Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

70
İmam Əbu Hənifə
  
olmağa başladılar. Ancaq onların sayı çox az idi. Ona görə 
ki, özündən hədis nəql olunan şəxslər içərisində zəif ravilər 
demək olar ki, yox idi. Çünki, o dövrdəki ravilərin çoxu adil 
idi.  Səhabələr  xaricində  özlərindən  hədis  nəql  edilənlərə 
gəlincə, onların çoxu da siqa ravi idi. İlk əsrdə, səhabə ilə 
− bir neçəsi istisna olmaqla − tabeunun böyüklərindən zəif 
qəbul edilən şəxs demək olar ki, yoxdur. Məsələn, Haris əl-
Avər, Muxtar əl-Kəzzab və s.
Hicri  ikinci  əsrin  əvvəllərində,  tabeunun  orta  yaş 
qrupundan bir qrup zəif ravi ortaya çıxdı. Bunlar hədisləri 
nəql və zəbt etməkdəki qüsurlarından dolayı zəif sayılırdılar. 
Həmin  ravilərin  mövquf
121
  hədisi  mərfu
122
 
olaraq  nəql 
elədiyini,  aradakı  ravini  qeyd  etməyərək  birbaşa  Hz. 
Peyğəmbərdən (s. ə. s) hədis rəvayət etdiyini və müəyyən 
səhvlərinin olduğunu da görə bilərsiniz. Əbu Harun əl-Ab- 
di bunlardan biridir.
Tabeun  dövrünün  sonlarında  (hicri  150-ci  ilə  doğru)  bəzi 
imamlar  ravilərin  etibarlı  və  ya  zəif  olduqları  mövzusunda 
araşdırmalar aparmağa başladılar. Məsələn, həmin imamlardan 
biri  olan  Əbu  Hənifə  belə  demişdir:  “Cabir  əl-     Cufidən  daha 
yalançı birini görmədim”. Aməş isə bir qrup ravinin zəif ol-
duğu  qənaətinə  gəlmiş,  digər  qrupun  isə  etibarlı  olduğunu 
söy ləmişdir. Şöbə də raviləri araşdırır və ehtiyatlı davranaraq 
de  mək olar ki, siqa olmayan heç bir ravidən hədis rəvayət et-
mirdi. Malik də onun kimi idi”.
123
121.  Mövquf  kəlməsi  lüğətdə  durmaq,  dikəlmək  deməkdir.  adətən  ravi 
hədisin nəql edən səhabədən sonrakı isnad silsiləsini  qeyd etmir. termin olaraq 
isə, səhabəyə nisbət edilən söz, fel, təqrir və davranışlarına aid − istər müttəsil 
istərsə də münqəti olsun − xəbərlərə mövquf hədis deyilir. 
122. Hz. peyğəmbərə aid edilən kəlam, hərəkət, təqrir, əxlaqi vəsflər, (istər 
sənədi münqəti (natamam) və ya müttəsil (tam) olsun) bilvasitə və ya bilavasitə 
Hz. peyğəmbər nisbət edilən hədislərə nəbəvi və yaxud Mərfu hədis deyilir.
123. əs-Səxavi, “Fəthul-muğis bi şərhi əlfiyyətil-hədis”, s. 479, Hindistan/
ləknəv-ənvər Muhəmmədi nəşri.


71
İslam alimlərinin gözü ilə hədis elmində
Əbdülqadir Qurəşinin fikirləri:
İmam, alim, hafiz Əbdülqadir əl-Qurəşi «əl-Cəvahirul-mu-
diy yə fi təbəqatil-hənəfiyyə” adlı əsərində bunları yazır:
“İmam  Əbu  Hənifənin  cərh  və  tədildəki  təsbitlərinə 
etibar  etmək  olar.  Bu  elmin  alimləri  onun  bu  sahədəki 
qənaətlərinə − eynilə İmam Əhməd, Buxari, İbn Məin, İbnul-
Mədini və digər bu işin ustadı olan şəxslərin fikirlərinə önəm 
verdikləri kimi – müraciət etmişlər. Bu isə Əbu Hənifənin 
böyüklüyünü, elminin dərinliyini və ustadlığını göstərir.
Tirmizinin”əl-Cəmiul-kəbir” əsərində Əbu Hənifədən nəql 
etdiyi rəvayət də bunu təsdiq edir: 
“Cabir  əl-Cufidən  daha  yalançı,  Atadan  daha  fəzilətli 
birini görmədim”.
Hafiz  Beyhəqinin  “əl-Mədxal  li  mərifəti  dəlailin-nübüvvə” 
adlı  əsərində  Əbdülhəmid  əl-Himmənidən  nəql  etdiyi 
rəvayət bunu təsdiqləyir:
“Əbu Sad əs-Sağani nəql edir:
Mən Əbu Hənifəyə:
−  Sufyan əs-Sevridən hədis nəql etmək olarmı?, − deyə 
soruşdum. O da bu cavabı verdi:
−  Ondan hədis nəql edə bilərsən. Çünki o siqa ravidir. 
Ancaq, İbn İshaqın Harisdən nəql etdikləri ilə Cabir əl-
Cufinin hədislərini nəql etmə”.
Əbu Hənifənin belə dediyi də nəql edilmişdir: “Talq ibn 
Həbib, qədəriliyi
124
 
qəbul etmişdi. Zeyd ibn Əyyəş zəif ravi 
idi”.
Sufyan  ibn  Uyeynə  də  belə  demişdir:  “Mənim  hədis 
rəvayətinə  başlamağıma  Əbu  Hənifə  səbəb  olmuşdur. 
124. Hicri ıı əsrdə Vasil ibn ata tərəfindən qurulan və “Bəndə öz fellərini 
özü yaradır”, − deyərək qədəri, yəni işlərin allah-təala tərəfindən təqdir edildi-
yini inkar edən cərəyan. Bu cərəyan çox vaxt Mötəzilə adı ilə də tanınmışdır. 


72
İmam Əbu Hənifə
  
Kufəyə  gəldiyim  zaman  Əbu  Hənifə  insanlara  mənim 
haqqımda  dedi  ki:  “Bu  şəxs Amr  ibn  Dinarın  nəql  etdiyi 
hədisləri ən yaxşı biləndir”. Onun bu sözündən sonra insan-
lar  ətrafıma  toplaşdılar.  Mən  də  onlara  bildiyim  hədisləri 
rə    va  yət etdim”.
Əbu Hənifə belə demişdir: “Allah Amr ibn Ubeydə lənət 
etsin.  Çünki,  kəlam  elminə  qapı  açmışdır
125
.  Allah  Cəhm 
125. əhli-sünnə alimlərindən, xüsusilə ilk dövr alimlərindən kəlam elminin 
məzəmmətinə dair nəql edilən söz və fikirlərlə nəzərdə tutulan kəlamdan məqsəd, 
Mötəzilə, Cəhmiyyə və s. kimi firqələrin, bir çox açıq Quran ayələrinə və səhih 
hədislərə zidd olan görüşlərini müdafiə etmək üçün istifadə etdikləri elmdir. 
Bu mənada kəlam təbii ki, qəbuledilməzdir.Burada da əbu Hənifənin qınadığı 
kəlam, həva və həvəsinə uymuş firqələrin ortaya atdığı iddialardır. lakin, Quran 
və Sünnə çərçivəsindən çıxmadan, İslamın cəbhəsini onun düşmənlərinə açıq 
saxlamamaq, eləcə də nəqli dəlilləri əqli dəlillərlə də dəstəkləmək üçün istifadə 
edilən əqli-məntiqi qayda və metodlar mənasında kəlam elmi nəinki caiz, hətta 
fərzi-kifayə sayılan elm sahələrindəndir. Bütün əhli-sünnə alimləri bu mənada 
kəlam elmini dəstəkləmiş və onunla məşğul olmuşlar. Dolayısıyla qəbul edilən 
kəlam elmi və qınanan kəlam elmi ortaya çıxmışdır. İmam əbu Hənifə özü 
də bu elmlə məşğul olmuşdur.Bu elm sahəsinin Mötəzilələrin istifadə etdiyi 
kəlam elmi ilə sadəcə ad müştərəkliyi vardır. Bu elmə istər "tövhid elmi", istər 
"əqidə  elmi",  istər  "üsuliddin  elmi"  deyilsin,  yuxarıda  qeyd  edilən  şərtlərə 
riayət edilmək şərtilə caiz, hətta fərzi-kifayə sayılan elm sahəsidir. İmam əbu 
Hənifə  də  bu  elmlə  bilavasitə  məşğul  olmuş,  onu  tamamladıqdan  sonra  isə 
sırf  bu elmlə məşğul olub fiqh, hədis və s. elmlərdən uzaq qalmağın düzgün 
yol olmadığını, bir çox kəlam əhlinin bu elmi sadəcə mübahisə etmək və öz 
əqidələrini zorla isbat etmək üçün istifadə etdiklərini dərk edərək, sadəcə bu 
yolu izləməkdən imtina etmiş, fiqh elminə yönəlmişdir. lakin əbu Hənifənin 
sırf  kəlamçılıqla  məşğul  olmaqdan  imtina  etməsi  o  demək  deyildir  ki,  o, 
sonralar  müxtəlif  firqələrlə  mübahisələrə  girişməmişdir.  Xeyr,  əbu  Hənifə 
fəqih  olduqdan  sonra  da  dəfələrlə  müxtəlif  əqidələrə  mənsub  olan  alimlərlə 
elmi  mübahisələrə  girişmiş,  onları  susdurmaqda  Quran  və  Sünnə  ilə  yanaşı 
əqli-məntiqi dəlillərdən də istifadə etmişdir. "əl-Fiqhul-əkbər" əsərində əbu 
Hənifənin Quran və Sünnəyə əsaslanan əqidə əsaslarını izah edərkən istifadə 
etdiyi müəyyən ifadələrdə də bu, açıq-aşkar müşahidə edilir. onun öz oğluna və 
tələbələrinə əqidə sahəsində mübahisə etməyə icazə verməməsinin səbəbi isə 
budur ki, onlar əbu Hənifədən fərqli olaraq bundan allah rizası üçün, düzgün 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə