Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

107
İslam alimlərinin gözü ilə hədis elmində
əs-Siddi  əl-Ələvi  əş-Şafeinin  (İbn  Allan)  sözlərini  qeyd 
etmək istəyirəm. O, 996-cı ildə anadan olmuş, 1057-ci ildə 
vəfat etmişdir. İmam Əbu Hənifənin tərcümeyi-halını “əl-
Futuhatur-Rabbaniyyə  aləl-əzkərin-Nəvəviyyə”  adlı  əsərində 
qeyd etmişdir. Həmin əsərdə bunları yazır:
“İmam Əbu Hənifə. İmam Əzəm. Böyük alim, imamların 
imamı. Elminin dərinliyi, zahidliyi, dövründəki alimlərdən 
üstünlüyü,  zahiri  elmlərlə  yanaşı  batini  elmləri  də  bildiyi 
xüsusunda  hər  həs  həmrəydir.  Tabeunun  böyüklərindən-
dir. Adı Numan ibn Sabit ibn Zuta ibn Mah Teymilləh ibn 
Saləbə əl-Kufidir.
İmam  Əbu  Hənifənin  nəvəsi  Ömər  ibn  Hammad  ibn 
Əbu  Hənifə  atasının  müsəlman  ailədə  dünyaya  gəldiyini 
bil        dirmişdir. Zuta, Teym oğullarının köləsi olmuşdur. Sonra 
onu azad etmişlər. 
Əbu  Hənifənin  nəvəsi  Ömərin  qardaşı  İsmayıl  bunu 
qəbul etməmiş, Sabitin atasının fars olduğunu və «Vallahi 
biz heç vaxt kölə olmamışıq”, − demişdir. Zuta uşaqlıqda 
oğlu Sabiti Əli ibn Əbi Talibin yanına aparmış, Həzrət Əli də 
onun və nəsli üçün xeyir-dua etmişdir. İsmayılın ümidləri 
gerçəkləşmişdir. Allah-Təala  babası  Əbu  Hənifəyə  sonsuz 
lütf  etmiş,  onun  məzhəbini  təqlid  edənlər  dünyanın  dörd 
tərəfinə yayılıb çoxalmışdır. Həzrət Əlinin duasının qəbul 
edildiyini ümid edirik.
Əbu Hənifə fiqhi Hammad ibn Əbi Süleymandan öy     rən- 
mişdir. Səhabələrdən dörd və ya səkkiz nəfərlə görüşmüş-
dür. Ənəs ibn Malik, Abdullah ibn Əbi Əvfa, Səhl ibn Sad, 
Əbut-Tufeyl bunlardandır. Ata və onun dövründəkilərdən 
hədis  dinləmişdir.  İbnul-Mübarək,  Vəki  ibn  Cərrah  və 
başqaları da on dan hədis rəvayət etmişlər.
Xəlifə Mənsur qazı olmağı təklif etmiş, ancaq o, bundan 
im  tina etmişdir. Buna görə də onu həbs etdirmiş və qır man-
clatmışdır.  O  isə,  yenə  bu  təklifi  qəbul  etməmiş  və  həbs-
xanada vəfat etmişdir.


108
İmam Əbu Hənifə
  
İmam təmiz və səliqəli paltar geyinər, gözəl qoxular sür-                      
 tər di.  İstifadə  etdiyi  xoş  qoxular  uzaqdan  hiss  edilərdi.                                                                                                           
Bununla  onun  gəldiyini  anlayardılar.  Çox  səxavətli, 
insanlara qarşı son dərəcə lütfkardı. Orta boylu idi. Uzun 
boylu olduğu da bildirilir. Şirindilli idi. 
Əbu Hənifə belə demişdir: “Bəsrəyə gəldikdə, mənə ve-
rilən bütün suallara cavab verəcəyimi güman edirdim.  An-
caq elə suallar soruşdular ki, cavablarını bilmədim. Bundan 
son ra ölənə qədər Hammadın yanından ayrılmamağa and 
içdim.  18  il  onun  yanında  oldum.  Vəfa tından  sonra  hər 
namazda valideynlərimlə birlikdə onun üçün də bağışlanma 
diləyirəm. Həmçinin mənə elm öyrədən digər müəllimlərim 
və tələbələrim üçün də dua edirəm”.  
Səhl ibn Muzahim: “Dünya ona bəxş edildi, lakin o, istə-
mə di. Qəbul etmədiyinə görə qırmanclandı. Yenə də qəbul 
et mə  di”, − demişdir.
Əbu Hənifə ipək satardı. Dükanı Amr ibn Hureys məhəl- 
lə sindəydi.
İbn Cureycə Əbu Hənifənin vəfat xəbəri çatanda dərindən 
kədərləndi və “Elm öldü», − deyə, köks ötürdü.
Fudayl ibn İyad: “Bu böyük aliminin şahidliyi sənə ye tər-
li dir”, − demişdir.
Əbu  Hənifə  fiqhi  və  təqvası  ilə  məşhur,  elmi  dərinliyi, 
ət  rafındakı hər kəsə qarşı olan lütfkarlığı ilə tanınmış insan 
idi. Gecə-gündüz elm öyrətməyə çalışan, az danışan, ancaq 
halal və haram haqqında sual verildikdə danışardı.
Fəzilətləri çoxdur.
Bağdad qazısı Həsən ibn Umarə cənazəsini yuyanda: “Al-
lah sənə rəhmət eləsin! Səni bağışlasın! 30 il oruc tutdun. 40 
ildir ki, yatmaq üçün başın yastığa dəymədi”, − demişdir.
Hicri 80-ci ildə doğulmuş, Bağdadda vəfat etmişdir. Qa-                                                                                                               
zı lıq  təklifini  qəbul  etmədiyinə  görə  həbs  olunmuş  və 


109
İslam alimlərinin gözü ilə hədis elmində
həbsxanada vəfat etdiyi bildirilir. Qəbul olunan fikrə görə, 
150-ci  ildə  Rəcəb  ayında  vəfat  etmişdir.  151  və  ya  153-cü 
ildə vəfat etdiyini deyənlər də vardır. Qəbri Bağdaddadır.
İmam  Şafeinin  onun  haqqındakı  “İnsanlar  fiqhdə  Əbu 
Hənifəyə  möhtacdırlar”,  −  sözü  onun  fəzilətini  göstərən 
dəlillərdəndir.
183
Cərh və tədil imamları, hədis hafizləri əsərlərində imamın 
düşmənlərinin ittiham və iftiralarına yer verməmişlər. Ək-
sər alimlərin bu məsələdə həmrəy olması bəzi kitablardakı 
Əbu Hənifəni cərh edən sözlərin əsassız olduğunu göstərir”.
Şəraninin fikirləri:
Əbu Hənifəni hər hansı bir sözünə görə günahlandıran-    
lar, ya onun dəlilini bilmədiklərinə, ya da həsəd apardıqlarına 
görə tənqid edirlər. Bu səbəblə düşmənlərinin və ona həsəd 
aparanların  sözlərinə etibar  etmək  olaz.  İmam Əbdülvəh- 
hab əş-Şərani “əl-Mizanul-kübra” əsərində bunları yazır:
“Rəyin tənqidi xüsusunda dörd böyük imamdan nəql edi-
lənlərə gəlincə; İlk olaraq İmam Əzəm Əbu Hənifə Numan 
ibn  Sabit.  O,  (bəzi  təəssübkeş  insanların  ona  nisbət  etdiyi 
şeylərin  əksinə)  dinin  zahirinə  müxalif  olan  hər  rəydən 
çəkinmişdir.  Qiyamət  günündə  imamla  üzbəüz  gəlmək 
onlar  üçün  çox  çətin  olacaq.  Həqiqət  budur  ki,  azacıq 
vicdanı olan şəxs heç bir imam haqqında pis söz söyləməz.
Şeyx Muhyiddin İbn Ərəbi, “əl-Futuhatul-Məkkiyyə” adlı 
əsərində  sənədi  ilə  birlikdə  Əbu  Hənifənin  həmişə  belə 
dediyini nəql etmişdir: “Allahın dini haqqında öz rəyinizə 
görə  fikir  bildirməkdən  çəkinin.  Sünnəyə  tabe  olun.  Bu 
yoldan azan insan başqalarının azmasına da səbəb olar”.
184
Alimlər, Rəsulullahdan (s.ə.s) sonra dini qoruyan əmin 
183. İbn allan, “əl-Futuhatur-rabbaniyyə”, ıı, 155-6, (Bəbu təkbiratil-ihram).
184. əş-şərani, “əl-Mizanul-kübra”, ı, 54-5.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə