Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   ...   42

21
İslam alimlərinin gözü ilə hədis elmində
etmişdir.
18
Fiqh müəllimi Hammad ibn Əbi Süleyman da İmam Əbu 
Hənifəyə eyni hörməti göstərmişdir. O da Əbu Hənifəni dərs 
halqasının  ən  başında  öz  yanına  əyləşdirərdi.  Hafiz  Əbu 
Bəkr əl-Xatib “Tarixu Bağdad” əsərində Zufər ibn Huzeyldən 
Əbu  Hənifənin  belə  dediyini  nəql  edir:  “Əvvəllər  kəlam 
elmi ilə məşğul olurdum. Bu elmdə barmaqla göstəriləcək 
səviyyəyə  çatmışdım.  (Məsciddə)  Hammad  ibn  Əbi 
Süleymanın dərs halqasına yaxın bir yerdə oturmuşduq. Bir 
gün bir qadın yanıma gəldi və:
−  Bir nəfərin kənizi var. Onu sünnəyə uyğun olaraq 
boşamaq  istəyir.  Neçə  talaqla  boşamalıdır?  −  deyə 
soruşdu.  Nə  cavab  verəcəyimi  bilmədim.  Ona  bu  sualı 
Hammadan  soruşmağı  və  cavabını  mənə  də  söyləməyi 
tapşırdım.  Qadının  sualına  Hammadın  verdiyi  cavab 
belə idi:
“Qadını  aybaşı  deyilsə  cinsi  əlaqədə  olmadan  bir 
talaqla boşamalıdır. Sonra iki aybaşı keçənə qədər qadına 
yaxınlaşmamalıdır.  Qadın  bundan  sonra  qüsl  almalıdır. 
Artıq  onunla  evlənmək  halaldır”.  Qadından  Hammadın 
cavabını eşitdikdə, öz-özümə “Bundan sonra mənə kəlam 
elmi  lazım  deyil”  −    deyərək  onun  dərslərinə  getməyə 
başladım. Onun dərslərini diqqətlə dinləyir, danışdıqlarını 
yadda saxlayırdım. Ertəsi gün danışdıqlarını təkrarladırdı. 
Mən  dediklərini  yaxşı  yadımda  saxlayırdım,  tələbələri  isə 
unudurdular. Buna görə Hammad:
- “Dərs halqasının baş tərəfində − mənimlə eyni səviyyədə 
Əbu Hənifədən başqa heç kim oturmasın”, − dedi”.
19
Bu  rəvayət  imamın  mükəmməl  hafizə  və  zəkaya  sahib 
olduğunu göstərir. 
Əbu Bəkir əl-Xatib “Tarixu-Bağdad” əsərində Əbu Mutidən 
18. əbdülvəhhab şərani, “əl-Mizanul-kübra”, ı, 48.
19. əbu Bəkr əl-Xatib, “tarixu Bağdad”, Xııı, 332-3.


22
İmam Əbu Hənifə
  
Əbu Hənifənin belə dediyini nəql etmişdir: “Abbasi xəlifəsi 
Əbu Cəfərin yanına getdim. Mənə:
−  Ey Əbu Hənifə! Elmi kimlərdən öyrəndin? − deyə 
soruşdu. Mən də:
−  Hammad vasitəsilə İbrahim ən-Nəxaidən öyrəndim. 
O da, Ömər ibn Xəttab, Əli ibn Əbi Talib, Abdullah ibn 
Məsud ilə Abdullah ibn Abbasdan öyrənmişdir − dedim. 
Bunu eşidən Əbu Cəfər:
Afərin, Əbu Hənifə! Mübarək insanlardan elm öyrən mi-
sən – dedi”.
20
Böyük alim Zahid əl-Kövsəri “Tənib” əsərində bildirir ki, 
mətnin bir hissəsi belə olmalıdır: “Hammad vasitəsilə İbrahim 
ən-Nəxaidən, o da Ömər ibn əl-Xəttab, Əli ibn Əbi Talib, Ab-
dul lah ibn Məsud ilə Abdullah ibn Abbasın tələbələrindən 
öyrənmişdir”.
21
Bunu  da  əlavə  etmək  yerinə  düşər.  İmam  Əbu  Hənifə 
hədis təhsilində öz dövründəki ustadlarını keçmişdir. Belə 
ki, Hafiz Zəhəbi “Mənəqibu Əbi Hənifə” adlı əsərində İmam 
Misar ibn Kidəmdən bunu nəql etmişdir:
“Əbu  Hənifə  ilə  birlikdə  hədis  təhsili  aldım. Ancaq  bu 
sahədə  hamımızı  qabaqladı.  Zöhd  həyatına    başladıq. 
Bunda da bizdən üstün oldu. Fiqh təhsilinə başladıq. Onun 
bu sahədəki uğurları onsuzda göz qabağındadır”.
22
Zəhəbi Misar ibn Kidəmdən “Təzkirətul-hüffaz” əsərində 
bəhs  etmiş,  “Siyəru-aləmin-nübəla”  əsərində  də  onu  imam, 
səbt,
23
 İraqın ustadı, hafiz kimi adlarla tərifləmişdir.
Sadrul-Əimmə  əl-Məkki  də  belə  demişdir:  “Misar 
20. əbu Bəkr əl-Xatib, “tarixu Bağdad”, Xııı, 334.
21. Zahid əl-kövsəri, “tənibul-Xatib”, s. 29.
22. İmam Zəhəbi, “Mənəqibu əbi Hənifə”, s. 27.
23. Səbt: Doğru sözlü, zəbti tam, höccət sayılan ravi. Bax: aydınlı, Hədis 
terminləri lüğəti, s. 136. (Mütərcimin qeydi).


23
İslam alimlərinin gözü ilə hədis elmində
ibn  Kidəm  hafizəsi  və  zahidliyi  ilə  Kufənin  fəxri  sayılan 
şəxslərdən  idi.  Əbu  Hənifənin  müəllimlərindəndir.  Əbu 
Hənifə “Müsnəd” əsərində ondan hədis rəvayət etmişdir”.
24
Əbu Hənifənin hədis elmində imam 
olması haqqında
Mutəqaddimun  və  mutəaxxirun  alimlərin  əksəriyyəti 
Əbu  Hənifənin  hədis  elmində  imam  olduğunu  qəbul 
edirlər. İmam, mühəddis, Məğribin hafizi Əbu Ömər Yusif 
ibn  Əbdilbərr  ən-Nəməri  əl-Qurtubi  əl-Əndəlusi  məşhur 
“Cəmiu  bəyənil-ilm  və  fadlihi  və  mə  yənbəği  fi  rivəyətihi  və 
həmlih”  adlı  əsərində  Əbu  Davud  Süleyman  ibn  Əşas  əs-
Sicistanidən bunu nəql edir: “Allah Malikə rəhmət eləsin. O, 
imam idi. Allah Şafeiyə rəhmət eləsin. O da imam idi. Allah 
Əbu Hənifəyə rəhmət eləsin. O da imam idi”.
25
İbn  Əbdilbərr  üç  imam  haqqında  yazdığı  “əl-İntiqa 
fi  Fədailis-Sələsətil-Fuqaha:  Malik,  əş-Şafei  və  Əbi  Hənifə. 
Radiyallahu anhum. Və Zikri Uyunin min Əxbərihim və Əxbari 
Əshəbihim  lit-Tərifi  bi  Cələləti  Əqdərihim”  adlı  əsərində  isə 
Əbu Davuddan belə nəql edir: “Allah Malikə rəhmət eləsin. 
O, imam idi. Allah Şafeiyə rəhmət eləsin. O da imam idi. 
Allah Əbu Hənifəyə rəhmət eləsin. O da imam idi”.
26
Göründüyü  kimi  Sünən
27
  müəllifi,  imam,  hafizlərin 
24. Sadrul-əimmə əl-Müvəffəq, “Mənəqibul-İmam əl-əzəm”, ıı, 37, Hindistan/
Heydərabad/Dəkkan. Dəirətul-Məarif nəşri.
25. İbn əbdilbərr, “Cəmiu bəyənil-ilm”, Xı, 163, Misir-İdarətut-tibəatil-
Munira nəşri.
26. İbn əbdilbərr, “əl-İntiqa», s. 232. Qahirə 1350. Məktəbətu-Qudsi nəşri.
27. Hicri ııı əsrdən etibarən hədisşünaslar sadəcə əhkam hədisləri yazmağa 
başlamışlar.  ərsəyə  gətirdikləri  əsərlərə  hədis  ədəbiyyatında  “Sünən”  adı 
vərilmişdir. “təharət”dən “vəsiyyət”ə qədər bütün fiqhi mövzulara aid hədisləri 
ehtiva  edən  əsərlərə  sünən  deyilir.  Hədis  ədəbiyyatında  sünən  deyiləndə 
“kutubi-sittə”yə daxil olan sünənlər nəzərdə tutulur.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə