Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

80
İmam Əbu Hənifə
  
lik-Nafi-İbn Ömər. İmam Əbu Mənsur Əbdülqahir ibn Tahir 
ət-Təmimi  buna  bir  əlavə  edərək,  isnadların  ən  səhihinin 
belə  olduğunu  söyləmişdir:  Şafei-Malik-Nafi-İbn  Ömər. 
Ancaq  ustad,  alim,  hafiz  Əlaəddin  Moğoltay  buna  etiraz 
etmiş və belə demişdir: «Darəqutninin dediyinə görə Əbu 
Hənifə də Malikdən hədis rəvayət etmişdir.
143
Bulqini  isə,  “Məhəsinul-istilah”  adlı  əsərində  bu  etiraza 
belə  cavab  vermişdir:  “Əbu  Hənifə  Darəqutninin  dediyi 
kimi  Malikdən  hədis  rəvayət  etmiş  olsa  da,  bu,  Şafeinin 
Malikdən rəvayəti kimi məşhur deyil”.
İraqi belə demişdir: “Darəqutninin “Qərib” və “Mudəbbəc” 
əsərlərində qeyd etdiyinə görə, Əbu Hənifə Malikdən hədis 
rəvayət etmişdir. Ancaq onun bu rəvayəti Nafi-İbn Ömər va-
si təsilə olmamışdır. Buna görə də Əbu Hənifənin bu sənədə 
aid edilməsi sadəcə bir fərziyyədir”.
Şeyxülislam  İbn  Həcər  əl-Əsqalani  də  bu  barədə  belə 
yazır: “Moğoltayın Əbu Hənifənin adını çəkərək onu qəbul 
etməməsi  doğru  deyil.  Çünki,  Əbu  Hənifənin  Malikdən 
rəvayəti  təsbit  edilməmişdir.  Darəqutni  və  Xatib  bildirir 
ki, Əbu Hənifə Malikdən iki hədis rəvayət etmişdir, lakin 
bu  iki  isnad  tənqid  edilmişdir.  (Xatibin  bəhs  etdiyi)  Əbu 
Hənifənin  Malikdən  rəvayəti,  onun  müzakirə  əsnasında 
dedikləridir. Əbu Hənifənin İmam Malikdən hədis rəvayət 
etmək fikri olmamışdır. Buna görə də İmam Şafeinin hədis 
rəvayəti ilə müqayisə olunmamalıdır”.
144
Nəticə:
Hörmətli  oxucu!  Hafiz  Moğoltay  Əbu  Hənifənin  adını 
143. Bu səbəblə şafeinin yerinə əbu Hənifəni qeyd etmək lazımdır və ya 
ikisinin eyni yolla rəvayət etdiklərini eyni dərəcədə görmək lazımdır. (Mütər-
cimin qeydi).
144.  Bunu  Suyuti,  “tədribur-ravi  şərhu  təqribin-nəvəvi”  əsərində  nəql 
etmişdir. s. 30. Xeyriyyə nəşri 1307.


81
İslam alimlərinin gözü ilə hədis elmində
Malik-Nafi-İbn Ömər şəklindəki ən səhih hədis sənədinin 
əvvəlində qeyd etmişdir. Alimlərin bu fikrə etirazları aşağı- 
dakılardır:
a)Əbu Hənifənin Malikdən nəql etdikləri, Şafeinin nəql et-
dikləri qədər məşhur olmadığı üçün Moğoltayın bu sil siləyə 
Əbu Hənifənin adını daxil etməyi doğru deyil.
b) Əbu Hənifənin Malikdən rəvayəti müzakirə əsnasında 
baş vermişdir. Əbu Hənifə bu hədisi söyləyərkən Malikdən 
hədis rəvayət etmək istəməmişdir. 
c) Əbu Hənifənin Malikdən rəvayət etdiyi hədisi Malik 
Nafidən rəvayət etməmişdir.
d) Əbu Hənifənin Malikdən rəvayəti səhih olaraq təsbit 
edilməmişdir.
Xüsalə, hədis tənqidində ustad, imam, hafiz Moğoltay, imam, 
hafiz Bulqini, hafiz İraqi, şeyxülislam İbn Həcər əl-Əsqalani, 
Hafiz Suyuti kimi böyük hədis alimləri “Əbu Hənifənin hədis 
elmindəki yeri Malik və Şafei kimidir”,  − fikrində həmrəydirlər. 
Əgər Moğoltay “Ən səhih sənədlərdən biri də Əbu Ha-                  
nifə-Nafi-İbn  Ömər-sənədidir”,  −  desəydi  məsələyə  başqa 
yöndən  yanaşdığı  üçün  etiraza  səbəb  qalmayacaqdı.  Şüb- 
həsiz ki, ən səhih sənədlərdən biri də Əbu Hənifə-Ata ibn Əbi 
Rəbah-İbn Abbas sənədidir. Bu sənədi İmam Əbdülvəhhab 
əş-Şərani  “əl-Mizanul-kübra”  əsərində  zikr  etmişdir.  Eyni 
müəllif, Malikin Nafi-İbn Ömər sənədini də qeyd etmişdir.
145
Hafiz  Zəhəbi  “Siyəru  aləmin-nübəla”  əsərində Abidə  əs-
Salmaninin tərcümeyi-halında bunları yazır: “Əbu Amr ibn 
əs-Salah Amr ibn Əli əl-Fəllasın “İsnadların ən səhihi İbn 
Sirin-Abidə-Əli isnadıdır”, − dediyini nəql etmişdir “.
Mən də deyirəm ki,
146
 bu sənəd qüvvətli bir isnad ol ma-
sına baxmayaraq İbrahim-Əlqamə-Abdullah və Zöhri-Salim-
145. əş-şərani, “əl-Mizanul-kübra”, ı, 48.
146. Bunu deyən İmam Zəhəbidir.


82
İmam Əbu Hənifə
  
atası  Abdullah  ibn  Ömər  sənədindən  daha  səhih  deyil. 
Səhiheyndə
147
 bu iki isnad vasitəsilə rəvayət olunan bir çox 
hədis var. Lakin, onun bəhs etdiyi sənəd belə deyil. Belə ki, 
Səhiheyndə Abidənin Həzrət Əlidən rəvayət etdiyi yalnız 
bir hədis mövcuddur”.
148
Zəhəbi, Əlqamə ibn Qays ən-Nəxai əl-Kufinin tərcümeyi-
halında bunları yazır:
“Bəzi  hədis hafizlərinin fikrincə isnadların ən səhihi be lə-
dir: Mənsur-İbrahim-Əlqamə-İbn Məsud. Bundan daha səhih 
isnad isə Şöbə və Sufyanın Mənsurdan rəvayətidir. Bundan 
üstün səhih isnad isə Yəhya əl-Kəttan və Əbdürrəhman ibn 
Mehdinin  bu  ikisindən  rəvayətidir.  Bundan  sonra  Əli  ibn 
əl-Mədininin  Yəhya  ilə  Əbdürrəhmandan  nəqlidir.  Daha 
sonra isə Əbu Abdullah əl-Buxarinin Əli ibn əl-Mədinidən 
rəvayətidir”.
149
Zəhəbi  Vəki  ibn  əl-Cərrahın  tərcümeyi-halında  bunları 
yazır:
“İraq və onun xaricindəki yerlərdə ən səhih isnad belədir: 
Əhməd ibn Hənbəl-Vəki-Sufyan-Mənsur-İbrahim-Əlqamə-
Abdullah-Hz. Peyğəmbər. “Müsnəd”də bu isnadla bir çox 
hədis mövcuddur”.
Abdullah ibn Haşim də belə nəql edir: “Vəki bir gün yanı- 
mıza gəldi və “Bu iki isnaddan − Aməş-Əbu Vail-Abdullah, 
yoxsa  Süfyan-Mənsur-İbrahim-Əlqamə-Abdullah  −  hansı 
sizcə daha yaxşıdır?” − deyə soruşdu. Biz də “Aməşin ol du-
ğu sənəd. Çünki bu sənəd digərinə görə alidir (daha qısa-
147. Hədis ədəbiyyatında Buxari və Müslimin səhihlərinə “iki səhih hədis 
kitabı” mənasında “Səhiheyn” deyilir.
148. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, ıV, 41.
149.  İmam  Zəhəbi,  “Siyəru  aləmin-nübəla”,  ıV,  60-1.  Bunu  belə  xülasə 
etmək  olar:  əbu  abdullah  Buxari-əli  ibn  əl-Mədini-yəhya  əl-kəttan, 
əbdürrəhman  ibn  Mehdi-şöbə-Süfyan-Mənsur-İbrahim-əlqamə-İbn  Məsud. 
(Mütərcimin qeydi).


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə