Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

31
İslam alimlərinin gözü ilə hədis elmində
rəvayət  etməmişdir.  Bunu  rəvayət  edənlər  ya  yalançı,  ya 
da ədalət və zəbti naməlum şəxslərdir. Belə bir rəvayət elm 
əhli tərəfindən necə qəbul edilə bilər? İslam alimləri də Hz. 
Əlinin  fəzilətini  ehtiva  etdiyinə  görə  bənzəri  rəvayətlərin 
səhih olmasını istəyərdi. Ancaq onlar, yalanın həqiqət kimi 
göstərilməsinə əsla icazə verməz və bunu qəbul etməzlər.”
41
İbn Teymiyyə eyni adlı əsərin başqa yerində isə bunları 
yazır:  “Hədis,  təfsir,  təsəvvüf,  fiqh  imamları  eynilə  dörd 
məzhəb imamı və onlara tabe olanlar kimidirlər”.
42
İbn Kəsirin qənaəti:
Hafiz  Əbul-Fida  İbn  Kəsir  əd-Dəməşqi  “əl-Bidayə  vən-
nihayə” adlı əsərində bunları yazır:
“Təhaviyə  bu  hədis  (günəşin  Hz.  Əli  üçün  geri 
qaytarılması hədisi) qaranlıq qalsa da, Əbu Hənifə bu hədisi 
qəbul etməmiş, ravilərini də qınamışdır”. 
Bəşşar ibn Dira nəql edir: “Əbu Hənifə Muhəmməd ibn 
Numan ilə qarşılaşdıqda ona:
“Günəşin Hz. Əli üçün geri qaytarıldığı hədisini kimdən 
rəvayət etmisən?” − deyə soruşdu. O da:
“Sənin “Ey Sariyə! Dağa çəkil” − hədisini rəvayət etdiyin 
kim sə dən etməmişəm” −   cavabını verdi.
Əbu Hənifə etibarlı imamlardan biridir. Kufəlidir. Həzrət 
Əlini çox sevmiş və sayğı göstərmişdir. Lakin bu sevgi onun 
Hz. Əli haqqında deyilən hədisi rəddinə mane olmamışdır.
Muhəmməd  ibn  Numanın  sözünə  gəlincə  isə,  bu  bir 
cavab  deyil.  Onun  cavabında  heç  bir  məna  yoxdur.  Yəni, 
“Mən Hz. Əli haqqında sənin Həzrət Ömərin fəziləti barədə 
41. İbn teymiyyə, “Minhəcus-sünnə”, ıV, 194-5, Misir/Bulaq 1322, əmiriyyə 
nəşri.
42. İbn teymiyyə, “Minhəcus-sünnə”, ı, 172-3.


32
İmam Əbu Hənifə
  
nəql  etdiyin  “Ey  Sariyə!  Dağa  çəkil!”  sözünə  bənzəyən 
hədis nəql etdim”, − demək istəmişdir. Ancaq Muhəmməd 
ibn Numanın verdiyi bu cavab yerində verilmiş cavab deyil. 
Çünki, onun nəql etdiyi xəbər, sənəd və mətn baxımından 
Hz. Ömər haqqındakı rəvayətə oxşamır. Hz. Peyğəmbərin 
ilham  aldığına
43
  şahidlik  etdiyi  şəxsin  (Hz.  Ömərin) 
gözündən  pərdə  qalxaraq  uzaqdakı  hadisəni  müşahidə 
etməsi hara, (Həzrət Əlinin hadisəsində iddia edildiyi kimi) 
qiyamətin böyük əlamətlərindən sayılan günəşin batdıqdan 
sonra yenidən doğması hadisəsi hara?
44
İbn Həcərin qənaəti:
Hafiz  ibn    Həcər  “Lisənul-mizan”  əsərində  bunları 
yazır: “Muhəmməd ibn  Əli  ibn  Numan ibn  Əbi  Tarifə əl-
Bəcəli  əl-Kufi,  Əbu  Cəfər.  Kufədə  Taqul-Məhamildəki 
bir  bazara  nisbət  edilərək  Şeytanut-Taq  (Taqdakı  Şeytan) 
ləqəbi  ilə  tanınmışdır.  O,  həmin  bazarda  pul  dəyişməklə 
məşğul  olurdu.  Deyilənə  görə,  ona  ilk  dəfə  Şeytanut-Taq 
ləqəbini  Haruriyədən  bir  nəfərlə  mübahisə  etdiyinə  görə 
Əbu  Hənifə  vermişdir.  Hz.  Əlinin  fəziləti  haqqında  Əbu 
Hənifə ilə arasında baş vermiş mübahisə zamanı onu qəbul 
etmədiyini göstəmək üçün “Günəşin Həzrət Əli üçün geri 
qaytarılması  hədisini  kimdən  rəvayət  etmisən?”  −  deyə 
soruşmuş,  o  da  Əbu  Hənifəyə  “Sənin  “Ey  Sariyə!  Dağa 
çəkil!”  hədisini  rəvayət  etdiyin  kimsədən  etməmişəm”  − 
cavabını vermişdir”.
45
43. əbu Hureyrə (r. a) Hz. peyğəmbərin belə dediyini nəql edir: «Sizdən 
əvvəlki  ümmətlərdə  ilham  olunan  adamlar  olurdu.  Mənim  ümmətimdə  də 
beləsi varsa o da Ömərdir». Buxari, Fədailus
-
səhabə, 3689. Müslim, Fədailus -
səhabə, 2398.
44. İbn kəsir, “əl-Bidayə vən-nihayə”, Vı, 85-6, Beyrut 1966, Məktəbətul-
Məarif nəşri. 1-ci nəşr.
45. İbn Həcər əl-əsqalani, “lisənul-mizan”, V, 300-1.


33
İslam alimlərinin gözü ilə hədis elmində
 
 
           İbn Qayyimin qənaəti:
İbn Qayyim əl-Cəvziyyə adı ilə tanınan, ustad, imam, hafiz 
Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  “İləmul-muvaqqin 
an rabbil-aləmin” adlı əsərində bunları yazır: “Dörd böyük 
imam və fəqihlərin hamısı Amr ibn Şueybin atası vasitəsilə 
babasından rəvayət etdiyi nüsxəylə ihticac
46
 etmişlər. Fitva 
verən imamların hamısı bunu zəruri görmüş və dəlil kimi 
istifadə etmişdir. Ancaq Əbu Xatim əl-Busti və İbn Hazm 
kimi fiqh elminin və fitva verməyin ağır məsuliyyətindən 
qaçanlar bu nüxsəni tənqid etmişlər».
47
  İbn  Qayyim  başqa  bir  yerdə  belə  yazır:  “Səhabə  və 
tabeun  ilə  Şafei,  İmam  Əhməd,  Malik,  Əbu  Hənifə,  Əbu 
Yusif, Buxari və İshaq kimi hədis imamlarının yolu”...
48
Digər alimlərin qənaəti və nəticə:
Göründüyü kimi, Əbu Davud, Tirmizi, Hakim, Beyhəqi, 
İbn Əbdilbərr, İbn Teymiyyə, İbn Qayyim və İbn Kəsir kimi 
görkəmli  alimlər,  hədis  tənqidində  mütəxəssis  ustadlar, 
İmam Əbu Hənifənin cərh və tədildə, hədislərin səhihliyi 
və  illətini  təsbitdə,  digər  münəqqid  hədis  alimləri  kimi 
etibarlı və məşhur hədis imamlarından biri olduğunu qəbul 
etmişlər.
Həqiqət  budur  ki,  mütəqaddimun  və  mütəaxxirunun 
məşhur  hədis  mütəxəssisləri  və  hafizləri,  onun  hədisdəki 
uğurlarını,  rəvayətlərdəki  zəbtini,  elminin  dərinliyini, 
hafizəsini və təqvasını etiraf etmişlər.
46. Bir məsələni aydınlaşdırıb isbat etmək üçün dəlil gətirməyə, bir şeyi 
dəlil gətirərək hökm verməyə deyilir. Hədis elmində bu mənada hər hansı bir 
şəri məsələdə hədisi dəlil olaraq istifadə etməyə, başqa sözlə, hədislərdən hökm 
çıxarmağa deyilmişdir.
47.  İbn  Qayyim  əl-Cəvziyyə,  “İləmul-muvaqqin”,  ı,  35.  Hindistan/Dehli 
1314.
48. İbn Qayyim əl-Cəvziyyə, “İləmul-muvaqqin», ı, 359.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə