Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

83
İslam alimlərinin gözü ilə hədis elmində
dır)»,
150
 − dedik. O isə, “Xeyr! İkincisi daha üstündür. Çünki 
bu sənəd fəqihlərin bir-birilərindən rəvayət etdiyi isnaddır. 
Digəri isə, (fəqih olmayan) mühəddislərin bir-birilərindən 
rəvayət  etdiyidir.  Fəqihlərin  bir-birilərindən  nəql  etdiyi 
bir  hədis,  mühəddislərin  bir-birilərindən  nəql  etdikləri 
rəvayətdən daha üstündür”, − dedi.
151
Zəhəbi Abdullah ibn Həşimin tərcümeyi-halında bunları 
qeyd edir:
“Vəki bizdən “Bu iki isnaddan − Aməş-Əbu Vail-Abdullah, 
yoxsa  Süfyan-Mənsur-İbrahim-Əlqamə-Abdullah  −  hansı 
sizcə  daha  yaxşıdır?”  −  deyə  soruşdu.  Biz  də  “Birincisi”, 
−  dedik.  O  isə,  “Xeyr!  Aməş  və  Əbu  Vail  mühəddisdir. 
Süfyan, Mənsur, İbrahim və Əlqamə isə fəqihdir. Buna görə 
də  fəqihlərin  bir-birilərindən  nəql  etdiyi  bir  hədis,  (fəqih 
olmayan)  mühəddislərin  bir-birilərindən  nəql  etdikləri 
rəvayətdən daha üstündür”, − dedi.
Mən də deyirəm ki:
152
”Xeyr! Aməş və müəllimi Əbu Vail 
də fəqih və elm sahibi böyük şəxsiyyətlər idi.
153
Yuxarıdakılara  əsasən  deyə  bilərəm  ki,  İraqdakı  isnad- 
ların ən səhihi Əbu Yusif və Muhəmmədin İmam Əzəm Əbu 
150. Son ravi ilə Hz. peyğəmbər arasındakı ravilərin sayı ən az olan isnaddır. 
rəvayəti qısa yolla mənbəyindən nəql edildiyi üçün yanılma ehtimalı azdır və 
nazil isnada nəzərən daha mötəbərdir. İsnad, iki ravi ilə rəsulullaha çatırsa belə 
ali isnada sünai (iki nəfərli) isnad; (İmam-Malikin ali isnadı bu şəkildədir və bir 
tabeun və bir səhabədən ibarətdir); əgər üç ravi varsa buna da sülasi (üç nəfərli) 
isnad deyilir. ancaq, ali isnad deyiləndə sağlam isnad başa düşülməlidir. əgər 
ravilər  arasında  zəif  və  ya  yalançılar  varsa,  sənəd  nə  qədər  ali  olursa  olsun 
xəbərin heç bir dəyəri yoxdur. Mühəddislərin sağlam ali isnadla rəvayət edən-
lərdən hədis nəql etmək üçün səyahətlərə çıxmışlar.
151. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, ıX, 158.
152. Bunu deyən İmam Zəhəbidir.
153. İmam Zəhəbi, “Siyəru aləmin-nübəla”, Xıı, 328-9. Göründüyü kimi, 
Zəhəbi, aməş və əbu Vailin adi bir hədis ravisi kimi qəbul edilməyindən nar-
ahatdır.


84
İmam Əbu Hənifə
  
Hənifədən, onun Hammad ibn Əbi Süleymandan, onun İb-
ra him dən, onun Əlqamə və ya Əsvəddən, onların Abdul-
lah ibn Məsuddan, onun da Hz. Peyğəmbərdən rəvayət et-
diyi hədisdir.
154
 Bunların hamısı fəqih və alim insanlardır. 
Elmdə  İmam  Əbu  Yusif  və  İmam  Muhəmməd  Vəkidən, 
Əbu Hənifə də Süfyan və Aməşdən daha üstündür. Əbu Hə-                                                                                                                            
ni fənin  müəllimi  Hammad  da  fiqh  elmində  Mənsurdan 
daha fəqihdir.
Hafiz İbn Həcər “Şərhi nuxbətil-fikər fi mustələhil-əsər” adlı 
əsərində bunları yazır:
“Məşhur
155
,  əziz
156
,  qərib
157
  deyə  hissələrə  ayrılan  əhəd 
xəbərlərin bəziləri − tərcih edilən görüşə görə − dəstəkləyici 
bəzi ünsürlər olduğu təqdirdə dəlil olaraq istifadə edilə bilər. 
154.  Bunu belə xülasə etmək olar: əbu yusif-Muhəmməd-əbu Hənifə-
Hammad  ibn  əbu  Süleyman-İbrahim-əlqamə,  əsvəd-abdullah  ibn  Məsud-
Hz. peyğəmbər. (Mütərcimin qeydi). 
155. Məşhur kəlməsinin mənası, yaymaq, elan etmək, bilinmək, tanınmaq 
deməkdir. təvatür sayına çatmadan, hər təbəqədə ən azı üç və daha çox ravisi 
olan hədislərə məşhur hədis deyilir. Məsələn; bir hədisi səhabədən ən azı üç, 
tabeundən  üç  və  ətbaut-tabeundan  üç  nəfər  rəvayət  etmişsə,  o  hədis  məşhur 
hədis sayılır. Məşhur hədisin hökmü: termin mənasına uyğun olsa da olmasa 
da, bir hədis üçün məşhur olduğuna görə səhihdir və ya deyildir deyə bilmərik. 
Çünki məşhur hədislərin arasında səhih, həsən, zəif hətta uydurma hədis də ola 
bilər. ancaq termin mənasındakı məşhur hədis səhih olduğu halda əziz və qərib 
hədisdən güclü qəbul edilir.
156. Hər təbəqədə ən azı iki ravi tərəfindən rəvayət edilən hədislərdir. əziz 
hədis, bir ravi tərəfindən rəvayət edilən, araşdırmalar nəticəsində başqa bir ravi 
tərəfindən də rəvayət edildiyi məlum olan hədisdir. Hər təbəqədə ən az iki ravi 
olmaq şərtilə bəzi təbəqələrdə ravi sayının çoxluğu hədisi əziz olmaqdan qur-
tarmır. 
157.  Qərib  yalnız  qalan  və  yaxınlarından  uzaq  olan  mənalarındadır.  tək 
ravi tərəfindən rəvayət olunan və ya hər hansı bir təbəqədə ravi sayı bir nəfər 
olan hədisə deyilir. Bu hədisə “fərd hədis” də deyilir. Bir hədisin səhabə və 
tabeundan olan ravisi tək olarsa bu hədisə fərdi mütləq, əgər tabeundan son-
rakı təbəqədə ravi təkdirsə buna da fərdi nisbi deyilir. Qərib hədisin hökmü: 
Ümumiyyətlə qərib hədisləri alimlər sağlam hədis hesab etmirlər.


85
İslam alimlərinin gözü ilə hədis elmində
Belə xəbərlərin də bir çox növü var. Səhiheyn müəlliflərinin 
kitablarında rəvayət etdikləri hədislər − təvatür dərəcəsinə 
çatmamış olsalar belə − bu qrupa daxildir. Fərqli yolları olan 
və raviləri zəif və illəti olmayan məşhur hədislər də bu qru pa 
aiddir. Hafiz və mötəbər hədis imamlarının bir-birilərindən 
rəvayət etdiyi, qərib olmayan (başqa səhih isnadları olan) 
hədislər də belədir. Məsələn, Əhməd ibn Hənbəlin rəvayət 
etdiyi və onunla yanaşı başqasının Şafeidən, Şafei ilə yanaşı 
başqasının Malik ibn Ənəsdən rəvayət etdiyi hədis. Çünki, 
belə bir hədis, dinləyən şəxsin nəzərində istidlal
158
 üçün el-
mi dəyər ifadə edir. Ona görə ki, hədisin raviləri böyük in-
sanlardır. 
159
Bu halda deyə bilərəm ki, İmam Leys ibn Sadın İmam Əbu 
Yusifdən (ki başqası da eyni rəvayəti İmam Əbu Yusifdən 
rəvayət  etmişdir),  onun  da  İmam  Əzəm  Əbu  Hənifədən 
(ki  başqası  da  eyni  rəvayəti  İmam  Əbu  Hənifədən  nəql 
etmişdir)  rəvayət  etdiyi  bir  hədis,  eynilə  İmam  Şafeinin 
İmam Muhəmməd ibn Həsən əş-Şeybanidən (ki başqası da 
eyni hədisi İmam Muhəmməddən rəvayət etmişdir), onun 
da İmam Əzəm Əbu Hənifədən (ki başqası da eyni rəvayəti 
İmam Əbu Hənifədən nəql etmişdir) rəvayət etdiyi bir xəbər 
yuxarıdakı müddəaya əsasən qiymətləndirilməlidir. Çünki, 
belə hədis bir sıra kənar ünsürlərlə dəstəklənməkdə, hafiz 
və  mötəbər  hədis  ustadlarının  bir-birilərindən  rəvayəti 
şəklində nəql edilməkdədir.
Bu  imamların  bir-birilərindən  rəvayət  etdiyi  hədislər 
Səhiheyndəki  hədislərdən  üstündür.  Necə  ki,  İbn  Həcər, 
Şərhun-nuxbə”  əsərində  bunları  yazır:  “Bəzən  zəif  hədisi 
gücləndirəcək ünsürlər ola bilər. Məsələn, Müslimin “Səhih” 
əsərində təvatür dərəcəsində olmayan məşhur hədis, mü-
əy yən köməkçi vasitələrlə dəstəklənsə, belə bir hədis Buxa-
158.  lüğətdə  yol  göstərmə,  rəhbərlik,  bələdçilik  etmə,  əlamət  kimi 
mənalardadır.  Fiqh  və  məntiq  terminologiyasında  zehnin  bir  şey  haqqındakı 
bilgidən başqa bir şeyin bilgisinə vasil olması deməkdir. 
159. “şərhu nuxbətil-fikər”dən gətirilən sitat burada bitir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə