Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

110
İmam Əbu Hənifə
  
insanlardır.  Şəri  dəlillərə  əsasən  çıxardıqları  hökmlərdə 
onlara  −  xüsusilə  də  Əbu  Hənifəyə  etiraz  etmək  olmaz. 
Çünki o, imamların böyüyüdür. Rəsulullaha (s.ə.s) ən yaxın 
dövrdə yaşamışdır. Habelə o, tabeunun böyüklərindən olan 
imamları da görmüşdür.
Müsəlmanlar onun böyüklüyü, elmi, vərası, zahidliyi, if-
fəti,  ibadəti  və  bir  çox  məziyyəti  haqqında  həmrəydirlər. 
Belə bir imama etiraz etmək doğru olar? Allaha and içirəm 
ki, ancaq bəsirətsizlər bunu edər.
İmamlara kor-koranə düşmənçilik edən insanlarla birgə 
olmaqdan çəkin! Yoxsa həm bu dünyada, həm də axirətdə 
ziyana  məruz  qalarsan.  Kitabımın  bir  çox  yerində  qeyd 
etdiyim kimi, imam Quran və Sünnəyə son dərəcə bağlı idi.
Zaman keçir. Lakin, onun məzhəbinə tabe olan insanların 
sayı gün keçdikcə daha da artır. Bununla yanaşı insanların 
onun fiqhi görüşlərinə olan etimadı da artır. Bir neçə yerdə 
imamımız Şafeinin “İnsanların hamısı fiqhdə Əbu Hənifəyə 
möhtacdır», − sözünü qeyd etmişdim.  
Ona  tabe  olanlardan  bəziləri,  başqa  imamları  qəbul  et-
sinlər  deyə  təzyiqlərlə  üzləşdilər.  Bəziləri  zindanlara  atı-
la raq  əziyyətlərə  məruz  qaldılar.  Allaha  and  olsun  ki  bu                                                                                                                                               
edilənlərin  heç  bir  faydası  olmadı.  Eləcə  də  bəzi  təəssüb-
keşlərin,  imam  haqqındakı  fikirləri  və  onun  haqqında 
deyilən “O əhli rəydir”, − sözünün də heç bir əhəmiyyəti 
yoxdur. Əksinə, imamı günahlandıran şəxslərin bu sözləri 
müdəqqiq
185
 alimlər nəzərində heç bir məna kəsb etmir. Onu 
ittiham  edənlər,  müctəhidlərin  ixtilaf  etdikləri  məsələləri, 
istinbatlarındakı dəqiqlik və dərinliyi bilsəydilər Əbu Hə-
nifəni müctəhidlərin əksəriyyətindən üstün tutardılar.
Ey  qardaşım!  İmama  müxalifət  edən,  dini  məsələlərdə 
düşüncəsiz  şəkildə  davranan  müxtəlif  məzhəblərdən  bəzi 
tələbələrə olan şəfqətimdən dolayı, Əbu Hənifənin mövqeyi 
185. Məsələləri incəliklə araşdıran şəxs deməkdir.


111
İslam alimlərinin gözü ilə hədis elmində
haqqında daha çox yazıram. Çünki bunlar, digər imamların 
əksinə, Əbu  Hənifənin elmindən xəbərsiz olduqları üçün, 
onun  bəzi  ictihadlarını  zəif  göstərmək  kimi  bir  xətaya 
düşdülər. Şübhəsiz, düşünən və həqiqətləri görən elm əhli 
imamların Kitab və Sünnədən hökm çıxarma üsullarını çox 
yaxşı bilir”.
186
Albaninin İmam Əbu Hənifə haqqındakı fikirləri
Mötəbər hədis alimlərinin əksəriyyətindən gətirdiyimiz 
sitat lar  Əbu  Hənifənin  hafizəsinin  qüvvətli  olmasından 
xəbər  verir.  Hafiz  Əbul-Həccac  əl-Mizzi  “Təhzibul-kəməl” 
əsərinin müqəddiməsində bunları yazır:
“Bu kitabda keçən cərh və tədil imamları ilə digər alim- 
lərin sözlərinin əksəriyyəti Hafiz Əbu Xatimin oğlu Hafiz 
Əbu Muhəmməd Əbdürrəhman ibn Əbi Xatim ər-Razinin 
“Kitəbu1-cərh  vət-tədil”,  Hafiz  Əbu  Əhməd  Abdullah  ibn 
Adiyy əl-Curcaninin “əl-Kəmil”, Hafiz Əbu Bəkr Əhməd ibn 
Əli  ibn  Sabit  əl-Xatib  əl-Bağdadinin  “Tarixu-Bağdad”,  İbn 
Asakir  əd-Dəməşqi  adı  ilə  tanınan  Hafiz  Əbul-Qasım  Əli 
ibn  Həsən  ibn  Hibətullahın  “Tarixu  Dəməşq”  əsərlərindən 
götürülmüşdür.  (Mövzudakı  yerinə  görə)  bu  dörd 
kitabdan və ya bəzilərindən yazılanlar digər əsərlərdə nəql 
edilənlərdən daha çoxdur.
Bu kitab hədis raviləri, imamlar və böyük alimlərin hə ya-
tı haqqında yazılmışdır

Burada yazılanlardan əlavə ətraflı 
mə lumat əldə etmək istəyənlər həmin dörd kitabdan başqa 
aşağıdakı kitablara baxa bilərlər: 
Muhəmməd ibn Sad “ət-Təbəqatul-kübra”. 
Əbu  Bəkr  Əhməd  ibn  Əbi  Heysəmə  Zuheyr  ibn  Hərb 
“Tarix”
Əbu Xatim Muhəmməd ibn Hibban əl-Busti “Kitabus-siqat”
186. əş-şərani, “əl-Mizanul-kubra”, ı, 69.


112
İmam Əbu Hənifə
  
Əbu Səid Əbdürrəhman ibn Əhməd ibn Yunus ibn Əbdül-
Əla əs-Sadəfi “Tarixi Misri”
 Hakim Hafiz Əbu Abdullah Muhəmməd ibn Abdullah 
ən-Neysaburi “Tarixi Neysabur”
Hafiz Əbu Nuaym Əhməd ibn Abdullah ibn Əhməd əl-
İsfəhani “Tarixi İsfəhani”. 
Bu kitablar rical sahəsində yazılmış əsas kitablardır”.
187
İbn Adiyy  Əbu  Hənifə  haqqında  fikirlərində  həddi  aş-
mış dır. Xatib Bağdadi də İmama yönəldilən ittihamların ha-
mı sını kitabında qeyd etmişdir. 
Elm əhlinin müraciət etdiyi və özlərindən sitat gətir di-
yi miz Səməni, Nəvəvi, Mizzi, Zəhəbi, İbn Kəsir, Hüseyni, 
Burhan  əl-Hələbi  və  ibn  Həcər  kimi  alimlərə  gəldikdə 
isə,  bu  alimlərin  heç  biri  Əbu  Hənifəyə  atılan  iftiralarla 
maraqlanmadılar. Ona iftira atanların əksinə, Əbu Hənifəni 
hafiz  olaraq  qəbul  etmiş,  onun  etibarlı  biri  olduğunu 
bildirmişlər.  Həmçinin,  hədislərin  səhih  və  ya  zəifliyi,  o 
cümlədən  ravilərin  necəliyi  haqqında  fikirlərinə  müraciət 
etmişlər. 
İmam Əbul-Həccac əl-Mizzi “Təhzibul-kəməl” əsərindəki 
məlumatların  hamısını  Xatib  Bağdadinin  “Tarixu  Bağdad” 
kitabından    götürmüşdür.  Ancaq  onun  haqqında  deyilən 
bəzi  sözlərin  şəxsi  təəssübkeşlikdən  qaynaqlandığını  bil-
di yinə  görə,  İmamı  hörmətdən  salan  fikirləri  əsərinə 
daxil  etməmişdir.  Çünki,  İmam  özünə  atılan  bu  əsassız 
iftiralardan uzaqdır. Buna görə də həmin fikirləri yazmağa 
ehtiyac yoxdur.
İmam Zəhəbi həmin əsər haqqında “Siqa raviləri tanıtmaq 
üçün yazılmışdır”, − demiş və onun metodunu tərifləmişdir: 
“Ustadımız  Əbul-Həccac,  Əbu  Hənifənin  nüfuzuna  xələl 
gətirən heç bir fikrə əsərində yer verməməklə çox yaxşı iş 
187. əl-Mizzi, “təhzibul-kəməl”, ı, 3, Darul-Məmun lit-turas, 1402, 1-ci nəşr.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə