Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix25.07.2018
ölçüsü1,87 Mb.
#58938
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

90
İmam Əbu Hənifə
  
Əli də onun və nəsli üçün xeyir-dua etmişdir. 
İbn Məin, Əbu Hənifə üçün “O etibarlı insandır”, − de-
mişdir. 
İbn Hubeyra qazılıq təklifini qəbul etmədiyinə görə onu 
qamçılatmış, buna baxmayaraq o yenə də bu təklifi qəbul 
etməmişdir. 
Zufər ibn Huzeyl Əbu Hənifədən bunları eşitdiyini deyir:
“Əvvəllər kəlam elmi ilə məşğul olurdum. Və bu elmdə 
barmaqla  göstəriləcək  səviyyəyə  çatmışdım.  (Məsciddə) 
Hammad  ibn  Əbi  Süleymanın  dərs  halqasına  yaxın  bir 
yerdə oturmuşduq. Bir gün bir qadın yanıma gəldi və:
−  Bir nəfərin kənizi var. Onu sünnəyə uyğun olaraq 
boşamaq  istəyir.  Neçə  talaqla  boşamalıdır?  −  deyə 
soruşdu. Nə cavab verəcəyimi bilmədim. Ona Hammadan 
soruşmağı  və  cavabını  mənə  də  söyləməyi  tapşırdım. 
Hammad qadının sualına belə cavab verir:
−  
Qadını  aybaşı  deyilsə  intim  əlaqədə  olmadan  bir 
talaqla boşamalıdır. Sonra iki aybaşı keçənə qədər qadına 
yaxınlaşmamalıdır. Qadın bundan sonra qüsl almalıdır. 
Artıq onunla evlənmək halaldır. 
Qadından  Hammadın  cavabını  eşitdikdə,  öz-özümə 
“Bun dan  sonra  mənə  kəlam  elmi  lazım  deyil”,  −  deyərək 
onun  dərslərinə  getməyə  başladım.  Onun  dərslərini  diq-
qət lə  dinləyir,  danışdıqlarını  yadda  saxlayırdım.  Ertəsi 
gün danışdıqlarını təkrarladırdı. Mən dediklərini yadımda 
saxlayır, tələbələri isə unudurdular. Buna görə Hammad:
−  Dərs halqasının baş tərəfində − mənimlə eyni səviy-
yə    də Əbu Hənifədən başqa heç kim oturmasın”, − de-
di”.
163
 10 il onun yanında olandan sonra öz dərs halqamı 
qur maq  fikrinə  düşdüm.  Bu  məqsədlə  bir  gecə  evdən 
çıxdım.  Məscidə  girib  müəllimimi  görəndə  ondan 
163. Xatib Bağdadi, “tarixu Bağdad”, Xııı, 332-3.


91
İslam alimlərinin gözü ilə hədis elmində
ayrılmağa  könlüm  razı  olmadı.  Gəlib  yenidən  yanına 
oturdum. An caq müəllimim həmin gecə Bəsrədəki bir qo-
hu munun və fatı xəbərini aldı. Vəfat edən şəxsin ondan baş  -
qa varisi yox idi və geriyə xeyli mal-dövləti qalmışdı. Bu-                                                                                                                                          
na  görə  də  müəllimim  mənə  öz  yerində  oturmağı  əmr 
edərək özü . Bəsrəyə getdi. O, Bağdaddan gedəndən son-                            
ra insanlar mənə heç vaxt ondan eşitmədiyim mövzularda 
suallar verməyə başladılar. Verilən suallara cavab verir və                                                                                             
ver diyim  cavabları  da  yazırdım.  Nəhayət  iki  ay  sonra 
müəllimim  gəldi.  Təqribən  60-a  yaxın  suala  verdiyim 
cava bı ona ərz etdim. Bunların iyirmisi haqqında mənim-
lə razılaşmadı. Bundan sonra ölənə qədər onun yanından 
ayrılmayacağıma and içdim”.
İbnul-Mübarək deyir ki, Allah Əbu Hənifə və Süfyanla mə-
nə kömək etməsəydi heç nə öyrənə bilməzdim.
Hucr ibn Əbdülcəbbar nəql edir:
“Qasım ibn əl-Məsudiyə:
−  Əbu Hənifənin tələbələrindən olmaq istəyər- din? − 
deyə soruşdular. Belə cavab verdi:
−  İnsanlar Əbu Hənifənin məclisindən daha  faydalı 
bir məclisdə oturmayıb».  
      İmam Şafei nəql edir: Malikə:
−  Əbu Hənifəni gördün? – deyə soruşdular. Belə cavabı 
verdi:
−   Bəli. O elə bir insandır ki, əgər bu sütun qızıldandır 
desəydi, dediyini dəlillərlə sübut edərdi.
İbn  Ravh  nəql  edir:  “Hicri  150-ci  ildə  İbn  Cureycin 
yanındaydım.  Əbu  Hənifənin  vəfatı  xəbərini  eşidəndə 
“İnnə lilləh...” − deyib, kədərləndi və “Elm öldü”, − deyə 
köks ötürdü”.
Dirar ibn Surad nəql edir: “Yezid ibn Haruna:


92
İmam Əbu Hənifə
  
−   Əbu  Hənifə  yoxsa  Sufyan  daha  fəqihdir?  −  deyə 
soruşdular. O da:
−  Süfyan hədisi daha yaxşı bilir. Əbu Hənifə isə fiqh 
elmini, − cavabını verdi”.
İbnul-Mübarək deyir ki, “Fiqhdə Əbu Hənifə kimi insan 
görmədim.  Süfyan  və  Əbu  Hənifə  bir  xüsusda  həmfikir 
olduqda, kim onlara qarşı gələ bilər?”
Muhəmməd ibn Bişr nəql edir: “Əbu Hənifə və Sufyan 
əs-Sevrinin  yanına  gedirdim.  Əbu  Hənifənin  yanına  ge-
dəndə  “Kimin  yanından  gəlirsən?”  −  deyə  soruşar,  mən 
də  “Sufyanın  yanından  gəlirəm”,  −  deyərdim.  O  da  “Elə 
bir  şəxsin  yanından  gəlirsən  ki,  əgər  Əlqamə  və  Əsvəd 
yaşasaydılar onun yanına gedərdilər”, − deyərdi. Süfyanın 
yanına  gedəndə  “Kimin  yanından  gəlirsən?”,  −  deyə 
soruşar,  mən  də  “Əbu  Hənifənin  yanından”,  −  deyərdim. 
O, da “Dünyanın ən fəqif insanının yanından gəlirsən”, − 
deyərdi.
Məkki ibn İbrahim “Əbu Hənifə öz dövrünün ən fəqifi 
idi”, – demişdir.
Yəhya ibn Səid əl-Kəttan isə, «Əbu Hənifənin rəyindən 
da ha məqsədəuyğun rəy eşitmədim”, − deyir
Şafei:  “İnsanlar  fiqhdə  Əbu  Hənifəyə  möhtacdırlar.  Fiqh-
də dərinləşdirmək istəyən Əbu Hənifəyə, məğazidə
164
 İbn 
İshaqa, təfsirdə Muqatil ibn Süleymana möhtacdır. Şeirdə 
dərinləşmək  istəyən  isə  Zuheyr  ibn  Əbu  Süleymana 
möhtacdır”, − demişdir
Əsəd ibn Amr nəql edir: “Rəvayətə görə, Əbu Hənifə 40 il 
yatsı namazının dəstəmazı ilə sübh namazını qılmışdır. Qu-
ra nın hamısını gecə namazda oxuyardı. Gecələr ağladığını 
eşidən qonşuların ona yazığı gələrdi. Yenə nəql edildiyinə 
164. Savaşlar, müharibələr. Hz. peyğəmbərin həyatından bəhs edən siyər 
elminin bir bölməsidir. Hz. peyğəmbərin savaşlarını əhatə edən kitablara dey-
ilir. 


93
İslam alimlərinin gözü ilə hədis elmində
görə, vəfat edənə qədər Quranı 70.000 dəfə xətm etmişdir”.
Bu rəvayət haqqında fikrimi bildirmək istəyirəm: Bu rə-
va yət münkərdir.
165
 Çünki ravilərindən tanınmayanlar var. 
Fəqif Abdullah ibn Muhəmməd ibn Yaqub əl-Harisi Buxari 
bunu Əhməd ibn Hüseyn əl-Bəlxi-Hammad-Əsəd vasitəsilə 
rəvayət etmişdir.
Oğlu Hammad ibn Əbu Hənifə deyir: “Atam vəfat edəndə 
Həs ən ibn Umarədən cənazəsini yumağı xahiş etdik. O da 
is tə yimizi yerinə yetirdi. Yuyub qurtardıqda dedi ki:
−  Allah sənə rəhmət eləsin! Səni bağışlasın! 30 ili oruclu 
keçirdin. 40 ildir ki, başın yatmaq üçün yastığa dəymədi. 
Özündən  sonra  gələnləri,  (qoyduğun  elmi  dərk  etmə 
yönündən) çətin vəziyyətdə qoydun”.
Əbu Yusif nəql edir: 
Bir gün Əbu Hənifə ilə birgə gəzərkən bir adam digərinə:
“Bura bax! Bu gedən gecələr heç yatmayan və ibadətlə ke-
çi rən Əbu Hənifədir”, − dedi. Əbu Hənifə gecələrini namaz 
qılmaqla, dua və niyazlarla keçirərdi. 
Misar nəql edir: “Bir gecə məscidə girdim. Gördüm ki, bir 
adam namaz qılır. Quranın yeddidə birini oxudu. İndi rüku 
edər deyə fikirləşdim. Sonra Quranın üçdə birini, sonra da 
yarısını oxudu. Beləcə Quranı  xətm etdi. Diqqətlə baxanda 
Əbu Hənifə olduğunu gördüm”.
Xaricə ibn Musab belə demişdir: “Bir namazda Quranı xətm 
edərək namaz qılan dörd nəfər var: Hz. Osman, Təmin əd-Dari, 
165. Münkər hədis haqqında iki fikir var. Birinci fikrə görə, münkər hədis, 
zəif ravinin siqa raviyə müxalif olaraq rəvayət etdiyi hədisdir. alimlərin çoxu-
nun qəbul etdiyi tərif budur. İkinci fikrə görə isə, münkər kəlməsi daha geniş 
mənada istfadə edilmişdir. Belə ki, siqa raviyə müxalif olmasa belə, bir ravi-
nin  təkbaşına  rəvayət  etdiyi  hədislərə  münkər  hədis  deyilir.  Münkər  hədisin 
hökmü: Birinci tərifə uyğun olaraq münkər hədis zəifdir. onunla əməl etmək 
olmaz. Çünki ravisi zəifdir. Həmçinin siqa ravilərin rəvayətinə də zidddir.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə