Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

116
İmam Əbu Hənifə
  
əl-Əsqalani  digər  əsərlərində  heç  bir  elm  əhlinin  İmam 
Əbu  Hənifənin  cərhinə  dair  sözlərini  qeyd  etməmişdir. 
Əksinə “Təhzibut-təhzib” əsərində imamın etibarlı bir insan 
olduğunu cərh və tədil elminin ustadı Yəhya ibn Məindən 
nəql etmişdir. Onun dedikləri:
“Yəhya ibn Məin belə demişdir: Əbu Hənifə siqa ravi idi. 
Sadəcə, əzbərlədiyi hədisləri nəql edərdi. Əzbərləmədiklərini 
nəql etməzdi. Əbu Hənifə hədisdə etibarlı insan idi.
İbn Davud əl-Xureybi: “Əbu Hənifənin əleyhinə danışan 
insanlar həsədçilər və cahillərdir”, − demişdir.
Rey  qazısı  Əhməd  ibn  Abdə  atasından  nəql  edir:  “İbn 
Aişənin  yanındaydıq.  Əbu  Hənifənin  rəvayət  etdiyi  bir 
hədisi  nəql  etdikdən  sonra  belə  dedi:  “Onu  görsəydiniz 
“kaşki həyatda olsaydı”, − deyərdiniz.
İbn Həcər əsərində, İmam Əbu Hənifənin tərcümeyi-halını 
bu sözlər ilə tamamlayır: “Əbu Hənifənin mənqibələri hə-
qiqətən çoxdur. Allah ondan razı olsun, Firdövs cənnəti ilə 
mükafatlandırsın. Amin”.
192
Xureybinin kim olduğuna gəlincə: İmam, ustad Əbu Ab dul-
lah ibn Davud ibn Amir əl-Həmdani əş-Şabi əl-Kufi. Bəsrədəki 
Xureybə  məhəlləsində  yaşayırdı.  Zəhəbi  “Təzkirətul-hüffaz” 
əsərində ondan bəhs etmişdir.
İbn  Həcər  Xureybinin  “Təqrib”  əsərindəki  tərcümeyi-
halında  belə  yazır:  “Abdullah  ibn  Davud  ibn  Amir  əl-
Həmdani əl-Xureybi, Əbu Əbdürrəhman. Əslən Kufəlidir. 
Etibarlı  bir  insan  və  abiddir.  Hicri  213-cü  ildə  87  yaşında 
ikən  vəfat  etmişdir.  Vəfatından  əvvəl  hədis  rəvayətindən 
imtina  etmişdir.  Bu  səbəblə  Buxari  ondan  hədis  dinləyə 
bilməmişdir”.
İbn Həcər “Təhzibut-təhzib” əsərində belə yazır: “İbn Sad, 
onun üçün Xureybi “etibarlı, abid və zahid bir insandır”, − 
192. İbn Həcər əl-əsqalani, “təhzibut-təhzib”, X, 452.


117
İslam alimlərinin gözü ilə hədis elmində
demişdir. Həmçinin İbn Məin də, doğru və etibarlı olduğunu 
təsdiq etmişdir. 
Osman əd-Darimi nəql edir: “İbn Məinə Xureybi və Əbu 
Asım  haqqında  soruşdum.  “İkisi  də  etibarlı  insanlardır”, 
−  dedi.  Dariminin  özü  isə,  “Xureybi  daha  üstündür”,  − 
demişdir. Əbu Zura və Nəsai də, etibarlı bir insan olduğunu 
bildirmişdir. Əbu Xatim, “Rəyə meyilli doğru insan”,  Darə-
qutni, “Etibarlı və zahid insandır”, İbn Uyeynə isə, “Tayı-
bərabəri olmayan insanlardan biridir”, − demiş,  “Bizim us-
ta dımızdır”, − deyərək onu tərifləmişdir”. 
Ey  təəssübkeş  Albani!  Gözlərini  aç  və  yaxşı-yaxşı  bax! 
Bö  yük alim İbn Uyeynənin müəllimi, etibarlı, zahid, abid, 
əmin  insan  Xureybi  nə  deyir:  “Əbu  Hənifənin  əleyhinə 
da nışan  insanlar  həsədçilər  və  cahillərdir.  Bu  həsədçi  və 
cahillərin imam haqqında dediklərinə əsla inanma!”
İbn Aişənin dediklərinə nəzər salaq: Adı Əbu Əbdür rəh-
man Ubeydullah ibn Muhəmməd ibn Hafs əl-Ayşidir. İbn 
Həcər  onu  “Təqrib”  əsərində  zikr  etmiş  və  belə  demişdir: 
“Ubeydullah  ibn  Muhəmməd  ibn  Aişə.  Babasının  adı 
Hafs  ibn  Ömər  ibn  Musa  ibn  Ubeydullah  ibn  Məmər  et-
Teymidir. Ona İbn Aişə o cümlədən əl-Ayşi də deyilmişdir. 
Ayşi  deyilməsin  səbəbi  nəslinin  Aişə  bint  Talhaya  qədər 
uzanmasıdır. Etibarlı eyni zamanda səxavətli bir insan idi. 
Qədəri olmaqla ittiham edilsə də, bu sübuta yetirilməmişdir. 
Hicri 228-ci ildə vəfat etmişdir”.
İbn  Həcər  “Təhzibut-təhzib”  əsərində  də  belə  yazır: 
“Əhməd  ibn  Hənbəl  onun  üçün,  “Hədis  rəvayətlərində 
doğru ravidir”, Əbu Xatim isə, “Düzgün, etibarlı ravidir”, − 
demişdir. Əhməd ibn Hənbəl ondan hədis rəvayət etmişdir. 
Hammad  ibn  Sələmədən  nəql  olunan  9.000  hədis  bilirdi. 
Son  dərəcə  ədibanə  danışardı,  natiq  idi.  Gözəl  əxlaqlı  və 
səxavətli  idi.  Əbu  Davud,  “Bir  çox  elmləri  öyrənmişdir”, 
Saci  isə,  “Şübhəsiz  ki,  bəsrəlilərin  elmdə  öndərlərindədir. 
Əliaçıq  və  səxavətli  bir  insan  idi”,  –  demişdir.  İbrahim 


118
İmam Əbu Hənifə
  
əl-Hərbi,  “Onun  kimi  birini  görmədim”,  İbn  Hibban  isə, 
“Ərəblərin nəsəblərini əzbərdən çox yaxşı bilirdi”,
193
 − de-
miş dir.
Zəhəbi  də  “Siyəru  aləmin-nubəla”  adlı  əsərində  onu, 
«İmam, alim, etibarlı şəxs, tarix bilgini, doğru insan”, − kimi 
sözlərlə tərifləyir. 
Əhməd  ibn  Hənbəlin  müəllimi,  imam,  alim,  hafiz,  us-
tad,  Bəsrənin  elmdə  öndə  gedənlərindən  olan  İbn  Aişə. 
Bu şəxs, Əbu Hənifənin nəql etdiyi bir hədisi rəvayət edir. 
Ora da kılardan  biri  (dövrümüzdə  Albaninin  dediyi  kimi) 
“Biz onun nəql etdiyi hədisi qəbul etmirik”, − deyir. O, da 
bu cavabı verir: − Onu görmüş olsaydınız “Kaşki həyatda 
olsaydı”, − deyərdiniz”.
Albani düşünsə burada onun üçün ibrət götürüləcək bir 
dərs var.
İbn Məin Əbu Hənifə haqqında, “Etibarlı bir insan idi. 
Sadəcə, əzbərlədiyi hədisləri nəql edərdi, əzbərləmədiklərini 
nəql etməzdi”, − demiş, İbn Həcər də bunu nəql etmişdir. Bu 
halda, necə ola bilər ki, o, İbn Həcərin Əbu Hənifəni itti ham 
edənlərin təsirində qaldığı qənaətinə gəlir? Albani ni yə bu 
açıq və aydın ifadələri anlaya bilmir? Onun bu sözləri an la-
ma ğına mane olan əsas səbəb Əbu Hənifəyə qarşı təəssüb-
keşlik və nifrətidir.
Hafiz, imam, Şəmsəddin Muhəmməd ibn Əbdürrəhman 
əs-Səxavi “əl-Cəvahir vəd-durar fi tərcəməti şeyxulislam ibn Hə- 
cər” kitabında  bunları yazır:
“Hafiz  İbn  Həcərə,  Nəsainin  “əd-Duafə  vəl-mətruqin” 
əsərində qeyd etdiyi, “Əbu Hənifə hədisdə etibarlı deyil. Az 
hədis rəvayət etməsinə baxmayaraq çox səhvləri və xətaları 
vardır”,  –  sözü    doğrudur?  Hədis  imamlarından  bu  fikri 
müdafiə edən var? − deyə soruşduqda belə cavab vermişdir:
193. “təhzibut-təhzib”dən gətirilən sitat burada sona çatır.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə