Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   10   ...   42

27
İslam alimlərinin gözü ilə hədis elmində
Teymi,  Şöbə  ibn  əl-Həccac,  Süfyan  əs-Sevri,  Malik  ibn 
Ənəs,  Əvzai,  Abdullah  ibn  Mübarək,  Yəhya  ibn  Səid  əl-
Kəttan,  Vəki  ibn  əl-Cərrah,  Əbdürrəhman  ibn  Mehdi  və 
digər  elm  əhlinin  ravilər  haqqında  araşdırma  apardığı, 
onların zəif cəhətləri haqqında öz qənaətlərini bildirdikləri 
məlumdur.  Ən  doğrusunu  Allah  bilir.  Fikrimcə  onları 
belə  davranmağa  sövq  edən  səbəb  müsəlmanlara  nəsihət 
etmək və doğruları göstərmək düşüncəsi olmuşdur. Yoxsa 
onların  məqsədi  bununla,  insanları  günahlandırmaq 
və  qeybət  etmək  olmamışdır.  Düşünürəm  ki,  onlar  zəif 
raviləri  tanıtmaq  üçün  belə  etmişlər.  Çünki  zəif  olduğu 
iddia  edilən  ravilərin  bəziləri  bidətçi  olmuş,  bəziləri  nəql 
etdiyi hədislərə görə təqsirləndirilmiş, bəzilərinin də hədis 
rəvayətində çoxlu səhvi olmuşdur. İmamlar isə, dinə olan 
bağlılıqlarından  dolayı  rəvayətləri  sağlamlaşdırmaq  və 
qorumaq məqsədilə bu insanların necə şəxsiyyət olduğunu 
göstərməyə  çalışmışlar.  Çünki,  dini  məsələlərdə  şahidlik 
etmək,  insanların  hüquqları  və  malları  haqqında  şahidlik 
etməkdən daha çox diqqət və ciddilik tələb edir”. 
(Tirmizi bundan sonra imamların cərh etdiyi bəzi ravilər 
haqqında  misallar  verir  və  belə  deyir):  “Əbu  Yəhya  əl-
Himməni  Əbu  Hənifənin  belə  dediyini  eşitmişdir:  “Cabir 
əl-Cufidən yalançı, Ata ibn Əbi Rəbahdan da fəzilətli birini 
görmədim””.
31
Hakimin qənaəti:
Beyhəqinin müəllimi, mühəddislərin imamı İbnul-Beyyi 
adı ilə məşhur olan Əbu Abdullah Muhəmməd ibn Abdullah 
ən-Neysaburi  əl-Hakim  “əl-Müstədrək  aləs-səhiheyn”  adlı 
31. tirmizi, Xııı, 305-9, Misir, 1352.


28
İmam Əbu Hənifə
  
əsərində  “Vəlisiz
32
  nikah  olmaz”
33
  hədisinin  sənədlərindən 
bəhs edərkən bunları yazır: 
“Qeyd  etdiyimiz  şəxslərdən  əlavə  bir  qrup  imam  bu 
hədisi  Əbu  İshaqdan  mövsul
34
  olaraq  rəvayət  etmişdir. 
Əbu Hənifə Numan ibn Sabit, Varaqa ibn Məsqalə əl-Abdi, 
Mutarrif  ibn  Tərif  əl-Harisi,  Əbdülhəmid  ibn  Həsən  əl-
Hiləli  ilə  Zəkəriyyə  ibn  Əbi  Zaidə  və  digərləri  bunlardan 
bəziləridir.”
35
Hakim “Mərifəti ulumil-hədis” kitabında yazır: 
“Hədis  elminin  qırx  doqquzuncu  qaydası,  özlərindən 
hədis  nəql  olunan  tabeun  və  təbəi-tabeunun  məşhur 
siqa  imamlarını  tanımaqdır”.  (Hakim  əsərində  müxtəlif 
bölgələrdən bir çox tanınmış hədisçinin adını qeyd etmişdir. 
Mən də bunların bəzilərini burda yazıram).
Mədinədən: Muhəmməd ibn Müslim əz-Zöhri, Muhəm-
məd ibn Munqədir əl-Qureyşi, Rəbia ibn Əbu Əbdürrəhman 
ər-Rai, Malik ibn Ənəs əl-Əsbəhi, Cəfər ibn Muhəmməd əs-
Sadiq və digərləri.
Məkkədən:  Mücahid  ibn  Cəbr, Amr  ibn  Dinar,  Əbdül-
məlik ibn Cüreyc, Fudayl ibn İyad və digərləri.
Misirdən: Amr  ibn  Haris,  Yezid  ibn  Əbi  Həbib,  Hayvə 
ibn Şu reyh ət-Tucibi və digərləri.
Yəməndən: Tavus, Abdullah ibn Tavus və digərləri.
32. Vəli sözü burada qızın valideyni, yaxud valideyni əvəz edən şəxs mənasında 
işlədilib.
33. əlavə olaraq bu mənbələrə də bax: əbu Davud, nikah, 2083; tirmizi, 
nikah, 1102.
34.  İlk  mənbəyinə,  aid  olduğu  şəxsə  tam  sənədlə  çatan  hədis.  yəni  əgər 
sənədində  hər  hansı  natamamlıq  yoxdursa  mərfu,  mövquf,  məqtu  hədislərin 
hamısını ehtiva edir. Müttəsil hədislə eynimənalıdır.
35.  Hakim  neysaburi,  “əl-Mustədrək  aləs-səhiheyn”,  ıı,  171,  (kitəbun-
nikah), Hindistan/Heydərabad/Dəkkan 1340, Dəirətul-Məarif nəşri.


29
İslam alimlərinin gözü ilə hədis elmində
Yəmamədən: Yəhya ibn Əbi Kəsir və başqaları.
Kufədən: Əmir ibn Şərahil əş-Şabi, Səid ibn Cübeyr əl-
Əsədi, İbrahim ən-Nəxai, Əbu İshaq əs-Səbi, Hammad ibn 
Əbi Süleyman, Mansur ibn Mutəmir, Muğirə ibn Miksəm 
əd-Dəbbi, Aməş əl-Əsədi, Misar ibn Kidəm əl-Hiləli, Əbu 
Hənifə Numan ibn Sabit ət-Teymi, Süfyan ibn Səid əs-Sevri, 
Davud ibn Nuseyr ət-Tai, Züfər ibn Hüzeyf, Afiyə ibn Yezid 
əl-Qadi və digərləri.
Mesopotamiyadan:  Meymun  ibn  Mihran,  Amr  ibn 
Meymun ibn Mihran, Xalid ibn Madan əl-Abid və başqaları.
Bəsrədən:  Əyyub  ibn  Əbi  Təmimə  əs-Səhtiyani,  Şöbə 
ibn  əl-Həccac,  Hişam  ibn  Hassan,  Qətadə  ibn  Diamə  və 
digərləri.
Vasitdən:  Avvam  ibn  Havşəb,  Əbu  Xalid  Yezid  ibn 
Əbdürrəhman əd-Dalani və başqaları.
Xorasandan:  Fəqih,  abid,  İbrahim  ibn  Tahman,  Bəlxli 
zahid İbrahim ibn Ədhəm, zahid Şəqiq ibn İbrahim, Nadr 
ibn Muhəmməd əş-Şeybəni və digərləri. Allah hamısından 
razı olsun.
36
İbn Teymiyyənin qənaəti:
İbn Teymiyyə əl-Hənbəli adı ilə tanınan şeyxulislam Əbul-
Abbas  Təqiyyuddin  Əhməd  ibn  Əbdülhəlim  “Minhəcus-
sünnətin-nəbəviyyə  fi  nəqzi  kələmiş-şiəti  vəl-qədəriyyə”  adlı 
əsərində bunları yazır:
“Bəşşar ibn Dira belə nəql edir: “Əbu Hənifə, Muhəmməd 
ibn Numan ilə qarşılaşdıqda, ona: 
−  “Günəşin  Həzrət  Əli  üçün  geri  qaytarıldığı  hədisini 
kimdən rəvayət etmisən?”
37
 − deyə soruşdu. O da:
36. Hakim neysaburi, Mərifəti ulumil-hədis, s. 240-9, Qahirə nəşri.
37. Bu ifadədə istehza var. Çünki, “rəvayət edən ravi kimdir?” − demək 


30
İmam Əbu Hənifə
  
− “Sənin,“Ey Sariyə! Dağa çəkil” hədisini rəvayət etdiyin 
şəxsdən etməmişəm”, − dedi.
38
Burada  onu  qeyd  edim  ki,
39
  bu  rəvayət,  elm  əhlinin 
günəşin geri qaytarılması hədisini qəbul etmədiyini göstərir. 
Çünki,  bunu  heç  bir  imam  rəvayət  etməmişdir.  Həmin 
imamlardan  biri  də  Əbu  Hənifədir.  O,  şiəliyin  mərkəzi 
sayılan  Kufədə  yaşamışdır.  Şiələrdən  bir  çox  insanla 
qarşılaşmış  və  onlardan  Həzrət  Əlinin  fəziləti  haqqında 
çox şey eşitmişdir. O, həmçinin Həzrət Əlini sevmiş və ona 
böyük  rəğbət  bəsləmişdir.  Buna  baxmayaraq  Muhəmməd 
ibn  Numanın  rəvayət  etdiyi  bu  hədisi  qəbul  etməmişdir. 
Halbuki, Əbu Hənifə (bu hədisi qəbul edən) Təhavi və bir 
çoxlarından daha bilgilidir.
İbnun-Numan isə, onun sualına doğru cavab verməmiş, 
“Sənin “Ey Sariyə! Dağa çəkil” hədisini rəvayət etdiyindən 
etməmişəm”,  −  deməklə  kifayətlənmişdir.  Əslində  belə 
cavab verməli idi: Fərz et ki, Əbu Hənifənin rəvayət etdiyi 
hədis  yalandır.  Əbu  Hənifənin  nəql  etdiyi  yalan  xəbərdə 
sənin  dediyini  təsdiq  edən  nəsə  var?
40
  Əbu  Hənifənin 
nəql  etdiyi  rəvayətin  yalan  olma  ehtimalı  olsa  da,  o,  Hz. 
Ömər, Hz. Əli və başqalarının kəramətlərini qəbul edir. O, 
sadəcə bir çox dəlillə yalan olduğu bilinən, üstəlik dinə və 
ağıla zidd olduğu açıq-aşkar məlum olan bu hədisi qəbul 
etmir.  Səhabələrdən  hədis  rəvayət  edən  tabeun  və  təbəi-
tabeunun  məşhur  hədis  alimlərindən  heç  kim  bu  hədisi 
istəyir. (Mütərcimin qeydi).
38.  yəni  sən  Hz.  Ömərin  İraqdakı  Sariyəyə  müraciətini  qəbul  edib  necə 
kimlərdənsə həmin hədisi rəvayət etmisənsə, mən də bunu başqalarından rə-
vayət etmişəm. (Mütərcimin qeydi).
39. Bunu deyən İbn teymiyyədir.
40. əbu Hənifənin nəql etdiyini öz rəvayətin üçün dəlil gətirməyin mənasız-
dır.  Çünki  ikisini  ayrılıqda  dəyərləndirmək  lazımdır.  onun  rəvayəti  mövzu 
(uydurma) olsa belə, bu o demək deyil ki, sənin rəvayətinin doğrudur. onun 
rəvayəti doğru olsa belə, bu o demək deyil ki, sənin rəvayətin də doğrudur. 
(Mütərcimin qeydi)


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə