Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   2   3   4   5   6   7   8   9   ...   42

16
İmam Əbu Hənifə
  
nud və razı qalacağı şəkildə tamamlamağı mənə nəsib et -
sin. Allah-Təala  hidayət  üzrə  olan  və  insanları  doğru  yo-
la  istiqamətləndirən  imamların  hamısından  razı  olsun. 
On ları  İslama  və  müsəlmanlara  etdikləri  xidmətlərə  gö rə 
dərgahından  yüksək  dərəcələrlə  mükafatlandırsın.  Boy-
numu  bükərək,  acizliyimi  etiraf  edərək  Uca  Şanını  təqdis 
et diyim Rəbbimdən bu işimi qəbul etməyini niyaz edirəm. 
Həqiqətən O, duaları qəbul edəndir. Hər anımız üçün Uca 
Allaha  həmd  olsun.  Peyğəmbərlərin  sonuncusu  Həzrət 
Muhəmmədə,  ailəsinə,  səhabələrinə  və  onun  yolundan 
gedənlərə salətu-salam olsun. 
Muhəmməd Əbdürrəşid ən-Numani,
  20 Şaban 1415
Karaçi


Giriş
Aləmlərin Rəbbi olan Uca Allaha həmd, Peyğəmbərimiz 
Hz. Muhəmmədə (s. ə. s), onun ailəsinə və bütün səhabələrinə 
salətu-salam olsun.
Bu kitabı yazmaqda məqsədim İmam Əzəm  Əbu Həni-
fə nin  hədis  elmindəki  əvəzolunmaz  yerini  göstərməkdir. 
Yazdığım  bu  əsərlə  düşmənlərin  onun  haqqındakı 
şübhələrinə  cavab  verəcəyimi  ümid  edirəm.  Allahdan 
niyaz edirəm ki, bu işimi qəbul buyursun, günahlarımı da 
bağışlasın. Həqiqətən, yeganə ümid qapısı Onun dərgahıdır. 
İmam Əbu Hənifə
 
dinə və ibadətə düşkün insan idi. Çox 
Quran oxuyar, gecələri ibadətlə keçirərdi. Bununla  yanaşı 
əliaçıq, səxavətli və iti hafizəyə malik insan kimi tanınırdı. 
O, Kitab və Sünnəyə son dərəcə əhəmiyyət vermiş, hədis 
öyrənmək  üçün  şövqlə  çalışmış  və  bunun  üçün  səfərlərə 
çıxmışdır.  Hz.  Peyğəmbərdən  nəql  olunanları  başqa  söz-
lərdən  üstün  tutmuş,  sünnələri  bir  yerə  cəm  etməyə, 
yad  fikirlərdən  qorumağa,  müxalif  olanları  ayırmağa 
çalışmışdır. Hədis rəvayətində sadəcə siqa
10
 ravilərdən hədis 
rəvayət  edən,  zəif  ravilərin  rəvayətlərini  qəbul  etməyən 
ilk şəxsdir. Ömrünün axırına kimi hədis və fiqh sahəsində 
fəaliyyətlərinə  davam  etmişdir.  O,  həmçinin  şəhərlərdə 
müraciət edilən, uzaq diyarlarda insanların özlərinə rəhbər 
saydığı öndər şəxsiyyət olmuşdur.
Bunlarla  yanaşı  Əbu  Hənifənin  yaxşı  elm  öyrənmə  və 
əzbər qabiliyyəti vardı. Fiqh elminin tədrisi və yayılmasında 
10. Zəbt ravinin eşitdiyi hədisi uzun müddət yadda saxlama qabiliyyətinə 
deyilir. ravinin zəbti, etibarlı ravilərin rəvayətlərinə zidd olmamalıdır. əgər 
cüzi ziddiyyət olarsa, bu zəbtə mane olmur. Bu iki xüsusiyyətə (ədalət və zəbt) 
malik ravilərə hədis elmində siqa ravi deyilir.


18
İmam Əbu Hənifə
  
onun  böyük  əməyi  olmuşdur.  Saraydan  uzaq  olmağa 
çalışmış,  ömrünü  elm  öyrənməyə  və  öyrətməyə  həsr 
etmişdir.  Onun  yüksək  əxlaqi  məziyyətləri  sayılmayacaq 
qədər çoxdur. 
Onun  dində  imam,  dərin  elmi  bilgisi  və  son  dərəcə 
fəzilətli  insan  olduğu  haqqında  ümmətin  icması  var. 
Dövrünün alimləri onu elmi, zühdü, ibadətə düşkünlüyü, 
hakimiyyətdən uzaq durması, qazılıq təklifini rədd etməsi, 
nəql etdiyi hədislərin çoxluğu, fiqh elmindəki üstünlüyünə 
görə  mədh  etmişlər.  Bütün  bunlar  tarix  və  bioqrafiya 
kitablarında müfəssəl şəkildə öz əksini tapmışdır. 


Əbu Hənifənin hədis öyrənməyə verdiyi 
əhəmiyyət
Münəqqid
11
 alimlər və məşhur hədisçilər Əbu Hənifənin 
hədis öyrənməyə böyük əhəmiyyət verdiyini, bu məqsədlə 
səfərlərə çıxdığını və bu yolda bir çox çətinliklərlə üzləşdiyini 
bildirirlər.
Hafiz  Zəhəbi  “Siyəru  aləmin-nubəla”  adlı  əsərində  Əbu 
Həni fənin tərcümeyi-halından belə bəhs edir: 
“İmam Əbu Hənifə hədisləri öyrənməyə böyük əhəmiyyət 
vermişdir.  Bu  məqsədlə  də  səyahətlərə  çıxmışdır.
12
  Hicri 
100-cü ildən sonra bu yolda daha çox səy göstərmişdir”.
13
İmam Zəhəbi, Əbu Hənifənin mənqibələrinə dair yazdığı 
risalədə müəllimlərindən bəhs edərkən bunları yazır: “Əbu 
Hənifə hədisi Məkkədə Ata ibn Əbi Rəbahdan dinləmiş və 
belə demişdir; “Atadan daha üstün birini görmədim””.
14
Burada onu qeyd edim ki, Əbu Hənifə müəllimi Ataya 
hörmət etdiyi kimi, müəllimi Ata da ona hörmət edər və onu 
tələbələrindən  üstün  tutardı.  Aşağıda  da  qeyd  olunacağı 
kimi, Əbu Hənifə hədis dinləmək üçün məclisə gələndə Ata 
ona öz yanında yer verərdi.
İmam Zəhəbi “Duvəlul-İslam” əsərində yazır: “Müəllim- 
lərinin  ən  yaşlısı  Ata  ibn  Əbi  Rəbah,  fiqh  müəllimi  isə 
Hammad ibn Əbi Süleyman idi”.
15
Hafiz  Əbu  Bəkr  əl-Xatib  “Tarixu-Bağdad”  əsərində  Səid 
ibn  Səlim  əl-Bəsrinin  Əbu  Hənifədən  eşitdiyi  bu  hadisəni 
11. tənqidçi deməkdir.
12. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Vı, 392, Beyrut 1405, 3-cü nəşr.
13. İmam Zəhəbi, Siyəru aləmin-nübəla, Vı, 396.
14. İmam Zəhəbi, “Mənəqibul-İməm əbi Hənifə və sahibeyh”, s. 11, Misir 
nəşri.
15.  İmam  Zəhəbi,  “Duvəlul-İslam”,  ı,  79.  Hindistan/Heydərabad/Dəkkan 
1337, Dəirətul-Məarifin-nizamiyyə nəşri.


20
İmam Əbu Hənifə
  
nəql edir: 
“Əbu Hənifə belə demişdir: “Atayla Məkkədə görüşdüm. 
Ona bir sual soruşdum. Mənə:
−  Sən haralısan? − dedi.
−   Kufəliyəm, − cavabını verdim.
−  Yoxsa sən, dinlərində təfriqə çıxaranların (rafizilərin) 
bölgəsindənsən? − deyə soruşduqda,
−  Bəli, − dedim.
−  Bəs sən hansı qrupdansan? − deyə soruşdu.
−  Mən, sələfə dil uzatmayan, qədərə inanan, günahına 
görə  müsəlmanları  təkfir  (kafir  adlandırmayan) 
etməyənlərdənəm. − deyə cavab verdim. Bunu eşidəndə 
mənə,  “Doğru  bildiyin  bu  yoldan  ayrılma”,  −  deyə 
tövsiyə etdi””.
16
Xatib Bağdadinin müəllimi imam, mühəddis, fəqih, Qazı 
Əbu Əbdillah Hüseyn ibn Əli əs-Sayməri “Əxbəri Əbi Hənifə 
və Əshəbih” adlı əsərində Haris ibn Əbdürrəhmandan bunu 
nəql  edir:  “Atanın  məclisində  bir-birimizin  yanında  ard-
arda sıra ilə oturardıq. Əbu Hənifə gələndə isə ona yer verər 
və yanına əyləşdirərdi”.
17
Bu  rəvayətə  əsaslanaraq  onu  deyə  bilərəm  ki,  Atanın 
Əbu Hənifəyə qarşı bu rəftarı, hədis elmindəki ən önəmli 
tələbələrindən biri olduğunu göstərir. İmam Əbdülvəhhab 
Şərani də “əl-Mizanul-kübra” adlı əsərində Kitab və Sünnəyə 
müraciət  edən  imamların  sənədlərindən  bəhs  etmişdir. 
Burada  İmam  Maliki  Malik-Nafi-İbn  Ömər  şəklində, 
Əbu  Hənifəni  də  Əbu  Hənifə-Ata-İbn Abbas  olaraq
 
qeyd
 
16. əbu Bəkr əl-Xatib, “tarixu Bağdad”, Xııı, 331.
17. əbu əbdillah Hüseyn ibn əli əs-Sayməri, “əxbəri əbi Hənifə və əs hə-
bih“, s. 83, Hindistan/Heydərabad/Dəkkan 1394.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə