Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

141
İslam alimlərinin gözü ilə hədis elmində
Nəticə
İbn Vəzirin fikirləri burada sona çatır. Yazdıqlarımızdan 
hərəkətlə  bunu  deyə  bilərik  ki,  Maliki,  Şafei,  Hənbəli  və 
digər  məzhəblərdən  olan  mütəqaddimun  imamların, 
mütəaxxirun hafizlərin İmam Əbu Hənifəni mədh etmələri, 
ona tənə edənlərə verdikləri cavablar imama atılan böhtan 
və iftiraların əsassız olduğunu göstərir.
 
Ümidvaram  ki,  bu  kitab  oxuyan  hər  kəs  üçün  faydalı 
olar. Rəbbimdən niyazım budur ki, mənə bu böyük imamı 
ona qarşı atılan iftiralardan qorumaq üçün daha irihəcmli 
əsər  yazmağı  nəsib  eləsin.  Şübhəsiz  ki,  O,  dualara  cavab 
verəndir.
Allah Peyğəmbərimiz (s,ə,s) Həzrəti Muhəmmədə, ailə- 
sinə və səhabələrinin hamısına salətu-salət eləsin. Aləmlərin 
Rəbbi olan Allaha həmd olsun.
Muhəmməd Əbdürrəşid ən-Numani 
15 Rəbiuləvvəl 1415
Karaçi



Əlavə
Cərh və Tədildə məzhəb təəssübkeşliyi Əbu 
Hənifənin timsalında
İslam  dininin  iki  əsas  mənbəyindən  biri  olan  Sünnəyə 
bağlılıq,  əsrlər  boyu  Hz.  Peyğəmbərə  (s.ə.s)  göstərilən 
sevgi və hörmətin əsasını təşkil etmişdir. Bu bağlılığı yalnız 
peyğəmbər sevgisi ilə əlaqələndirmək doğru deyil. Çünki, 
Hz. Peyğəmbərin söz və təlimi olmadan, daha doğrusu onun 
nümunəvi  şəxsiyyəti  nəzərə  alınmadan  İslamı  lazımınca 
anlamaq  mümkün  deyil.  İslam  alimləri  və  İslamı  yaşa(t)
maq istəyən bütün müsəlmanlar da tarix boyu buna – yəni 
Sünnəni yaşa(t)mağa çalışmışlar.
Bəzi  hədis  alimləri  Əbu  Hənifənin  hədislərə  müxalif 
davranmasını və bu elmdəki zəifliyini tənqid etmişlər. Öz 
müasirlərindən başlayaraq hicri VIII əsrə qədər davam edən, 
hətta  bu  gün  də  görünən  həmin  ittihamların  əksəriyyəti 
subyektiv  fikirlərə  əsaslanır  ki,  bunlarla  istənilən  alimi 
nədəsə  təqsirləndirmək  olar.  Ancaq,  Əbu  Hənifəni  hədis 
elmi  yönündən  cərh  edənlər  arasında  öz  sahələrində 
böyük  nüfuza  malik  alimlərin  olması  bir  çox  insanı 
təəccübləndirmişdir.  Bunlardan  İbn  Əbi  Şeybə,  Əhməd 
ibn  Hənbəl,  Buxari,  Müslim,  İbn  Qüteybə,  Nəsai,  Uqayli, 
İbn Əbi Xatim, İbn Hibban, İbn Adiyy, Darəqutni, Hakim 
Nişaburi, Xatib Bağdadi, Cuveyni, Qəzali, Fəxrəddin Razi 
kimi alimlərin adını qeyd etmək olar. Bu alimlərin demək 
olar  ki,  hamısı  Şafei  məzhəbinə  mənsubdur.  Məsələn, 
Əhməd  ibn  Hənbəl  belə  demişdir:  “Məsələlərimiz  −  yəni 
hədisçilərin məsələləri, Şafeiyə qədər Əbu Hənifənin əlində 
idi. Nə zaman ki, Allahın Kitabı və Rəsulunun Sünnəsində 
insanların  ən  fəqifi  olan  Şafeini  gördük,  artıq,  o  (Əbu 
Hənifə),  bizə  kifayət  eləmədi.  Çünki,  o,  hədis  elmini  çox 


144
İmam Əbu Hənifə
  
güclü bilmirdi».
218
Əbu Hənifəni hədisə müxalif olmaqla günahlandıran ilk 
hədisçi Əhməd ibn Hənbəlin müasiri İbn Əbi Şeybədir. O, 
on  dörd  cildlik  “Müsənnəf”  əsərinin  son  cildində  bir  fəsli 
bu məsələyə ayırmış və belə adlandırmışdır: “Bu fəsil Əbu 
Hənifənin  Rəsulullahdan  (s.ə.s)  gələn  xəbərlərə  müxalif 
olduğu  mövzular  haqqındadır”.
219
  İbn  Əbi  Şeybə  həmin 
fəsildə 125 mövzudan bəhs etmiş, hədislərin axırında sadəcə 
bir cümlə ilə “Əbu Hənifə buna müxalifət edib” və ya «Əbu 
Hənifə belə dedi” yazmaqla kifayətlənmişdir. Lakin, onun 
necə  müxalifət  etdiyi,  əsasları,  bunlara  qarşı  tərcih  etdiyi 
rəvayətlər  barədə  heç  bir  məlumat  verməmişdir.  Bütün 
hədis  rəvayətləri  nəzərə  alınaraq  və  məzhəb  imamlarının 
bunlardan səhih və uyğun gördüklərini şəri məsələlərdə dəlil 
seçib, digərlərini tərk etdikləri düşünülsə, İbn Əbi Şeybə nin 
məntiqinə görə bütün müctəhid imamlar hədislərə müxalif 
davranmışlar.  Halbuki  hədisləri  qəbul  və  ya  inkar  başqa, 
onlardan hökmlər üçün istifadə edibet  məmək tamam başqa 
bir  mövzudur.  Əbu  Hənifənin  və  digər  alimlərin  izlədiyi 
yol ikinci yoldur.
Böyük hədis alimi Buxari də, Əbu Hənifəni cərh edənlər 
arasındadır. Buxari, onun murciə olduğunu, rəy və
 
hədisinin 
qəbul  edilmədiyini  bildirir.
220
  Buxarinin  Əbu  Hənifə-                       
yə əsas müxalifəti fiqh sahəsindədir. “Səhih” əsərində “Bəzi 
insanlar  belə  dedilər”,  −  deyərək  tənqid  etdiyi  fikirlərin 
Əbu Hənifəyə aid olduğu və “Bəzi insanlar”, − kəlməsi ilə 
də Əbu Hənifə və əshabələrini nəzərdə tutduğu bildirilir.
221
 
Fiqhi  baxış  tərzinin  müxtəlifliyi  bir  insanın  hədisçiliyinə 
qarşı  sui-istifadə  edilməməlidir.  Lakin,  sonrakı  hədisçilər 
218. İbn əbi Xatim ər-razi,“kitəbul-cərh vət-tədil”, Vıı, 203 (ı-ıX, Beyrut, t.y).
219. İbn Əbi Şeybə, “Kitəbul-musannəf fil-əhədis vəl-əsər”,  XIV, 148 
(1-XIV, 1-ci nəşr, Bombey 1983).
220. Buxari, “ət-tərixul-kəbir”, Vııı, 81 (ı-ıX Diyarbakır).
221. Buxari, “ət-tərixul-kəbir”, Vııı, 81 (ı-ıX Diyarbakır).


145
İslam alimlərinin gözü ilə hədis elmində
bunu ənənə halına gətirmişlər.
Zəif rəvayətlər haqqında yazdığı 4 cildlik “Kitəbud-duafə-
il-kəbir” adlı əsəri ilə tanınan hədisçi Əbu Cəfər əl-Uqayli bu 
kitabında  Əbu  Hənifə  haqqında,  onun  müasirlərindən  və 
daha sonrakılardan varid olan cərhləri bir yerə toplayaraq 
onu, yalançı, hədisinə və rəyinə etibar edilməyən, saxtakar, 
bəzən  küfrə  düşən  bir  insan  kimi  təqdim  etmişdir.
222
 
Tamamilə  şəxsi  təəssübdən  qaynaqlanan  bu  ittihamlara, 
Uqaylinin  öz  tələbələrindən  İbnud-Daxil  rədiyyə  yaz mış-
dır.
223
Məzhəb  təəssübkeşliyi  ilə  Əbu  Hənifəyə  düşmənçilik 
edən başqa bir hədis alimi də, cərh və tədil mövzusunda iri- 
həcmli əsərlərdən biri olan “Kitəbul-cərh vət-tədil» əsərinin 
müəllifi İbn Əbi Xatim ər-Razidir.
Şafei məzhəbindən olan və “Ədəbuş-Şafei və mənəqibuh” 
adlı  bir  əsəri  ilə  də  tanınan  İbn  Əbi  Xatim  əsərində  Əbu 
Hənifə  haqqındakı  təhqiramiz  rəvayətləri  belə  yazmışdır. 
Əbu Hənifənin, Quran və hədis “cahili” olduğunun, Şafei 
tərəfindən  şəxsən  İmam  Muhəmmədə  qəbul  etdirildiyini 
göstərən uydurma dialoq da həmin əsərdədir.
224
 Göründüyü 
kimi, ifrat məzhəb təəssübkeşliyi Əbu Hənifəni öz tələbəsi 
İmam  Muhəmmədə  cərh  etdirməkdədir.  Əbu  Hənifənin 
tərcümeyi-halında əleyhindəki bütün rəvayətləri yazan İbn 
Əbi  Xatim,  Şafeinin  tərcümeyi-halında  onun  haqqındakı 
heç  bir  ittihamdan  söz  açmır.  Üstəlik,  burada  da  Şafeinin 
Əbu Hənifədən böyük alim olduğunu sübut etməyə çalı şır.
225
Hicri  354-cü  ildə  vəfat  edən  məşhur  hədis  alimi  İbn 
222. uqayli, əbu Cəfər Muhəmməd, “kitəbud-duafəil-kəbir”, ıV, 268-285 
(ı-ıV. 1-ci nəşr, Beyrut 1984).
223. Zahid kövsəri, “tənibul-xatib alə mə səqahu fi tərcəməti əbi Hənifə 
minəl-əkəzib”, 53 (1-ci nəşr, Qahirə 1942).
224. Zahid kövsəri, “tənibul-Xatib alə mə səqahu fi tərcəməti əbi Hənifə 
minəl-əkəzib”, 53 (1-ci nəşr, Qahirə 1942).
225. İbn əbi Xatim, “kitəbul-cərh”, Vıı, 201-204.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə