Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

37
İslam alimlərinin gözü ilə hədis elmində
Əsəd onun dəfn mərasimində iştirak etmiş və qəbiristanlığa 
qədər  cənazəsini  çiynində  daşımışdır.  Cənazə  namazını 
qıldırmış və salam verəndə səmadan belə bir səs eşitmişdir:
“Ey Nuh ibn Əsəd! Yer üzünün ən xeyirli insanının                 
−  Xələf  ibn  Əyyubun  cənazə  namazını  qıldın  və  savab 
qazandın”.
58
 Zəhəbi də “Siyəru aləmin-nübəla” adlı əsərində belə yazır: 
“Xələf ibn Əyyub, imam, mühəddis, fəqih, şərqin müftisidir. 
Əbu  Səid  əl-Amiri  əl-Bəlxi  əl-Hənəfi.  Zahid,  bəlxlilərin 
ustadıdır.  Fiqh  elmini  Əbu  Yusifdən  öyrənmişdir.  İbn  Əbi 
Leyla, Avf əl-Ərəbi, Məmər ibn Rəşid və başqalarının hədis 
dərslərində  iştirak  etmişdir.  İbrahim  ibn  Ədhəmlə  dost  ol-
muş dur. Yəhya ibn Məin, Əhməd ibn Hənbəl, Əbu Qureyb, 
Əli ibn Sələmə əl-Ləqəbi ilə öz şəhərindəki insanlar ondan 
hədis rəvayət etmişlər”.
59
Zəhəbinin Əbu Hənifəni mədh etməsi
Rical
60
  tənqidində  böyük  alimlərdən  biri  də  Zəhəbidir. 
O, “Siyəru aləmin-nübəla” adlı əsərində alim,  imam, İraqın 
fəqihi  Hammad  ibn  Əbi  Süleymanın  tərcümeyi-halında 
bunları yazır:
“Kufə  əhlinin  böyük  fəqihləri  Hz.  Əli  və Abdullah  ibn 
Məsuddur.  Bunların  fiqhdə  ən  güclü  tələbəsi  Əlqamədir. 
Əlqamənin tələbələrinin ən fəqihi isə İbrahim ən-Nəxaidir. 
İbra himin tələbələrinin ən fəqihi Hammaddır. Hammadın tə-                                                                                                                  
58.  əhməd  əl-Məkki,  “Mənəqibul  İməm  əl-əzəm”,  ıı,  61-2.  Hindistan/
Heydərabad/Dəkkan, Dəirətul-Məarifin-nizamiyyə nəşri.
59. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, ıX, 541-2, Beyrut 1405. 3-cü 
nəşr.
60. 
rical kəlməsi 
Ərəb  dilində  “insanlar”  mənasındadır.  Hədis  üsulunda 
isə, hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin 
şəxsiyyətini tədqiq edən elmdir.


38
İmam Əbu Hənifə
  
ləbə      lərinin  ən  fəqihi  isə  Əbu  Hənifədir.  Əbu  Hənifənin 
tələbələrinin ən fəqihi isə Əbu Yusifdir. Əbu Yusifin tələ-
bələri  bir  çox  şəhərlərə  yayılmışdır.  Bunlardan  ən  fəqihi 
Muhamməd  ibn  Həsəndir.  Muhəmmədin  tələbələrinin  ən 
elmlisi isə Əbu Abdullah əş-Şafeidir”.
61
Zəhəbi  “Siyəru  aləmin-nübəla”  adlı  əsərində  Əbu  Həni- 
fənin tərcümeyi-halında isə bunları yazır:
“İmam, fəqih, İraqın alimi Əbu Hənifə. Hədisləri öyrən-
mə yə əhəmiyyət verərdi. Bu məqsədlə səyahətlərə çıxardı. 
Fiqhdə ən çətin mövzuları tədqiq etməkdə rəy ustadı idi. 
İnsanlar bu xüsusiyyətlərinə görə ona möhtacdırlar”.
62
Gündüzün  varlığının  dəlilə  ehtiyacı  yoxdur”.
63
  “Bu  bir 
həqiqətdir ki, Əbu Hənifə fiqh sahəsində böyük imamdır.
Zəhəbi, İmam Malikin tərcümeyi-halında İmam Şafeinin 
“Elm bu üç nəfərdə - Malik, Leys və İbn Uyeynədədir” − 
dediyini nəql etdikdən sonra belə yazır: “Mən də deyirəm 
ki,  “Əksinə  elm,  onlarla  birlikdə  yeddi  nəfərin  ətrafında 
dövrə vurur: Əvzai, Sevri, Məmər, Əbu Hənifə, Şöbə və iki 
Hammad (Hammad ibn Sələmə və Hammad ibn Zeyd)”.
64
Zəhəbi  yenə  onun  tərcümeyi-halında  Əbu  Yusifin  belə 
dediyini nəql edir:
“Əbu Hənifə, Malik və İbn Əbi Leyladan daha elmli insan 
görmədim”.
65
Zəhəbi, İmam Maliklə Əbu Hənifənin elminin müqa- yi-
səsini əks etdirən, İmam Muhəmməd və İmam Şafeiyə nisbət 
edilən hekayəni də İmam Malikin tərcümeyi-halında yazır və 
bunu tənqid edir:
61. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, V, 236.
62. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vı, 390, 392.
63. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vı, 403.
64. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vııı, 94.
65. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vııı, 94.


39
İslam alimlərinin gözü ilə hədis elmində
“İbn Əbdülhakim Şafeinin belə dediyini nəql edir: İmam 
Muhəmməd bir gün Əbu Hənifə ilə İmam Maliki nəzərdə 
tutaraq məndən:
− Bizim, yoxsa sizin müəlliminiz daha elmlidir? − deyə 
soruşdu. Mən də,
− İnsafla cavab verim? − deyə soruşdum.
− Bəli, – dedi. Mən:
− Allah rizası üçün söylə! Quranı hansı daha yaxşı bilir?
Sizin müəlliminiz ,−dedi.
− Bəs Sünnəni kim daha yaxşı bilir? 
Sizin müəlliminiz, − dedi.
− Bəs səhabələrin və əvvəlkilərin sözlərini ən yaxşı bilən 
kimdir? − deyə soruşdum. Yenə:
− Sizin müəlliminiz, − cavabını verdi. Bu dəfə də dedim:
−   Geriyə  qiyasdan  başqa  bir  yol  qalmadı.  Qiyas  isə 
ancaq deyilənlərə əsasən edilməlidir. Üsulu bilməyən bir 
insan nəyi əsas götürərək qiyas edə bilər?”
Zəhəbi bu hekayəni nəql etdikdən sonra aşağıdakı tən- 
qidləri qeyd edir:
“İnsafla cavab veriləsi olsa, belə deyilməli idi: Hər ikisi 
də  Kitab  (Qurani-Kərim)  bilgisində  bərabərdilər.  Birincisi 
qiyası, ikincisi isə Sünnəni daha yaxşı bilirdi. İmam Malik 
bir  çox  səhabənin  sözlərini  yaxşı  bilən  elm  əhli  idi.  Əbu 
Hənifə  isə  Hz.  Əlinin,  İbn  Məsudun  və  Kufədə  yaşamış 
digər  səhabələrin  sözlərini  daha  yaxşı  bilirdi.  Allah  hər 
ikisindən də razı olsun. Elə bir dövdə yaşayırıq ki, insanlar 
insafla cavab verməyi bəzən unudurlar”.
66
Zəhəbi İmam Malikin tərcümeyi-halında yazır:
66. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vııı, 112-3.


40
İmam Əbu Hənifə
  
“1.  Özlərinə  tabe  olunacaq  insanlar  əvvəla  Hz. 
Peyğəmbərin  (s.ə.s)  səhabələridir.  Ancaq  bunun  belə  bir 
şərti var ki, onlara isnad edilən şey sabit olmalıdır.
2.  Səhabələrdən  sonra  Əlqamə,  Məsruq,  Abidə  əs-
Səlmani, Səid ibn Musəyyəb, Əbuş-Şəsa, Səid ibn Cübeyr, 
Ubeydullah  ibn Abdullah,  Urvə,  Qasım,  Şabi,  Həsən,  İbn 
Sirin və İbrahim ən-Nəxai kimi tabeun imamları gəlir.
3.  Bunlardan  sonra  Zöhri,  Əbuz-Zinad,  Əyyub  əs-Səh- 
tiyani, Rəbia və onların dövründəki digər şəxslər gəlir.
4.  Bunlardan  sonra  Əbu  Hənifə,  Malik,  Əvzai,  İbn  Cu- 
reyc, Məmər, İbn Əbi Ərubə, Sufyan əs-Sevri, Hammad ibn 
Zeyd, Hammad ibn Sələmə, Şöbə, Leys, İbnul-Məcişun, İbn 
Əbi Zib gəlir.
5.  Bunlardan  sonra  İbnul-Mübarək,  Müslim  əz-Zənci, 
Qazı Əbu Yusif, Hikl ibn Ziyad, Vəki, Vəlid ibn Müslim və 
onların dövründəki digər alimlər gəlir.
6.  Bunlardan  sonra  da  Şafei,  Əbu  Ubeyd,  Əhməd  ibn 
Hənbəl, İshaq, Əbu Sevr, Buveyti, Əbu Bəkr ibn Əbi Şeybə 
kimi alimlər gəlir.
7. Bunların ardından Muzəni, Əbu Bəkr əl-Əsrəm, Buxari, 
Davud ibn Əli, Muhəmməd ibn Nəsr əl-Mərvəzi, İbrahim 
əl-Hərbi və Qazı İsmayıl kimi alimlər gəlir.
8. Bunlardan sonra isə Muhəmməd ibn Cərir ət-Təbəri, 
Əbu Bəkr ibn Huzeymə, Əbu Abbas ibn Sureyc, Əbu Bəkr 
ibn əl-Munzir, Əbu Cəfər ət-Təhavi və Əbu Bəkr əl-Hallal 
kimi alimlər gəlir.
Adıçəkilən  alimlərdən  sonra  ictihad  edənlərin  sayı 
azalmağa  başladı.  Fəqihlər  hər  hansı  mövzuda  ən  çox 
bilənin kim olduğuna baxmadan, mövzu haqqındakı rəyləri, 
sevdikləri  müəllimlərə  hörmət  və  ehtiramı,  o  cümlədən 
yaşadıqları  şəhərin  adətlərini  nəzərə  alaraq  təqlid  etməyə 
başladılar. Bu gün Mərakeşdə yaşayan bir şəxs üçün Əbu 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə