  həqiqi  üzünü  göstərmişdir.  Belə  ki,  “İntiqa” 
əsərində  bunları  yazır:  “Yəhya  ibn  Məin  onu  tərifləyir  və 
etibarlı  insan  olduğunu  deyir.  Digər  hədisçilər  isə,  Əbu 
Hənifə və tələbələrinə qarşı düşmənçilik edirlər”  Ey Albani 
səndən  soruşuram:  Ümmət  onun  böyüklüyünü,  elmi  və 
təqvasını  hörmətlə  yad  edərkən,  üstəlik  neçə  əsrdən  bəri 
müsəlmanların  yarısı  ona  tabe  olmuşkən,  iddia  etdikləri 
şeylərdə  dəlilləri  olmayan  düşmənlərin  imam  haqqındakı 
əsassız  iddiaları  qəbul  edilə  bilərmi?  Heç  bunları 
düşünmürsənmi?
İmam İbn Əbdilbərr “Cəmiu bəyənil-ilm” əsərində də bun-
la rı yazır:
“Hədisçilər Əbu Hənifəni tənqiddə həddi aşdılar. Onla-                                                                                                                               
rı buna sövq edən səbəb Əbu Hənifənin hədisləri dəyərlən- 
195. əs-Səxavi, “əl-İlən”, s. 65. Dəməşq 1349. Qüdsi nəşri.


121
İslam alimlərinin gözü ilə hədis elmində
dirərkən rəy və qiyas
196
 metodundan istifadə etməsi və bun-
lara  etibar  etməsidir.  Halbuki  elm  əhlinin  əksəriyyətinin 
gö rü şü isə belədir: Rəvayət səhih olduqda qiyas və rəy ba-
tildir.
Halbuki Əbu Hənifə əmin olmadığı əhəd xəbərləri təvillə 
rədd etmiş, qəbul etməmişdir. Ondan əvvəl başqaları da bu 
üsuldan istifadə etmişlər. Əbu Hənifə kimi rəy əhli olanlar 
da  onlara  tabe  olmuşlar.  Bu  həmçinin  onun  şəhərindəki 
əksər alimlərin − İbrahim ən-Nəxai, İbn Məsud və tələbələri 
və s. – izlədiyi yol olmuşdur

Ancaq özü və tələbələri, gələn 
problemlərə cavab verərkən ifrat dərəcədə rəy və istehsana
197
 
müraciət  etmişlər.  Buna  görə  də  sələflə  onlar  arasında 
müəy yən  ixtilaflar  ortaya  çıxmışdır.  Bu  fərqli  yorumları 
qar şı tərəf bidət kimi yorumlamışdır.
Bu başlıqda Yəhya ibn Salam bunu qeyd etmişdir: “İb-
ra him  ibn  Ağləbin  məclisində  Abdullah  ibn  Ğanimdən 
eşit dim. Leys ibn Sadın belə dediyini nəql edir: “Malik bin 
Ənəsin öz rəyilə qərar verdiyi və Sünnəyə müxalif olan 70 
məsələ təsbit etdim. Bunu məktubla ona bildirdim””.
Heç bir alim, Həzrət Peyğəmbərdən sabit olan bir hədisi 
aşağıdakılardan biri olmadan rədd etməmişdir:
a) Bənzər bir hədis.
196. lüğətdə “bir şeyi başqa bir şeylə ölçmək, müqayisə etmək” mənalarına 
gələn  qiyas  kəlməsi  fiqh  üsulunda  kitab,  Sünnə  və  icmada  hökmü  olmayan 
məsələyə,  aralarındakı  illət  eyniliyi  səbəbilə  sözü  gedən  mənbələrdən  birin-
də  mövcud  olan  məsələnin  hökmünü  həmin  məsələyə  verməkdir.  İslam 
hüquqşunaslarının əksəriyyəti qiyasın əməli hökmlərin bilinməsində bir dəlil və 
İslam hüququnun əsas mənbələrindən biri olduğu mövzusunda müttəfiqdirlər. 
Qiyasın dəlil ola biləcəyinə dəlalət edən ayə və hədislər mövcuddur. (bax. nisa, 
4/59; Sad, 38/28; Muhəmməd, 47/10; Həşr, 59/2; tirmizi, əhkam, 3). 
197. İstehsan müctəhidin bir məsələdə öz qənaətinə görə həmin məsələnin 
oxşarlarında verdiyi hökmdən imtina etməsi,  nəss, icma, zərurət, gizli qiyas, 
adət-ənənə və ya məsləhət kimi bir dəlilə əsaslanaraq, həmin hökmünü başqa 
hökmlə dəyişdirməsidir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə