19
baxmayıbsa gedib baxa bilər. Mən bundan Türkiyənin dövlət baş-
çıları ilə danışıqlarımda da söhbət açmışam. Onlar da deyiblər
ki, bəli, belə olub. Onlar da Türkiyə Cümhuriyyəti yaranandan
sonra indiki türk dilini formalaşdırıb, dövlət dili ediblər”. Bu, ta-
rixi bir nailiyyətdir ki, türk sözünü dövlət dilinin adı kimi
Türkiyə Cümhuriyyəti götürüb, inkişaf etdiribdir. Düzdür,
Azərbaycan Demokratik Cümhuriyyəti türk sözünü döv-
lət dilinin adı kimi qəbul edibdir. Ancaq o vaxt Azərbaycan
Demokratik Cümhuriyyəti yaşaya bilmədiyi üçün onun
dövlət dili olan türk dili də öz statusunu qoruya bilməmiş-
dir. Buna baxmayaraq, Mustafa Kamal Atatürkün qurdu-
ğu Türkiyə Cümhuriyyəti yaşamış, inkişaf etmiş, dünya
birliyində öz yerini tutmuşdur. Bu cümhuriyyətin dövlət
dili olan türk dili də inkişaf etmiş, bu günümüzə gəlib çat-
mışdır. Bu barədə Heydər Əliyev deyirdi: “Bizim üçün dost,
qardaş olan Türkiyə Cümhuriyyətinin böyük Atatürkdən sonra
onun fəaliyyəti nəticəsində bir cümhuriyyət kimi meydana gəl-
məsi, dünya birliyində öz yerini tutması və özünün dövlət dili
olması bizi sevindirən bir haldır. Bir qardaş, dost ölkə kimi biz
bunu böyük bir nailiyyət hesab edirik”.
Heydər Əliyevin dilimizin dövlət dili statusunu alma-
sı ilə bağlı fikirləri də maraqlıdır. Dilin mövcudluğu, hə-
min dildə danışılması hələ dilin statuslu olması deyil. Dilin
dövlət dili statusunu alması üçün dövlətin mövcudluğu və
onun konstitusiyasında dövlət dili ilə bağlı maddənin ol-
ması əsas şərtlərdən biridir. Eyni zamanda dövlət statuslu
dilin tədrisinə, bütün sahələrdə tətbiqinə və tədqiqinə ge-
niş şərait yaratmalıdır. Məhz Heydər Əliyev bütün bu amil-
lərin və şərtlərin əlaqəsi ilə məsələlərə yanaşırdı. O deyirdi:
“Bizim ərazimizdə, yəni Azərbaycanda yaşayan insanlar, İranda
20
yaşayan və bizim dilə mənsub olan insanlar, Türkiyənin şərq his-
səsində yaşayan və azəri adlanan insanlar keçmişdə də, elə XX
əsrdə də biz danışdığımız dildə danışıblar. Ona görə də dilimizin
dövlət dili statusu alması yalnız və yalnız 1978-ci ildə qəbul edil-
miş konstitusiyada olubdur. O vaxta qədər bizim dilimiz dövlət
dili statusu almayıbdır. Hamı bu həqiqəti bilməlidir”.
Dili birinci növbədə xalqın özü yaşadır, qoruyub saxla-
yır. Belə ki, xalq öz doğma ana dilində danışır, bir – biri ilə
ünsiyyət qurur, dili nəsildən-nəslə ötürür. Bizim hər birimiz
doğma ana dilimizin bu günə gəlib çatmasında öz uluları-
mıza, ata-babalarımıza borcluyuq. Bu, işin bir tərəfidir. İkin-
ci tərəfdən, dili xalqın böyük şəxsiyyətləri – şairləri, yazıçı-
ları, filosofları, mütəfəkkirləri yaşadıblar. Onlar bu dildə öz
əsərlərini yazıblar. Bu dil vasitəsilə nəsillər arasında əlaqə
qurublar. Bir sözlə, bu dil vasitəsilə həm özlərini yaşadıblar,
bu günümüzə gəlib çıxıblar, biz onları oxuyuruq, öyrənirik,
həm də dili inkişaf etdiriblər, zənginləşdiriblər, yəni dili ya-
şadıblar. Beləliklə, dil xalq və onun içərisindən çıxan ziya-
lılar tərəfindən qorunur, işlənir, yaşadılır. Əgər ya xalq, ya
da ziyalılar bu işə ögey münasibət bəsləsələr, onda dilin ya-
şamasından və inkişafından danışmaq əbəs bir söhbət olar.
Bax, bu baxımdan da Heydər Əliyev məsələlərə elə aydın
izahlar verirdi ki, bu izahları hər kəs çox asan başa düşürdü.
O, deyirdi: “Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona
görə ki, torpaqlarımız, ərazimiz cübəcür şahlıqların, sultanların,
xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz itməyib,
yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın bö-
yük şəxsiyyətləri yaşadıblar”. Heydər Əliyev bununla əcdadla-
rımızın qədir – qiymətini bilməyi, eyni zamanda xalqımızın
görkəmli şəxsiyyətlərinin xidmətlərini unutmamağı, qədir-
21
bilənlik göstərməyi vacib sayırdı. Hətta bu istiqamətdə elə
incə məqamlara diqqət yetirirdi ki, onu yalnız həmin sahə-
ni dərindən bilənlər duya və mütəxəssis kimi fikir yürü-
də bilərdi. Məsələn, o, qədirbilənliklə xalqımızın görkəmli
şəxsiyyətlərinin bir qismi barədə deyirdi: “Böyük şairimiz,
filosofumuz, mütəfəkkirimiz Nizami Gəncəvi əsərlərinin hamısını
fars dilində yazmağına baxmayaraq, yenə də türk dili haqqında öz
sözünü deyibdir. Böyük Füzuli əsərlərinin əksəriyyətini ərəb di-
lində yazmağına baxmayaraq, türk dilində də yazıbdır və dilimizi
yaşadıbdır. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, XX əsrdə
dünyaya gəlmiş böyük şəxsiyyətlər – yazıçılar, o cümlədən Cəlil
Məmmədquluzadə, şairlər, dövlət xadimləri və mütəfəkkir insan-
lar Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə,
Fətəlixan Xoyski, Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov,
Dadaş Bünyadzadə və başqaları öz əsərləri ilə, verdikləri qərarlar-
la, dekretlərlə, sənədlərlə bizim dilimizi yaşadıblar”.
Heydər Əliyev dilimizin inkişafını elmin, mədəniyyə-
tin, ictimai – siyasi həyatın inkişafı ilə bağlayırdı. Dilimizin
XX əsrin 20-ci, 30-cu, 40-cı illərindəki səviyyəsi ilə 90-cı il-
lərdəki səviyyəsini nəzəri və praktik baxımdan müqayisə
edirdi. Bu illər ərzində dilimizin nə qədər zənginləşdiyini,
görkəmli dilçi alimlərimizin, şairlərimizin, yazıçılarımızın,
jurnalistlərimizin yetişdiyini Azərbaycan xalqının böyük
nailiyyəti kimi qiymətləndirirdi. Doğrudan da dilçilər,
ədəbiyyatçılar, şairlər, yazıçılar, jurnalistlər ordusunun ya-
ranması dilimizi inkişaf etdirib, zənginləşdiribdir. Bu bö-
yük ordu xalqımıza dilimiz vasitəsilə xidmət göstəribdir.
Dilimizin imkanları onların hər birini xalqın gözündə bö-
yüdübdür. Odur ki, Heydər Əliyev deyirdi: “... 1920-ci ildə
dilimiz bu qədər zəngin, eyni zamanda bu qədər sadə, səlis, bu qə-
Dostları ilə paylaş: |