Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   34   35   36   37   38   39   40   41   42

132
İmam Əbu Hənifə
  
adları bilinərdi. Belə olmadığına görə, o dövrlərdə yaşayan 
Əlqamə ibn Qays, Əbu Müslim əl-Həvlənt, Məsruq əl-Əcda, 
Cübeyr ibn Nufeyr və Kəbul-Əxbarın müəllimləri kimlərdir 
görəsən? O cümlədən onlardan sonra gələn və tabeundan 
olan  Həsən  Bəsri,  Əbuş-Şəsa,  Zeynalabdin,  İbrahim  ət-
Teymi, Nəxai, Səid ibn Cübeyr, Tavus, Ata, Mücahid, Şabi 
və  başqalarının  müəllimləri  kimlərdir  görəsən?  O  halda 
nə  üçün  yalnız  Əbu  Hənifənin  Ərəbcə  təhsil  alması  tələb 
olunur? Görəsən o vaxtlar hansı kitablar oxunurdu?
Tənqidçinin Əbu Hənifənin (hərfi cərsiz) “Bi əbə Qubeys” 
dediyini  dəlil  gətirməsinə  gəlincə,  buna  belə  cavab  verə 
bilərəm:
a) Bu rəvayətin səhih bir sənədə ehtiyacı var. Əbu Həni-
fəyə qarşı gələn Seyid Cəmaləddin Əli, hədis mövzusunda 
dəqiq və ehtiyatlı davrandığı halda, bu rəvayəti niyə qəbul 
edir?
b) Bu rəvayət səhih bir sənədlə sabit olsa belə, məşhur 
deyil.  O  cümlədən,  İmam  Əbu  Hənifənin  fitva  əhli  və 
müctəhid olduğu iddiası qədər səhih də deyil. Halbuki, Əbu 
Hənifənin elmi vəziyyəti, fəziləti təvatür dərəcəsindədir və 
bu barədə hər kəs həmfikirdir. Bu səbəblə məlum olan bir 
həqiqətə zənlə zərər vermək olmaz.
c) Rəvayətin Əbu Hənifədən sağlam yollarla gəldiyini və 
səhih olduğunu fərz etsək belə bu, Əbu Hənifənin nüfuzuna 
bir zərər verməz. Çünki, bu səhv deyil. Əksinə doğru bir 
ləhcədir. Belə ki, Fərra bəzi ərəblərdən eşitdiyi bu şeri nəql 
edir:
“İnnə əbəhə və əbə əbəhə
208
qad bələğa fil-məcdi ğayətəhə 
Xanımın atası ilə atasının atası,
Son dərəcə ulu insanlar idi hər ikisi”.
208. İsmi söz birləşməsi səbəbilə «əbəhə» sözünün əbi (hə) olması lazımdır. 
ancaq, bu şerdən aydın olduğuna görə, əbə (hə) şəklində də gəlir. Bu səbəblə 
başına artikl gəlsə söz “əbə” olaraq qalır. (Mütərcimin qeydi).


133
İslam alimlərinin gözü ilə hədis elmində
d) Bunun heç bir şəkildə izah edilməz bir xəta olduğunu 
qəbul etsək belə bu, Əbu Hənifənin Ərəb dilini bilmədiyi 
mə nasına gəlmir. Ona görə ki, bu gün belə bir çox filoloq 
danışıq  dilində  müxtəlif  ləhcələrə  aid  sözlərdən  və 
söz  birləşmələrindən  istifadə  edir.  Müxtəlif  ləhcələrə 
aid  cümlələrin  deyilməsi  ərəblərin  dilində  də  normal 
qarşılanırdı. 
Xülasə, bu məsələ necə ortaya atılmış olur-olsun İmam 
Əbu Hənifənin bilgisizliyinə və elmsizliyinə dəlalət etmir. 
Əksinə, ona qarşı bu tənqidi yönəldənin qəflətini və böyük 
alimi ləkələmək üçün əlindən gələni elədiyini göstərir.
Tənqidçinin, “Əbu Hənifə zəif ravilərdən də hədis rəvayət 
edirdi. Onun hədis biliyi zəif idi”,  − deməyinə gəlincə, bu 
açıq-aşkar xətadır. İnsaflı bir insan bunu deməz. Buna belə 
cavab vermək olar:
Əvvəla, Əbu Hənifə məchul şəxlərin rəvayətlərini qəbul 
etməzdi.  Daha  əvvəl  qeyd  etdiyim  kimi,  bir  çox  alim  bu 
xüsusda  həmrəydir.
209
  Yəni,  onlar  ədaləti  məlum  olan 
siqa  ravinin  rəvayətinə  müxalif  olmayan  məchul  şəxsin 
rəvayətini  qəbul  edirdilər.  O  dövrdəki  hədis  ravilərinin 
böyük əksəriyyəti ədalətli şəxslər idi. Məşhur səhih hədis də 
bunu təsdiq edir: 
 
“Ən xeyirli dövr – mənim dövrümdür. Sonra 
isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər”.
210
Həzrət Əli də bəzi raviləri əvvəlcə yoxlayar, daha sonra 
and içdirərək nəql etdiklərini qəbul edərdi. Bu, tanınmayan 
və ya oxşar vəziyyəti olan ravilər üçün də keçərli idi. Belə 
ki,  Miqdad  məzinin  hökmünü  ona  bildirəndə  ona  and 
içdirməmişdir.
Hafiz İbn Kəsir heyvan yarışdırmaqla bağlı hədisləri yaz   -
dığı əsərində Əhməd ibn Hənbəlin hər hansı məsələ ilə bağlı 
səhih hədis olmadığı təqdirdə zəif hədislə əməl etdiyini nəql 
209. İbnul-Vəzir, “ər-ravdul-bəsim”, ı, 20-6.
210. Müslim, Fədailus-səhabə,  216.


134
İmam Əbu Hənifə
  
etmişdir. Onun Müsnədində bu cür hədislərin sayı çoxdur. 
Bu,  hədisin  zəifliyini,  zəiflik  dərəcəsini,  rəvayətin  qəbul 
edilməsində  icma  ilə  qəbul  edilmiş  şərtləri  və  ya  ixtilaf 
edilən  şərtləri  bilməməkdən  yox,  ehtiyat  üçün  müraciət 
edilən üsuldur.
Hafiz Əbu Abdullah ibn Məndə belə demişdir: «Əbu Da-
vud  hər  hansı  mövzu    haqqında  başqa  hədis  tapa  bilmə-
dikdə  zəif  hədisləri  rəvayət  edərdi.  Çünki,  bunlar  onun 
nəzərində şəxslərin fikirlərindən daha etibarlı sayılırdı”.
Xülasə, zəif hədis rəvayət etmək həmin şəxsin hədis bili-
yi nin olmadığını göstərmir. Əsərlərində zəif hədislər olan 
Əhməd ibn Hənbəl və Əbu Davud böyük hədis imamlarıdır. 
Həmçinin  yazdıqları  zəif  hədislər  yalançıların  rəvayətləri 
deyil.  Onlara  görə  bu  cür  rəvayətlər  zəif  yox:    mövzu,
211
 
mətruk
212
 və oxşar adlarla adlanırdı.
Zəif hədisə gəlincə:
a) Doğru sözlü ancaq hədisi yaxşı əzbərləyə bilməyən ra-
vi nin rəvayət etdiyi hədis.
b) Hədisin mərfu olub-olmamasında, o cümlədən isna-
dında ixtilaf edilən və bu baxımdan kiçik bir problemə sə-
bəb olan hədis.
c) Alimlərin hədisi və ya ravini zəif saymaqda ixtilaf et -
dikləri xüsuslardan birini ehtiva edən, qəbulunu və ya rəd-
di ni ortaya çıxaracaq qüvvətli bir dəlilin olmadığı rəvayət.
211. ravisi tənqid edilən hədislər arasında ən dəyərsizi uydurma hədisdir. 
Bəzi alimlər belə kəlmələrə hədis deməyin düzgün olmadığını bildirmiş, uy-
durulmuş söz deməyin daha doğru olacağını ifadə etmişlər. onlara hədis de-
yilməsinin səbəbi, hədis deyə uydurulduğuna görədir. Hədis adıyla uydurulmuş 
sözlər, “əl-hədisul-mövzu”, “əl-hədisul- muhtəlak” və ya “əl-hədisul-məsnu” 
terminləriylə ifadə edilməkdədir.
212. lüğətdə, tərk edilmiş, qəbul edilməmiş deməkdir. termin olaraq isə, 
sənədində  yalan  söyləməklə  ittiham  edilən  və  ya  gündəlik  həyatında  yalan 
danışdığı sabit olan bir ravinin olduğu hədisə Mətruk hədis deyilir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə